P6081 veb və idug məzmun xəritəsi


Telefon kilidli olduqda ondan istifadə



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   27   28   29   30   31   32   33   34   35

Telefon kilidli olduqda ondan istifadə
Telefon kilidli olduqda təhlükəsizlik kodunu daxil etmədən onun müəyyən xüsusiyyətlərindən istifadə
edə bilərsiniz.
Telefonu oyatmaq üçün işəsalma düyməsini basın.
Kameranı açmaq
Kamera düyməsini basıb saxlayın.
Daxil olan zəng bildirişini dəyişmək
Səs səviyyəsini düymələrini basıb  ,   və ya   vurun.
Musiqiyə fasilə vermək, davam etmək və ya başqa bir mahnıya keçmək
Ekranın yuxarısında yerləşən musiqi pleyeri idarəedicilərindən istifadə edin.
PİN kodunuzu dəyişdirmək
SİM kartınız susmaya görə PİN kodu ilə təqdim olunubsa, onu daha təhlükəsiz bir kodla dəyişə
bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər vurun.
2. Proqramlar seçiminə sürüşdürüb Telefon vurun.
3. Vurun: SİM PİN kodunu dəyişdir.
PIN kodu 4-8 rəqəmdən ibarət olmalıdır.
İtmiș telefonu tapmaq
Telefonunuzu hara isə qoymusunuz və ya onun oğurlandığını düșünürsünüz? Telefonunuzu tapmaq
üçün Telefonumu tap xüsusiyyətindən istifadə edin və kənardan onda olan bütün məlumatları silin və
ya bloklayın.
Telefonunuzda Microsoft hesabı olmalıdır.
1. Kompüterinizdə www.windowsphone.com ünvanına daxil olun.
2. Telefonunuzda olan Microsoft hesabı ilə daxil olun.
3. Telefonumu tap seçin.
Bunu edə bilərsiniz:
• Telefonunuzu xəritədə tapmaq
• Hətta səssiz rejim yanılı olsa belə, telefonun zəng melodiyası çalmasını təmin etmək
• Telefonu kilidləmək və geri qaytarmaları üçün ekranda mesaj görünməsini təmin etmək
• Telefonda olan məlumatları kənardan silmək
Mümkün seçimlər fərqlənə bilər.
İşarə:Telefonunuzu hər bir neçə saatdan sonra olduğu yeri avtomatik olaraq yadda saxlamağı
qura bilərsiniz. Telefonunuzda batareya bitərsə belə, son saxlanmıș yerə baxa bilərsiniz.
Bașlama ekranında sola sürüșdürün və vurun   Parametrlər > Telefonumu tap.
Pul kisəsi
Kredit və debit kartlarınızı, kuponları və endirimləri bir yerdə toplamaq üçün Pul kisəsi-dan istifadə
edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
120


Pul kisəsi sizin telefonda virtual pul kisənizdir. Bunu edə bilərsiniz:
• Kredit  və debit kartlarınızı telefonunuzda saxlayın. Pul kisəsinə kart əlavə etmək üçün
telefonunuzdan Microsoft hesabınıza daxil olmalısınız. Artıq Microsoft hesabınızda kredit kartınız
varsa, o avtomatik olaraq Pul kisəsinə əlavə edilir.
• Mağaza ödənişləri edin, məsələn, Mağazadan proqram satın alarkən
• Pul  kisəsində saxlanmış kartlarınızla proqramdaxili satınalmalar edin
• Kartınıza uyğun Pul kisəsi proqramının olduğunu yoxlamaq üçün debit kartı hesabınızı yoxlayın
• Şəbəkə xidməti təminatçınız tərəfindən dəstəklənirsə, NFC ödənişləri üçün Pul kisəsidəki
kartlarınızdan istifadə edin
• Endirim kuponlarınızı və üzvlük kartlarınızı Pul kisəsi-da saxlayın
Pul kisəsinin təhlükəsizliyini təmin etmək üçün PIN kodunu təyin edin.
Pul kisəsi üçün PIN kodunu təyin etmək
Virtual pul kisənizi məxfi saxlayın.
1. Bașlama ekranında sola sürüșdürün və   Pul kisəsi vurun.
2. 
 > Parametrlər+PIN vurun, Pul kisəsinin PİN-i seçimini Aktiv 
 təyin edin və Pul kisəsi üçün
PIN kodunuzu daxil edin.
3. Vurun: Hazırdır.
Hər dəfə Pul kisəsi-nə daxil olduqda telefonunuz təyin etdiyiniz PIN kodunu tələb edir.
İşarə:Mağaza satınalmalarınızı qorumaq üçün Proqram, proqramdaxili və musiqi
satınalmalarını qorumaq üçün Pul kisəsi PİN-indən də istifadə edin qeyd xanasına vurun.
Pul kisəsi üçün PIN kodu təyin etmək ödəniş üçün NFC-dən istifadəyə mane olmur.
Pul kisəsinə kart əlavə etmək
Debet və kredit kartlarınızı, üzvlük kartlarınızı və endirim kartlarınızı rəqəmsal olaraq Pul kisəsi-də
saxlayın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
121


Pul kisəsi-nə kart əlavə edərək Mağazadan satınalma etmək üçün telefonunuzdan Microsoft
hesabınıza daxil olmalısınız.
1. Bașlama ekranında sola sürüșdürün və   Pul kisəsi vurun.
2. Kredit və debit kartı əlavə etmək üçün   > Kredit və ya debet vurun və ekranda görünən təlimatlara
əməl edin.
Telefonunuz xidmət təminaçınızın təmin etdiyi və kartınızla əlaqələndirilə bilən proqramı axtarmağa
başlayır.
Pul kisəsinə üzvlük və ya endirim kartı əlavə etmək
Vurun:   > Digər.
Telefonunuz xidmət təminaçınızın təmin etdiyi və kartınızla əlaqələndirilə bilən proqramı axtarmağa
başlayır.
Qeyd: Ödəmə və bilet proqramları və xidmətlərini üçüncü tərəflər təmin edir. Nokia hər hansı
belə proqramlara və xidmətlərə, həmçinin dəstək, funksionallıq və ya hər hansı köçürmələr və
ya pul vəsaitinin itməsinə dair heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Cihazın
təmirindən sonra ödəmə və ya bilet proqramını quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz.
Cihazın təmirindən sonra əlavə etdiyiniz kartları, həmçinin, ödəmə və ya bilet proqramını
quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz.
Giriş kodları
Telefonunuzda olan müxtəlif kodların nə üçün olması maraqlıdır?
PIN kodu
(4-8 rəqəm)
Bu, SIM kartınızı icazəsiz istifadədən qoruyur və
ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün tələb
olunur.
Siz telefonu yandırdıqda PIN kodun tələb
olunmasını təyin edə bilərsiniz.
Kodunuzu unutmusunuzsa və ya o, kartınızla
birlikdə təmin edilməyibsə, şəbəkə xidməti
təminatçınızla əlaqə saxlayın.
Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil etsəniz,
PUK kodu ilə telefonu blokdan çıxartmalısınız.
PUK
Bu PIN kodunu blokdan çıxartmaq üçün tələb
olunur.
SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə
xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (kilid kodu, parol)
(minimum 4 rəqəm)
Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa
kömək edir.
Siz telefonu yandırdıqda seçdiyiniz kilid kodunun
tələb olunmasını təyin edə bilərsiniz.
Kodu gizli yerdə və telefondan ayrı saxlayın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
122


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə