96
Kür çayının su ehtiyatlarından səmərəli istifadə olunması üçün Mingəçevir su anbarından
başqa, Varvara (1952), Şəmkir (1983) və Yenikənd (2000) su anbarları tikilmişdir.
Şəmkir su anbarından su qəbul edən Sağ və Sol Şəmkir maşın kanallarının (1989) təsir
zonasında 9,4 min hektar əkin sahəsi suvarılır. Kanallara su nasos stansiyasından verilir.
Kür-Araz düzənliyində suvarma sistemlərinin tikintisi ilə bərabər, kollektor-drenaj
şəbəkələrinin tikintisi də geniş vüsət almışdır.
Şirvan, Qarabağ, Mil, Muğan düzlərində dren tikilmiş sahələr artdıqca, mövcud magistral
kollektorların yenidən qurulmasına ehtiyac yaranmışdır.
Şirvan düzündə irriqasiya sistemləri tikilmiş, 241,4 min hektar əkin sahələrindən 161,9
min hektarında kollektor-drenaj sistemləri tikilib. Şirvan düzünün 125,1 hektarında örtülü
drenlərdən istifadə edilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində toplanmış
məlumatlar araşdırılarkən məlum oldu ki,
Baş Şirvan kollektorunun orta illik sərfi 1970-
1977-ci illərdə hər il artmışdır. Kollektorda suyun minerallığı isə ilbəil azalmışdır. Kollekto-
run təsir zonasında qrunt sularının orta yatım dərinliyinin 1930-1990-cı illərdə dəyişmə dina-
mikası araşdırılarkən müəyyən edilib ki, baxılan müddətdə qrunt suları ilbəil yer səthinə ya-
xınlaşmışdır.
Qrunt sularının yatım dərinliyinin yer səthinə yaxınlaşması Baş Şirvan kollektorunun
layihə göstəricilərindən artıq su sərfi aparması ilə nəticələndi. Kollektorun bəzi hissələrində
suyun səviyyəsi layihə göstəricilərindən yuxarı oldu. Nəticədə bəzi ərazilərdə kollektorun
təsirindən torpaqlarda əlavə şorlaşma prosesi başlandı.
Kollektorun təsir zonasındakı ərazilərdə qrunt suyunun yatım dərinliyinin yer səthinə ya-
xınlaşma prosesini dayandırmaq, əkin sahələrində şorlaşmış torpaqların duzlardan
təmizlənməsi üçün mövcud və tikilən drenlərin iş rejimini yaxşılaşdırmaq və bununla da
Soldan 2-ci Pasa Paşayev, 4-cü Saleh Hacıyev