Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
96
– Lazım deyil ona minnətdar olmaq. Məncə sizi tanı-
yan hər bir qız istəyər ki, onun yanında həmişə sizin kimi 
kovaleri olsun. 
– Bunu sizdən eşitmək mənə xoşdur. Ancaq dediklə-
rinizin təşəkkür əvəzi olduğuna əminəm. Mənim isə ciddi 
sözümdür. Ehtiyac olduğu anda hər zaman sadiq dostunuz 
sizin qulluğunuzda hazırdır. 
– Birdən mən istədim ki, bir-neçə günlük mənim kova-
lerim olasız, onda necə? Baxın a, mən zarafat eləmirəm. Bi-
lirəm ki, bütün bu elədiklərinizin üstündən bunu da istəmək 
mənim  tərəfdən  sizə  qarşı  haqsızlıqdır,  ancaq  inanın  ki, 
çıxış yolu görmürəm. Qardaşım burda olmuş olsaydı, başqa 
məsələ. Sizə bu qədər əziyyət verməzdim, inanın mənə. 
– Heç bir əziyyəti yoxdur. Mən burda haqsızlıq filan da 
görmürəm, arxayın ola bilərsiz. 
Avtobusda Culi onun qoluna girdi. Əslində oturmuş-
dular. Heç cürə yıxıla bilməzdi. O, ikisinin eşidəcəyi tərzdə:
– Qoy görsünlər ki, sən mənim kavalerimsən. Sonra isə 
gülümsədi. Bu bir-neçə saatda ilk dəfəydi ki, gülümsəyir-
di. Mətin evə çatmamış sağollaşsa da başa saldı ki, o, evə 
girənə qədər, gözü üstündə olacaq. 
Həmin günü bütün olanlara rəğmən Culi səmalara qanad 
açmışdı. Necə də alicənab, mərd oğlandır. Bu qədər vaxtda 
necə də onu tanıya bilməmişdi. İndi o, həyatdan istədiyini 
tapdığına əmin idi. İllər uzunu kitablarda oxuduğu, qız rə-
fiqələrindən eşitdiyi və həsəd apardığı, xəyallarında qurduğu 
məhəbbət səltənətinin artıq qapısını açmışdı. Demək ki, illər 
uzunu arzuladığı sevgi hissləri belə başlayırmış. Onu fikirləş-
diyin an ilkin olaraq xırda və davamlı ürək atışları, sonra isə 
bütün qəlbini və beynini bürüyən tək bir istək. Onunla bir 
daha qarşılaşmaq. Sonra bu fikri başqası əvəz edir. Görəsən 
sən sevdiyin insan sənin haqqında hansı fikirdədir? Fikirlər 
bir-birinə  calanır.  Ona  sevdiyini  necə  çatdırsın?  Reaksiyası 
görəsən necə olacaq? İlk olaraq heç fikirləşmir ki, qarşı tərəf 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
97
onu sevirmi? Əlbəttə bu yalan olar. Bu anda istənilən ilk re-
aksiya “yox” cavabını eşitməməkdir. Əsası odur ki, yox demə-
sin. Çünki, bu sözü eşitmək o dərəcədə qorxulu gəlir ki, hə-
min dəqiqədən qarşılıqlı sevgini tələb etməyə cürətin çatmır. 
Sonra məhəbbətini etiraf edəcək romantik sözləri axtarırsan, 
cümlələr  düzəldirsən.  Eləsini  düzəltmək  istəyirsən  ki,  heç 
kim  belə  romantik  demiş  olmasın.  Deməli  məhhəbbət  hər 
kəsdə bu simptomlarla başlayırmış. Mətini düşündükcə san-
ki, ürəyi çırpınır, köksündən çıxmaq istəyirdi. Bircə ona etiraf 
etməyi bacarsaydı. Axı o bir ledidir. Oğlan olsaydı, yəqin bu 
bir elə çətin görünməzdi. Sevinirdi ki, sabah dərsdən sonra 
onu görəcək. Eyni vaxtda yaşadığı qorxu və sevgi hisslərin-
dən ikincisi qalib çıxmışdı. Meyqer barədə heç düşünmədi 
də. Gec də olsa sonunda xəyal dolu yuxuya getdi. 
Evdən çıxanda gözlərinə inanmadı. Sevindiyindən yolu 
necə qət etdiyinin fərqinə belə varmadı. Küçənin tinində 
dayanmış Mətinin bərabərinə çatanda əlini uzatdı:
– Salam, gözəl oglan. 
– Salam. 
– İnana bilmirəm. Axı səninlə dərsdən sonranı razılaş-
mışdıq. Məncə belə sənə çətin olar. Sənin üçün bu qədər 
qiymətli olduğumu bilmirdim. 
Onun düşdüyü vəziyyəti götür-qoy edən Mətin hər necə 
olur-olsun, sırf insanlıq baxımından qıza kömək etməli oldu-
ğuna qərar vermişdi. O da kimsəsizdir. Bununsa nə demək ol-
duğunu yaxşı bilirdi. Səhərləri erkən durmalı olsa da verdiyi 
sözü tutmalı, özü də tək günortaları deyil, bunu səhərlər də 
etməlidir. Yoxsa nə fayda? Həmin əclaf evi tanıyırsa, deməli 
hər an təhlükə var. Ona görə indi burdaydı. 
– Sizə gözəl göründüyümə şübhə edirəm. Ancaq yax-
şı dostluğa məncə potensialımız var. Mən sizi qoruyuram, 
sizsə mənə labaratoriya işlərimdə köməklik göstərərsiniz. 
Əlbəttə vaxtınız olarsa. 
O, bu sözləri Culiyə sıxıntısı olmaması üçün dedi. Qoy 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
98
rahat olsun ki, hər şey qarşılıqlıdır. Əslində çətinliyi olur-
du.  İnsan  orqanlarının  transplantasiyası  zamanı  yarana 
biləcək çətinliklər mövzusunda elmi iş götürmüşdü. Araş-
dırmaları zamanı ona kömək lazım olsa da Culiyə bu möv-
zuda müraciət etmək fikri yox idi. Elə-belə, sözgəlişi dedi, 
sadəcə həmin anda ağlına gələn fikir o oldu. 
– Mənim hər hansı mövzuda sizin köməyinizə çata bilə-
cəyimi eşitdiyimə görə içim bir az rahatlamış oldu. İndi isə 
etiraz etmirsizsə, kovaler imici yaratmanıza köməkçi olum 
deyərək, Mətinin qoluna girdi. 
* * *
Aradan  keçən  son  iki  həftədə  Meyqer  hər  ehtimala 
qarşı evdə gecələmədi. Şikayət etməli olsaydılar, ilk olaraq 
onu evdə axtaracaqlarını bilirdi. Səs-səmir yox idi. Demə-
li şikayət edilməyib. Yoxsa çoxdan arxasınca gəlmişdilər. 
Cəza  evində  yatması  vəziyyətini  ağırlaşdırırdı.  Bu  dəfə 
polisə düşmüş olsa yəqin ki, oradan çıxması bir az uzun 
çəkəcəkdi. Niyə bıçağı çıxartdığını özü də başa düşmürdü. 
Culini öldürəsi deyildi ki?
Həbsxanada olarkən bir müddət həkimlərin ona qoy-
muş  olduğu  şizofreniyaya  meylilik  diaqnozu  ilə  müalicə 
kursu keçən Meyqer bunu qəbul etməsə də o, həqiqətən 
də xəstə idi. İndiki vəziyyətində xəstəliyi daha da şiddətlə-
nirdi. Ətrafında olan dostları ilə bərabər qaranlıq, kimsə-
siz yerlərdə qarşılarına çıxan əcnəbiləri cəzalandırarkən 
bu xüsusilə seçilirdi. Onun aqressivliyini əqidəsinə möh-
kəm inamı ilə bağlayan dostları həbsdən çıxandan sonra 
onunla daha çox hesablaşmağa başlamışdılar. O, ətrafında 
liderliyini  qəbul  etdirməyi  bacardığı  halda  istədiyi  qızın 
ondan üz döndərdiyini yaxın silahdaşlarına belə etiraf et-
məyi qəbul edə bilmirdi. Onunla axırıncı görüşündə araya 
girən kim idisə onu da mütləq tapıb, Culinin gözü qabağın-
da alçaltmağın, başqasının işlərinə burnunu soxmağ müt-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə