Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
103
Mətin buna imkan vermədi:
– Sən neynirsən, bilirsən ki, sənə olmaz. Deyəsən qay-
daları pozmağı xoşlayırsan? Qardaşınla da tanış olduq. O
da nadinc oğlana oxşamır. Mən bilmirəm, sən
belə nadinc-
likdə kimə oxşamısan?
Bu sözləri gülümsəyərək dedi və yanındakı stula otur-
du. Culi hələ də onu süzürdü. Sanki onu görmədiyi günlə-
rin əvəzini çıxırdı. O, asta səslə:
– Qolun niyə sarıqlıdır, nə olub?
Qayğıkeş baxışlar sualına cavab gözləyirdi. Mətin za-
rafatla:
– Gördüm ki, koveler olmaq üçün qolum bir az əyridir.
Fikirləşdim ki, sən burdaykən mən də qolumu düzəltdi-
rim. Hər ikisi güldü.
– Yaxşı zarafatı qoy qırağa. Düzünü de, görüm qoluna
nə olub?
– Elə ciddi bir şey deyil. Doğru sözümdür. Sən sağal çıx,
mən də sarğını açaçağam. İndilik bunu həmrəylik rəmzi
kimi qəbul et.
– Küsdüm səndən. Nə olduğunu mənə demək istəmirsən?
–
Əslində mən, səndən küsməliyəm...
– Niyə? Günahım nədir?
– Günahın odur ki, məni gözləsəydin bütün bunlar ol-
mazdı. Mən onun dərsini verdim. Ancaq nə fayda? Götür-
düyüm öhdəliyə ki əməl edə bilmədim.
Culi əlini sürüşdürərək çarpayısının kənarından tut-
muş Mətinin əlinin üstünə qoydu. İlk dəfəydi ki, o, buna
cəsarət edirdi.
Mətin ona toxunan bu əlin sahibinin onun nəvazişinə
necə ehtiyacı olduğunu hiss etməkdə bəlkə də bir az kecik-
mişdi. Onu itirməyin necə ağır ola biləcəyini son iki gündə
tam olaraq dərk etmişdi. O, ovcuna aldığı əli çiyni bərabə-
rində qaldırıb, dodaqlarına yaxınlaşdırdı. İncə barmaqları
dodaqları ilə isitməyə çalışdı.
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
104
Barmaqlara keçən istilik dərinə hopduqca sanki daha da
güclənir, oradan Culinin köksünə doğru sürətlə axan çaya dö-
nüşürdü. Bu çay qəlbinə tökülən yerdə ecazkar şəlalə əmələ
gətirmişdi. İndi Culi bütün varlığı ilə bu şəlalənin sehrli şırıl-
tısına
qulaq kəsilmiş, onun köləsinə dönmüşdü.
Bir-birinə dikilmiş baxışlar sanki səssiz nitq hissəsi
yaradaraq dillərinin əvəzinə danışmağı öz boyunlarına
götürmüşdülər.
Culinin gözlərində peyda olan yaş damcıları onun göz
qapaqlarında çox da qərar tutub qala bilmədi. Gözlərini
yana qaçıraraq kövrək səslə :
– Məni bağışla. Bilirəm mənə qızğınsan. Ancaq sənə
qıya bilmədim. Fikirləşdim ki, yaxşısı budur, özüm söhbət
edim, bəlkə başa sala bildim. Təssüf ki, bunu bacarmadım.
– Desəm ki, hirslənib eləmirəm, onda necə, ağlamağı
kəsərsən?
–
Əgər məndən küsmürsənsə, hə.
– Danışdıq. Bir də Meyqerə dediklərini yəqin ki, ondan
can qurtarmaq üçün imiş?
Söhbəti yarımçıq kəsilməsinə qapını döyüb, içəri girən
Culinin qardaşı Kristian səbəb oldu. O, əvvəl bacısına
yaxınlaşıb,
onu öpdü, kefini soruşdu:
– Hə gözəl bacım özünü necə hiss edirsən? Xəbərin
var? Bizi əməlli –başlı qorxutdun.
Bacısının əhvalından arxayın olub, sakitləşdiyindən
çevrilib Mətinə əl uzatdı.
– Salam, qafqazlı dostumuz. Xahiş edirəm, sənə ailə-
miz üçün etdiyin yaxşılığa görə bu günə qədər hələ də
təşəkkür edə bilmədiyim, yaxşılığınızı qiymətləndirmədi-
yim anlamına gəlməsin. Etdiyin fədakarlıq həqiqətən təq-
dirəlayiqdir. Həyatını risqə ataraq o zibilə qaçmağa imkan
verməmisən. Elə indi polisdən gəlirəm. Görüşdürdülər,
ifadəmi aldılar. Bizim üçün etdiklərinizə görə çox sağ olun.
Bilin ki, yaxşılığınızı heç zaman unutmayacağam. Mənə