Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
111
ğa uyğun zaman olmamışdı. Güman edirdim ki, verəcəyin 
qərarın sonrakı peşmançılığa əsas olmaması üçün mənim 
haqqımda hər şeyi bilməyin vacibdir. Bəli, sən mənim xo-
şuma gəlirsən, özü də çox. İnanıram ki, sənin məhəbbətinə 
layiq ola bilərəm. Onu da bilirəm ki, indi səni itirmək mənim 
üçün nə qədər ağır olsa da, daha sonrasından yüngül olar. 
Bilirsən ki, mən o, hissləri artıq bir dəfə yaşamışam. Odur ki, 
sən də çalış hisslərinin ciddi olduğuna əmin ol, sonra qərarı-
nı ver. İndi biz səninlə dostuq və dost olaraq da qala bilərik. 
Səmimi olduğuma şübhən olmasın. 
Culi susadığı sevgisindən nəyə görə imtina edə biləcə-
yini anlamadı. Bütün varlığı ilə sevdiyinə əmin idi. Yanın-
da  olub,  ona  toxunamamaq,  varlığına  sevinib,  yoxluğun-
dan əziyyət çəkməkdən yorulmuşdu. O, bu sevdadan vaz 
keçməyə çalışmışdı, ancaq bacarmamışdı. Hisslərinin sı-
nağından qalib çıxan məhəbbətinin gücünə boyun əymək 
zorunda qalmışdı. Dini, əqidəsi belə yenə onun sevgisinə 
mane ola bilməzdi. O, Mətini insan olaraq sevmişdi. Onun 
milliyəti, məzhəbi, sosial durumu umrunda belə deyildi. 
Dövrünün  tanınmış  yazıçılarından  olan  Qabriel  Qar-
sia Markesin dediyi bir kəlməni o, öz məhəbbətinin devizi 
seçmişdi: “Mən səni sənin kim olduğun üçün yox, sənin 
yanında mənim kim olduğum üçün sevirəm”. 
Məhəbbəti üçün hər şeyə hazır idi. Mətinin də ona qar-
şı  biganə  olmadığını  eşidəndə  özünü  dünyanın  xöşbəxti 
sandı. İnanırdı ki, Mətin də onu nə zamansa mütləq dəlicə-
sinə sevəcək. Sadəcə buna vaxt lazım idi. Culi bunun üçün 
ona istədiyi zamanı tanımağa hazır idi. Təki məhəbbətini 
əldə edə biləydi. O, nəmdən parıldayan gözləriylə Mətini 
süzərək gülümsədi:
–  Əmin  olmaq  üçün  mənim  əlavə  zamana  ehtiyacım 
yoxdur. Son zamanlara qədər sənin sevdiyin qıza kin bəs-
ləyirdim. Ancaq indi artıq bəsləmirəm. Bilirsən niyə? Çün-
ki, o səndən vaz keçməsəydi, mənim şansım olmazdı. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
112
Ağlına gələn fikir Mətinə bütün ömrü boyu yadından 
çıxarmayacağı ilk öpüşünü xatırlatdı. Həmin gün şəhərin 
mərkəzi  parklarından  birində  oturub  şirin  söhbət  edir-
dilər. Tanış olduqları ilk gündə olanları yada salıb, gülür-
dülər. Mətinin ürəyindən keçsə də, tanış olduqları bu bir 
ayda o, cürət edib Aygünü heç vaxt öpməmişdi. Heç indi 
də buna cürəti çatmırdı. Ancaq Aygün özü ilk olaraq onu 
öpdü. Məhəbbətlərinin ən şirin anlarını, bu öpüşdən son-
ra yaşadılar. Hər görüşlərində birgə arzuları, neçə övlad-
ları olacağı, onları necə böyüdəcəkləri, necə geydirəcək-
ləri, quracaqları ailədə necə xöşbəxt yaşayacaqları barədə 
uzun–uzadı danışardılar. Hər zaman  Aygün onu  birinci 
dəfə  öpməyə  cürəti  çatmadığına  görə  danlayardı.  Oğlan 
öpüş üçün sevdiyi qızdan icazə gözləməli deyil, bəs necə? 
Məhəbbət  insan  ömrünün  baharıdır.  Onun  ilk  müjdəçisi 
isə ilk öpüşdür. Bu öpüşə qədər yaşananlar təbiətdə baha-
rın gəlişi üçün torpağın isinməsinə bənzəyir. İlk öpüşdən 
sonra məhəbbət ağacı yaşıl yarpaqlarına qovuşur, tumur-
cuqları çiçək açır- deyirdi. 
Onun oxşatması Mətinin çox xoşuna gəlmişdi. Ondan 
sonra Mətin hər zaman ona çiçəyim deyə müraciət edərdi. 
Onlar  ayrılarkən  Mətin  Aygünə  öz  sözlərini  xatırlat-
mış, bu sözləri demişdi:
–  Sən  həyatıma  əvvəl  günəştək  doğdun,  sonra  şaxta 
olub bitirdiyin agacı qurutdun, ancaq unutma, mən hər za-
man qəlbimdə həmin ağacın qurumuş çiçəyini xatirə ola-
raq saxlayacam. 
Mətin  ona  sıxılmış  Culinin  nəmli  gözlərində  həmin 
çiçəyin  əksini  görürdü.  Nədənsə,  birdə  sevə  biləcəyinə 
inanmamışdı. İndi qarşısında onu sevən bu məsum qızcı-
ğaz ona ilk aşiqinin məhv etdiyi baharı bir daha yaşamağı 
təklif edirdi. Özü-özündən baş aça bilmirdi. O, bu qızı sevir-
di, yoxsa sadəcə gözəl olduğuna görə ondan xoşu gəlirdi? 
Bəlkə Aygünü ilə çox oxşar olduğu üçün ona qarşı laqeyd 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
113
deyildi? Bircə onu bilirdi ki, Culi artıq onun üçün əziz bir 
insana çevrilib. Nədənsə, indi bunu tam olaraq dərk etdi. 
Bununla da qərarını vermiş oldu: “ Niyə də yox?” 
Culi Mətinin dodaqlarının istisini əvvəl göz qapaqlarında, 
sonra dodaqlarında hiss etdiyində, sanki nəbzi dayanmışdı. 
Gözlər bir-birinə dikilmiş, ürəklər isə çırpınır, sanki yerindən 
çıxıb qoşa göyərçintək göylərə pərvaz edəcəkdi. 
Culi boş vaxtlarını hər zaman onun yanında keçirirdi. 
Mətinin labaratoriya təcrübələrində ona yaxından kömək 
edir, lazım olan köməyi əsirgəmirdi. Bunun nəticəsi idi ki, 
elmi işinin araşdırması artıq yekunlaşmaq üzrəydi. Onun 
mövzusu cərrahiyə sahəsində yetərincə böyük əhəmiyyət 
daşıyan orqanların transplantasiyası probleminin həllin-
də mühüm əhəmiyyətə malik olduğundan məktəbin bir-
neçə başqa tanınmış doktorları da yaxından maraqlanır-
dılar.  Əldə  etdiyi  uğurlar  yüksək  qiymətləndirildiyindən 
ona Hamburq şəhəri elmi araşdırma mərkəzindən dəvət 
göndərildi. Həmin günü hər ikisi çox sevinmişdi. Bəs necə? 
Minlərlə  tələbənin  bu  mərkəzdə  çalışmaq,  təcrübəyə 
yiyələnmək kimi arzusu olduğu halda bu ona qismət ol-
muşdu. Elmi mərkəz bu regionda ən perespektivli elmi iş-
çiləri bir araya yığır, onların işini daha da inkşaf etdirir, on-
lardan bəhrələnirdi. Ölkənin elmi inkşafına böyük töhfələr 
vermiş bir sıra alimlər var idi, onlar məhz burada yetiş-
mişdilər. Bu mərkəzdən göndərilən mütəxəssislər bütün 
sahələrdə öz işləri ilə seçilən kadrlar olaraq seçilirdilər. 
Belə uğur başgicəlləndirici də ola bilərdi. Ancaq Mə-
tin üçün deyil. O, oxuduğu ali məktəbin fəxrinə çevrilsə də, 
əvvəlki əzmkarlığı ilə çalışmaqda davam edirdi. Mərkəzin 
yarımştat maaşı artıqlaması ilə bəs etdiyindən işlədiyi ka-
fedən ayrılmışdı. Özünü demək olar ki, yorulmadan elmi 
işinə və dərslərinə vermişdi. 
Mətin üçün hər şeyin düzənə girdiyi zamanda ölkədə 
siyasi vəziyyət birdən-birə qarışdı. Son zamanlar orda-bur-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə