32
edib, Hud və ona iman gətirənləri xilas etdi. Onları azad etdi ki, insanlar öz
fitrət və təbiətlərinə qayıtsınlar və xeyir-bərəkət, firavanlıq və ne’mət bolluğu
ilə dolu olan yeni insan həyatlarına baĢlasınlar.
Bismillahir-Rəhmanir-Rəhim.
“Biz Ad qövmünə onların qardaĢları olan Hudu göndərdik. Onlara dedi:
-Ey qövm!Allaha pərəstiĢ edin, ondan baĢqa sizin üçün bir mə’bud yoxdur.
Sizsə yalnız töhmət vurursuz.
Ey qövm! Mən bu risalətim üçün sizdən heç bir mükafat istəmirəm. Mənim
mükafatım yalnız məni yaradan Ģəxsin öhdəsinədir. Anlamırsınızmı?
Ey qövm! Allahınızdan bağıĢlanmaq istəyin. Sonra tövbə ilə ona doğru
qayıdın. O sizə səma yağıĢını göndərər. Gücünüz üstünə güc əlavə edər. Amma,
günahkarcasına haqdan üz çevirməyin.
Dedilər:
-Ey Hud! Sən bizim üçün aydın sübut gətirməmisən və biz öz alllahlarlarımızı
sənin sözünlə buraxmayacağıq. Biz əsla sənə iman gətirməyəcəyik. Biz sənin
haqqında yalnız bunu deyirik: ”Bizim bə’zi allahlarımız sənə ziyan vurmuĢ,
ağlını aparmıĢlar”.
Hud dedi:
-Mən Allahı Ģahid tuturam, siz də Ģahid olun ki, mən sizin Allaha qoĢduğunuz
Ģəriklərdən uzağam. Ondan baĢqa ibadət etdiyiniz bütün Ģeylərdən uzağam. Ġndi
ki, belədir, hamılıqla mənə qarĢı plan çəkin və mənə fürsət verməyin. Amma,
bilin ki, əlinizdən heç bir iĢ gəlməyəcəkdir. Mən özümün və sizin rəbbiniz olan
Allaha təvəkkül edirəm. Allah bütün canlılara hakimdir. Mənim Rəbbim doğru
yoldadır. Ona görə də əgər üz çevirsəniz, bilin ki, mən üzərimə düĢən risalətimi
sizə çatdırdım və Rəbbim sizin yerinizə baĢqa bir dəstəni gətirər, sizsə ona azca
zərər belə yetirə bilməzsiniz. Mənim Rəbbim hər Ģeyin qoruyanıdır.
Bizim əmrimiz yetiĢən zaman Huda və ona iman gətirən Ģəxslərə öz
rəhmətimizlə nicat verib, onları ağır əzabdan xilas etdik. Bu Ad qövmü Allahın
ayələrini inkar edib, peyğəmbərlərinə günah etdilər və haqqın düĢməni olan hər
bir zalıma itaət etdilər. Bu dünyada və Qiyamət günü onlar üçün lə’nət və pis
adlar vardır. Bilin ki, Ad qövmü öz Rəbbinə kafir oldu. Hudun qövmü Ad
Allahın rəhmətindən, xeyir və səadətdən uzaq olsun!
4
4
Hud surəsi, 50-60-cı аyələr.
33
“BU, ALLAHIN DƏVƏSĠDĠR.”
HƏZRƏT SALEHİN ƏHVALATI
Hicri tarixi ilə 9-cu ildə Həzrət Məhəmməd (s) peyğəmbərin rəhbərliyi ilə
Ġslam ordusu Ərəbistan yarımadasının Ģimalında Roma qoĢunları ilə vuruĢmaq
üçün Təbuk məntəqəsinə sarı gedirdi. Çox çətin bir səfər idi. Ġslam qoĢunu
yorulmuĢ və susamıĢdı. Ona görə də Allahın Rəsulu fərman verdi ki, qoĢun
Təbuk məntəqəsinin yaxınlığında olan Vadil-qurada dayansınlar.
Ġslam ordusu dağların yaxınlığında düĢərgə saldı. Ora çox qədim bir yer idi.
Orada xarabalıqlar və su çalaları gözə dəyirdi. Bə’ziləri bir-birlərindən bu
qalıqlar barəsində soruĢurdular. Deyildi ki, bu əsərlər bir zamanlar bu məkanda
yaĢamıĢ Səmud qəbiləsinə məxsusdur. Əziz Peyğəmbər o çalaların suyunu
içməyi müsəlmanlara qadağan etdi. Allahın Rəsulu nifrin və əzaba düçar olan
və onlardan heç bir əlamət qalmayan qəbilənin taleyindən ibrət almaq üçün
əsgərlərin ora daxil olmasını vurğuladı.
Ġndi görək Səmud qəbiləsi kimlər idilər və Həzrət Salehin əhvalatı necə
olmuĢdur?
Tarixdən qabaqkı dövrlərdə Ərəbistan yarımadasının Ģimalında yerləĢən Vadil
qura adlanan geniĢ torpaqlarda Səmud qəbiləsi yaĢayırdı. Səmud qəbiləsi çox
qədim olan ərəb qəbilələrindəndir. Tarix onun barəsində bir Ģey qeyd
etməmiĢdir. Onda olan mə’lumatlar Qur`ani-Kərimdə və Peyğəmbərin (s)
hədislərində gəlmiĢdir.
Əhqaf torpaqlarındakı Ad qəbilələri məhv olduqdan sonra bu qəbilə peyda
oldu. Bu qəbilənin camaatı əkinçiliklə məĢğul olur, quyu qazır, öz əkin
sahələrini Ģumlayır, dağların içində evlər tikirdilər. Heyvanlarını rahatcasına
yaĢıllıqlarda otarırdılar. Onların bağ-bostan və tarlaları rövnəqlənib, bəhrə verir,
beləcə öz yaĢayıĢlarını keçirirdilər. Onlar Allahı düĢünüb, ona ibadət etmək
barədə fikirləĢmirdilər. Bunun əvəzinə qəbilənin varlı və əyyaĢ insanları
hədlərini aĢıb, tüğyan edirdilər. Bu qəbilənin camaatı Alllaha ibadət yerinə
bütlərə ibadət edirdilər.
Həzrət Saleh həmin dövrdə yaĢayırdı. O, pak xüsusiyyətli və agah bir insan
idi. Ġnsanlar yaxĢı sifətlərinə və bəyənilmiĢ əməllərinə görə onu sevirdilər. Bu
qəbilənin bə`zi insanları fikirləĢirdilər ki, Saleh böyük məqama çatacaqdır və
bəlkə də güclü Səmud qəbiləsinin rəisliyini öhdəsinə götürəcəkdir.
Allah-təala Həzrət Salehi Peyğəmbərliyə seçdi. Onu qəbiləsinə doğru
göndərdi ki, insanları bütpərəstlikdən çəkindirib, yeganə Allahın ibadətinə
də’vət etsin.
Saleh yaxĢı bilirdi ki, bütpərəstlik onun qəbiləsinin ürəyində çoxdan kök
salmıĢdır. Çünki, onların ata-babaları bütpərəst olmuĢdular. Həmçinin bilirdi ki,
bu qəbilənin baĢçıları fasid insanlardır və bir kəsin xeyrini istəmirlər. Camaatı
bütpərəstlikdən çəkindirən insanlarla da kobud və qaba rəftar edirlər.
Amma, Saleh, peyğəmbər və Alllahın elçisidir. O, Allahdan baĢqa heç kəsdən
qorxmur. Ona görə də Həzrət öz də’vətini açıq surətdə e’lan etdi. O, öz
risalətini müjdə verdi və həmin yerdən də qarĢıdurmalar baĢlandı. Xeyir və
34
Ģərin mübarizəsi baĢlandı və mö’min peyğəmbər fasid və kafirlər əleyhinə öz
müharibəsinə baĢladı. Səmud qəbiləsinin arasında doqquz nəfər güclü və quldur
insan var idi. Onlar fəsad törədir və bədxahlıqla məĢğul olurdular.
MÜQƏDDƏS DAŞ PARÇASI
Bir gün Səmud qəbiləsinin adamları dağdakı böyük daĢ parçasına tərəf
yollandılar. Onlar qədim zamanlardan o daĢa ibadət edirdilər. UĢaqlar atalarının
o daĢa ibadət etdiyini görüb, özləri də onlar kimi ibadət edirdilər və artıq
böyüdükdə təbii surətdə bütpərəst olurdular. Bu daĢ parçası bütün qəbilənin
yanında xüsusi hörmətə malik idi. Camaat onun qarĢısında qurban kəsirdilər.
Qurbanlıqları onun yanına qoyurdular. O daĢdan ruzi və bərəkət istəyirdilər.
Saleh öz qəbiləsinin əməlini görüb, onların etdiyi iĢə görə qüssələndi. Ona görə
də müqəddəs daĢ parçasının yanına gedib, onlara buyurdu:
-Ey qəbilə! Allaha ibadət edin, sizin ondan baĢqa Rəbbiniz yoxdur.
Onların bə’ziləri dedilər:
-Niyə yeganə Allaha ibadət edək?
Saleh buyurdu:
-Çünki, sizi yaradan və sizə ruzi yetirən odur.
Onlar dedilər:
-Allah bizdən uzaq olduğu üçün biz istədiklərimizi ondan diləyə bilmirik. Ona
görə də onun müqəddəs yaratdıqlarına ibadət edirik. Allah bizim bütün
iĢlərimizi bu daĢa tapĢırmıĢdır və Allah bizdən razı olsun deyə biz ona hörmət
qoyuruq.
Saleh qüssə və nigarançılıqla buyurdu:
-Ey qəbilə! Allah sizi vücuda gətirəndir və məni də sizin yanınıza o
göndərmiĢdir. O istəyir ki, təkcə ona ibadət edəsiniz və ona ibadət etməkdə heç
kimi Ģərik qoĢmayasınız.
Ey qəbilə! Allahdan bağıĢlanmaq istəyin və sonra onun dərgahına tövbə edin.
Həqiqətən Allahım yaxındır və tövbələri də qə’bul edəndir.
Dedilər:
-Ey Saleh! Biz sənə böyük ümid bəsləyirdik. Biz ümidvar idik ki, sənin ağıl
və fikrindən faydalanaq. Amma, indi təəccüblü Ģeylər danıĢırsan. Necə bizə
sifariĢ edirsən ki, öz allahlarımızdan əl çəkək? Necə bizi də’vət edirsən ki, ata
və babalarımızın pərəstiĢ etdiyi Ģeyləri buraxaq?
Ey Saleh! Biz indi sənin risalətinə Ģəkk edirik. Həqiqətən sən dəli olubsan.
Saleh buyurdu:
-Allah məni göndərmiĢdir ki, sizi onun ibadətinə də’vət edəm, bu iĢə görə heç
kəsdən muzd və mükafat istəməyəm və məni yaradan Allahdan savayı heç kəsə
ibadət etməyəm.
Onlar dedilər:
-Əgər sən həqiqətən Allahın elçisisənsə bu daĢın içindən bizim üçün bir boylu
dəvə çıxart.
Saleh onlara buyurdu:
-Allah hər Ģeyə qadirdir. Bizim hamımızı torpaqdan yaradan odur.
Dostları ilə paylaş: |