PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   10   11   12   13   14   15   16   17   ...   83

 
32 
edib,  Hud  və  ona  iman  gətirənləri  xilas  etdi.  Onları  azad  etdi  ki,  insanlar  öz 
fitrət  və  təbiətlərinə  qayıtsınlar  və  xeyir-bərəkət,  firavanlıq  və  ne’mət  bolluğu 
ilə dolu olan yeni insan həyatlarına baĢlasınlar. 
Bismillahir-Rəhmanir-Rəhim. 
“Biz Ad qövmünə onların qardaĢları olan Hudu göndərdik. Onlara dedi: 
-Ey  qövm!Allaha  pərəstiĢ  edin,  ondan  baĢqa  sizin  üçün  bir  mə’bud  yoxdur. 
Sizsə yalnız töhmət vurursuz.  
Ey  qövm!  Mən  bu  risalətim  üçün  sizdən  heç  bir  mükafat  istəmirəm.  Mənim 
mükafatım yalnız məni yaradan Ģəxsin öhdəsinədir. Anlamırsınızmı?  
Ey  qövm!  Allahınızdan  bağıĢlanmaq  istəyin.  Sonra  tövbə  ilə  ona  doğru 
qayıdın. O sizə səma yağıĢını göndərər. Gücünüz üstünə güc əlavə edər. Amma, 
günahkarcasına haqdan üz çevirməyin.  
Dedilər: 
-Ey Hud! Sən bizim üçün aydın sübut gətirməmisən və biz öz alllahlarlarımızı 
sənin  sözünlə  buraxmayacağıq.  Biz  əsla  sənə  iman  gətirməyəcəyik.  Biz  sənin 
haqqında  yalnız  bunu  deyirik:  ”Bizim  bə’zi  allahlarımız  sənə  ziyan  vurmuĢ, 
ağlını aparmıĢlar”. 
Hud dedi: 
-Mən Allahı Ģahid tuturam, siz də Ģahid olun ki, mən sizin Allaha qoĢduğunuz 
Ģəriklərdən uzağam. Ondan baĢqa ibadət etdiyiniz bütün Ģeylərdən uzağam. Ġndi 
ki,  belədir,  hamılıqla  mənə  qarĢı  plan  çəkin  və  mənə  fürsət  verməyin.  Amma, 
bilin ki, əlinizdən heç bir iĢ gəlməyəcəkdir. Mən özümün və sizin rəbbiniz olan 
Allaha təvəkkül edirəm. Allah bütün canlılara hakimdir. Mənim Rəbbim doğru 
yoldadır. Ona görə də əgər üz çevirsəniz, bilin ki, mən üzərimə düĢən risalətimi 
sizə çatdırdım və Rəbbim sizin yerinizə baĢqa bir dəstəni gətirər, sizsə ona azca 
zərər belə yetirə bilməzsiniz. Mənim Rəbbim hər Ģeyin qoruyanıdır. 
Bizim  əmrimiz  yetiĢən  zaman  Huda  və  ona  iman  gətirən  Ģəxslərə  öz 
rəhmətimizlə nicat verib, onları ağır əzabdan xilas etdik. Bu Ad qövmü Allahın 
ayələrini inkar edib, peyğəmbərlərinə günah etdilər və haqqın düĢməni olan hər 
bir  zalıma  itaət  etdilər.  Bu  dünyada  və  Qiyamət  günü  onlar  üçün  lə’nət  və  pis 
adlar  vardır.  Bilin  ki,  Ad  qövmü  öz  Rəbbinə  kafir  oldu.  Hudun  qövmü  Ad 
Allahın rəhmətindən, xeyir və səadətdən uzaq olsun!
4
 
                                                 
4
Hud surəsi, 50-60-cı аyələr.
 
 


 
33 
“BU, ALLAHIN DƏVƏSĠDĠR.” 
HƏZRƏT SALEHİN ƏHVALATI 
Hicri  tarixi  ilə  9-cu  ildə  Həzrət  Məhəmməd  (s)  peyğəmbərin  rəhbərliyi  ilə 
Ġslam ordusu Ərəbistan yarımadasının Ģimalında Roma qoĢunları ilə vuruĢmaq 
üçün  Təbuk  məntəqəsinə  sarı  gedirdi.  Çox  çətin  bir  səfər  idi.  Ġslam  qoĢunu 
yorulmuĢ  və  susamıĢdı.  Ona  görə  də  Allahın  Rəsulu  fərman  verdi  ki,  qoĢun 
Təbuk məntəqəsinin yaxınlığında olan Vadil-qurada dayansınlar. 
Ġslam ordusu dağların yaxınlığında düĢərgə saldı. Ora çox qədim bir yer idi. 
Orada  xarabalıqlar  və  su  çalaları  gözə  dəyirdi.  Bə’ziləri  bir-birlərindən  bu 
qalıqlar barəsində soruĢurdular. Deyildi ki, bu əsərlər bir zamanlar bu məkanda 
yaĢamıĢ  Səmud  qəbiləsinə  məxsusdur.  Əziz  Peyğəmbər  o  çalaların  suyunu 
içməyi müsəlmanlara qadağan etdi. Allahın Rəsulu nifrin və əzaba düçar olan 
və  onlardan  heç  bir  əlamət  qalmayan  qəbilənin  taleyindən  ibrət  almaq  üçün 
əsgərlərin ora daxil olmasını vurğuladı. 
Ġndi  görək  Səmud  qəbiləsi  kimlər  idilər  və  Həzrət  Salehin  əhvalatı  necə 
olmuĢdur? 
Tarixdən qabaqkı dövrlərdə Ərəbistan yarımadasının Ģimalında yerləĢən Vadil 
qura  adlanan  geniĢ  torpaqlarda  Səmud  qəbiləsi  yaĢayırdı.  Səmud  qəbiləsi  çox 
qədim  olan  ərəb  qəbilələrindəndir.  Tarix  onun  barəsində  bir  Ģey  qeyd 
etməmiĢdir.  Onda  olan  mə’lumatlar  Qur`ani-Kərimdə  və  Peyğəmbərin  (s) 
hədislərində gəlmiĢdir.  
Əhqaf  torpaqlarındakı  Ad  qəbilələri  məhv  olduqdan  sonra  bu  qəbilə  peyda 
oldu.  Bu  qəbilənin  camaatı  əkinçiliklə  məĢğul  olur,  quyu  qazır,  öz  əkin 
sahələrini  Ģumlayır,  dağların  içində  evlər  tikirdilər.  Heyvanlarını  rahatcasına 
yaĢıllıqlarda otarırdılar. Onların bağ-bostan və tarlaları rövnəqlənib, bəhrə verir, 
beləcə  öz  yaĢayıĢlarını  keçirirdilər.  Onlar  Allahı  düĢünüb,  ona  ibadət  etmək 
barədə  fikirləĢmirdilər.  Bunun  əvəzinə  qəbilənin  varlı  və  əyyaĢ  insanları 
hədlərini  aĢıb,  tüğyan  edirdilər.  Bu  qəbilənin  camaatı  Alllaha  ibadət  yerinə 
bütlərə ibadət edirdilər. 
Həzrət  Saleh  həmin  dövrdə  yaĢayırdı.  O,  pak  xüsusiyyətli  və  agah  bir  insan 
idi.  Ġnsanlar  yaxĢı  sifətlərinə  və  bəyənilmiĢ  əməllərinə  görə  onu  sevirdilər.  Bu 
qəbilənin  bə`zi  insanları  fikirləĢirdilər  ki,  Saleh  böyük  məqama  çatacaqdır  və 
bəlkə də güclü Səmud qəbiləsinin rəisliyini öhdəsinə götürəcəkdir. 
Allah-təala  Həzrət  Salehi  Peyğəmbərliyə  seçdi.  Onu  qəbiləsinə  doğru 
göndərdi  ki,  insanları  bütpərəstlikdən  çəkindirib,  yeganə  Allahın  ibadətinə 
də’vət etsin.  
Saleh  yaxĢı  bilirdi  ki,  bütpərəstlik  onun  qəbiləsinin  ürəyində  çoxdan  kök 
salmıĢdır. Çünki, onların ata-babaları bütpərəst olmuĢdular. Həmçinin bilirdi ki, 
bu qəbilənin baĢçıları  fasid  insanlardır  və  bir kəsin xeyrini  istəmirlər.  Camaatı 
bütpərəstlikdən çəkindirən insanlarla da kobud və qaba rəftar edirlər.  
Amma, Saleh, peyğəmbər və Alllahın elçisidir. O, Allahdan baĢqa heç kəsdən 
qorxmur.  Ona  görə  də  Həzrət  öz  də’vətini  açıq  surətdə  e’lan  etdi.  O,  öz 
risalətini  müjdə  verdi  və  həmin  yerdən  də  qarĢıdurmalar  baĢlandı.  Xeyir  və 


 
34 
Ģərin  mübarizəsi  baĢlandı  və  mö’min  peyğəmbər  fasid  və  kafirlər  əleyhinə  öz 
müharibəsinə baĢladı. Səmud qəbiləsinin arasında doqquz nəfər güclü və quldur 
insan var idi. Onlar fəsad törədir və bədxahlıqla məĢğul olurdular.  
MÜQƏDDƏS DAŞ PARÇASI 
Bir  gün  Səmud  qəbiləsinin  adamları  dağdakı  böyük  daĢ  parçasına  tərəf 
yollandılar. Onlar qədim zamanlardan o daĢa ibadət edirdilər. UĢaqlar atalarının 
o  daĢa  ibadət  etdiyini  görüb,  özləri  də  onlar  kimi  ibadət  edirdilər  və  artıq 
böyüdükdə  təbii  surətdə  bütpərəst  olurdular.  Bu  daĢ  parçası  bütün  qəbilənin 
yanında  xüsusi  hörmətə  malik  idi.  Camaat  onun  qarĢısında  qurban  kəsirdilər. 
Qurbanlıqları  onun  yanına  qoyurdular.  O  daĢdan  ruzi  və  bərəkət  istəyirdilər. 
Saleh öz qəbiləsinin əməlini görüb, onların etdiyi iĢə görə qüssələndi. Ona görə 
də müqəddəs daĢ parçasının yanına gedib, onlara buyurdu: 
-Ey qəbilə! Allaha ibadət edin, sizin ondan baĢqa Rəbbiniz yoxdur. 
Onların bə’ziləri dedilər: 
-Niyə yeganə Allaha ibadət edək? 
Saleh buyurdu: 
-Çünki, sizi yaradan və sizə ruzi yetirən odur. 
Onlar dedilər: 
-Allah bizdən uzaq olduğu üçün biz istədiklərimizi ondan diləyə bilmirik. Ona 
görə  də  onun  müqəddəs  yaratdıqlarına  ibadət  edirik.  Allah  bizim  bütün 
iĢlərimizi bu daĢa tapĢırmıĢdır və Allah bizdən razı olsun deyə biz ona hörmət 
qoyuruq. 
Saleh qüssə və nigarançılıqla buyurdu: 
-Ey  qəbilə!  Allah  sizi  vücuda  gətirəndir  və  məni  də  sizin  yanınıza  o 
göndərmiĢdir. O istəyir ki, təkcə ona ibadət edəsiniz və ona ibadət etməkdə heç 
kimi Ģərik qoĢmayasınız. 
Ey qəbilə! Allahdan bağıĢlanmaq istəyin və sonra onun dərgahına tövbə edin. 
Həqiqətən Allahım yaxındır və tövbələri də qə’bul edəndir. 
Dedilər: 
-Ey  Saleh! Biz  sənə  böyük  ümid bəsləyirdik. Biz  ümidvar  idik ki,  sənin  ağıl 
və  fikrindən  faydalanaq.  Amma,  indi  təəccüblü  Ģeylər  danıĢırsan.  Necə  bizə 
sifariĢ edirsən ki, öz allahlarımızdan əl çəkək? Necə bizi də’vət edirsən ki, ata 
və babalarımızın pərəstiĢ etdiyi Ģeyləri buraxaq? 
Ey Saleh! Biz indi sənin risalətinə Ģəkk edirik. Həqiqətən sən dəli olubsan. 
Saleh buyurdu: 
-Allah məni göndərmiĢdir ki, sizi onun ibadətinə də’vət edəm, bu iĢə görə heç 
kəsdən muzd və mükafat istəməyəm və məni yaradan Allahdan savayı heç kəsə 
ibadət etməyəm. 
Onlar dedilər: 
-Əgər sən həqiqətən Allahın elçisisənsə bu daĢın içindən bizim üçün bir boylu 
dəvə çıxart. 
Saleh onlara buyurdu: 
-Allah hər Ģeyə qadirdir. Bizim hamımızı torpaqdan yaradan odur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə