PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   2   3   4   5   6   7   8   9   ...   83

 

ġeytan dedi: 
-Ey Allah! Məni azdırdığın üçün sənin bəndələrinin  yolunun üstündə oturub, 
onların hamısını doğru yoldan azdıracağam.  
ġeytan  nə  qədər  lə`nətlik,  nə  qədər  bədbəxt  və  yalançıdır!  O  azğınlığa 
düĢməsində  Allahı  ittiham  edir.  O  etdiyi  günahla  belə  özünü  cəzaya  layiq 
bilmir.  ġeytan  demir  ki,  Adəmə  (ə)  paxıllıq  edib,  kin  bəsləmiĢ,  təkəbbür  və 
lovğalıq etmiĢ, Allahın əmrindən çıxaraq səcdə etməkdən boyun qaçırmıĢdır.  
Beləliklə  ġeytan  kafir  oldu.  Öncə  qürurlandı  və  sonra  küfr  yolunu  tutdu.  O 
güman edirdi ki, Adəmdən (ə) üstündür. Çünki, o, oddan, Adəm (ə) isə torpaq 
və  palçıqdan  yaranmıĢdır.  ġeytan  özünübəyənən  idi.  Unutdu  ki,  bu  əmri  ona, 
onu yaradan Allah vermiĢdir və Allahın əmrinə itaət etmək lazımdır.  
HƏVVA 
Allah Adəmi (ə) yalqız yaratdı. Sonra onun üçün Həvvanı xəlq etdi. Adəm (ə) 
yoldaĢını  görərək  sevindi.  Həvva  da  bu  görüĢə  Ģad  oldu.  Bütün  eyib  və 
nöqsanlardan uzaq olan Allah bizim ata və anamız olan Adəm (ə) və Həvvaya 
cənnətdə yer verdi.  
Cənnət  çox  gözəl  yerdir,  fövqəl`adə  gözəlliyə  malikdir.  Çoxlu  çaylar, 
həmiĢəyaĢıl ağaclar, həmiĢə bahar... Cənnətdə istilik və soyuqluq yoxdur. Gəzəl 
ətirlər... Ġnsan onların qoxusu ilə sinəsini dolduranda Ģadlıq və xoĢbəxtlik hiss 
edir.  
Allah-təala Adəmə (ə) buyurdu:  
-Sən  və  yoldaĢın  cənnətdə  sakin  olun  və  istədiyiniz  ne`mətlərdən  meyl  edin. 
Cənnətin harasında istəsəniz sakin olun və nə istəsəniz yeyin.  
Orada  xoĢbəxt  olacaqsan.  Cənnətdə  yorğunluq,  aclıq  və  çılpaqlıq  yoxdur. 
Amma, olmaya bu ağaca  yaxınlaĢasan! Olmaya ġeytanın sözünə qulaq asasan. 
Çünki,  o  səni  aldadar.  Həqiqətən  ġeytan  sənin  və  yoldaĢının  düĢmənidir.  Ey 
Adəm! ġeytan sənə həsəd aparır və əslində səni azğınlığa düçar etmək istəyir. 
Adəm  (ə)  və  həyat  yoldaĢı  Həvva  cənnətdə  yola  düĢüb,  gözəl  ağacların 
kölgəsində  oturdular,  onların  meyvələrindən  yedilər.  Adəm  (ə)  və  Həvva  çox 
Ģad  və  məmnun  idilər.  Həqiqətən  Allah  onların  hər  ikisini  Öz  qüdrət  əli  ilə 
yaratmıĢ və hər növ ruzi və xörəyi onlara ehsan etmiĢdi.  
Mələklər  də  onları  sevirdilər.  Çünki,  onları  Allah  yaratmıĢ  və  Allah  onları 
sevmiĢdi.  
Adəm  (ə)  və  Həvva  cənnətdə  yola  düĢüb,  o  tərəf  bu  tərəfə  gedir,  onun 
ağaclarından  meyvə  dərir,  çaylarının  kənarında  otururdular.  Yaqut  və  əqiqdən 
ürəkaçan  və  gözəl  sahillər,  Ģəffaf  və  dadlı  sular...  Onlar  öz  ayaqlarını 
yuyurdular.  Ətirli  və  ləzzətli  baldan  arxlar,  süddən  çaylar,  quĢlar,  güllər... 
Adəm (ə) və Həvva hədsiz dərəcədə sevinirdilər. Cənnətdə onlar üçün hər Ģey 
hazırlanmıĢdı. Ağaclar, meyvələr... Onlar bütün meyvələrdən yedilər. Müxtəlif 
cür, müxtəlif rəngli, müxtəlif ətirli meyvələr... Hamısı gözəl və dadlı idi.  
Lakin  Adəm  (ə) və Həvva cənnətin ortasında  yerləĢən bir  ağacı görürdülər... 
Ə`la  görünüĢlü  və  açıq  meyvəli  bir  ağac...  Onlar  ona  yalnız  tamaĢa  edirdilər. 


 

Çünki,  Allah-təala  bu  ağaca  yaxınlaĢmağı  və  meyvələrini  yeməyi  onlara 
qadağan etmiĢdi.  
ŞEYTAN – İNSANIN DÜŞMƏNİ 
ġeytan mələklərin yanından qovuldu. Onun kimliyi ilk imtahanda aydın oldu. 
Onun özünü bəyənməsi və təkəbbürü göründü. O, lə`nətlənmiĢ və qovulmuĢ bir 
mövcuda çevrildi. Odur ki, daha mələklərin arasında ona yer yox idi.   
ġeytan bütün vücudu ilə Adəm (ə) və Həvvaya kin bəsləyir və paxıllıq edirdi. 
O  hər  an  Adəm  (ə)  və  Həvvanı  aldadıb,  cənnətdən  qovdurmaq  barədə 
fikirləĢirdi.  Öz-özünə  dedi:  “Onları  necə  aldatmağı  yaxĢı  bilirəm.  Bilirəm  ki, 
onlar  mənim  vəsvəsələrimə  qulaq  asacaqlar.  Onları  bu  ağacdan  yeməyə  təhrik 
edəcəyəm.  Onda  Adəm  yazıq  və  özüm  kimi  bədbəxt  olacaqdır.  Allah  onu 
cənnətdən qovacaq və Həvva da Adəmin gününə düĢəcəkdir“. 
AĞAC 
ġeytan  Adəm  (ə)  və  Həvvanın  yanına  gəldi.  Onlara  vəsvəsə  edib,  aldatmaq 
məqsədilə dedi:  
-Siz cənnətin bütün ağaclarını görmüsünüzmü? 
Adəm (ə) dedi:  
-Hə, görmüĢük və onların meyvələrindən də yemiĢik.  
ġeytan dedi:  
-Nə  faydası?!  Siz  əbədiyyət  ağacının  meyvəsindən  yeməmisiniz.  O  ağac, 
əbədi həyat və mülk ağacıdır. Əgər o ağacın meyvələrindən yesəniz, hər ikiniz 
cənnətdə iki mələk formasına düĢəcəksiniz.  
Həvva Adəmə (ə) dedi:  
-Gəl əbədiyyət ağacının meyvəsindən yeyək.  
Adəm (ə) dedi:  
-Allahımız bu ağaca yaxınlaĢmağı bizə qadağan etmiĢdir.  
ġeytan onları aldadaraq dedi:  
-Əgər  bu  əbədiyyət  ağacı  olmasaydı,  Allah  sizə  qadağan  etməzdi.  Əgər  iki 
mələyə  çevrilməyəcəkdinizsə,  onda  Allah  buyurmazdı  ki,  bu  ağaca 
yaxınlaĢmayın.  Mən  sizi  nəsihət  edirəm  ki,  bu  ağacdan  yeyin.  Əgər  belə 
etsəniz,  iki  mələyə  çevriləcəksiniz  və  heç  vaxt  ölməyəcəksiniz.  Siz  əbədi 
qalacaq və həmiĢəlik olaraq bu cənnətin ne`mətlərindən bəhrələnəcəksiniz. 
Adəm (ə) yoldaĢına dedi:  
-Mən necə öz Allahımın sözündən çıxım?! Yox! Yox!  
ġeytan dedi:   
-Tələsin! Gəlin o ağacı sizə göstərim. O ağac cənnətin ortasında yerləĢir.  
ġeytan  yola  düĢdü.  Adəm  (ə)  və  Həvva  da  onun  ardınca  getdilər.  ġeytan 
təkəbbür və qürurla addımlayırdı. O həmin ağacı göstərib dedi:   
-Həmin  ağac  budur.  Görün  nə  qədər  gözəldir!  Meyvələrinə  baxın.  Necə  də 
ürəkaçandır.   


 

Həvva  baxdı.  Adəm  (ə)  də  baxdı.  Həqiqətən  çox  görməli  və  cəlbedici  idi. 
QəĢəng  meyvələri  vardı.  Buğdaya  oxĢar  bir  ağac  idi,  amma,  cürbəcür 
meyvələri, alma və üzümü də var idi. ġeytan dedi:   
-Niyə  ondan  yemirsiniz?  Mən  and  içirəm  ki,  sizin  xeyrinizi  istəyirəm.  Sizə 
məsləhət görürəm ki, bu ağacın meyvələrindən yeyin.  
ġeytan Adəm (ə) və Həvvaya and içdi ki, onların xeyrini və əbədiliyini istəyir. 
Bu  dəhĢətli  anda  Adəm  (ə)  öz  Allahını  unutdu.  O,  Allahla  bağladığı  əhd-
peymanını  yaddan  çıxartdı.  Öz-özünə  fikirləĢdi  ki,  həmiĢə  Allahı  yad  edər  və 
eyni zamanda əbədi olaraq ömür də sürə bilər. O həyəcanlı anlarda Həvva əlini 
uzadıb,  ağacın  meyvəsindən  dərərək  yedi.  Həqiqətən  ləzzətli  və  gözəl  idi.  O, 
meyvələrdən Adəmə (ə) də verdi. Adəm (ə) öz əhd-peymanını unudaraq onları 
yedi.  
ĠĢ bu yerə çatdıqda ġeytan qaçdı və öz hiyləgərsəsinə səsi ilə qəhqəhə çəkərək 
güldü. Həqiqətən o, Adəm (ə) və Həvvanı aldadaraq qələbə çalmıĢdı.  
YERƏ ENMƏK 
Adəm (ə) və Həvva o ağacın meyvəsindən yeyən anda çox qəribə bir hadisə 
baĢ  verdi.  Onların  cənnət  geyimləri  əyinlərindən  çıxdı  və  hər  ikisi  çılpaq 
qaldılar. Bədənlərinin eyibi göründü.  
Orada  enli  yarpaqlı  əncir  və  banan  ağacları  da  var  idi.  Adəm  (ə)  və  Həvva 
onlara sığındılar. Onlar bir-birlərindən utandılar. Əncir və banan yarpaqlarından 
özlərini  örtmək  üçün  paltar  düzəltmək  istədilər.  PeĢimanlıq,  qorxu  və  xəcalət 
hissi  keçirirdilər.  Çünki,  günah  etmiĢdilər. Allahın  sözünü  eĢitməyib, ġeytanın 
sözünə qulaq asmıĢdılar. ġeytan isə onları eləcə buraxaraq çox uzaq bir nöqtəyə 
qaçmıĢdı.  
Adəm (ə) və Həvva onları çağıran bir səs eĢitdilər. O səs Allah-təalanın səsi 
idi. O buyururdu:  
-Mən sizi bu ağaca yaxınlaĢmaqdan çəkindirmədimmi? Mən sizə demədimmi 
ki, ġeytan sizin düĢməninizdir, ona aldanmayın? 
Adəm  (ə)  günah  etdiyi  üçün  ağladı.  Həvva  da  ağladı.  KaĢ  onlar  ġeytanın 
sözünə qulaq asmayaydılar!  
Onlar peĢiman olaraq Allahın qarĢısında baĢlarını aĢağı salıb, dedilər:  
-Ġlahi!  Biz  tövbə  edib,  sənə  doğru  qayıdırıq.  Bizim  tövbəmizi  qəbul  et  və 
günahlarımızı bağıĢla!  
Ġlahi, biz özümüzə zülm etdik. Əgər sən bizi bağıĢlayıb, rəhm etməsən özün 
zülm edənlərin dəstəsindən olacağıq.  
Adəm (ə) öncədən bilirdi ki, tövbə və peĢimanlıq günahları yuyur. Ona görə 
də  tövbə  etdi  və  Allahın  dərgahına  münacat  elədi.  Allah  öz  bəndələrinə  qarĢı 
mehribandır.  Buna  görə  də  onun  tövbəsini  qəbul  etdi.  Amma,  bu  ağacın 
meyvəsindən  yeyən  və  Allaha  günah  edən  Ģəxs  cənnətdən  çıxmalı  və 
günahından paklanmalı idi.  
Allah-təala buyurdu:  
-Yerə  enin!  Sizinlə  ġeytan  arasında  düĢmənlik  davam  edəcəkdir.  O,  həmiĢə 
sizi aldatmağa çalıĢacaq. Amma, mənim əmrimə qulaq asan və sözlərimə əməl 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə