PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   2   3   4   5   6   7   8   9   ...   83

 
14 
Qorxdu.  O,  oddan  qorxurdu.  Od,  qardaĢının  qurbanını  qəbul  etmiĢ,  onun 
qurbanını isə rədd etmiĢdi. Qaçmaq istəyirdi. Amma, hara? 
 Atası  Adəm  (ə)  yol  gözləyirdi:  oğlanlarının  yolunu.  Qabil  tənha  qayıtdı. 
Adəm (ə) qəm-qüssə və nigaranlıq içində ondan soruĢdu:  
-Qabil, bəs qardaĢın haradadır? 
Qabil qəzəblə dedi:  
-Məni göndərmiĢdin ki, qardaĢımı qoruyum? 
Adəm (ə) bir hadisə baĢ verdiyini duydu. Odur ki, Qabilə dedi:  
-Onu harada buraxdın? 
Qabil dedi: 
-Orada, o təpələrdə.  
Atası dedi:  
-Məni ora apar! 
Qabil  həmin  yeri  göstərdi.  Yola  düĢdü  və  atası  da  onun  arxasınca  getdi. 
Uzaqdan qoyun və quzuların səsini eĢitdilər. Adəm (ə) gördü ki, qoyunlar ətrafa 
səpələniblər. QıĢqırdı:  
-Habil, hardasan? Habil! 
Amma,  heç  kəs  cavab  vermirdi.  Adəm  (ə)  ay  iĢığında  gördü  ki,  daĢların 
üzərində  nə  isə  parlayır.  O,  yerdə  qəribə  bir  ətir  duydu.  Adəm  (ə)  hər  Ģeyi 
anladı. Bildi ki, Qabil qardaĢını öldürmüĢdür. Qəzəblə qıĢqırdı:  
-Lə`nət  olsun  sənə  ey  Qabil!  Niyə  qardaĢını  öldürdün?  Allah  səni  yerdə  qan 
töküb, pis iĢlərlə məĢğul olmaq üçünmü yaratmıĢdır? Lə`nət olsun sənə!  
Qabil  qaçdı.  Yerdə  sərgərdan  oldu.  O,  dəlilər  kimi  o  tərəf  bu  tərəfə  qaçırdı. 
Mağaralarda  yatır, od və alovun qarĢısında tə`zim edir və onlara səcdə edirdi. 
Amma,  daha  alovdan  qorxmurdu.  Onun  həyatı  bütünlüklə  əzab-əziyyətə  və 
peĢimançılığı çevrildi.  
Adəm  (ə)  qəmgin  halda  öz  evinə  qayıtdı  və  övladı  Habilin  ayrılığından 
ağlamağa baĢladı. Saleh və təqvalı Habil... Məzlum Habil... Adəm (ə) qırx gün 
ağladı. Həvva da övladına görə ağladı. Allah Adəmə (ə) vəhy etdi ki, ona baĢqa 
bir övlad lütf edəcəkdir: Habil kimi saleh bir övlad.  
Doqquz  aydan  sonra  Həvva  gözəl  bir  uĢağa  sahib  oldu.  UĢağın  çöhrəsi  ay 
kimi  parlayırdı.  Adəm  (ə)  sevindi  və  ürəyi  sevinclə  doldu.  Çünki,  Allah-təala 
Habilin əvəzinə onun üçün bir övlad mərhəmət etmiĢdi.  
Yeddi gün keçdi və Adəm (ə) övladı üçün ad seçmək fikrinə düĢdü. Yeddinci 
gün həyat yoldaĢına dedi:   
-Onun  adını  ġis  qoyuram:  Allahın  hədiyyəsi.  Çünki,  Allah  onu  bizə  hədiyyə 
vermiĢdir.   
Ġllər ötdü. ġis böyüdü və Adəm (ə) qocalıb, yaĢlaĢdı. Həvva da yaĢlı bir qadın 
olmuĢdu.  Adəm  (ə)  Ģad  idi.  Övladları  böyümüĢ,  nəvə  və  nəticəyə  sahib 
olmuĢdu.  Onlar  iĢləyib,  çalıĢırdılar.  Ev  tikir,  əkinçilik  edir  və  Allaha  ibadət 
edirdilər.  Qabil  də  baĢqa  bir  yerdə  yaĢayırdı.  O  da  övlad  və  nəvə  sahibi 
olmuĢdu.  
Bir gün Adəm (ə) övladı ġisə (ə) dedi:  
-Oğlum! Üzüm yemək istəyirəm.  


 
15 
 ġis (ə) ayağa qalxıb, geniĢ üzüm bağlarına tərəf getdi. Bir neçə üzüm salxımı 
dərdi və atasının yanına qayıtdı. Amma, Adəm (ə) dünyadan köçmüĢ və həyatla 
vidalaĢmıĢdı. Min il yerdə yaĢadıqdan sonra o, yenidən cənnətə qayıtdı. 
Bismillahir-Rəhmanir-Rəhim. 
«Yadına sal o zamanı ki, Allahın mələklərə dedi:   
-Mən yer üzündə nümayəndəmi yaradıram.   
Mələklər dedilər:   
-Ġlahi!  Sən  yerdə  bir  kəs  yaradırsan  ki,  fəsad  edib,  qan  tökəcəkdir.  (Çünki, 
yerin  Adəmdən  (ə)  qabaqkı  mövcudları  fəsad  edib,  qan  tökməyə  aludə 
olmuĢlar.  Əgər  bu  Adəmi  (ə)  yaratmaqda  məqsədin  ibadətdirsə,)  Biz  sənə 
təsbih, həmd və Ģükr edirik və səni əzəmətlə yad edirik.   
Allah buyurdu:   
-Mən sizin bilmədiyiniz bə`zi həqiqətləri bilirəm.   
Sonra  yaranıĢın  sirlərini  və  bütün  mövcudatın  adlarını  Adəmə  (ə)  öyrətdi  və 
sonra onları mələklərə təqdim edib, buyurdu:  
-Əgər doğru deyirsinizsə bunların adlarını mənə deyin.   
Mələklər dedilər:  
-Ġlahi! Sən bütün eyiblərdən uzaqsan. Biz sənin öyrətdiklərindən baĢqa heç nə 
bilmirik. Sən elmli və hikmətlisən.  
 Buyurdu:  
-Ey Adəm (ə)! Onları mövcudların adları və sirləri ilə tanıĢ et! 
Onlarla tanıĢ etdikdə Allah-təala buyurdu:  
-Sizə  demədimmi  ki, mən  yerlərin  və göylərin  qeybi  sirlərini bilirəm?! Sizin 
aĢkar etdiyiniz və gizlətdiyiniz hər bir Ģeydən xəbərdaram.  
Həmçinin yadına sal o zamanı ki, mələklərə dedik:  
-Adəmə (ə) səcdə edin.   
Ġblisdən  baĢqa  hamısı  səcdə  etdilər.  Ġblis  boyun  qaçırıb,  təkəbbür  etdi.  O, 
itaətsizliyi və təkəbbürlüyünə görə kafirlərdən oldu. Dedik:  
-Ey  Adəm  (ə)!  Sən  və  yoldaĢın  cənnətdə  sakin  olun  və  onun  ne`mətlərindən 
istifadə  edin.  Amma,  bu  ağaca  yaxınlaĢmayın.  Çünki,  o  zaman  zalımlardan 
olarsınız.  
ġeytan  onların  cənnətdən  çıxmasına  səbəb  oldu  və  onları  olduqları  yerdən 
çıxartdı. O vaxt onlara dedik:  
-Hamınız  yerə  enin,  bir  halda  ki,  bə`ziniz  bə`zinizlə  düĢmən  olacaqsınız  və 
sizin  üçün  yerdə  müəyyən  zamana  qədər  məskən  və  faydalanmaq  vasitələri 
olacaqdır.  
 Sonra Adəm (ə) Rəbbindən bə`zi kəlmələri qəbul və onlarla tövbə etdi. Allah 
onun  tövbəsini  qəbul  etdi.  Çünki,  Allah  tövbə  qəbul  edən  və  mehribandır. 
Dedik:  
«Hamınız cənnətdən enin! Mənim tərəfimdən sizin üçün hidayət gəldikdə 
(itaət edin), ona itaət edənlər qorxmaz və qəmgin olmazlar».
1
 
                                                 
1
Bəqərə surəsi, 30-38-ci аyələr.
 
 


 
16 
«Adəmin (ə) iki övladının əhvalatını düzgün olaraq onlara oxu! O zaman ki, 
onlar  Allaha  yaxınlaĢmaq  üçün  qurbanlıq  verdilər.  Amma,  birindən  qəbul 
olundu,  o  birisindən  isə  qəbul  olunmadı.  Qurbanı  qəbul  olmayan  qardaĢ  o 
birisinə dedi:  
-And olsun Allaha, səni öldürəcəyəm.   
O biri qardaĢ dedi:  
-Mənim günahım nədir? Allah-təala yalnız imanlı Ģəxslərdən qəbul edir. Əgər 
sən məni öldürmək istəsən də, mən heç vaxt sənin qətlinə əl uzatmaram. Çünki, 
aləmlərin  Rəbbindən  qorxuram.  Ġstəyirəm  mənim  və  özünün  günahınla  bu 
əməldən əl çəkəsən ki, cəhənnəm əhlindən olarsan. Zalımların aqibəti budur.  
Tüğyan edən nəfsi get-gedə onu, qardaĢını öldürməyə təhrik etdi və nəhayət 
onu  öldürüb,  ziyankarlardan  oldu.  Sonra  Allah  bir  qarğa  göndərdi  ki,  yeri 
qazsın və ona göstərsin ki, öz qardaĢının cəsədini necə dəfn etməlidir. O dedi: 
«Vay  olsun  mənə!  Mən  bu  qarğa  kimi  də  olub  qardaĢımın  cəsədini  dəfn  edə 
bilmədim». Nəhayət peĢiman oldu».
2
  
                                                 
2
Mаidə surəsi, 27-31-ci аyələr.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə