PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   4   5   6   7   8   9   10   11   ...   83

 
19 
Bütpərəstlər onun də`vətini rədd edərək tövhid və təkallahlığı qəbul etmədilər 
və  Nuhu  (ə)  dülgər  və  yoxsul  kiĢi  adı  ilə  məsxərə  etdilər.  Nuhun  (ə) 
qövmündəki mülkədarlarının mal, övlad və qüdrətləri çox olduğundan özlərini 
Nuhdan (ə) üstün bilirdilər.  
Bir gün kafirlər Nuhun (ə) yanına gələrək ona dedilər:   
-Necə  bizim  sənə  iman  gətirməyimizi  istəyirsən?  Halbuki,  bu  səviyyəsiz 
yoxsullardan baĢqa, heç kəs sənə itaət etmir.   
Həmçinin ona dedilər:   
-Əgər onları öz yanından qovsan iman gətirib, sənin yolunla gedərik.   
Nuh (ə) buyurdu:  
-Necə  onları  öz  yanımdan  qovum?  Necə  mö`minləri  öz  yanımdan 
uzaqlaĢdırım? Allah belə bir Ģeyi sevməz və bu iĢ bəyənilməz bir iĢdir.   
Nuh (ə) onlara dedi:   
-Hansı  əsasla  onları  alçaq,  səviyyəsiz  və  nökər  adlandırırsınız.  Onlar  bizim 
qardaĢlarımızdırlar. Ġnsanlar bir-birləri ilə qardaĢdırlar.   
Bütpərəstlər Nuha (ə) dedilər:  
-Sən  yalançısan,  biz  sənə  iman  gətirmərik.  Əgər  sən  Allahın  göndərdiyi 
olsaydın, bizdən çox sərvətə malik olardın və yerin xəzinələri sənin ixtiyarında 
olardı.  
Ona dedilər:  
-Allahın  səndən  baĢqa  bir  adamı  yox  idi  ki,  bizim  üstümüzə  göndərsin?  Sən 
yoxsul və kasıbsan.  
Nuh (ə) buyurdu:   
-Ey qəbilə! Allahın risalətini yalan adlandırmayın. Allah sizə bəla göndərər.   
Qəbiləsi Nuha (ə) dedilər:   
-Sən bizimlə çox inadkarlıq edirsən. Əgər doğru deyirsənsə bizə bəla göndər. 
Biz sənin hədələrindən qorxmuruq. Çünki, sən yalançı bir insansan. 
Nuh (ə) öz qövmünü tövhid və təkallahçılığa də`vət etməkdə davam edirdi.  
Yüz illər keçdi. Camaat dünyadan gedir, yeni uĢaqlar doğulub, böyüyürdülər. 
Nuh  (ə)  onları  da  yeganə  Allaha  ibadət  etməyə  çağırırdı.  Lakin,  uĢaqlar  da 
cavanlıq  yaĢına  çatdıqda  küfr  edib,  bütlərə  səcdə  edir  və  Allahın  ibadətindən 
çəkinirdilər.  
Heç  bilirsinizmi  ki,  Nuhun  (ə)  təbliği  neçə  il  davam  etdi?  O  həzrətin  təbliği 
950  il  çəkdi.  Nuh  (ə)  qocalmıĢ  və  yaĢlaĢmıĢdı,  lakin,  qüdrətli  idi.  Kafirlərdən 
zərrə  qədər  də  qorxmurdu.  Dəfələrlə  onu  ölənə  qədər  döymüĢdülər.  Bir  neçə 
dəfə onu öldürmək planı hazırlamıĢdılar. Hətta həyat yoldaĢı da kafirlərlə əlbir 
idi.  O,  Nuhun  (ə)  yanına  get-gəl  edən  mö`minlər  haqqında  kafirlərə  xəbər 
verirdi.  Nuh  (ə)  nə  qədər  öz  qövmünü  də`vət  edib,  nəsihət  versə  də,  heç  bir 
faydası olmurdu.  
Onlar Nuhu (ə) məsxərə edib, ələ salırdılar. Nuh (ə) öz qövmünü sevdiyindən, 
onların  hidayət  olmasını  istəyirdi.  Ona  görə  də  onlar  üçün  ağlayırdı.  Onların 
acınacaqlı  və  pis  taleyinə  acıyırdı.  Çünki,  onlar  tezliklə  kafir  olduqları  halda 
öləcəkdilər.  


 
20 
Bir  gün  Nuh  (ə)  öz  evində  idi.  Qoca  bir  kiĢi  öz  əsasının  köməyi  ilə  onun 
yanına gəldi. Öz kiçik nəvəsini də gətirmiĢdi. Qoca kiĢi nəvəsinə dedi: 
-Oğlum!  Gördüyün  bu  qoca  kiĢi  dəlidir.  Böyüyüb,  cavanlıq  yaĢına  çatanda 
ehtiyatlı  ol  ki,  səni  aldatmasın  və  səni  Vudd,  Süva`,  Yəğus,  Yə`uq,  və  Nəsr 
bütlərinin pərəstiĢindən çəkindirməsin.  
UĢaq babasının əsasını götürüb, Nuha (ə) tərəf irəlilədi və əsanı onun baĢına 
vurdu. Nuh (ə) ağrı hiss etdi, amma, həmiĢəki kimi səbir edib, dözdü. O, bir gün 
onların  qəflətdən  oyanacaqlarına,  həyatın,  insanların,  ağacların  və  çayların 
yaradanı  və  hər  Ģeyin  xaliqi  olan  yeganə  Allaha  iman  gətirəcəklərinə  ümid 
bəsləyirdi.  
Nuh (ə) belə yaĢayırdı. Hətta həyat yoldaĢı onun ziddinə çıxıb, kafirlərlə əlbir 
olmuĢdu.  Bir  oğlundan  baĢqa  bütün  övladları  ona  iman  gətirmiĢdilər.  Həmin 
oğlu da zahirdə özünü imanlı göstərir, həqiqətdə isə bütpərəst və imansız idi.  
NİFRİN 
 Vəhy mələyi enib, Nuha (ə) dedi:  
-Nə qədər də`vət etsən də onların heç biri sənə iman gətirməyəcəklər. Özünü 
onlardan ötrü əzab əziyyətə salma, çünki, onlar nifrin olunmuĢ insanlardır.  
Bu  zaman  Nuh  (ə)  əllərini  göyə  qaldırıb,  Allahdan  istədi  ki,  yeri  kafirlərin 
çirkinliklərindən paklasın:  
-Ġlahi!  Kafirlərin  heç  birini  yer  üzərində  saxlama!  Əgər  onları  saxlasan, 
bəndələrini  yolundan  azdıracaqlar. Onlardan kafir və günahkar nəsildən  baĢqa 
bir Ģey törəməyəcəkdir.  
NİCAT GƏMİSİ 
Allah-təala  Nuha  (ə)  bir  gəmi  düzəltməsini  əmr  etdi.  Nuh  (ə)  öz  qövmünə 
etdiyi də`vəti dayandırdı. Öncə kafirlər təəccüb etdilər:  «Görəsən niyə Nuh (ə) 
doqquz yüz əlli ildən sonra sükut etdi? Niyə onları Allahı tanımağa də`vət etmir 
və daha heç kimin gözünə görünmür?»  
Nuh (ə) böyük bir gəmi düzəltmək üçün Ģəhərdən bayırda bir  yer seçdi. Nuh 
(ə) mahir dülgər idi. O, bu iĢ üçün çoxlu böyük taxtalar toplamalı idi.  
Mö`minlər bu iĢində Nuh peyğəmbərə (ə) kömək etdilər. Müxtəlif həcmlərdə 
taxtalar  düzəltmək  üçün  xurma  və  digər  ağacların  gövdələrini  topladılar. 
Gəmini düzəltmək asan iĢ deyildi. Çünki, o gəmi olduqca böyük olmalı idi.  
Nuhun  (ə)  düzəltmək  istədiyi  gəmi  üç  mərtəbədən  təĢkil  olunmuĢdu.  Onun 
uzunluğu 200, eni 70, hündürlüyü isə 25 metr idi. Bütpərəstlər burada da Nuhu 
(ə)  rahat  buraxmadılar.  Onun  iĢlədiyi  yerə  gəlib,  peyğəmbəri  və  onun 
yoldaĢlarını  məsxərə  edirdilər.  Nuh  (ə)  gəmini  düzəldirdi.  Ona  iman  gətirən 
Ģəxslər taxtalar gətirir, onların bə`zisi taxtaları mıxlayır və bə`zisi qırlayırdılar. 
Bütpərəstlər isə onları ələ salıb, deyirdilər:  
-Bu dəlilərə baxın, səhrada gəmi düzəldirlər.  
Onlardan biri dedi:  
-Nuh (ə) qocaldıqdan sonra ağlını itirmiĢdir.  
BaĢqa birisi dilləndi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə