PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   2   3   4   5   6   7   8   9   ...   83

 
12 
Amma, Qabilin ürəyi kin və həsədlə dolu idi. Küləyin ətrafa səpələdiyi buğda 
dəstəsini  görmək,  onun  üçün  dözülməz  idi.  Bir  daĢ  parçasını  götürüb, 
qardaĢının üstünə qıĢqırdı:  
-Səni öldürərəm.  
Habil sakitcə dedi:  
-Ey Qabil! Ey qardaĢ! Allah yalnız imanlı insanların qurbanını qəbul edir.   
Qabil yenidən öz yumruğunu tərpədərək qıĢqırdı:  
-Səni öldürəcəyəm. Mən sənə nifrət edirəm.  
Habil  qəmgin  oldu.  Axı  niyə  qardaĢı  onu  sevmir?  Məgər  nə  edib  ki,  qardaĢı 
ona kin bəsləyir? Ona görə də dərdli-dərdli dedi:  
-Əgər  məni  öldürmək  istəsən  də  mən  səni  öldürməyə  çalıĢmaram.  Mən 
aləmlərin Rəbbindən qorxuram. Ey Qabil! Sən mənə zülm edirsən. Əgər məni 
öldürsən, aqibətin cəhənnəm odudur.  
Qabil vəhĢi kimi öz-özünə fikirləĢirdi. FikirləĢirdi ki, güclü olduğu üçün haqq 
da onunladır. O, qardaĢına hakim olub, onu özünə əsir etməlidir. Ayrı heyvanlar 
kimi öz xidməti üçün ondan da istifadə etməlidir.  
Habil öz iĢinin ardınca getdi. Qoyunlarını otlağa apardı. QardaĢının hədələrinə 
qulaq  asmırdı.  O,  qoyunlarını  hündür  təpələrdə  və  yaĢıl  dərələrdə  otarır  və 
ətrafındakı  təbiət  haqqında  aĢiqanə  və  diqqətlə  düĢünürdü.  Ġmanı  səfa  və 
səmimiyyətlə dolu idi. Çəmənliklərdə otardığı qoyunlara baxırdı. Hər Ģey sakit 
idi.  GünəĢin  qürub  vaxtı  olduğu  üçün  çox  gözəl  mənzərə  görünürdü:  Mavi  və 
saf  üfüq...  GeniĢ  dərələr  boyunca  axan  çayın  Ģır-Ģır  səsi...  Ağ  quĢlar  mavi 
səmada qanad çalıb, uçurdular. Hər Ģey gözəl idi.  
Qabil təpələrin o tərəfində tələsik öz əkin yerinə gedirdi. Lakin, əsəbi idi və ac 
olması onun qəzəbini daha da artırırdı.  Uzaqdan  bir dovĢan gördü. Qaça-qaça 
onu qovdu. Ona bir daĢ atdı. DaĢ dovĢana dəyib, ayağını sındırdı. Dağa qaçıb, 
Qabilin əlindən qurtulmağa imkanı yox idi. Qabil onu tutub, öldürdü. Ətini yedi 
və qalanını yerin üzərinə tökdü. LeĢ yeyən quĢlar enib, ondan yedilər. Qabil öz-
özünə  fikirləĢdi:  «Əgər  o  da  zəif  olsaydı,  leĢ  yeyənlər  onu  da  özlərinə  yem 
edərdilər».  Öz-özünə  deyirdi:  «Niyə  vəhĢi  quĢlar  məni  yemirlər?  Çünki,  mən 
güclüyəm və hər bir güclü yaĢamağa haqlıdır. Zəiflər ölməlidirlər!» 
O vəhĢicəsinə fikirləĢirdi. O haqq ilə batili ayıra bilmirdi və saleh insanın pis 
iĢ  görənlərdən  üstün  olmasını  anlamırdı.  Onun  qardaĢına  qarĢı  olan  kin  və 
paxıllığı  yenə  də  hərəkətə  gəldi.  Əkin  sahələrini  buraxıb,  təpələrə  tərəf  yola 
düĢdü.  
O,  yaĢıl  ətəklərdə  olan  qardaĢı  Habilə  baxırdı.  Qoyunlar  sakitcə  otlayırdılar. 
«Habil otların üstündə arxası üstə yatmıĢdır. Bəlkə də  yuxuludur». Bu, qardaĢı 
Qabilin ürəyindən keçən fikir idi. 
Qabilin  içindəki  kin  və  qəzəb  alovu  yenidən  Ģö`lələndi.  Ürəyindəki  xəyanət 
Ģö`lələri  zəbanə  çəkdi.  Əyilib,  yerdən  iti  bir  daĢ  götürdü.  Bəlkə  də  Habili 
öldürmək  üçün  bir  fürsət  yarandığını  düĢünürdü.  Bəlkə  də  həmiĢəlik  onun 
əlindən xilas olacağını fikirləĢirdi.  
Qabil  təpədən  endi.  QardaĢına  yaxınlaĢdı.  Çox  ehtiyatlı  idi:  yırtıcı  canavar 
kimi. Gözlərində xəyanət qığılcımı parlayırdı.  


 
13 
Habil  isə  yatmıĢdı.  Otlaqlarda  çox  gəzdiyindən  yorulmuĢdu.  Ona  görə  də 
baĢını çəmənlikdəki yastı bir daĢın üzərinə qoyub, yatdı.  
Onun çöhrəsində təbəssüm və ümid iĢığı görünürdü. O, arxayın yatdı. Çünki, 
bu  yerlərdə  canavar  və  donuzların  olmadığına  əmin  idi.  Ona  görə  də 
qoyunlarını otlaqda qoyub, yuxuya getdi.  
O heç zaman fikirləĢməzdi ki, canavarlardan qat-qat yırtıcı olan bir yaranmıĢ 
da vardır. Bu yaranmıĢ, böyük kainatda onun yeganə qardaĢı olan Qabil idi. 
Qabil  Habilin  yaxınlığına  çatmıĢdı.  Kölgəsi  uzanmıĢ  qardaĢının  üzünə 
düĢürdü. Habil gözlərini açdı və qardaĢının üzünə təbəssüm etdi. Amma, Qabil 
həqiqi bir vəhĢiyə çevrilmiĢdi: canavar kimi, bəlkə ondan da daĢürəkli.  
O, daĢla qardaĢına hücum edib, onun alnını parçaladı. Habilin gözlərindən qan 
axdı. O özündən getdi. Qabil isə dayanmadan onu daĢla vururdu. Nəhayət Habil 
tamamilə  hərəkətdən  düĢdü.  O  tərpənə  bilmir  və  iri  gözlərini  açmağı 
bacarmırdı.  DanıĢmaq  və  tənəffüs  qabiliyyəti  yox  idi,  evinə  qayıda  bilmirdi. 
Onun  qoyunları  çobansız  qalmıĢdı.  Tezliklə  dərə-təpələrdə  sərgərdan 
olacaqdılar və canavarlar onları parça-parça edəcəkdi. 
Qabil  qardaĢına  baxırdı.  Qan  hələ  də  Habilin  alnından  axırdı.  Qan  dayandı. 
LeĢ  yeyənlər  yenə  də  səmada  görünüb,  o  tərəflərdə  uçmağa  baĢladılar.  Qabil 
heyrət və sərgərdanlıq içində idi. QardaĢının cəsədini götürüb, yola düĢdü. Onu 
hara aparmağın və necə bu ac leĢ yeyənlərdən uzaq saxlamağın yolunu bilmirdi.  
O yoruldu. GünəĢ qüruba  yaxınlaĢırdı. Qabil qardaĢının cəsədini yerə qoyub, 
istirahət  məqsədilə  oturdu.  Birdən  onun  yaxınlığında  bir  qarğa  yerə  qondu  və 
uca səslə qar-qar etməyə baĢladı. Bəlkə də Qabilə belə deyirdi: 
-QardaĢına nə etdin? Niyə qardaĢını öldürdün?  
Qabil  qarğanın  hərəkətlərini  izləyirdi.  Qarğa  yeri  qazır  və  torpaqları  kənara 
tullayırdı.  Orada  kiçik  bir  çala  düzəldib,  dimdiyi  ilə  öz  yemini  çalaya  atdı  və 
sonra  isə  üstünü  torpaqla  örtdü.  Qabil  çox  mühüm  bir  iĢi  kəĢf  etdiyini  anladı. 
QardaĢının bədənini leĢ yeyənlərdən və canavarlardan qorumaq üçün yol tapdı. 
Sınıq bir sümüyü götürüb, yeri qazmağa baĢladı. Bəlkə də ölmüĢ bir ulağın, atın 
və ya baĢqa bir heyvanın çənə sümüyü idi.  
O yorulub, tərləsə də münasib bir çala qazdı. LeĢ yeyənlər və heyvanlar daha 
onu aça  bilməzdilər. O,  qardaĢının cəsədini  götürüb,  həmin  çalaya  atdı  və  onu 
torpaqla basdırdı.  
Qabil çox ağladı. QardaĢını öldürdüyü və öldükdən sonra bir iĢ görə bilmədiyi 
üçün ağladı.  
QardaĢının cəsədinin necə basdırmağı ona qarğa öyrətdi. O, cahil və nadan bir 
yaranmıĢ idi. Heç bir Ģey bilmirdi. Nə etmək lazım olduğunu qarğadan öyrəndi. 
Qabil onlardan torpaq tökülən ovuclarına baxıb, dedi:  
-Ey  Qabil!  Özünə  nə  etdin?  QardaĢını  öldürmək  üçün  nəfsin  səni  necə 
aldatdı?  Nə  qazandın?  Sənin  iĢin  peĢimanlıq,  əzab  və  əziyyətdən  baĢqa  bir 
nəticə verəcəkmi?  
GünəĢ gözlərdən itdi. AxĢam oldu. Qaranlıq hər  yeri bürüdü və Qabil evinə 
qayıtdı.  Qabil  hələ  evinə  çatmamıĢ  uzaqdan  bir  alov  gördü.  Od  yanmıĢdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə