PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   2   3   4   5   6   7   8   9   ...   83

 

edən Ģəxsi yenidən cənnətə qaytaracağam. Yalan deyib, kafir olanların taleyi isə 
ġeytanın taleyi kimi olacaqdır.  
Allah-təala buyurdu:  
-Enin!  Sizin  bə`ziniz  bə`zilərinizə  düĢmən  olacaqdır.  Yer,  ölənə  kimi  sizin 
məskəniniz  olacaqdır.  Onda  yaĢayın,  onda  ölün  və  qiyamətə  ordan  qalxın. 
Hamınız  cənnətdən  çıxın!  Yerdə  mənim  tərəfimdən  sizə  yol  göstərənlər 
gələcəkdir. Mənim dediklərimə tabe olan nə  yolundan sapar və nə də bədbəxt 
olar!  Kim  məndən  üz  çevirsə,  onun  həyat  və  yaĢayıĢı  çətinləĢər,  qiyamətə  isə 
kor halda gələr.  
Beləliklə, Adəm (ə) və Həvva  yerdə  yaĢamağa layiq görüldülər. Adəmin (ə) 
bədəninin eyibləri göründü... O, yer üzərində Allahın caniĢini olmağa, onu abad 
etməyə, yerdə sakin olmağa və fəsaddan uzaqlaĢmağa hazır oldu. Buna görə də 
mələklər ona səcdə etdilər. Mələklər təsəvvür edirdilər ki, Adəm (ə) yerdə fəsad 
və  zülmkarlıqla  məĢğul  olub,  qan  tökəcəkdir.  Amma,  Adəm  (ə)  mələklərin 
xəbərsiz olduqları bə`zi məsələləri bilirdi. O, bütün adları bilirdi.  
Mələklər azadlıq, iradə və tövbə anlamırdılar, günah tanımırdılar. Bilmirdilər 
ki, günaha batan insan, öz günahını islah edib, tövbə etməyi yaxĢı bacarır. Ona 
görə də Allah Adəmi (ə) yaratdı ki, yer üzərində onun caniĢini olsun.  
Allahın sonsuz qüdrəti ilə qəfildən Adəm (ə) və Həvva yerə endilər. ġeytan da 
endi. Onların hər biri yerin müxtəlif bölgələrinə düĢdülər. Adəm (ə) ġri-Lanka 
adasında bir dağın zirvəsinə, Həvva isə Məkkə torpaqlarında olan Mərvə dağına 
düĢdü.  ġeytan  isə  ən  alçaq  quru  bir  nöqtəyə  endi:  Bəsrədə  körfəz  sularının 
yaxınlığında Ģoranlıq bir çölə. 
Beləliklə  yerdə  insan  həyatı  baĢlandı.  QarĢıdurma  və  keĢməkeĢlər  yarandı. 
ġeytanla insan arasında mübarizənin bünövrəsi qoyuldu.  
Bizim  ata  və  anamız  olan  Adəm  (ə)  və  Həvva  yerə  endikdə  orada  çoxlu 
heyvanlar  yaĢayırdılar.  Lakin,  onlar  min  illər  ərzində  yığılmıĢ  buz  qatlarına 
dözə  bilməyib,  tələf  olmuĢdular.  Mamut  adlı  filə  oxĢayan  bir  heyvan  var  idi, 
lakin, dərisi yunla örtülmüĢdü. Bu heyvan Sibirdə kəĢf olunmuĢdur. Kərgədana 
oxĢar baĢqa bir heyvan da var idi. Onun da bədəni yunla örtülmüĢdü. O heyvan 
da buz və soyuğa dözə bilməyib, həlak olmuĢdu. 
Orada  qəribə  quĢlar  olmuĢdur.  Güclü  pəncələrə  malik  olan  o  quĢlar  aradan 
getmiĢdir və onlardan heç bir əlamət qalmayıb. Allahın istəyi ilə buzlar əridi və 
yerin Ģiddətli soyuğu sona çatdı. Get-gedə istilər baĢlandı. 
Allahın  istəyi  bu  idi  ki,  Adəm  (ə)  və  Həvva  yerə  ensinlər  və  insan  orada 
Allahın  nümayəndəsi  olsun.  Əkinçilik  etsin,  ev  tiksin  və  bu  gözəl  diyarı 
abadlaĢdırsın.   
GÖRÜŞ 
Mələklər  Adəmi  (ə)  çox  sevirdilər.  Ona  görə  ki,  Allah-təala  onu  Öz  qüdrət 
əlləri  ilə  yaratmıĢdı.  Onu  çox  istəyirdilər,  çünki,  onu  Allah  yaratmıĢ  və 
məqamını mələklərdən üstün etmiĢdi.  
Mələklər Adəmə (ə) səcdə etdilər, çünki, bunu onlara Allah əmr etmiĢdi. 


 

Adəm  (ə)  Allahın  əmrindən  çıxıb,  o  ağacdan  yeyəndə  peĢiman  oldu,  tövbə 
etdi  və  ağlayıb,  Allahın  dərgahına  yalvardı.  Bizim  mehriban  Allahımız  onun 
tövbəsini qəbul etdi və onu nümayəndə kimi yerə göndərdi.  
Yer  insan  üçün  imtahan  dünyasıdır.  Görəsən  o,  Allaha  ibadət  edəcək,  yoxsa 
ġeytanın sözünə baxacaqdır?! 
Mələklər  Adəmi  (ə)  sevirdilər.  Onun  xeyir  və  səadətini  istəyirdilər.  Onlar 
istəyirdilər  ki,  Adəm  (ə)  yenidən  cənnətə  qayıtsın.  Amma,  ġeytan  Adəmi  (ə) 
xoĢlamırdı.  O,  insan  məxluqunu  sevmirdi.  Ona  kin  bəsləyirdi.  Ona  görə  də 
Adəmə  (ə)  paxıllıq  edərək  səcdə  etmədi  və  Allahın  qarĢısında  lovğalandı;  o, 
Adəmi  (ə)  aldatdı.  Onu  səhvə  vadar  etdi  və  Adəm  (ə)  həmin  ağacın 
meyvəsindən yedi.  
ġeytan insanı xoĢlamır. Bütün varlığı ilə ona düĢməndir və onun bədbəxtçiliyi 
üçün çalıĢır. O, insanı cəhənnəm oduna çəkmək istəyir.  
Adəm  (ə)  yerə  endi.  HəmiĢə  Allaha  səcdə  edir  və  günah  etdiyi  üçün  dərin 
peĢimançılıq hissi keçirirdi. Allah onun tövbəsini qəbul etdi. Onu bağıĢladı və 
beləliklə Adəm (ə) günahdan paklandı.  
Adəm (ə) yoldaĢı Həvvanı yadına saldı. Onu çox sevirdi. Onunla olanda Ģad 
və xoĢbəxt idi. Amma, indi onun harada olduğunu bilmirdi. O Həvvanı tapmaq 
üçün axtarıĢa baĢlamalıydı.  
Adəm (ə) yerdə təkbaĢına yoldaĢı Həvvanı axtarmağa baĢladı. Bir mələk ona 
xəbər verdi ki, Həvva bu yerdən çox uzaq bir məkanda yerləĢir. O səni gözləyir 
və qorxu içində yaĢayıb, səni axtarır. Əgər bu istiqamətdə hərəkət etsən mütləq 
onu görəcəksən.  
Adəm (ə) ümidvar olub, Həvvanı axtarmaq üçün yola düĢdü. Uzaq məsafələri 
qət  etdi.  O  ayaqyalın  yol  gedirdi.  Acanda  çöl  bitkilərindən  yeyir,  axĢam 
düĢəndə  isə  qorxaraq  münasib  bir  yerdə  yatırdı.  O  uzaqdan  gələn  heyvan 
səslərini eĢidirdi.  
Adəm  (ə)  gecə-gündüz  yol  gedərək  Məkkəyə  çatdı.  Ürəyində  Həvvanı 
tapacağını hiss etdi. Çoxlu dağları bir-birinin ardınca arxada qoyurdu. 
 Həvva  da  gözləyirdi.  Dağların  baĢına  çıxıb,  üfüqlərə  baxır,  Amma,  heç  bir 
Ģey görmürdü.  
Bir  gün  Həvva  ətrafa  baxarkən  uzaqdan  gələn  bir  qaraltı  gördü.  Bildi  ki, 
Adəmdir  (ə).  Çünki,  Həvvanın  özünə  bənzəyirdi.  Həvva  dağdan  endi.  Qaça-
qaça  Adəmə  (ə)  tərəf  getdi.  Çox  Ģad  və  ümidvar  idi.  Adəm  (ə)  də  uzaqdan 
Həvvanı  gördü.  Qaça-qaça  Həvvaya  tərəf  getdi.  Həvva  da  Adəmə  (ə)  doğru 
qaçırdı.  
GörüĢ Ərəfat adlı bir dağın  yanında  baĢ verdi.  Adəm (ə) və  Həvva hər  ikisi 
Ģövqdən  ağlayırdılar.  Aydın  səmaya  baxır  və  onları  bir  daha  qovuĢdurduğu 
üçün böyük Allaha Ģükr edirdilər.  
İŞ VƏ YAŞAYIŞ  
Yerdə yaĢamaq asan deyildi. Çünki, yer cənnət deyil. Yer kosmosda fırlanan 
bir  planetdir.  Orada  fəsillər  dəyiĢir.  Onun,  dağ  və  dərələri  qarla  örtən  soyuq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə