PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   5   6   7   8   9   10   11   12   ...   83

 
21 
-O dülgərlikdən baĢqa bir iĢ bacarmır. O məharətli dülgərdir. Amma, heyf ki, 
dəlidir.  
-O bizi aldadır. Deyəsən, böyük bir saray tikmək istəyir.   
Bütpərəst bir kiĢi qıĢqırdı:  
-Ey Nuh, nə edirsən? Dəniz hardadır ki, gəmin onda dalğaları yarsın? 
Bütpərəstlər güldülər. Onların bə`ziləri qıĢqırdılar:  
-Ey  Nuh,  yelkənlərini  yaddan  çıxartmayasan.  Çünki,  dənizin  dalğaları 
təlatümlü, küləkləri isə güclüdür.  
Bütpərəstlər istehza ilə ona güldülər. Nuh (ə) heç bir söz demədi. Yalnız belə 
buyurdu:  
-Bir gün gələcək ki, biz də sizi beləcə məsxərə edəcəyik.  
Gəmidə  iĢləmək  çox  çətin  idi.  Həddən  artıq  dözüm  və  səbir  istəyirdi. 
Bütpərəstlərin əzab-əziyyətlərinə, onların məsxərələrinə səbir etmək, ardıcıl və 
davamlı iĢə dözmək lazım idi.  
Nuhun (ə) düzəltdiyi gəmi çox böyük idi. Bu gəmi insan adlı məxluqun xilası 
və  müxtəlif  heyvanların  tələfolma  təhlükəsindən  qorunması  üçün  düzəlirdi. 
Bizim Rəbbimiz iradə etmiĢdi ki, yeri fəsad və zülmlərdən paklasın, onu bütün 
günahlardan yusun. Ona görə də Allah öz elçisi Nuha (ə) gəmi düzəltməyi əmr 
etmiĢdi;  imanlı  Ģəxslərin  və  pak  insanların  xilası  üçün.  Amma,  ədaləti 
sevməyən və bərabərliyi xoĢlamayan zalımların taleyi fəna və yoxluq olacaqdı.  
Gəminin  iĢi  uzun  illər  davam  etdi.  Nuh  (ə)  və  ona  iman  gətirənlər  davamlı 
olaraq  80  ilə  qədər  çalıĢdılar.  Gəmi  böyük,  vəzifə  və  tapĢırıqları  olduqca 
əhəmiyyətli  idi.  O  gəmi  insan  və  heyvanların  məhv  olmaqdan  xilas  vasitəsi 
sayılırdı.  Ona  görə  də  Nuh  (ə)  və  ona  iman  gətirənlər  nicat  gəmisinin  iĢini 
tamamlamaq üçün bütün qüvvələrini səfərbər etdilər.  
Bütpərəstlər  Allahın  peyğəmbərini  və  onun  mö`min  dostlarını  məsxərə 
edirdilər. Onları dəli, rəzil və səviyyəsiz adlandırırdılar. Onlarla mübarizə edir, 
zülm və təzyiqə mə`ruz qoyurdular. Lakin, ümid və arzu mö`minlərin qəlbində 
günbəgün  artırdı.  Çünki,  Allah-təala  yeri  zalımların  fəsadından  təmizləmək 
qərarına gəlmiĢdi. Sular yeri günah və çirkinliklərdən  yuyacaqdı. Yer olduqca 
təmizlənəcək və o zaman insanlar rahat və səmimiyyət içində, onların övladları 
əmin-amanlıqda və asudə cəmiyyətlərdə yaĢayacaqdılar.  
Bu minvalla mö`minlər ən böyük qüdrət gəmisini düzəltməkdə bütpərəstlərin 
əzab və əzyytlərinə və iĢin ağırlığına dözürdülər.  
İNTİZAR 
80  il  davamlı  sə`ylərdən  sonra  Nuh  (ə)  və  imanlı  Ģəxslər  gəmini  düzəldərək 
qurtardılar.  Gəmi  tamamilə  hazır  oldu  və  qırlandı.  Onun  yelkənləri  quruldu. 
Mö`minlər  onun  yanına  gəlib,  tamaĢa  edirdilər.  Bu  gəmi  onların  yaxĢı 
yaĢamaqları üçün ümid və arzuya çevrilmiĢdi; zülm və haqsızlıqlardan qurtuluĢ 
arzusu.  
Gəmi üç mərtəbədən təĢkil olunmuĢdu: AĢağı mərtəbə, orta mərtəbə və yuxarı 
mərtəbə.  Bütün  mərtəbələr  kiçik  pəncərələrlə  təchiz  olunmuĢdu.  Gəminin 
önündə və orta təbəqədə gəmini idarə etmək üçün otaq düzəldilmiĢdi.  


 
22 
Hər Ģey hazır idi. Nuh (ə) və mö`minlər Allah-təalanın əmrini gözləyirdilər. 
Bütpərəstlərin  əzab  və  əziyyətləri,  onların  məsxərələri,  mö`minlərə  etdikləri 
iĢgəncə və əzabları artırdı.  
Qoca  bir  qarı  öz  kiçik  qızı  ilə  Nuhun  (ə)  yanına  gəldi.  Nicat  və  xilas  günü 
barəsində o həzrətə sual verdi. Ona dedi:  
-Allah nə zaman bizi bu kafirlərin Ģərindən qurtaracaqdır? 
Nuh (ə) o hadisənin nə vaxt baĢ verəcəyini bilmirdi. Ona görə də üzünü göyə 
tutdu. Yalnız Allah bilirdi. O anda vəhy mələyi endi və Nuha (ə) xəbər gətirdi. 
Mələk Nuha (ə) dedi:  
- Tufan, bu qoca qarının təndirindən su çıxan zaman baĢ verəcəkdir.   
Nuh (ə) o qarıya buyurdu:  
-Allah o  gün  üçün  əlamət  və  niĢanə  qoymuĢdur.  Mələk  vəhy  etdi  ki,  tezliklə 
sənin evinin təndirindən su çıxacaqdır. Bu, nicat və xilas gününün niĢanəsidir.  
Qarı  Allahın  bu  lütfünə  sevindi.  Bu  ümid  və  arzuya  görə  kiçik  qızın 
dodaqlarında təbəssüm göründü.  
Mö`minlər  hər  gün  o  qarının  evinə  gedir  və  təndirə  baxırdılar.  Amma,  bir 
xəbər yox idi. Nuh (ə) da ona baxırdı. Amma, hələ ondan su çıxmırdı.  
TƏNDIRDƏN SU ÇIXDI 
Bir  gün  səma  qara  buludlarla  doldu.  Hava  çox  qaraldı.  Nuh  (ə)  göyə  baxır, 
Allahın  əmrini  gözləyirdi.  Bütpərəstlər  öz  zülm  və  fəsadlarını  daha  da  artırır, 
camaatı  öldürür,  oğurluq  edir,  pis  və  çirkin  iĢlər  görürdülər.  Fəsad  günbəgün 
artırdı.  
Bir gün o kiçik qız qaça-qaça həzrətin yanına gəlib, dedi:  
-Təndirdən su çıxır.  
Nuh (ə) təndirə tərəf tələsdi. Allah öz doğru və`dəsinə əməl etmiĢ və təndir bir 
fəvvarəyə  çevrilmiĢdi.  Ondan  çox  möhkəm  su  qaynayırdı.  Qoca  qarı  heyrət 
içində  qalmıĢdı  və  nə  edəcəyini  bilmirdi.  Mö`minlər  gəlib,  Allah-təalanın 
niĢanəsinə  baxdılar.  Onların  bə`zisi  qorxu  və  ümidlə  təndirə,  bə`zisi  isə  göyə 
baxır  və  Ģövqdən  ağlayırdılar.  Səma  buludla  doldu;  qara  və  tünd  buludlarla. 
Aydın  gündüz  qaranlıq  gecəyə  çevrilmiĢdi.  Nuh  (ə)  uca  səslə  öz  ardıcıllarına 
buyurdu:  
-Gəmiyə doğru tələsin!  
Hamı  Ģəhərdən  çıxaraq  hərəkətə  baĢladı.  Gəmi  öz  yerində  idi.  Elə  bil, 
mö`minləri gözləyirdi. Nuh (ə) mö`minlərin gəmiyə minmələrinə nəzarət edirdi.  
Birdən göydə ildırımlar çaxdı. Buludların möhkəm gurultu səsləri ucaldı. Çox 
güclü  yağıĢ  yağmağa  baĢladı.  Mö`min  kiĢi  və  qadınlar  bir-birinin  ardınca 
gəmiyə minirdilər. Nuhun (ə) övladları da orada idi. Yalnız onların biri yox idi. 
Nuhun  (ə)  həyat  yoldaĢı  da  yox  idi.  O,  bütpərəst  idi  və  həyat  yoldaĢının 
peyğəmbərliyinə iman gətirməmiĢdi.  
Heyvanların  tələf  olmaması  üçün  Allah-təala  Nuha  (ə)  ilham  etdi  ki,  hər 
heyvandan  bir  cütünü  gəmiyə  daxil  etsin.  Ona  görə  də  Nuh  (ə)  əmr  etdi  ki, 
gəminin  alt  mərtəbəsi  böyük  heyvanlar  üçün,  üst  mərtəbəsi  isə  quĢlar  üçün 
ayrılsın.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə