PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   7   8   9   10   11   12   13   14   ...   83

 
25 
Su  çəkildi.  YağıĢ  dayandı  və  yer  suları  udmağa  baĢladı.  Günbəgün  suyun 
dərinliyi  azalır,  dağlar  görünür,  təpə  və  ucalıqlar  müĢahidə  olunurdular.  Bə`zi 
dərələrdə hələ də yağıĢ suyu qalmıĢdı. Allah Nuha (ə) vəhy etdi ki, ey Nuh, sən 
və səninlə olanlar bizim tərəfimizdən salamatlıq və bərəkətlə en! 
Yer  tərtəmiz  idi.  Mö`minlər  öz  həyatlarına  qayıtdılar.  Onların  kiçik  bir 
cəmiyyətləri  var  idi:  Kiçik,  lakin,  Allaha  və  onun  rəsuluna  iman  gətirmiĢ  pak 
bir  cəmiyyət.  Yerdə  yeni  insan  həyatı  baĢlandı  və  mö`min  cəmiyyət  həyatın 
sülh və səfasını daddı. Orada nə zalım vardı və nə də zülmə mə`ruz qalan insan. 
Onların  arasında  oğurluq  edəcək  və  fəsad  törədəcək  bir  kəs  yox  idi.  Beləliklə 
Nuh (ə) və mö`minlər əmin-amanlıq içində yaĢamağa baĢladılar.  
Nuh  (ə)  uzun  müddət  yaĢadı.  Onun  ömrü  çox  uzun  idi.  Çünki,  qəbiləsini 
doqquz  yüz  əlli  il  Allaha  ibadət  etməyə  çağırmıĢdı.  Amma,  Allah-təala 
tərəfindən  peyğəmbər  kimi  öz  qövmünə  göndəriləndə  neçə  yaĢı  olduğu  isə 
bilinmir. O həzrətin tufandan sonra neçə il yaĢaması da bilinmir. Amma, burası 
mə`lumdur ki, bu həzrət çox uzun müddət yaĢamıĢdır. Ölüm mələyi Nuhun (ə) 
yanına gələndə o həzrət günəĢin Ģüası altında oturmuĢdu. Mələk ondan soruĢdu:  
-Öz həyatın barədə fikrin nədir? Halbuki, sən çox uzun bir ömür sürmüsən.  
 Nuh (ə) ayağa qalxdı və kölgə tərəfdə oturdu. O buyurdu:  
-Həyatı  belə  baĢa  düĢdüm:  elə  bil  günəĢdə  oturmuĢdum  və  sonra  yerimi 
kölgəylə dəyiĢdim.  
Nuh  (ə)  gözlərini  yumdu.  O  öz  risalətini  icra  etmiĢ  və  bəĢəriyyəti  həlak 
olmaqdan  xilas  etmək  vəzifəsini  yerinə  yetirmiĢdi.  Ona  görə  də  Allah-təala 
əbədi salamı ona məxsus edərək buyurdu:  
«Səlamun əla Nuhin fil`aləmin».   
NUHUN (Ə) TƏVƏSSÜL ETDIYI MÜBARƏK ADLAR 
1951-ci  ilin  iyul  ayında  rus  arxeoloqlarının  bir  qrupu  Qaf  dağlarında  qazıntı 
ilə  məĢğul  olduqları  zaman  köhnə  və  çürümüĢ  taxta  parçalarına  rast  gəldilər. 
Bu, onların qazıntı və axtarıĢ iĢlərini daha da dərindən aparmalarına səbəb oldu. 
Bununla bir yerdə daĢlaĢmıĢ baĢqa taxtalara da rast gəldilər.  
Qazıntılar zamanı tapılan taxtaların arasında uzunluğu 28 sm., eni isə 20 sm. 
olan bir taxta parçası onların daha artıq heyrət və təəccübünə səbəb oldu. Çünki, 
bu  taxta  lövhədə  heç  bir  dəyiĢiklik  yaranmamıĢ,  çürüməmiĢ  və  digər  taxtalar 
kimi  parçalanmamıĢdı.  1952-ci  ilin  sonlarında  bu  tapıntılar  barəsində  aparılan 
tədqiqatlar  sona  çatdı  və  aydın  oldu  ki,  sözü  gedən  taxta  parçası  Nuhun  (ə) 
gəmisinin içəri hissəsinə, ayrı taxtalar isə o gəminin gövdəsinə aiddir.  
Tarixçilərin  yazdığına  əsasən  Nuhun  (ə)  gəmisi  Qaf  dağının  zirvəsinə  yan 
almıĢ  və  bu  taxta  parçasının  üzərinə  ən  qədim  dillərə  qayıdan  bə`zi  hərflərlə 
sözlər  yazılmıĢdır.  KeçmiĢ  Sovet  hökuməti  1953-cü  ildə  qazıntıları 
qurtardıqdan  sonra  qədim  dillərlə  tanıĢ  olan  alim  və  ən  nümunəvi 
arxeoloqlardan  ibarət  olan  yeddi  nəfərlik  qrup  təĢkil  etdi.  Həmin  alimlər 
aĢağıdakılar idi:  
1.Professor Solinov, Moskva universitetinin qədim dillər müəllimi.  
2.Ġfahan Xənyu, Çin Luluhan institutunun dilĢünaslıq müəllimi.  


 
26 
3.MiĢanin Lufarenko, keçmiĢ SSRĠ-də arxeoloji əsərlər idarəsinin direktoru.  
4.Tanmul Qurov, Kifru institutunun qədim dillər müəllimi.  
5.Professor Drakon, Lenin elmlər akademiyasının arxeologiya müəllimi.  
6.Ġm  Əhməd  Kulado,  keçmiĢ  SSRĠ-nin  ümumi  tədqiqat  və  kəĢflər  idarəsinin 
direktoru.  
7.Miçer Kultov, Stalin institutunun rektoru.  
Nəhayət  taxta  və  onun  üzərində  yazılmıĢ  hərflər  barəsində  səkkiz  aylıq 
tədqiqat və araĢdırmalardan sonra ümumi rə`y belə oldu ki, bu taxta Nuhun (ə) 
gəmisinin düzəldildiyi taxtalardandır və Nuh (ə) bu taxta parçasını təhlükədən 
qorunmaq və təbərrük üçün gəmisinə yerləĢdirmiĢdi.  
Bu taxtanın üzərinə yazılmıĢ hərflər Sami dili ilə yazılmıĢdı.  
Ġngiltərəli  alim,  Mançester  universitetinin  qədim  dillər  müəllimi  Ayumaks 
onu ingilis dilinə tərcümə etmiĢdir. Ġfadələri olduğu kimi sizə təqdim edirik: 
O my God, my helper                    Ey mənim Allahım, mənim köməkçim!  
Keep my hands with mercy          Öz lütf və mərhəmətinlə mənə kömək et! 
And with your holy bodies           Bu müqəddəs Ģəxslərin əzəmətinə. 
Mohammed                                                                    Məhəmməd (s), 
Alia                                                                                  Ġlya (ə), 
Shabbar                                                                          ġəbər (ə), 
Shabbir                                                                           ġübeyr (ə), 
Fatma                                                                              Fatimə (ə). 
Thay are all Biggest and        
Honourables            Onların hamısı sənin yanında əzəmətli və əzizdirlər. 
The world establiahed for Them                     Dünya onlara görə yaĢayır. 
Help me by their names            Onların adının əzəmətinə and verirəm, mənə 
kömək et! 
you con reform  to Right         Yalnız sən məni doğru yola yönəldə bilərsən. 
Beləliklə bu alimlər Nuhun (ə) onlara təvəssül etdiyi bu beĢ adın əzəməti və 
onların  Allah  yanında  olan  məqamı  barədə  heyrət  edib,  təəccübdə  qaldılar. 
Onların heç birinin həll edə bilmədiyi çox müəmmalı məsələ isə bu idi ki, bu 
taxta parçası min illər keçməsinə baxmayaraq çürüməmiĢ və dağılmamıĢdır. Bu 
taxta parçası indi də Moskvanın arxeoloji tapıntılar muzeyində mövcuddur.  
Ġslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurmuĢdur:  
“Mənim əhli beytim Nuhun gəmisi kimidir. Ona minənlər xilas, üz çevirənlər 
isə qərq olacaqlar”.  
Biz  Nuhu  öz  qövmünə  tərəf  göndərib,  ona  dedik:  “Öz  qövmünü  onların 
sorağına gələcək dərdli əzabdan qorxut!” Dedi: «Ey qövm! Mən aĢkar qorxudan 
və  təbliğ  edənəm.  Allaha  pərəstiĢ  edin!  Ona  müxalifətçilikdən  çəkinin  və 
mənim  sözlərimə  baxın!  Əgər  belə  etsəniz,  Allah  günahlarınızı  bağıĢlayar  və 
müəyyən  zamana  qədər  sizə  ömür  verər.  Çünki,  Allahın  (tə`yin  etdiyi)  əcəli 
çatdıqda haç vaxt tə`xirə düĢməz, əgər bilsəydiniz». Nuh dedi:  «Ġlahi, mən öz 
qövmümü  gecə-gündüz  sənin  tərəfinə  də`vət  etdim.  Amma,  mənim  də`vətim 
onlara haqdan qaçmaqdan baĢqa bir Ģey vermədi. Mən onları də`vət edirdim ki, 
Sənə iman gətirsələr, Sən onları bağıĢlayarsan, onlar (məni eĢitməsinlər  deyə) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə