PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   6   7   8   9   10   11   12   13   ...   83

 
23 
TUFAN 
Bütün  yer  üzündə  bulaqlar  qaynadı.  Çöl  və  dağlıqlarda  yağıĢların  yağıntısı 
gücləndi.  Möhkəm  küləklər  əsirdi.  Ġldırımlar  səmada  parlayırdılar.  Buludların 
gurultu  səsləri  hər  yeri  bürümüĢdü.  Yer  fəvvarə  kimi  fantan  vuran  bulaqlara 
bənzəyirdi.  Göydən  yağıĢ  sel  kimi  axırdı.  Bütün  heyvan  və  quĢlar  gəmiyə 
mindilər.  Mö`minlər  orta  mərtəbədə  durub,  pəncərələrdən  qəribə  və  dəhĢətli 
tufana  tamaĢa  edirdilər.  Dağların  baĢından  sular  axırdı.  Çöl  və  səhralar  su 
gölməçələrinə çevrilmiĢdi. 
YağıĢ  çox  qəribə  bir  güclə  yağırdı  və  möhkəm  küləklər  əsirdi.  Bütpərəstlər 
Ģəhərdən qaçdılar. Onlar dağlara tərəf çəkildilər və hələ də Nuhun (ə) sözlərinə 
inanmırdılar.  
QƏRQ OLMUŞ ÖVLAD 
Nuh  (ə)  oğlunun  qayıtmasını  gözləyirdi.  O,  oğlunu  mö`min  bilirdi.  Yer  üzü 
təlatümlü dalğalarla dolmuĢ böyük bir dənizə bənzəyirdi.  
Nuh (ə) oğlunu tapmaq ümidi ilə Ģəhərə tərəf baxırdı. Uzaqdan onun dağlara 
tərəf üzdüyünü müĢahidə etdi. Nuh (ə) uca səslə oğlunu çağırdı:  
-Oğlum, mənə sarı gəl! Övladım, gəmiyə tərəf gəl! 
Oğlan qıĢqırdı:  
-Yox, heç zaman! Mən dağa sığınacağam. Dağ məni sudan qoruyacaqdır.  
Nuh (ə) güclü külək, dalğa və yağıĢların arasından qıĢqırırdı:  
-Oğlum, bizimlə gəmiyə min! Səni heç kim bu acı taledən qurtara bilməz.  
Nuh  (ə)  bu  sözü  ilə  ona  anlatmaq  istəyirdi  ki,  Allahın  fərmanı  çatdıqda  heç 
kəs ondan qurtula bilməz. Tezliklə yer, təpələr, dağlar və bütün ucalıqlar su ilə 
dolacaqdı. Çünki, Allah yeri zalım insanlardan paklamaq qərarına gəlmiĢdi.  
Nuh  (ə)  yenidən  oğlunu  çağırmaq  istədi.  Lakin,  ağır  və  böyük  bir  dalğa 
onların  arasında  ayrılıq  saldı.  Dalğalar  onun  oğlunu  tufanda  qərq  etmək  üçün 
çox  ucqar  bir  nahiyəyə  atdı.  Nuh  (ə)  oğlunun  imanlı  Ģəxslər  zümrəsindən 
olduğunu güman edirdi.  
Allah-təala  Nuha  (ə)  söz  vermiĢdi  ki,  həyat  yoldaĢından  baĢqa  onun  bütün 
ailəsini xilas etsin. Ona görə də Nuh (ə) baĢını göyə qaldırdı və dedi: 
-Ġlahi, o mənim oğlumdur, mənim ailə üzvlərimdəndir və sənin və`din haqdır. 
Sən ən yaxĢı hakimsən.  
Allah-təala Nuha (ə) vəhy edib, buyurdu:  
-Ey Nuh! O sənin ailəndən deyil. O əməlisaleh insan deyildir. Bilmədiyin iĢlər 
barədə məndən soruĢma (bilmədiyin və baĢa düĢmədiyin Ģeyi istəmə)! 
Nuh  (ə)  oğlunun  bütpərəst  olub,  Allaha  iman  gətirmədiyini  və  atasının 
peyğəmbərliyini  qəbul  etmədiyini  anladı.  Ona  görə  də  Allah  dərgahından 
bağıĢlanmaq istəyərək dedi:  
-Ġlahi!  Bilmədiyim  Ģey  haqqında  səndən  soruĢmağım  üçün  sənə  pənah 
aparıram. Əgər məni bağıĢlamayıb, rəhm etməsən ziyankarlardan olaram.  
Dalğalar  hər  Ģeyi  udurdu.  Hər  Ģey  güclü  tufan  nəticəsində  kökündən  qopub, 
qərq olurdu. Gəmi suyun səthində hərəkətə gəldi. Nuh (ə) uca səslə dedi:  
«Ona Allahın adı ilə minin. Hərəkət edən və dayanan vaxt onu yad edin!» 


 
24 
Nicat  gəmisi  qayaların  arasından  özünə  yol  açırdı.  Yer  böyük  bir  gölə 
çevrilmiĢdi.  Orda  su  və  dağ  zirvələrindən  baĢqa  bir  Ģey  yox  idi.  YağıĢ  eləcə 
yağırdı. Yerdən su fantan vururdu. Günlər ötürdü. Göydən güclü yağıĢlar yağır 
və möhkəm külək əsirdi. Dağ kimi güclü dalğalar yaranırdı.  
Qırx gün keçdi. Göydən düclü yağıĢlar yağırdı. Gəmi öz yolunu dağ kimi ağır 
dalğaların arasında yarıb, irəliləyirdi. Nuh (ə) və mö`minlər Allahı çağırırdılar. 
Onlar  rəhmət,  xilas  və  qurtuluĢ  istəyilə  Allahın  dərgahına  ağlayaraq  raz-niyaz 
edirdilər.  
MÜQƏDDƏS SÖZLƏR 
Allahın  mələyi  peyğəmbər  və  mö`minlərə  müqəddəs  sözlər  öyrətmək  üçün 
yerə  endi.  O,  sözlərini  kiçik  bir  taxtaya  yazdı.  Həmin  sözlər  bir  dua  olaraq 
gəmini tufanda qərq olmaqdan qorumaq üçün idi. O zaman camaat öz yazılarını 
qədim Sami dili ilə yazırdılar. Nuh (ə) bu müqəddəs sözləri taxtaya yazdı:  
«Ey  Allah!  Ey  mənim  Rəbbim!  Öz  rəhmət  və  kərəminlə  və  bu  müqəddəs 
Ģəxslərin  Məhəmməd  (s),  Ġlya  (ə),  ġəbər  (ə),  ġübeyr  (ə)  və  Fatimənin  (ə) 
əzəmətinə and verirəm, mənə kömək et!  
Onların  hamısı  əzəmətli  və  hörmətli  məqama  malikdirlər.  Dünya  onların 
hesabına yaĢayır. Onların adının hörmətinə and verirəm, mənə kömək et! Məni 
yalnız sən doğru yola hidayət edə bilərsən».  
Nuh (ə) taxtanı gəminin qabaq hissəsindən asdı. Mö`minlər o müqəddəs adlar 
və hələ dünyaya gəlməyən bu insanlar haqqında fikirləĢirdilər. Onlar Nuhun (ə) 
övladlarından və onun nəslindən idilər.  
Gəmi  hərəkətdə  idi  və  təlatümlü  dəniz  dalğaları  üzərində  Ģimal  istiqamətinə 
doğru irəliləyirdi. YağıĢ hələ də möhkəm yağırdı. Mö`minlər Allahın dərgahına 
ağlayaraq raz-niyaz edirdilər. Allahdan onları bu böyük tufandan xilas etməsini 
istəyirdilər.  
Qırx gündən sonra yağıĢ dayandı. Buludlar get-gedə dağıldılar. GünəĢ nurunu 
saçmağa  baĢladı.  Üfüqdə  gözəl  bir  göy  qurĢağı  göründü.  Göy  qurĢağı  özünün 
yaĢıl, mavi, qırmızı, narıncı, bənövĢəyi və digər gözəl rəngləri ilə həyata ümid 
rəsmini çəkirdi.  
Nuh  (ə)  bir  qarğanı  buraxdı.  Qarğa  göyə  uçdu.  O,  göydə  fırlanaraq  geri 
qayıtdı. Çünki, qonmağa quru bir yer tapmamıĢdı.  
Həzrət sonra ağ göyərçini buraxdı. Göyərçin suların üzərindən uçuĢa baĢlayıb, 
gözlərdən itdi. Bir müddətdən sonra göyərçin qayıtdı. O öz qırmızı dimdiyində 
zeytun  budağı  gətirmiĢdi.  Nuh  (ə)  və  mö`minlər  sevindilər.  Həqiqətən  tufan 
sona  çatmıĢdı  və  Allah  fasidləri  yuyub,  atmaq  üçün  yeri  su  ilə  qərq  etdikdən 
sonra insanları məhv olma təhlükəsindən xilas etmiĢdi.  
Üçüncü  dəfə  Nuh  (ə)  yenə  həmin  göyərçini  göyə  buraxdı.  Göyərçin  göydə 
qanad  çaldı  və  qayıtmadı.  Nuh  (ə)  anladı  ki,  göyərçin  özünə  yuva  qurmaq  və 
yeni həyata baĢlamaq üçün quru bir yer tapmıĢdır.  
Gəmi  Ģimal  tərəfə  hərəkətdə  idi.  Nəhayət  Cudi  dağının  zirvəsinə  yan  aldı. 
Allah-təala göy və yerə belə vəhy etdi:  
«Ey yer, öz sularını ud! Ey göy, yağıĢı dayandır!» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə