PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   2   3   4   5   6   7   8   9   10   ...   83

 
17 
NĠCAT GƏMĠSĠ  
HƏZRƏT NUHUN (Ə) ƏHVALATI 
Dağ  və  təpələrlə  yuxarı  qalxdıqca  onların  zirvə  və  hündürlüklərində  dəniz 
sədəflərinə  rast  gəlirik.  Bilirik  ki,  qədim  zamanlarda  bu  yerlər  su  ilə 
örtülmüĢdür.  
Adi  insan  və  alpinistlər  yerin  müxtəlif  bölgələrində  dağların  baĢında  və 
həmçinin  Ġran,  Ġraq,  Hindistan,  Misir,  ġam,  Çin  və  Amerika  kimi  ölkələrdə 
sədəf müĢahidə edirlər.  
Alimlər  Ararat  dağlarında  tarixi  Ġsa  Məsihin  (ə)  miladından  2500  il  öncəyə 
qayıdan taxtalar müĢahidə ediblər. Onların bə`zisinin rə`yinə əsasən bu taxtalar 
Həzrət Nuhun (ə) düzəltdiyi nicat gəmisinə aiddir.  
1951-ci ildə  axtarıĢ qrupu  Qaf  dağında,  üzərinə  qədim  yazılar  həkk  olunmuĢ 
bir  taxta  parçasına  rast  gəldilər.  Bir  il  uzanan  araĢdırmalardan  sonra  bu  elmi 
heyət  çox  maraqlı  bir  nəticə  göstərdi:  Həmin  kiçik  taxta  parçası  Nuh  (ə) 
peyğəmbərin  gəmisinin  qalıqlarından  idi.  Ġndi  isə  görək  gəminin  macərası, 
Nuhun (ə) və tufanın sərgüzəĢti necə olmuĢdur.  
Ġnsanlar  bir  millət  halında  və  çox  sadə  yaĢayırdılar.  Əkinçilik  edir,  heyvan 
ovlayırdılar. Günlər və illər keçirdi. Güclülər öz qüdrətlərindən istifadə edərək, 
zəif qardaĢlarına hakimlik edirdilər. Zəif Ģəxslər isə güclülərdən qorxur, onların 
qarĢısında  təslim  olub,  alçaq  və  rəzil  həyata  və  onlara  əsir  olmağa  razı 
olmuĢdular.  
Nuh  (ə)  peyğəmbərin  dövründə  bütpərəstlik,  fəsad  və  çirkin  iĢlər  geniĢ 
yayılmıĢdı.  Sadə  camaat  və  sadəlövh  insanlar  güclülərdən  qorxurdular.  Güclü 
və dövlətlilərsə bütlərə sitayiĢ edirdilər.  
O  zaman  –  təxminən  4000  il  bundan  əvvəl  Nuh  (ə)  Ġraq  torpaqlarında 
yaĢayırdı. Nuh (ə) öz qəbiləsini fəsad və azğınlıqda görürdü. Güclülər zəiflərin 
haqqını  tapdayır,  sərvətlilər  yoxsulları  zülm  altında  saxlayır  və  onları  gecə-
gündüz  iĢləməyə  məcbur  edirdilər.  Kasıb  və  yoxsul  Ģəxsin  iĢləməyə  taqəti 
olmayanda, yaxud özü və ailəsi üçün azad iĢləmək fikrinə düĢəndə onu döyüb, 
iĢgəncə verirdilər. Onları təslim olmağa, əmrləri sözsüz yerinə yetirməyə və xar 
olmuĢ bir əsir kimi onların qulluğunda dayanmağa məcbur edirdilər.  
Ġnsanlar  yeganə  Allaha  ibadət  etməyi  unudub,  daĢdan  yonduqları  bütlərə 
pərəstiĢ edirdilər. Onlar inanırdılar ki, bu bütlər onların ruzilərini yetirir, yağıĢ 
yağdırır, onları ildırımın ziyanlarından qoruyur, xeyir və bərəkət bağıĢlayır və 
pislikləri onlardan uzaqlaĢdırır. Onlar bütləri öz əlləri ilə düzəldib, Fərat çayının 
sahillərində  yerləĢdirmiĢdilər  və  onların  qarĢısında  tə`zim  edərək,  ibadətlə 
məĢğul olurdular.  
Camaatın daĢ bütlərə səcdə etməsi Nuhu (ə) incidirdi. O əzab çəkirdi. Çünki, 
camaat eyib və nöqsansız Allaha səcdə etməyib Vudd, Süva`, Yəğus, Yə`uq və 
Nəsrə səcdə  edirdilər.  Nuh (ə) üzünü göyə tutaraq Allahdan istəyirdi ki, onun 
qəbiləsini  cəhalət  və  nadanlıq  zülmətindən  azad  etsin.  Rəbbimiz  Nuhu  (ə) 
peyğəmbərliyə  seçib,  onu  insanlara  təqdim  etdi. Yeganə  Allaha  ibadət  yolunu 
öyrətmək üçün onu insanların içinə göndərdi.  


 
18 
ALLAHIN BİRLİYİNƏ DƏ`VƏT 
Bir gün insanlar Nuhun (ə) uca səslə belə dediyini gördülər:   
-Ey  camaat!  Mən  Allahın  sizə  göndərdiyi  elçisiyəm.  Allah-təala  yaradan  və 
sizə  ruzi  verəndir.  Allahdan  bağıĢlanmaq  istəyin.  O  sizi  bağıĢlayar.  Mehriban 
Allah  sizə  yağıĢ  göndərən,  ili  xeyir  və  bərəkətli  edən,  torpağı  yaĢıllaĢdıran 
Allahdır.  Sizə  oğul  və  qız  əta  edən  odur.  Elə  isə  siz  niyə  yeganə  Allahın 
ibadətindən üz çevirib, daĢlara pərəstiĢ edirsiniz?  
GeniĢ səmaya və onun ulduzlarına, günəĢə və aya baxın. Görün insanlar necə 
yaĢayırlar  və  nəsillər  bir-birinin  ardınca  dünyadan  köçürlər.  Heç  ağılla 
uyğundurmu ki, bir söz danıĢa bilməyən daĢlar - adlarını Vudd, Süva`, Yəğus, 
Yə`uq və Nəsr qoyduğunuz o daĢlar sizə ruzi yetirsin, sizə övlad əta etsin, sizin 
üçün  yağıĢ  göndərsin,  sizi  ildırımlardan,  sel  və  tufanlardan  qorusun?  Niyə 
Allaha hörmət qoymursunuz?  
Camaat Nuhun (ə) sözlərinə təəccüb etdilər. Bu  dülgər hansı cür`ətlə onların 
allahlarına, Vudd, Süva`, Yəğus, Yə`uq və Nəsrə təhqiramiz sözlər deyir.  
Güclülər  ona  kin  bəslədilər.  Onlar  o  həzrətin  sözlərini,  onun  də`vətlərini 
xoĢlamırdılar.  O,  camaatı  qardaĢlığa  və  bərabərliyə  çağırırdı.  Ġnsanların  azad 
yaĢamasını, sərvətli və güclülərin kasıb və zəiflərə hakim olmamasını istəyirdi. 
Ona görə də onunla mübarizəyə baĢladılar. Onu dəli adlandırıb, dedilər:  
 -O kasıb dülgərdən baĢqa bir Ģey  deyildir. Əgər Allahın elçisi olsaydı,  yerin 
bütün  xəzinələri  onun  ixtiyarında  olardı.  Niyə  Allah  bizim  üçün  bir  mələk 
göndərmir? Niyə özümüz kimi bir insanı göndərir? Nuh (ə) bizim hamımızdan 
əskikdir. Bizim malımız, övladımız və qüdrətimiz ondan çoxdur.  
Sadəlövh insanlar güclü və qüdrətli insanlardan qorxurdular. Güman edirdilər 
ki,  haqq  onlarladır  və  allahlar  da  onların  tərəfindədirlər.  Elə  bilirdilər  ki,  bu 
qüdrət və hakimiyyəti onlara həmin allahlar vermiĢlər. 
Ona  görə  də  Nuh  (ə)  və  onun  də`vətindən  üz  çevirdilər.  Onlar  Nuhun  (ə) 
sözlərini  eĢitməsinlər  deyə,  barmaqları  ilə  qulaqlarını  tuturdular.  Güman 
edirdilər  ki,  əgər  Nuhun  (ə)  sözünə  qulaq  assalar  allahları  onlara  qəzəblənər, 
güclülər və hakimlər onlardan intiqam alarlar. Öz-özlərinə deyirdilər:  
-Bir yazıq dülgər olan Nuhun bizə nə xeyri olacaqdır?  
Nuha (ə) iman gətirib, onun sözlərinə inananların sayı isə çox az idi. Yoxsul 
kiĢi  və  qadınların  bə`zisi  Nuhun  (ə)  evinə  gəlib,  onun  söz  və  nəsihətlərini 
dinləyirdilər. Qəlbləri Yeganə Allaha imanla dolurdu. 
Onlar çox kasıb və zülm altda inləyən insanlar idilər. Onlar öz vəhĢi və zalım 
ərbablarından  intiqam  almağa  qorxurdular.  Buna  görə  də  Nuh  (ə)  daima  öz 
qövmünü  yeganə  Allaha  ibadət  etməyə  və  bütpərəstlikdən  çəkinməyə  də`vət 
edirdi. Gecə və  gündüz,  gizli  və  aĢkar  onları  Allaha  tərəf çağırırdı.  Lakin,  çox 
az insanlardan baĢqa heç kəs Nuha (ə) iman gətirmədi. Çox az və onlar da zülm 
altında inləyən yoxsul Ģəxslər idilər.  
Nuh (ə) onlara görə narahat idi. O istəyirdi ki, qəbiləsi hidayət olunsun, rahat 
yaĢasın;  Onların  güclüləri  zəiflərə  zülm  etməsinlər.  O,  onların  gözəl  həyata 
qədəm  qoymalarını  istəyirdi:  Kiçiklər  böyüklərə  hörmət  etsin,  böyüklər 
kiçiklərlə mehriban olsunlar və insanlar bir-birlərinə zülm etməsinlər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə