35
Dedilər:
-Sən bu daĢın içindən bizim üçün bir dəvə çıxarmayınca, sənin risalətinə iman
gətirməyəcəyik.
Onların biri uca səslə dedi:
-Hə, o dəvə hamilə olmalıdır.
Saleh dedi:
-Mən sizin istəyinizi Allaha çatdıraram. Əgər Allah bu iĢi etsə, siz Allahı
yeganə olaraq tanıyıb, mənim onun elçisi olduğuma iman gətirəcəksinizmi?
Dedilər:
-Bəli. Sizin və’diniz nə vaxtadır?
Saleh onlara buyurdu:
-Sabah həmin yerdə.
ALLAHIN DƏVƏSİ
Sabahısı gün səhər çağı Saleh dağa tərəf böyük daĢ parçası olan yerə tərəf
yollandı. Doğrusu, Salehin etmək istədiyi iĢ asan deyildi. Necə ola bilər ki,
dağın içindən bir dəvə çıxsın? Necə ola bilər ki, bu daĢ yarılsın və ondan boylu
bir dəvə çıxsın?
Bütün Səmud qəbiləsi dağın ətrafına yığıĢmıĢdılar. Onların bə’zisi Ģəkk içində
idi. Bə’ziləri dağa baxır və bə’ziləri isə uzaqdan Salehin etdiklərinə fikir
verirdilər. Gördülər ki, Saleh tə’zim və təvazö halında mavi səmaya baxır. O,
bə’zi sözlər deyirdi. Əlləri ilə dağa və Səmud qəbiləsinə tərəf iĢarə edir. Bildilər
ki, Saleh Allahın dərgahına ağlayıb, ah-nalə edir və ondan öz risalətinin
düzgünlüyünü sübut etmək üçün bir niĢanə istəyir.
O, çox qəribə bir Ģey istəyirdi. Boylu dəvə dağın içindən çıxsın. Bu yerin
qorxu və dəhĢəti hamıya kölgə salmıĢdı. Ad qəbiləsi Salehi gözləyir, çox
diqqətlə dağa və onun bərk daĢlarına baxırdılar. Saleh dizi üstə yerin üzərində
oturdu və göz yaĢları axıtdı. O öz Rəbbindən istəyirdi ki, qəbiləsini hidayət
etmək üçün bir niĢanə göndərsin. Öz fitrət və təbiətlərinə qayıdıb, yeganə
Allaha ibadət etsinlər.
Saleh birdən ayağa qalxdı və barmağını dağın bir nöqtəsinə tərəf uzatdı.
Qəbilənin bütün adamları dəhĢətli bir səs eĢitdilər. O, daĢların parçalanmasına
oxĢayan bir səs idi. O səs çox möhkəm və güclü idi. DaĢların bir hissəsi dərənin
dibinə töküldü. Xəfif toz-torpağın arasından çox gözəl bir dəvə peyda oldu.
Dəvə doğrudan da hamilə idi.
Çox sakit bir dəvə idi. Ġnsan ilk baxıĢında onu sevirdi. Saleh onun Ģükrünü
etmək üçün Allaha səcdə etdi. Çünki, Allahın mütləq qüdrəti nəyi yaratmaq
istəsə ona sadəcə, Ol! deyir və o da olur.
Qəbilə adamları bu iĢin əzəmət və böyüklüyü qarĢısında baĢ əydilər. Onların
bə`zisi Allaha səcdə etdilər. Ġndi onlar böyük bir niĢanə görürdülər. Gözlərinin
qarĢısında idi. Salehin dedikləri düz çıxmıĢdı. Doğrudan da Allah birdir və
Ģəriki yoxdur. Onlar çox az idilər. Amma, imanları dəvənin çıxdığı dağ kimi
möhkəm idi. Qəbilənin bütün adamları o mö’cüzəyə diqqətlə baxırdılar.
36
Beləliklə dəvə Salehin peyğəmbərlik niĢanəsi oldu; bütpərəstlik qarĢısında
tövhid niĢanəsi
DƏVƏNİN BALASI
Üç gün keçəndən sonra dəvə gözəl bir dəvə balaladı. O həmiĢə anasının
yanında idi. Onun yaxınlığında özü üçün oynayırdı. Anası da mehribanlıqla onu
qoruyurdu. Dəvə və onun sakit körpəsi məhəbbət və rəhmət niĢanəsi idi. Onu
görənlər deyirdilər ki, bu, Salehin dəvəsidir. Amma, Saleh onlara deyirdi ki, bu,
Allahın dəvəsidir. Bu, səmavi niĢanədir, olmaya ona əziyyət edəsiniz. Kimsə
ona zərər vurmağa çalıĢsa, Allahın nifrini sizi tutar.
Günlər ötürdü. Dəvə o geniĢ yerlərdə yaĢayır, ot və ələflərdən yeyir, bulağa
gedir və su içirdi. Bütün camaat onun südündən istifadə edirdilər. Bərəkətli və
təmiz südü vardı.
QARŞIDURMA
Səmud qəbiləsi iki cəbhəyə bölünüb, mübarizəyə baĢladılar: iman cəbhəsi və
bütpərəstlik cəbhəsi. Kafirlər hər gün mö`minlərə əziyyət verib, onların
imanlarını məsxərə edir, ələ salırdılar. Onlara deyirdilər:
-Siz doğrudanmı Salehin Allahın elçisi olduğuna inanırsınız?!
Mö’minlər cavabında deyirdilər:
-Bəli biz onun risalətinə və Allah tərəfindən gətirdiyinə inanırıq. Biz Allahdan
baĢqasına ibadət etmərik.
Bu zaman kafirlər deyirdilər:
-Biz sizin iman gətirdiyinizə küfr edirik.
Onlar özlərini Allahın risalətinə olan küfrlərini açıq surətdə e’lan edirdilər.
Çünki, onlar naz-ne’mət içində qərq olmuĢ varlılar idilər və belə güman
edirdilər ki, çoxlu qüdrətləri vardır. Onların həddən artıq daĢürəkli olan doqquz
nəfəri hamıdan çox küfr edirdilər. Onların ürəklərində heç kəsə qarĢı rəhm və
qayğıkeĢlik yox idi. Öz mənafelərindən baĢqa bir Ģey fikirləĢmirdilər. Onlar
hiss etdilər ki, Saleh onların nüfuzu üçün böyük bir təhlükədir. Buna görə də
ürəklərində ona kin bəslədilər. Dəvəyə qarĢı da kin bəsləməyə baĢladılar.
Çünki, dəvə, Salehin peyğəmbərlik niĢanəsi və onun peyğəmbərliyinin
doğruluq əlaməti idi.
HİYLƏ
Bir gecə bütün camaat yuxuya gedəndən sonra bu doqquz nəfərlik qrup
həddən artıq yeyərək öz qarınlarını doydurdular. Sonra Ģərab içib, məst oldular.
Gözlərinin rəngi qızarmıĢdı. Bir Ģey barəsində söhbət edirdilər və o da Saleh
təhlükəsi idi. Bir-birlərindən soruĢurdular ki, nə edək? Salehin Ģərindən necə
qurtaraq?
Onların biri dedi:
-Gəlin əvvəlcə onun dəvəsinin Ģərindən qurtaraq.
BaĢqa birisi dedi:
37
-Hə, onu öldürək. O dəvə Salehin risalətinə sübutdur. Biz onu öldürsək, Saleh
bizim qarĢımızda zəif və gücsüz olacaqdır.
Üçüncüsü də dedi:
-Onu öldürəcəyik!
Dördüncüsü dedi:
-Onu kim öldürəcək?
BeĢinci adam dedi:
-Hə, kim onu həlak edə bilər?
Altıncı nəfər dedi:
-Mən bilirəm onu kim öldürə bilər.
Yeddincisi soruĢdu:
-Kim?
Hamısı bir-birlərindən soruĢdular:
-O kimdir?
O dedi:
-O cinayətkar Qidardır.
Hamısı bağırdılar:
-Hə, Qidar! Heç kəsə rəhm etməyən Qidar!
CİNAYƏT
Gözlərindən xəyanət və qətl qığılcımı yağırdı. Onların biri çölə çıxdı ki,
cinayətkar Qidarı çağırsın.
Gecə yarıdan keçmiĢdi. Qidar özünün xəyanət qılıncı ilə daxil oldu. O, məst
idi və gözləri qızarmıĢdı. O, da dəvəyə kin bəsləyənlərdən biri idi. Dəvə xeyir
və bərəkət niĢanəsi idi. Amma, o, xeyir və bərəkəti sevmirdi. O, fasiq və
zülmkar bir məxluq idi. Fasid insan isə heç vaxt xeyir fikirləĢə bilməz.
Onu mal və pul ilə Ģirnikləndirdilər. O, öz cinayətini yerinə yetirmək üçün
ayağa qalxdı. Hiyləgərlər dedilər:
-Qidar, hara gedirsən?
O dedi:
-Elə indicə dəvəni öldürəcəyəm.
O zalım qrupun üzvləri dedilər:
-Bu iĢi indi etmə! Gözlə, sübh açılsın. Dəvə bulağa tərəf gedəndə, sən onu
asanlıqla həlak edə bilərsən.
Dan yeri söküldü. Zalım Qidar bütün gecəni məst olaraq bağıra-bağıra
keçirmiĢdi. Üzü qorxulu idi və daha da ĢiĢmiĢdi. O, qorxulu görkəm almıĢ,
üzünün damarları göyərmiĢdi. Əgər kimsə onu bu halda görsəydi, bilərdi ki,
Qidar hansısa bir cinayətə əl bulaĢdıracaqdır.
Dəvə və onun sakit körpəsi yuxudan oyandı. Onlar su içmək üçün çeĢməyə
tərəf yollandılar. Balanın kefi kök idi. GünəĢ yenicə doğmuĢdu və çəmənliklər
oyanmaq və istirahət etmək üçün çox gözəl və münasib görünürdü.
KöĢəy o yaĢıl çəmənliklərdə oynamağı çox sevirdi. Anası hər səhər onu ora
aparırdı. Amma, həmin gün səhər hansı hadisə baĢ verdi? Niyə körpə oynamaq
üçün çölə getmədi? O nə görürdü? Qorxu və dəhĢət hiss etmiĢdi.
Dostları ilə paylaş: |