PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   19   20   21   22   23   24   25   26   ...   83

 
57 
hörmət  qoyurdu.  Amma,  onlar  camaatın  yolunu  kəsib,  qərib  yolçularla  pis  və 
çirkin iĢlər görürdülər. Lut yeganə Allaha ibadət edirdi. Amma, Sədum camaatı 
bütpərəst  idilər.  O,  pak  təbiətli  insan  idi.  Amma,  onlar  hamısı  fasiq  və  çirkin 
insanlar  idilər.  Heç  bir  sədumlu  Lutu  sevmirdi.  Çünki,  o,  onların  etdiklərini 
etmirdi.  Çirkin  iĢlərin  qarĢısında  sakit  durmurdu.  Hətta  həyat  yoldaĢı  da 
kafirlərin tərəfdarı idi. Sədum xalqının etdiyi pis və çirkin iĢlərə razı idi.  
Onlar Allaha iman gətirməyib, bütlərə ibadət edirdilər. Lut və onun qızları isə 
Allaha iman gətirmiĢdilər və Sədum camaatının pis iĢlərindən uzaq idilər.  
Fəsad  və  çirkin  iĢlər  günü-gündən  artdıqca,  Lutun  müsibət  və  dərdləri  də 
artırdı. Donuz kimi və donuzdan da pis yaĢayan insanların fikri Lutu incidirdi.  
Bir  gün  qərib  bir  insan  kəndə  daxil  oldu.  O,  həmin  Ģəhərin  fasiq  insanlarını 
tanımırdı.  
XoĢbəxtlikdən o gün Lut öz tarlasında iĢləyirdi. Lut o qərib kiĢini görüb, xoĢ 
gəldin  dedi.  Həzrət  o  yan-bu  yana  baxırdı.  Çünki,  kiminsə  onu  görəcəyindən 
qorxurdu.  Qərib  kiĢi  onun  qorxu  və  nigaranlığının  səbəbini  soruĢdu:  Lut  ona 
dedi: 
-Bu  məntəqənin  camaatı  insanların  yolunu  kəsib,  mallarını  qarət  edir  və 
onlara qarĢı əxlaqa zidd əməllər edirlər. 
Qərib  kiĢi  qorxuya  düĢdü.  Lut  onu  qaranlıq  düĢənə  qədər  tarlada  gizlətdi. 
GünəĢ qürub etdiyi zaman qonağı ilə birgə evə getdi. Lut yenidən öz qonağına 
xoĢ gəldin dedi. O həzrət evin qapısını möhkəm bağladı. Qorxurdu ki, yoldaĢı 
Ģəhər camaatını məsələdən xəbərdar edər. 
Lut  qonaq  üçün  yaxĢı  yemək  hazırladı  və  Ģamını  rahat  yesin  deyə, 
mehribanlıqla söhbətə baĢladı. Qərib kiĢi arxayın olub, iĢtahla xörəyini yedi və 
bir saatdan sonra yatağına uzanıb, yatdı.  
Səhər hava iĢıqlanan zaman qonaq oyandı. Gördü ki, Lut oturub, onu gözləyir. 
O  kiĢi  əllərini  yuyub,  isti  südlə  səhər  yeməyi  yedi.  O,  gün  çıxmazdan  qabaq 
Sədum torpaqlarını tərk etməliydi ki, fasiqlər ona ziyan vura bilməsinlər. 
Hər  halda  Lut  bütün  qonaqlarını  bu  Ģəkildə  qarĢılayar  və  sonra  onlarla 
xudahafizləĢərdi.  Lutun  fasiqlər  Ģəhərindəki  həyatı  belə  idi.  Amma,  görəsən 
onun  yaĢayıĢı  beləcə  davam  etdimi?  Yox.  Kitabın  əvvəlində  qeyd  etdiyimiz 
kimi belə davam etmədi. 
Öncə  Ġbrahim  (ə)  peyğəmbərin  yanına  gedən  qəribə  qonaqlar  onun  yanına 
gəldilər. Onlar Ġbrahimə saleh oğlu olacağını xəbər vermiĢdilər: böyük məqama 
sahib  olan,  pak  və  gözəl  oğul.  Ġbrahim  (ə)  o  vaxt  yaĢlaĢmıĢ  qoca  bir  kiĢi  idi. 
YoldaĢı  Sara  da  artıq  doğmaq  qabiliyyətini  itirmiĢ  qoca  qarı  idi.  Ġbrahim  (ə) 
sevindi. Sara isə bu xəbərə təəccüb etdi. Mələklər dedilər: 
-Allahın iĢinə təəccüb etməyin. 
Qəribə  qonaq  libası  geymiĢ  mələklər  Sədum  Ģəhərinə  getmək  istəyəndə 
Ġbrahim (ə) onlara dedi: 
-Lut o Ģəhərdə yaĢayır. 
Ġbrahim  (ə)  bu  iĢi  ilə  əzabı  Sədum  xalqından  uzaqlaĢdırmaq  istəyirdi.  Bəlkə 
tövbə edib, öz pak fitrətlərinə qayıdalar. Mələklər Ġbrahimə dedilər: 
-Allahın fərmanı dəyiĢməzdir. 


 
58 
Sonra onlar Sədum torpaqlarına  yola düĢdülər.  Ġbrahim (ə)  Sədum  camaatını 
gözləyən taledən nigaranlıq hissi keçirirdi. 
Bəli, mələklər Sədum torpaqlarına yola düĢüb, qərib qonaq paltarında Ģəhərə 
girdilər.  Lutun  evinin  qapısını  döymək  istəyəndə  onların  gəliĢindən  heç  kim 
xəbər tutmamıĢdı. Gecə çatmıĢdı. Lut qapını açdı. Üç gözəl cavan gördü.  
Lut  bildi  ki,  çıxılmaz  vəziyyətdə  qalmıĢdır.  Amma,  nə  etsin?!  Onlardan  üzr 
istəyib,  qəbul  etməkdən  imtina  etsə  düzgün  olarmı?  Bu  iĢ  nə  əxlaqi  və  nə  də 
dini  bir  iĢ  olardı.  Ġnsanın  qərib  qonağa  qapı  bağlaması  əxlaqdan  uzaqdır.  Dini 
cəhətdən də o heç kəsi özündən qovmalı deyil. Bəlkə o acdır, bəlkə susuzdur, 
bəlkə yolda qalmıĢ bir yolçudur. Lut nə etsin?! 
Həzrət  qonaqlarına  xoĢ  gəldin  dedi.  Onları  tez  evinə  daxil  edib,  qapını 
bağladı.  Lutun  həyat  yoldaĢı  qonaqları  gördü.  Ġçindəki  fəsad  və  xəyanəti 
Ģö’lələnməyə  baĢladı.  Ġstədi  ki,  Ģəhər  camaatını  xəbərdar  etsin.  Amma,  qapı 
bağlı idi. 
ġeytan  ona  vəsvəsə  etdi  ki,  bir  od  qalasın.  ġəhər  əhalisi  onu  görməklə 
biləcəklər ki, Lutun qonağı gəlmiĢdir. Qadın evin damına çıxıb, bir qədər odun 
topladı və sonra alov yandırdı. Alov və tüstü Ģö’lələri göyə qalxırdı... 
Lut camaata dedi: 
-Öz  evlərinizə  qayıdın.  Öz  ailə  həyatınıza  qayıdın.  Öz  fitrətinizə  qayıdın. 
Çünki, Allah sizə qəzəblənə bilər. 
Sədum əhalisi Lutun sözlərinə gülürdülər. Onların biri qıĢqırdı: 
Qonaqlarını bizə təslim et! Yoxsa  evin qapısını  sındırıb, onları zorla səndən 
alarıq. Lut o tərəf-bu tərəfə baxırdı. Onun yanında heç kəs yox idi. Həqiqətən o, 
yalqız idi. Amma,  yəqin ki, bunun da  onlar üçün fərqi  yox idi. Onlar canavar 
kimi həzrətin evini mühasirəyə almıĢdılar.  
ġəhər camaatı həmin əlaməti görmüĢ və ona görə də qaça-qaça  Lutun evinə 
tərəf  gəlmiĢdilər.  Onlar  evin  qapısının  yanına  toplaĢıb,  qapını  möhkəm 
döyürdülər.  Çünki,  bu  iĢə  adət  etmiĢdilər.  Adət  etmiĢdilər  ki,  qonaqlara  daĢ 
atsınlar. Birinci hansının daĢı dəysəydi, onun idi. 
Lut qapının səsini eĢitdi. Bildi ki, camaat onun qonaqlarına qarĢı pis və çirkin 
iĢlər  görmək  üçün  gəliblər.  O,  nə  edəcəyini  bilmirdi.  Qapı  bir-birinin  ardınca 
dayanmadan  döyülürdü.  Onların  səsi  ucalırdı:  Əgər  qapını  açmasanız  onu 
sındıracağıq.  
Lut  qapını  açdı  və  təkbaĢına  onların  yanına  getdi.  Qapını  arxadan  bağladı. 
Onlara baxırdı. Bütün vücudunu qəm-qüssə bürüdüyü halda dedi: 
-Sizin aranızda bir nəfər ağıllı insan yoxdurmu?  
Lut arzu  edirdi  ki,  tək  qalmasın.  Arzu edirdi ki, kaĢ  onun  da  övladı, qohum-
qəbiləsi olaydı və fasiqlərin onun qonaqlarına hücumunun qarĢısını alaydılar. 
Lut Sədum camaatının üstünə qıĢqırdı: 
-Xəcalət  çəkmirsiniz?  Niyə  özünüzdən  utanmırsınız?  Məni  qonaqlarımın 
yanında rüsvaymı etmək istəyirsiniz? 
Bu həyacanlı anlarda qapı açıldı və onun qonaqları göründülər. Qonaqlar Luta 
dedilər: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə