62
Beləliklə Sara kənizini öz əri Ġbrahimə hədiyyə verdi. O həzrət Hacərlə
evləndi və hələ doqquz ay keçməmiĢdi ki, uĢağın ağlamaq səsi eĢidildi. Hamı
Ġsmayılın doğulması münasibəti ilə sevindilər.
HİCRƏT
Allah-təala Ġbrahimə Ġsmayıl adlı övlad bəxĢ etdi. O, sevməli uĢaq idi.
Atasının ürəyini sevinc və Ģadlıqla doldurmuĢdu. Atası onu qucağına alır və
öpürdü. Ġsmayıl bə’zi vaxtlarını anası Hacərin çadırında keçirirdi.
Saleh qadın olan Sara Ġbrahimi (ə) çox sevirdi. Onu sevindirmək istəyirdi.
Amma, Hacərə həsəd apardı. Çünki, Hacər övlad sahibi olmuĢdu. Amma, Sara
hələ də övladdan məhrum idi.
Sara istəmirdi ki, həsəd aparmaq onun qəlbini içəridən sarsıtsın. O, bununla
Hacərə nifrət etmək, ona kin bəsləmək istəmirdi. Ona görə də əri Ġbrahimə dedi
ki, mən bundan sonra Hacəri görmək istəmirəm. Çünki, Hacəri gördükdə ona
həsəd aparırdı. O, bu iĢin vasitəsilə cəhənnəm odunda yanmaq istəmirdi.
Mehriban Allah öz bəndələrinə qarĢı mehribandır. Sara övlad sarıdan bəhrəsiz
idi. O, yoldaĢı Ġbrahimə iman gətirməyinə görə köçməyin əzab və çətinliyinə və
bu illər ərzində çox Ģeyə dözmüĢdü. Onun hələ də öz rəbbinə və onun
peyğəmbəri olan Ġbrahimə imanı vardı.
KƏ’BƏYƏ DOĞRU
Allahın istəyilə Ġbrahim (ə) Hacəri və oğlu Ġsmayılı özüylə cənuba tərəf, çox
uzaq bir yerə aparmalı idi. Ġbrahim (ə) Allahın fərmanına itaət edərək, indiyə
qədər getmədiyi namə’lum bir yerə köçdü. O, südəmər körpəli həyat yoldaĢı
Hacərlə uzun müddət yol getdilər. Ġbrahim (ə) nə vaxt gözəl məkan və yaĢıllıq
görsəydi göyə baxardı. Çünki, və’d olunmuĢ yerə çatmalarını arzu edirdi.
Lakin, Allahın mələyi göydən enib, ona xəbər verirdi ki, yolu davam etdirsin.
Beləliklə Ġbrahim (ə) və südəmər körpəsini qucağında tutmuĢ Hacər
gedirdilər. Uzun müddətdən sonra onlar quru, su və otsuz bir yerə çatdılar: qum
və quru səhra bitkilərindən baĢqa bir Ģey olmayan bir dərəyə. Orada mələk endi
və Ġbrahimə xəbər verdi ki, müqəddəs yerə çatmıĢdır.
Ġbrahim (ə) o dərəyə endi. Həyatdan uzaq bir dərə idi. Orada nə çay vardı, nə
bulaq və nə də bir insan orada yaĢayırdı. Həqiqətən Allahın istəyi bu idi ki,
körpə Ġsmayıl və anası orada yaĢasınlar.
VİDALAŞMA
Ġbrahim (ə) öz sakit oğlu Ġsmayılı öpüb, ağladı. O, Hacəri və övladını o
qorxulu yerdə qoyub, qayıtmalı idi. Ġbrahim (ə) Fələstin torpaqlarına qayıdıb,
oradan uzaqlaĢdıqca onlar üçün ağlayırdı.
Hacər ətrafına baxdı. Qum və dağların möhkəm daĢ parçalarından baĢqa bir
Ģey görmədi. Ona görə də ərinə dedi:
-Bizi burada, bu dəhĢətli yerdə qoyub gedirsən?
-Ey Hacər! Allah mənə belə əmr etmiĢdir.
63
Hacər imanlı bir qadın idi. Bildi ki, Allah öz bəndələrinə qarĢı mehribandır.
Onların xeyir və yaxĢılıqlarını istəyir. Ona görə də Ġbrahimə dedi:
-Ġndi ki, Allah belə fərman verib, deməli, bizi qoruyacaqdır. O, bəndələrini
unutmur.
Ġbrahim (ə) oğlu və yoldaĢı ilə vidalaĢdıqdan sonra onlardan uzaqlaĢdı.
Təpələrin baĢında dayandı. Göyə baxdı və Allahdan istədi ki, onları zərər və
ziyanlardan qorusun.
SU
Ġbrahim (ə) çox uzaqlaĢıb, gözlərdən itdi. Hacər daha onu görə bilmirdi.
Ġsmayıl ətrafında nələr baĢ verdiyini bilmirdi. Hacər oğlu üçün bir qoyun dərisi
sərdi, özü və körpəsi üçün dik bir xeymə düzəltmək üçün ayağa qalxdı. O, çox
arxayınlıqla iĢləyirdi. Elə bil ki, öz evindədir. Hacər inanırdı ki, orada kimsə
vardır. O, onu və uĢağını qoruyur. Gündüzlər bir az odun toplayıb, gecələr od
qalayırdı. ġam yemək üçün özünə bir az çörək hazırlayırdı. O, gecənin çoxunu
oyaq qalır və ulduzla dolu səmaya baxırdı.
Bir neçə gün keçdi. Hacər belə bir vəziyyətdə yaĢayırdı. Götürdüyü sular
qurtardı. Hətta qabda bir damcı da su qalmadı. Suyun hamısı qurtarmıĢdı.
Qorxulu və sükuta bürünmüĢ bir dərədə Hacər o tərəf-bu tərəfə baxırdı. Amma,
bir Ģey görmürdü. Əmin oldu ki, bu yer quru və susuzdur. Qabaqca nə bir insan
buradan keçib və nə də səmasında bir quĢ uçmuĢdur.
Körpə Ġsmayıl ağladı. O, susuz idi; bir içim su istəyirdi. Amma, bilmirdi ki,
ətrafında nələr baĢ verir. O, bilmirdi ki, yerin hansı tərəfində yaĢayır.
Anası mehribanlıqla ona baxırdı. Nə etsin? Bu quru səhrada suyu haradan
əldə etsin? Birdən ürəyində analıq hissi Ģö’lələndi. Bir iĢ görməyə məcbur idi.
O, gərək bu torpaqda su tapaydı, hətta əgər bir içim olsa belə. Öz-özünə
deyirdi.Bəlkə bu dağın arxasında bulaq və ya çala ola. Bəlkə o təpənin
arxasında hansısa xeyirxah insan karvan yolçuları üçün bir su quyusu
qazmıĢdır.
Hacər ayağa qalxdı. Öz ətrafına baxdı. Övladı üçün təhlükə yarada biləcək
canavar və ya kaftarın olmamasına əmin oldu. Heç nə yox idi. Ara-sıra gözə
dəyən tikanlı otlardan baĢqa heç nə yox idi.
Hacər Səfa dağına tərəf qaçdı. O, ümidlə qaçırdı. Amma, ürəyində qorxu var
idi. Olmaya canavar susuz uĢağı - Ġsmayılı apara. Ġsmayılın səsi hələ də
qulaqlarında idi. Hacər dağın zirvəsinə qalxdı. O, dərəyə nəzər saldı. Su
dalğalarına oxĢar bir Ģeylər gördü. Dərəyə tərəf qaçdı. Amma, bir Ģey görmədi.
Səhranın qumundan baĢqa orada heç nə yox idi. O, dərənin ortasında yalnız
havanın hərarətindən dalğalanan və dəryanı xatırladan ilğım görmüĢdü.
Hacər qaça-qaça uĢağı Ġsmayıla tərəf qayıtdı. UĢaq ağlayır və qıĢqırırdı. O, su
axtarırdı. Hacər ümidlə Mərvə dağına baxdı: Bəlkə orada su olar?
Çox sür’ətlə qaçırdı. Qumlar ayağının altında dağılırdı. Suya oxĢar bir Ģey
gördü. Qaçdı və sür’ətlə yolu qət etdi. Amma, yenə də ilğımdan baĢqa bir Ģey
deyildi.
Dostları ilə paylaş: |