PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   9   10   11   12   13   14   15   16   ...   83

 
30 
Amma,  buludlar  sür`ətlə  dağıldılar.  Bütpərəstlər  öz  qurbanlarının  sayını 
artırdılar. Lakin, buludlar görünür, sonra isə itirdilər. Əsən küləklər yalnız onlar 
üçün qum gətirirdi.  
İMAN - XEYİR VƏ BƏRƏKƏT DEMƏKDİR 
Hud (ə) gəlib, öz qövmünə nəsihət etdi və onlara dedi:  
-Mən sizi sevirəm. Mən sizin xeyrinizi istəyirəm.  
O buyurdu:  
-Ey  qəbilə!  Allahınızdan  bağıĢlanmaq  istəyin  və  ona  tərəf  qayıdın!  Tövbə 
edin ki, göyün yağıĢını ardıcıl olaraq sizin üçün göndərsin və gücünüzü artırsın.  
Ad  camaatı  Allah  tərəfindən  onlar  üçün  gəlmiĢ  elçinin  nəsihətinə  qulaq 
asmadılar.  Ondan  üz  çevirdilər,  onu  hədələdilər  və  qurban  kəsib,  allahlarının 
yanına qoymaqla məĢğul oldular.  
YağıĢ zamanı keçdi. Amma, bir damcı yağıĢ da yağmadı. Qıtlıq onların bütün 
torpaqlarını bürüdü. Onların yaĢıl və səfalı yerləri səhraya çevrildi. Heyvanları 
tələf oldu, ağacları qurudu. 
Üçüncü il çatdı. Çox çətin bir il idi. Susuzluq özünün son həddinə çatmıĢdı və 
yalnız  heyvanların  iĢləməsi  üçün  kifayət  idi.  Əkin  sahələri  isə  eləcə  quru  və 
susuz qalmıĢdı. Onlar hər gün öz ibadətgahlarına tərəf gedir, bütlərə ibadət edir 
və  onların  yanında  ağlayıb,  raz-niyaz  edirdilər.  Hud  (ə)  onlara  nəsihət  verib, 
Allaha imana də`vət edirdi. Çünki, o, təkliyi ilə hər Ģeyə qadir idi. Bütlərin isə 
heç bir dəyər və əhəmiyyətləri yox idi. Çünki, onlar yalnız bir neçə daĢ parçası 
idilər.  
DAĞIDICI TUFAN  
Üçüncü il yağıĢın yağma zamanı çatdı. Amma, quraqlıqdan baĢqa bir Ģey yox 
idi.  Qıtlıq  hər  yeri  bürümüĢdü. Küləklər əsir  və  qum dalğalarını  vaxtı  ilə  yaĢıl 
və  səfalı  yerlər  olan  dərələrə  tərəf  itələyirdi.  Əhqaf  torpaqları  qurqlığa  qərq 
oldu.  Hud  (ə)  həmiĢə  camaatı  Allaha  imana  və  bütpərəstlikdən  çəkinməyə 
də`vət edirdi. O deyirdi:  
-Allah-təala  qüdrətlidir.  YağıĢ  göndərən,  yeri  öldükdən  sonra  dirildən  odur. 
Qüdrətli Allah o Ģəxsdir ki, dərələrə, çöllərə və çəmənliklərə yaĢıllıq, səfalıq və 
təravət bəxĢ edir. Bütlər eĢitməz daĢlardılar. Onların xeyir və ziyanları yoxdur.  
Ad  qəbilələri  onun  risalətinə  iman  gətirməyib,  zalım  hakimlərinə  itaət 
edirdilər. Bə`zi pak insanlardan savayı heç kəs Huda (ə) iman gətirmədi.  
Üçüncü ildə də Əhqaf sakinləri göyə baxır, bulud və yağıĢ gözləyirdilər. Səma 
təmiz və mavi idi. Buluddan əsər-əlamət yox idi. Bütpərəstlər daha çox qurban 
vermək  fikrinə  düĢdülər.  Güman  edirdilər  ki,  ne`mət  bolluğu  Allahı,  onları 
qıtlıq və quraqlıqdan xilas edəcəkdir. Lakin, bir xəbər yox idi. Hud (ə) gələrək 
sonuncu  dəfə  onlara  nəsihət  verdi.  Onları  tövbəyə,  Allaha  tərəf  qayıtmağa 
də`vət  etdi:  YağıĢ  göndərən  və  bolluq  illərini  əta  edən  yeganə  Allaha  doğru. 
Amma, Ad qövmü Hudu (ə) çıxararaq ona dedilər:  
-Get,  ey  dəli!  Sən  yalançı  adamsan.  Əgər  doğru  deyirsənsə  Allahın  bizim 
üçün  əzab  göndərsin.  Biz  heç  vaxt  allahlarımızdan  əl  çəkməyəcəyik.  Bizim 


 
31 
allahlarımız  bizə  ruzi  yetirir,  yağıĢ  göndərir,  torpaqlarımızı  məhsuldar  edir  və 
qoyunlarımıza bərəkət verirlər. Onlar bu iĢləri heç vaxt unutmurlar.  
Hud öz qəbiləsinin halına yanırdı. O istəyirdi ki, onlar iman gətirib, dəyərli və 
səadətli həyat yaĢasınlar. Saatlar keçdi, üfüqdə qorxulu qara buludlar göründü. 
Buludlar  get-gedə  irəlilədilər  və  bütün  Əhqaf  səmasını  bürüdülər.  Ad  tayfası 
buludları görərək Ģad olub, sevindilər və dedilər: 
-Allahlar  bizim  dualarımızı  qəbul  etdilər.  Bizim  üçün  yağıĢ  yağan  buludlar 
göndərdilər.  Tezliklə  yer  yaĢıl  və  səfalı  olacaqdır.  YaĢıllıq  bağ  və  bostanlara 
qayıdacaqdır. 
Hud əzabın qəti niĢanəsini görərək dedi: 
-Yox! Heç vaxt!  Bu  çatmasına  tələsdiyiniz  Ģeydir.  Onda  dərdli əzab  olan  bir 
küləkdir. O, hər Ģeyi viran edəcək. 
Hud  dağa  sığındı.  Mö’minlər  də  ora  sığındılar.  Əzab  çox  yaxınlaĢdı.  Zaman 
keçirdi  və  bütpərəstlər  toplaĢmıĢ  qara  buludlara  diqqətlə  baxaraq  yağıĢ 
gözləyirdilər.  Amma,  faydasız  idi.  Soyuq  küləklər  əsməyə  baĢladı.  Tezliklə 
dağıdıcı tufan hərəkətə gələcəkdi. 
Göydə  iĢıqlar  parlamağa  və  qorxulu  ildırımlar  çaxmağa  baĢladı.  Buludların 
gurultusu  baĢlandı.  Göy  gurultusu  elə  möhkəm  və  qorxulu  idi  ki,  kafirlərin 
ürəklərini  titrətdi.  Bütpərəstlər  qorxaraq  öz  evlərinə  sarı  qaçdılar.  Onlar 
ümidsizliklə  buludlara  baxırdılar.  Hudun  sözləri,  onun  nəsihətləri  barədə 
fikirləĢmirdilər.  Yalnız  daĢ  heykəllərə  baxırdılar.  Onlar  bu  inamda  idilər  ki,  o 
eĢitməz daĢlar onlara ruzi bağıĢlayır və onlara xeyir, bərəkət və ne’mət bolluğu 
əta edirlər. 
Allahın  qəzəb  tufanı  baĢlandı.  Küləklər  ağır,  quru  və  olduqca  soyuq  idilər. 
YağıĢ  və  bulud  gətirən  küləklər  deyildilər.  Onlar  çox  güclü  külək  və  qum 
topalarının tufanı idilər. 
DəhĢətli saatlar keçdi. Tufan sakitləĢmək bilmirdi. Qum dalğaları dərəyə tərəf 
gedirdilər.  Ad  qəbiləsi  öz  güc  və  qüdrətlərinə  çox  güvənirdilər.  Onlar  güman 
edirdilər ki, qıtlığa, quraqlığa və tufana qələbə çalacaqlar. Elə bilirdilər ki, tufan 
axĢam və ya sabah sakitləĢəcəkdir. 
ÇərĢənbə günü səhər daha güclü küləklər əsməyə baĢladı və yeddi gecə səkkiz 
gün  eləcə  möhkəm  əsdi.  Tufan  çərĢənbə  günü  səhər  sakitləĢərək  dayandı.  O 
gözəl  və  səfalı  Ģəhəri  qumla  hamarlaĢdırmayınca,  gözəl  Ġrəm  Ģəhərini  qumlar 
altda dəfn etməyincə, sakitləĢmədi. 
Evlər  bir-birlərinə  dəydi.  Çox  güclü  və  möhkəm  olan  mərmər  sütunları 
töküldü.  Hudun  risalətinə  kafir  olanlar  yerdə  qumların  üzərində  çırpınırdılar. 
Onların  uca  qamətləri  vardı.  Buna  görə  də  quru  xurma  ağacının  gövdələrinə 
bənzəyirdilər.  Heykəllər  üzü  üstə  yerə  düĢdülər  və  parça-parça  oldular.  O 
bütpərəst  ibadətgahı  xarabalığa  çevrildi.  Allahın  nifrini  onları  tutdu.  Onlar 
zalım  və  qürurlu  insanlar  idilər.  Onların  ürəklərində  zərrə  qədər  də  rəhm  və 
mərhəmət yox idi. Onların yaĢayıĢı baĢdan ayağa əbəs və bihudəlik idi. Hətta öz 
saraylarını  tikdikləri  zaman  belə  bu  iĢləri  yalnız  əbəs  yerə  və  faydasız  olaraq 
yerinə  yetirirdilər.  Heç  vaxt  onlardan  istifadə  etmirdilər.  Ona  görə  də  Allah 
küfrlərinə və mö’minlərə etdiyi zülmlərinə görə onlara qəzəbləndi; onları həlak 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə