PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   2   3   4   5   6   7   8   9   ...   83

 
10 
qıĢı,  isti  və  yandırıcı  yayı  vardır.  Onun  yarpaqları  tökən  və  ağacları  quru 
budaqlara bənzədən payızı vardır. Sonra bahar gəlir. Yer yaĢıl və səfalı olur.  
Adəm (ə) cənnətin gözəl  yaĢayıĢı barədə  fikirləĢirdi. Adəm (ə)  ağlayırdı.  O, 
yenə də cənnətə və oradakı xoĢ həyata qayıtmaq istəyirdi.  
Onlar  yaĢamaq  üçün  yerin  gözəl  bir  nöqtəsini  seçdilər.  Orada  quruda  bitən 
bə`zi bitkilər və müxtəlif meyvəli ağaclar vardı.  
Cənnətin  gözəl  və  Ģad  günləri  sona  çatdı.  Orada  nə  isti  və  nə  soyuq  vardı. 
Orada  aclıq  və  yorğunluq  da  yox  idi.  Ġndi  Adəm  (ə)  və  Həvva  çalıĢmalı  və 
iĢləməlidirlər. Ġndi onlar özlərini qarĢıdan gələn qıĢa və onun soyuq küləklərinə 
hazır  etməlidirlər.  Onlar  ağac  budaqlarından  düzəltdikləri  evi  tikib  qurtarana 
qədər mağarada yaĢamalı idilər.  
Adəm  (ə)  həmiĢə  çalıĢıb,  zəhmət  çəkirdi.  Gündüzlər  iĢləməkdən  tərləyirdi. 
Onlar  acından  ölməmək  üçün  əkinçilik  etməli,  öz  məhsullarını  biçməli,  un 
üyütməli, xəmir  yoğurmalı və sonra özləri üçün iki tikə çörək biĢirməli idilər. 
Onlar arxada qalan xoĢ günlərini yada salır və  yenidən cənnətə, onları  yaradan 
Allahın yaxınlığına qayıtmaq istəyirdilər.  
Onlar öz günahlarını yada salıb, ağlayır və Allahdan bağıĢlanmaq diləyirdilər. 
Beləliklə  onların  yaĢayıĢı  iĢ,  ibadət  və  övladlarının  gələcəyi  barədə  fikirlə 
keçirdi.   
Günlər ötdü. Həvvadan bir qız və bir oğlan doğuldu. Sonralar o, yenidən bir 
oğlan və bir qıza sahib  oldu. Beləliklə  yer üzərində sakin olan insanların sayı 
altı  nəfərə  çatdı.  Adəm  (ə)  və  Həvva  övladları  olduğu  üçün  çox  sevinirdilər. 
Onların övladları günbəgün böyüyürdülər.  
Onlar böyüyüb, cavanlıq yaĢına çatdılar. Qabil və qardaĢı Habil həmiĢə ataları 
ilə  çölə  gedər  və  ondan  iĢləmək  öyrənərdilər:  yer  Ģumlamaq,  qoyun  otarmaq. 
Eqlima  və  Luza  isə  ev  iĢlərində,  aĢpazlıqda,  ev  süpürməkdə  və  dərzilikdə 
analarına kömək edirdilər. YaĢamaq iĢ və zəhmət tələb edirdi. 
Günlər və illər beləcə ötürdü.  
QABİL VƏ HABİL 
Qabil daĢ ürəkli, kobud və bəd xasiyyətli bir insan oldu. Əksinə Habil isə çox 
sakit, mülayim və mehriban idi.  
Qabil  həmiĢə  qardaĢına  əziyyət  verirdi.  Onun  özünə  qul  olmasını  və  gecə-
gündüz ona xidmət göstərməsini istəyirdi. Ġstəyirdi ki, Habil qoyun otarmaqdan 
əlavə, həm də onun üçün yer Ģumlasın. Özü isə tənbəllik və vaxtını boĢ yerlərə 
sərf etsin.  
Qabil qardaĢı Habilə nə qədər kötək vurmuĢdur!  Amma, Habil dözərək səbir 
edirdi,  çünki,  Qabil  onun  qardaĢı  idi.  Habil  Allahdan  qardaĢı  Qabili  hidayət 
etməsini,  onu  pis  iĢlərdən  çəkindirməsini  istəyirdi.  Onun  yaxĢı  insan  olmasını 
arzulayırdı.  
Adəm  (ə)  də  narahat  idi.  O  dəfələrlə  oğlu  Qabilə  nəsihət  etmiĢdi  ki,  pis 
iĢlərindən əl çəksin. Bir dəfə ona dedi:  
-Ey Qabil, sən də qardaĢın kimi saleh və yaxĢı insan ol! 
 BaĢqa bir vaxt ona xatırlatdı:  


 
11 
-Ey  Qabil,  pisliklərindən  əl  çək!  Allah-təala  pis  iĢlər  görən  vəfasız  insanları 
sevməz.  
Qabil  atasının  nəsihətlərini  eĢitmirdi.  O,  Habildən  üstün  olduğunu  güman 
edirdi. Çünki, o, qardaĢından dəfələrlə güclü idi. Onun güclü qolları vardı. BaĢı 
Habilin baĢından böyük, boyu isə uca idi. Adəm (ə) oğluna deyirdi:  
-Kim  daha  imanlıdırsa,  daha  da  üstündür.  Ey  Qabil,  Allah  ürəklərə  baxır. 
Üstün və hörmətli insan ən imanlı və ən təqvalı olandır.  
Qabil özbaĢına bir adam idi. O qıĢqırırdı:  
-Mən Habildən böyüyəm. Mən ondan güclüyəm.  
Bir  gün  Qabil  qardaĢı  Habilə  çox  möhkəm  bir  Ģillə  vurdu.  Habil  onun  bu 
iĢinin qarĢısında heç nə etmədi və qardaĢının bu hərəkətinə səbir etdi. Habilin 
ürəyi  çox  mehriban  idi.  O  öz  qardaĢını  çox  istəyirdi.  Bilirdi  ki,  o  anlamır, 
nadandır. Özü isə Allahdan qorxur və qardaĢı kimi fasiq olmaq istəmirdi.  
Atası Qabilin pisliklərinə son qoymaq istədi. Allahın yaxĢı insanları sevdiyini 
və pis iĢ görənləri xoĢlamadığını ona baĢa salmaq istəyirdi. Bu məqsədlə onlara 
dedi:  
-Sizin  hər  biriniz  Allahın  dərgahına  bir  qurban  təqdim  edin.  Allah  kimin 
qurbanını qəbul etsə, üstün Ģəxs odur. Çünki, Allah-təala yalnız imanlı Ģəxslərin 
qurbanını qəbul edir.   
Qabil buğda  tarlasına  sarı  yollanıb,  təzə  və  dəyməmiĢ  sünbüllərdən  bir  dəstə 
düzəltdi.  Habil  isə  qoyun  sürüsünə  tərəf  gedib,  onların  içindən  eyib  və 
nöqsansız bir qoyun seçdi: çox yaxĢı və gözəl bir qoç. Çünki, tezliklə onu Allah 
dərgahına qurban və hədiyyə edəcəkdi.  
Adəm (ə) övladlarına dedi:  
-Bu təpələrə doğru gedin! 
Qabil  buğda  dəstəsini  qucağına  alıb,  təpənin  baĢına  getdi.  Habil  də  öz  gözəl 
qoçunu ona tərəf sürdü. Habil qoçunu təpənin baĢında buraxdı. Qabil də buğda 
dəstəsini  onun  yaxınlığında  yerə  atdı.  Habil  Allaha  səcdə  etdi.Onun 
qorxusundan  ağladı.  O,  təmiz  səmaya  baxır  və  Allahdan  qurbanını  qəbul 
etməsini istəyirdi. Amma, Qabil çox həyəcanlı idi. O tərəf bu tərəfə baxır, elə 
bil  nə  isə  axtarırdı.  O,  Allahı  görmək  istəyirdi.  Onun  hansı  formada  və  necə 
olmasını bilmək istəyirdi. 
Bir saat keçdi. Hələ heç bir hadisə baĢ verməmiĢdi. Habil oturub, sakitcə göyə 
baxırdı. Göydə bir qədər bulud topası göründü. Get-gedə səma buludla doldu. 
Hava sakitləĢdi.  
Habil  Allahı  çağırırdı.  Qabil  isə  bir  daĢ  parçasını  götürüb,  qəzəblə  atırdı  və 
daĢ  qayalara  dəyərək  parça-parça  olurdu.  O,  əsəbiləĢmiĢdi  və  nigaran  idi. 
Bilmirdi  nə  etsin.  Birdən  göydə  bir  ildırım  çaxdı.  Göy  guruldamağa  baĢladı. 
Qabil  qorxdu.  Amma,  Habil  həmiĢə  Allahı  çağırırdı.  YağıĢ  yağmağa  baĢlayıb, 
Habilin üzünü yudu, göz yaĢlarını sildi. Qabil isə bir qayanın altına sığındı. Bir 
neçə dəfə ildırım çaxdı. Qəflətən çox güclü bir ildırım çaxıb, qoça dəydi və onu 
çox  uzaq  bir  yerə  apardı.  Habil  ürəkdən  sevindi.  Sevincindən  ağladı.  Onun 
qurbanı qəbul olunmuĢdu. Həqiqətən Allah Habili sevirdi, çünki, Habil Allahı 
sevirdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə