21
-O dülgərlikdən baĢqa bir iĢ bacarmır. O məharətli dülgərdir. Amma, heyf ki,
dəlidir.
-O bizi aldadır. Deyəsən, böyük bir saray tikmək istəyir.
Bütpərəst bir kiĢi qıĢqırdı:
-Ey Nuh, nə edirsən? Dəniz hardadır ki, gəmin onda dalğaları yarsın?
Bütpərəstlər güldülər. Onların bə`ziləri qıĢqırdılar:
-Ey Nuh, yelkənlərini yaddan çıxartmayasan. Çünki, dənizin dalğaları
təlatümlü, küləkləri isə güclüdür.
Bütpərəstlər istehza ilə ona güldülər. Nuh (ə) heç bir söz demədi. Yalnız belə
buyurdu:
-Bir gün gələcək ki, biz də sizi beləcə məsxərə edəcəyik.
Gəmidə iĢləmək çox çətin idi. Həddən artıq dözüm və səbir istəyirdi.
Bütpərəstlərin əzab-əziyyətlərinə, onların məsxərələrinə səbir etmək, ardıcıl və
davamlı iĢə dözmək lazım idi.
Nuhun (ə) düzəltdiyi gəmi çox böyük idi. Bu gəmi insan adlı məxluqun xilası
və müxtəlif heyvanların tələfolma təhlükəsindən qorunması üçün düzəlirdi.
Bizim Rəbbimiz iradə etmiĢdi ki, yeri fəsad və zülmlərdən paklasın, onu bütün
günahlardan yusun. Ona görə də Allah öz elçisi Nuha (ə) gəmi düzəltməyi əmr
etmiĢdi; imanlı Ģəxslərin və pak insanların xilası üçün. Amma, ədaləti
sevməyən və bərabərliyi xoĢlamayan zalımların taleyi fəna və yoxluq olacaqdı.
Gəminin iĢi uzun illər davam etdi. Nuh (ə) və ona iman gətirənlər davamlı
olaraq 80 ilə qədər çalıĢdılar. Gəmi böyük, vəzifə və tapĢırıqları olduqca
əhəmiyyətli idi. O gəmi insan və heyvanların məhv olmaqdan xilas vasitəsi
sayılırdı. Ona görə də Nuh (ə) və ona iman gətirənlər nicat gəmisinin iĢini
tamamlamaq üçün bütün qüvvələrini səfərbər etdilər.
Bütpərəstlər Allahın peyğəmbərini və onun mö`min dostlarını məsxərə
edirdilər. Onları dəli, rəzil və səviyyəsiz adlandırırdılar. Onlarla mübarizə edir,
zülm və təzyiqə mə`ruz qoyurdular. Lakin, ümid və arzu mö`minlərin qəlbində
günbəgün artırdı. Çünki, Allah-təala yeri zalımların fəsadından təmizləmək
qərarına gəlmiĢdi. Sular yeri günah və çirkinliklərdən yuyacaqdı. Yer olduqca
təmizlənəcək və o zaman insanlar rahat və səmimiyyət içində, onların övladları
əmin-amanlıqda və asudə cəmiyyətlərdə yaĢayacaqdılar.
Bu minvalla mö`minlər ən böyük qüdrət gəmisini düzəltməkdə bütpərəstlərin
əzab və əzyytlərinə və iĢin ağırlığına dözürdülər.
İNTİZAR
80 il davamlı sə`ylərdən sonra Nuh (ə) və imanlı Ģəxslər gəmini düzəldərək
qurtardılar. Gəmi tamamilə hazır oldu və qırlandı. Onun yelkənləri quruldu.
Mö`minlər onun yanına gəlib, tamaĢa edirdilər. Bu gəmi onların yaxĢı
yaĢamaqları üçün ümid və arzuya çevrilmiĢdi; zülm və haqsızlıqlardan qurtuluĢ
arzusu.
Gəmi üç mərtəbədən təĢkil olunmuĢdu: AĢağı mərtəbə, orta mərtəbə və yuxarı
mərtəbə. Bütün mərtəbələr kiçik pəncərələrlə təchiz olunmuĢdu. Gəminin
önündə və orta təbəqədə gəmini idarə etmək üçün otaq düzəldilmiĢdi.
22
Hər Ģey hazır idi. Nuh (ə) və mö`minlər Allah-təalanın əmrini gözləyirdilər.
Bütpərəstlərin əzab və əziyyətləri, onların məsxərələri, mö`minlərə etdikləri
iĢgəncə və əzabları artırdı.
Qoca bir qarı öz kiçik qızı ilə Nuhun (ə) yanına gəldi. Nicat və xilas günü
barəsində o həzrətə sual verdi. Ona dedi:
-Allah nə zaman bizi bu kafirlərin Ģərindən qurtaracaqdır?
Nuh (ə) o hadisənin nə vaxt baĢ verəcəyini bilmirdi. Ona görə də üzünü göyə
tutdu. Yalnız Allah bilirdi. O anda vəhy mələyi endi və Nuha (ə) xəbər gətirdi.
Mələk Nuha (ə) dedi:
- Tufan, bu qoca qarının təndirindən su çıxan zaman baĢ verəcəkdir.
Nuh (ə) o qarıya buyurdu:
-Allah o gün üçün əlamət və niĢanə qoymuĢdur. Mələk vəhy etdi ki, tezliklə
sənin evinin təndirindən su çıxacaqdır. Bu, nicat və xilas gününün niĢanəsidir.
Qarı Allahın bu lütfünə sevindi. Bu ümid və arzuya görə kiçik qızın
dodaqlarında təbəssüm göründü.
Mö`minlər hər gün o qarının evinə gedir və təndirə baxırdılar. Amma, bir
xəbər yox idi. Nuh (ə) da ona baxırdı. Amma, hələ ondan su çıxmırdı.
TƏNDIRDƏN SU ÇIXDI
Bir gün səma qara buludlarla doldu. Hava çox qaraldı. Nuh (ə) göyə baxır,
Allahın əmrini gözləyirdi. Bütpərəstlər öz zülm və fəsadlarını daha da artırır,
camaatı öldürür, oğurluq edir, pis və çirkin iĢlər görürdülər. Fəsad günbəgün
artırdı.
Bir gün o kiçik qız qaça-qaça həzrətin yanına gəlib, dedi:
-Təndirdən su çıxır.
Nuh (ə) təndirə tərəf tələsdi. Allah öz doğru və`dəsinə əməl etmiĢ və təndir bir
fəvvarəyə çevrilmiĢdi. Ondan çox möhkəm su qaynayırdı. Qoca qarı heyrət
içində qalmıĢdı və nə edəcəyini bilmirdi. Mö`minlər gəlib, Allah-təalanın
niĢanəsinə baxdılar. Onların bə`zisi qorxu və ümidlə təndirə, bə`zisi isə göyə
baxır və Ģövqdən ağlayırdılar. Səma buludla doldu; qara və tünd buludlarla.
Aydın gündüz qaranlıq gecəyə çevrilmiĢdi. Nuh (ə) uca səslə öz ardıcıllarına
buyurdu:
-Gəmiyə doğru tələsin!
Hamı Ģəhərdən çıxaraq hərəkətə baĢladı. Gəmi öz yerində idi. Elə bil,
mö`minləri gözləyirdi. Nuh (ə) mö`minlərin gəmiyə minmələrinə nəzarət edirdi.
Birdən göydə ildırımlar çaxdı. Buludların möhkəm gurultu səsləri ucaldı. Çox
güclü yağıĢ yağmağa baĢladı. Mö`min kiĢi və qadınlar bir-birinin ardınca
gəmiyə minirdilər. Nuhun (ə) övladları da orada idi. Yalnız onların biri yox idi.
Nuhun (ə) həyat yoldaĢı da yox idi. O, bütpərəst idi və həyat yoldaĢının
peyğəmbərliyinə iman gətirməmiĢdi.
Heyvanların tələf olmaması üçün Allah-təala Nuha (ə) ilham etdi ki, hər
heyvandan bir cütünü gəmiyə daxil etsin. Ona görə də Nuh (ə) əmr etdi ki,
gəminin alt mərtəbəsi böyük heyvanlar üçün, üst mərtəbəsi isə quĢlar üçün
ayrılsın.
Dostları ilə paylaş: |