______________________________________________________ Poetika.izm
148
keçmiş məkanın zahiri detallarının vasitəsi olmadan, yalnız məzmunda
müəyyənləşir.
Bəzən də çoxqatlı zaman forması daha mürəkkəb xronotop struktu-
ru yaradır. Vaqif Səmədoğlunun “Generalın son əmri” pyesində keçmiş
və bu gün vahid məkanda birləşir. Generalın evi həm II Dünya Mühari-
bəsi, həm də müstəqillik dövrü üçün məkana bədii məkana çevrilir. Qar-
daşlıq qəbiristanlığından durub gələn Şeypurçu əsgər dünəni bu günə da-
şıyır. Edamı üçün Generalın əmrini almaq istəyən Fərarinin bu evə gə-
lişində isə zaman dumanlaşır, onun sərhədləri itir. Məkanın bu gün, prob-
lemin isə dünən olduğunu deyən bu zamanda artıq ölçü yoxdur. Bu ölçü-
süzlük özü situasiyanın həllində bir problemə çevrilir. XX əsrin doxsa-
nıncı illərində yaşayan yaşlı Generalla bu əsrin ortalarında yaşayan Fəra-
rinin arasında belə bir söhbət baş verir:
Fərari: General, açın qapını, vurun məni...
General: Açmaram!
Fərari: Onda elə qapının içindən vurun məni! Taxtadandır. Güllə
bunu asanlıqla deşib, mənim də sonuma çıxa bilər. Mən sinəmi yapışdı-
rım qapıya, siz də atın... Sağ qalsam, deyərəm, bir güllə də atarsız. Ancaq
əminəm ki, mənim komandirim sərrast atıcıdır.
General: Sən yalnız fərari yox, həm də sərsəm dəliymişsən! 1998-ci
ildən mən güllə atıb, səni 1943-cü ildə necə öldürüm? [12, s. 53]
İlk baxışda zaman-məkan ölçüsüzlüyü bir anlaşılmazlıq kimi görü-
nür, ancaq müəllif bu anlaşılmazlığın özündən oxucusuna bəzi mətləbləri
anlatmaq üçün istifadə etmişdir. Müəllif öz oxucusuna çatdırmaq istəyir
ki, əslində zaman heç nəyi arxada buraxmır, edilən bütün səhvlər, gü-
nahlar qarabaqara bizi izləyir və mütləq bir gün gəlib qapımızı döyür.
Zaman kimi məkan da müasir dramaturgiyamızda metafizik xarak-
ter alır. Elçinin “Teleskop” pyesində poetik xəyal zaman maşınının “sər-
nişin”i deyil, o, ümumiyyətlə, bu maşının hərəkət dairəsindən çıxıb.
Poetik xəyal zamanın geriyə, yaxud da irəliyə doğru hərəkətində olan bir
məkanda deyil, ona paralel mövcud olan bir məkanda – axirətdə qərar-
laşıb.
Ümumiyyətlə, axirət müasir dramaturji təfəkkürün tez-tez marağına
gələn məkandır. Ona Kamal Abdullanın “Bir, iki – bizimki”, “Ruh”, Əf-
qanın “Oliqarx” əsərlərində rast gəlirik. Ancaq bu əsərlərdə o, bir məkan
kimi predmetləşmir və yalnız təsəvvürdədir. Onun obrazını “Oliqarx”
pyesində o dünyadan bu dünyaya qayıtmış İgidovun dedikləri canlandı-
rırsa, “Bir, iki – bizimki”, “Ruh” pyeslərində isə onun təsviri iki dünya
arasında canlı əlaqələrin baş tutmasında yaranır. Əsası isə odur ki, axirət
bir məkan kimi təsəvvürdədir və bu təsəvvürü o dünyadan ötürülən siq-
nallar cızır. Elçinin “Teleskop” pyesində isə bu təsəvvür predmetləşir, bə-
dii gerçəklik qazanır.
______________________________________________________ Poetika.izm
149
Müasir dramaturji proses üçün ən səciyyəvi olan odur ki, əvvəlki
dönəmlərdən fərqli olaraq, onda zamandaxili dönüşlər yalnız personaj-
ların keçmişə fikir ekskursu kimi baş vermir, gerçək ölçülərdən kənar,
yalnız ədəbi-poetik ölçülərə sığa biləcək metafizik bir hadisə xarakteri
alır. Ümumiyyətlə, çağdaş dramaturgiyamız real dünyanın ölçülərini aş-
mağa çalışır, qlobal problemləri qlobal ölçülərdə tədqiq etmək istəyir.
Zaman-məkanın metafizik forması ilə yanaşı, fiziki forması da
müasir dramaturgiyamız üçün xasdır. Metafizik formada bədii xronotop
daha çoxqatlı və mürəkkəb strukturdadırsa, fiziki formada daha yığcam və
sadə strukturdadır. Belə ki bu formada, əsasən, hadisələr vahid məkanda,
saatlarla ölçülə biləcək qısa bir zamanda baş verir. Bu da bir daha təsdiq-
ləyir ki, müasir dramaturji struktur mürəkkəbliyə meyil etsə də, məzmun-
da təfərrüatlardan qaçır, mahiyyətə yönəlir.
ƏDƏBİYYAT
1.
Редгрейв M. Mаска или лицо. Москва, 1965.
2.
Лейдерман Н.Л. Движение времени и законы жанра, 1982.
3.
Шиллер Ф. Собрание сочинений, т. 6, Москва, 1957.
4.
Dadaşov A. Dramaturgiya. Ваkı, BDU-nun nəşriyyatı, 2004.
5.
S.Y.Qonçarova-Qrabovskaya «Комедия в русской драматургии конца ХХ –
начало ХХI века». Москва, «Наука», 2006.
6.
Zülfüqarova F. İngilis və Azərbaycan ədəbiyyatında insan konsepsiyası
(Virginya Vulf və Afaq Məsudun yaradıcılığı əsasında), Bakı, 2012.
7.
Əmirli Ə. 15 pyes. Bakı, “Öndər nəşriyyat”, 2006.
8.
Əhmədov B. Yeni dövrün dramaturgiyası. Firuz Mustafa, “Qara qutu”. Bakı,
“Araz”, 2006.
9.
Əsəd Cahangir. Dionisin sağlığına. “Ədəbiyyat” qəzeti, 2011, 3; 4; 17 iyun.
10.
“Azərbaycan” jurnalı, 2008, № 4, (Sezar).
11.
Ницше Ф. По ту сторону добра и зла, «ЭКСМО», Москва, «ФОЛИО»,
Харьков, 2008.
12.
Səmədoğlu V. Dramaturgiya, “Şərq-Qərb”, 2014.
Leyla Allahverdiyeva
MÜASİR DRAMATURJİ STRUKTURDA
ZAMAN-MƏKAN HƏLLİ
XÜLASƏ
Məqalədə müasir dramaturji prosesdə zaman-məkan faktorunun qazandığı yeni
xüsusiyyətlərdən danışılır. Zaman-məkan faktoru bir nəzəri kateqoriya kimi araşdırılır,
dünya ədəbi-bədii fikir tarixinin çox böyük imzalarının yanaşmaları diqqətə alınır. Bu
kateqoriyaya müxtəlif baxışlar və müxtəlif bədii mənalandırmalar qarşılaşdırılır.
Müasir milli dramaturji prosesdə xronotopun səciyyəsi və onun formalaşmasına
təsir göstərən amillər elmi-nəzəri müstəviyə gətirilir. Xronotop strukturunda zaman və
məkanın qarşılıqlı təsiri və yeri müəyyənləşdirilir.
Dostları ilə paylaş: |