Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə63/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   59   60   61   62   63   64   65   66   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
148 
keçmiş  məkanın  zahiri  detallarının  vasitəsi  olmadan,  yalnız  məzmunda 
müəyyənləşir.  
Bəzən də çoxqatlı zaman forması daha mürəkkəb xronotop struktu-
ru  yaradır.  Vaqif  Səmədoğlunun  “Generalın  son  əmri”  pyesində  keçmiş 
və  bu  gün  vahid  məkanda  birləşir.  Generalın  evi  həm  II  Dünya  Mühari-
bəsi, həm də müstəqillik dövrü üçün məkana bədii məkana çevrilir. Qar-
daşlıq qəbiristanlığından durub gələn Şeypurçu əsgər dünəni bu günə da-
şıyır.  Edamı  üçün  Generalın  əmrini  almaq  istəyən  Fərarinin  bu  evə  gə-
lişində isə zaman dumanlaşır, onun sərhədləri itir. Məkanın bu gün, prob-
lemin isə dünən olduğunu deyən bu zamanda artıq ölçü yoxdur. Bu ölçü-
süzlük  özü  situasiyanın  həllində  bir  problemə  çevrilir.  XX  əsrin  doxsa-
nıncı illərində yaşayan yaşlı Generalla bu əsrin ortalarında yaşayan Fəra-
rinin arasında belə bir söhbət baş verir: 
Fərari: General, açın qapını, vurun məni... 
General: Açmaram! 
Fərari:  Onda  elə  qapının  içindən  vurun  məni!  Taxtadandır.  Güllə 
bunu asanlıqla deşib,  mənim də sonuma çıxa bilər. Mən sinəmi  yapışdı-
rım qapıya, siz də atın... Sağ qalsam, deyərəm, bir güllə də atarsız. Ancaq 
əminəm ki, mənim komandirim sərrast atıcıdır.  
General: Sən yalnız fərari yox, həm də sərsəm dəliymişsən! 1998-ci 
ildən mən güllə atıb, səni 1943-cü ildə necə öldürüm? [12, s. 53] 
İlk baxışda zaman-məkan ölçüsüzlüyü bir anlaşılmazlıq kimi görü-
nür, ancaq müəllif bu anlaşılmazlığın özündən oxucusuna bəzi mətləbləri 
anlatmaq  üçün  istifadə  etmişdir.  Müəllif  öz  oxucusuna  çatdırmaq  istəyir 
ki,  əslində  zaman  heç  nəyi  arxada  buraxmır,  edilən  bütün  səhvlər,  gü-
nahlar qarabaqara bizi izləyir və mütləq bir gün gəlib qapımızı döyür.  
Zaman kimi  məkan da müasir dramaturgiyamızda metafizik xarak-
ter alır. Elçinin “Teleskop” pyesində poetik xəyal zaman maşınının “sər-
nişin”i  deyil,  o,  ümumiyyətlə,  bu  maşının  hərəkət  dairəsindən  çıxıb. 
Poetik xəyal zamanın geriyə, yaxud da irəliyə doğru hərəkətində olan bir 
məkanda  deyil,  ona  paralel  mövcud  olan  bir  məkanda  –  axirətdə  qərar-
laşıb.  
Ümumiyyətlə, axirət müasir dramaturji təfəkkürün tez-tez marağına 
gələn məkandır. Ona Kamal Abdullanın “Bir, iki – bizimki”, “Ruh”, Əf-
qanın “Oliqarx” əsərlərində rast gəlirik. Ancaq bu əsərlərdə o, bir məkan 
kimi  predmetləşmir  və  yalnız  təsəvvürdədir.  Onun  obrazını  “Oliqarx” 
pyesində  o  dünyadan  bu  dünyaya  qayıtmış  İgidovun  dedikləri  canlandı-
rırsa,  “Bir,  iki  –  bizimki”,  “Ruh”  pyeslərində  isə  onun  təsviri  iki  dünya 
arasında canlı əlaqələrin baş tutmasında yaranır. Əsası isə odur ki, axirət 
bir  məkan  kimi  təsəvvürdədir  və  bu  təsəvvürü  o  dünyadan  ötürülən  siq-
nallar cızır. Elçinin “Teleskop” pyesində isə bu təsəvvür predmetləşir, bə-
dii gerçəklik qazanır.  


______________________________________________________ Poetika.izm 
  
 
149 
Müasir  dramaturji  proses  üçün  ən  səciyyəvi  olan  odur  ki,  əvvəlki 
dönəmlərdən  fərqli  olaraq,  onda  zamandaxili  dönüşlər  yalnız  personaj-
ların  keçmişə  fikir  ekskursu  kimi  baş  vermir,  gerçək  ölçülərdən  kənar, 
yalnız  ədəbi-poetik  ölçülərə  sığa  biləcək  metafizik  bir  hadisə  xarakteri 
alır.  Ümumiyyətlə,  çağdaş  dramaturgiyamız  real  dünyanın  ölçülərini  aş-
mağa çalışır, qlobal problemləri qlobal ölçülərdə tədqiq etmək istəyir.  
Zaman-məkanın  metafizik  forması  ilə  yanaşı,  fiziki  forması  da 
müasir  dramaturgiyamız  üçün  xasdır.  Metafizik  formada  bədii  xronotop 
daha çoxqatlı və mürəkkəb strukturdadırsa, fiziki formada daha yığcam və 
sadə strukturdadır. Belə ki bu formada, əsasən, hadisələr vahid məkanda, 
saatlarla ölçülə biləcək qısa bir zamanda baş verir. Bu da bir daha təsdiq-
ləyir ki, müasir dramaturji struktur mürəkkəbliyə meyil etsə də, məzmun-
da təfərrüatlardan qaçır, mahiyyətə yönəlir.  
  
ƏDƏBİYYAT 
 
1.
 
Редгрейв M. Mаска или лицо. Москва, 1965. 
2.
 
Лейдерман Н.Л. Движение времени и законы жанра, 1982. 
3.
 
Шиллер Ф. Собрание сочинений, т. 6, Москва, 1957. 
4.
 
Dadaşov A. Dramaturgiya. Ваkı, BDU-nun nəşriyyatı, 2004. 
5.
 
S.Y.Qonçarova-Qrabovskaya «Комедия в русской драматургии конца ХХ  – 
начало ХХI века». Москва, «Наука», 2006. 
6.
 
Zülfüqarova  F.  İngilis  və  Azərbaycan  ədəbiyyatında  insan  konsepsiyası 
(Virginya Vulf və Afaq Məsudun yaradıcılığı əsasında), Bakı, 2012. 
7.
 
Əmirli Ə. 15 pyes. Bakı, “Öndər nəşriyyat”, 2006. 
8.
 
Əhmədov  B.  Yeni  dövrün  dramaturgiyası.  Firuz  Mustafa,  “Qara  qutu”.  Bakı, 
“Araz”, 2006. 
9.
 
Əsəd Cahangir. Dionisin sağlığına. “Ədəbiyyat” qəzeti, 2011, 3; 4; 17 iyun. 
10.
 
“Azərbaycan” jurnalı, 2008, № 4, (Sezar). 
11.
 
Ницше  Ф.  По  ту  сторону  добра  и  зла,  «ЭКСМО»,  Москва,  «ФОЛИО», 
Харьков, 2008. 
12.
 
Səmədoğlu V. Dramaturgiya, “Şərq-Qərb”, 2014. 
 
Leyla Allahverdiyeva 
 
MÜASİR DRAMATURJİ STRUKTURDA 
ZAMAN-MƏKAN HƏLLİ 
 
XÜLASƏ 
 
Məqalədə  müasir  dramaturji  prosesdə  zaman-məkan  faktorunun  qazandığı  yeni 
xüsusiyyətlərdən  danışılır.  Zaman-məkan  faktoru  bir  nəzəri  kateqoriya  kimi  araşdırılır, 
dünya  ədəbi-bədii  fikir  tarixinin  çox  böyük  imzalarının  yanaşmaları  diqqətə  alınır.  Bu 
kateqoriyaya müxtəlif baxışlar və müxtəlif bədii mənalandırmalar qarşılaşdırılır. 
Müasir  milli  dramaturji  prosesdə  xronotopun  səciyyəsi  və  onun  formalaşmasına 
təsir  göstərən  amillər  elmi-nəzəri  müstəviyə  gətirilir.  Xronotop  strukturunda  zaman  və 
məkanın qarşılıqlı təsiri və yeri müəyyənləşdirilir. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə