Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə62/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
146 
şəklini almış bu halın qaynaqlarından biri də odur ki, yazarlar bədii prob-
lem  və  ideyanı  lokallaşdırmaq,  müəyyən  sərhədlər  daxilində  kiçiltmək 
istəmir,  ona  bəşəri,  qlobal  bir  məzmun  verməyə  çalışırlar.  Bu  əsərlərdə 
qoyulan  problemlər,  bədii  həlli  verilən  ideyalar  istənilən  bir  zamanda  və 
məkanda  aktualdır.  Məsələn,  E.Hüseynbəylinin  “Adəm  və  Həvva”  pye-
sində  bədii  problem  heç  bir  məkan  və  zamanla  bağlanmır.  Bu  həmişə 
dövriyyədə olan, istənilən bir məkanda görünə bilən problemdir. 
Müasir  dramaturgiyamızda  elə  pyeslər  vardır  ki,  ümumiyyətlə, 
hadisələrin  zaman-məkan  sərhədləri  oxucu  üçün  maraqlı  olmur.  Müəllif 
zaman  və  məkanı  bu  əsərlərdə  o  dərəcədə  ümumiləşdirə  bilir  ki,  oxucu 
onu müəyyənləşdirməyə belə cəhd etmir.  
Bugünkü  dramaturji  proses  göstərir  ki,  artıq  dramaturgiyamız  çox 
məkanlılıqdan  imtina  edir.  Müasir  pyeslərdə  hadisələr  demək  olar  ki, 
davam edir və yekunlaşır. Tək məkanlılığa imkan verən amillərdən biri də 
çağdaş pyeslərdə bədii problemin vahid bir situasiyanın ətrafında həllidir. 
Məsələn,  E.Hüseynbəylinin  “Adəm  və  Həvva”  pyesində  əvvəldən  sona-
dək yalnız bir məkanı – məhkəmə zalını izləyirik. Çünki bütün əsər Adəm 
və  Həvvanın  münasibətlərində  günahın  olub-olmaması  sualı  ətrafında 
qurulub.  Firuz  Mustafanın  “Neytral  zona”,  “İlğım”,  Afaq  Məsudun  “O, 
məni sevir”, “Can üstə”, “Qatarın altına atılan qadın”, Kamal Abdullanın 
“Ruh”,  “Bir,  iki-bizimki”  pyeslərində  də  tək  məkanlılıq  vahid  bədii 
situasiya  ilə  şərtlənir.  Ancaq  müasir  dramaturgiyamızda  elə  əsərlər  də 
vardır  ki,  vahid  məkan  müxtəlif  bədii  situasiyaların  həlli  yerinə  çevrilir. 
Məsələn,  Elçinin  “Mənim  ərim  dəlidir”,  “Dəlixanadan  dəli  qaçıb  və  ya-
xud mənim sevimli dəlim”, “Şekspir” pyesləri belə əsərlərdəndir.  
Çağdaş  Azərbaycan  dramaturgiyası  məkanda  təkplanlılığa  meyil 
edirsə,  zamanda  çoxplanlılıq  daha  xarakterik  olmağa  başlayır.  Bu  gün 
milli  dramaturgiyamızda  mistik,  fantastik  boyaların  artması  zaman  içrə 
zamanın verilməsi halları ilə bağlıdır. Poetik xəyal keçmişə dönüşlər edir. 
Vaqif  Səmədoğlunun  “Generalın  son  əmri”,  Kamal  Abdullanın  “Şah 
İsmayıl, yaxud hamı səni sevənlər burdadı...”, “Ruh”, Əli Əmirlinin “Bü-
tün  deyilənlərə  rəğmən  və  ya  Ağa  Məhəmməd  şah  Qacar”,  Elçinin 
“Teleskop” pyeslərində xronotop bu cür dönüşlərdə yaranır. Bu əsərlərdə 
bədii situasiya müxtəlif zaman koordinatları altına düşür, bu koordinatlar 
da öz növbəsində müxtəlif məkan parametrləri yaradır.  
Zaman  öz  fiziki  təbiətində  indidən  gələcəyə  yol  alır.  Bədii  təxəy-
yüldə  isə  onun  yolu,  adətən,  indidən  keçmişədir.  Keçmiş  yaşanmış  za-
mandır,  ancaq  bitmiş  zaman  deyil,  o,  həmişə  hərəkətdədir,  indinin  və 
gələcəyin daxilindədir. İndinin və gələcəyin məzmunu keçmişin parametr-
lərində  müəyyənləşir.  Ona  görə  də  zaman  öz  hərəkətində  həmişə  irəliyə, 
idrak  isə  keçmişə  yol  alır.  İdrak  özünün  ifadə  olunduğu  müxtəlif  sahə-
lərdə,  o  cümlədən  də  bədii  mətnlərdə  tez-tez  yolunu  bu  zamandan  salır. 


______________________________________________________ Poetika.izm 
  
 
147 
Böyük alman filosofu Nitsşe sənətin keçmişə müraciətinin fəlsəfəsini belə 
izah edirdi: “Şairlər nə vaxt ki, insanların həyatını yüngülləşdirmək istə-
yirlər, onlar ya məşəqqətli indidən üz çevirirlər, ya da ona keçmiş vasitəsi 
ilə yeni rənglər qazanmağa kömək edirlər” [11, s. 116]. 
Müasir dramaturgiyamızda bədii təfəkkürün zaman içrə gəzişmələri 
müxtəlif formalarda baş tutur. Belə ki, səhnənin qalxan pərdələri birbaşa 
keçmişə açılır, onu bu gün kimi təqdim edir, zamanın bu formasına, adə-
tən,  tarixi  mövzulu  əsərlərdə:  H.Mirələmovun  “Gəncə  qapıları”,  “Pənah 
xan  Cavanşir”,  Elçinin  “Sənətkarın  taleyi”,  Əli  Əmirlinin  “Mesenat”, 
İlqar Fəhminin “Şahnamə” və s. pyeslərdə rast gəlinir. Bu əsərlərin bədii 
strukturunda  xronotop  təkzamanlıdır.  Bu  xronotop  forması  milli  drama-
turgiyamız  üçün  yeni  deyil,  əvvəlki  dönəmlərdə  də  onun  böyük  işlənmə 
təcrübəsi  var.  Ancaq  milli  dramaturgiyamızın  çağdaş  dönəmində  çoxza-
manlı xronotop forması yaranmış və aktuallıq qazanmışdır. Bu xronotop 
formasında  bədii  təfəkkürün  zaman  içrə  gəzişmələri  birbaşa  səhnədən 
keçir,  belə  ki,  bu  günə  açılan  səhnə  müxtəlif  bədii  vasitələrdən  istifadə 
edərək keçmişə üz tutur. Əli Əmirlinin “Bütün deyilənlərə  rəğmən və  ya 
Ağa  Məhəmməd  şah  Qacar”  pyesində  bu,  bədii  strukturda  personajın 
xatirələri kimi, Kamal Abdullanın “Şah İsmayıl, yaxud hamı səni sevənlər 
burdadı...”  pyesində  isə  elmi-məntiqi  təfəkkürün  gücü  kimi,  Vaqif  Sə-
mədoğlunun  “Generalın  son  əmri”  pyesində  təxəyyülün  fantastikası,  El-
çinin “Teleskop” və Kamal Abdullanın “Ruh” pyeslərində isə mistik alə-
min sirləri kimi baş tutur.  
Zamanın  başqa  kəmiyyətləri  öz  asılılığına  salmaq  gücü  təbiətdə 
olduğu kimi bədii strukturda da özünü göstərir. Belə ki, zamanın dəyişən 
koordinatları bədii strukturun digər komponentlərini də yeni parametrlərə 
keçirir.  Xüsusilə,  xronotopun  daxili  strukturunda  məkan  birbaşa  zaman 
asılılığında görünür. Dahi rus alimi Baxtin yazırdı: “Ədəbi-bədii xronoto-
pun xarakterik cəhəti odur ki, vaxt dumanlanır, qalınlaşır və bədii səciyyə 
qazanır.  Buna  görə  məkan  da  bədii  vaxtın,  süjet  və  hadisənin  inkişaf 
dinamikası altına keçir”. Baxtinin dediyi bu dinamikanın sürəti də zaman-
la müəyyənləşir, belə ki, zaman uzaqlaşdıqca məkan da başqalaşır. Məsə-
lən, Kamal Abdullanın “Şah İsmayıl, yaxud hamı səni sevənlər burdadı...” 
pyesində zamanlar arasında bir neçə əsrlik, Əli Əmirlinin “Bütün deyilən-
lərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesində bir neçə on illik, 
Elçinin “Teleskop” pyesində isə bir neçə günlük məsafə vardır. Zamanın 
bu  ölçüsü  məkanların  zahirində  dərhal  əyaniləşir.  Belə  ki,  “Şah  İsmayıl 
yaxud  hamı  səni  sevənlər  burdadı...”  əsərində  məkanın  zahirində  gördü-
yümüz fərqlər bizə zamanın da fərqli olduğunu diktə edir. Ancaq “Bütün 
deyilənlərə  rəğmən  və  ya  Ağa  Məhəmməd  şah  Qacar”  ,  “Teleskop” 
pyeslərində  isə  zamanın  il  və  günlə  ölçülən  kiçik  məsafəsi  məkana  za-
manla  bağlı  təsəvvür  yaratmaq  imkanı  vermir.  Bu  pyeslərdə  indi  və 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə