Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə93/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   85   86   87   88   89   90   91   92   93

______________________________________________________ Poetika.izm 
  
 
221 
olsa da şeir ola bilməz” deyən hökmü irəli sürür. Demək, Fitrətin tərifinə 
görə,  şeir  təqliddən  uzaq  olduğu  təqdirdə  onun  mahiyyətindəki  gözəgö-
rünməz  enerji  –  mənəvi  güc  meydana  çıxa  bilir,  bu  hal  isə  məhz  şeirin 
həqiqətidir.  “Təqlidçi  nəzmçilər  isə  “vəzn”  və  “qafiyə”si  yerində  olan 
dürlü-dürlü  mənasız  sözlərə  inandıqca,  şeirin  həqiqətindən  istər-istəməz 
uzaqlaşırlar...  Biz  də  şeiri  “vəzn”  və  “qafiyə”dən  ibarət  deyə  bilsək,  hə-
qiqi və əsl şeirə yaxınlaşa bilmərik. Əsl şeir ürək sevgilərini göstərməkdir. 
Vəzn və qafiyə isə sözün bəzəyidir”.  
Fitrətin  şeir  tərifindəki  əsaslandırdığı  bu  mühüm  və  incə  cəhətlər 
Şərqin  məşhur  şeirşünas  alimi  Nizami  Əruzi  Səmərqəndinin  aşağıdakı 
mülahizələrilə həmahəngdir: “Şairlik  elə bir sənətdir ki,  bu sənət  vasitə-
silə şair insanı həyəcanlandıran düşüncə və fikirlər yaradır, eyni zamanda, 
təsirli müqayisələri bir-birinə peyvənd edir”. (Nizami Əruzi Səmərqəndi. 
Nadir hekayətlər. Daşkənd, Q.Qulam adına ədəbiyyat və sənət nəşriyyatı, 
1985, səh. 31.) Şair öz yaşantılarını şeir vasitəsilə ifadə edib, həyəcanlan-
dıran  duyğular  hasil  edərkən,  öncə  ətraf  aləmin  və  həyatın  şairin  duy-
ğularına təsir etməsini nəzərə almalıyıq: “Bilirik ki, hər birimizin canımız 
və şüurumuzun ətrafımızdakı şeylər və hadisələrlə bağlanması beş duyğu 
vasitəsilə mümkün olur. Biz bu beş duyğunun köməyilə ətrafımızdakı hər 
şeyi və hadisələri anlayır və onların hər birindən sevinc, qorxu, həyəcan, 
kədər, əsəbilik,  coşğunluq və s. kimi  hiss və duyğular qəbul  edirik. Şeir 
ürəyimizdə  peyda  olan  məhz  bu  duyğuları  sənətkaranə  tərzdə  sözlərlə 
başqalarının ürəyinə köçürməkdir. Şair ətrafındakı şeylər və hadisələrdən 
aldığı duyğuların sənətkaranə tərzdə başqalarının qəlbinə sirayət etməsinə 
can atır.  İnsanın  qəlbi nə qədər həssas və “duyğulu” olsa, o qədər  yaxşı 
şair ola bilər. Şairlik üçün öncə hiss, duyğusallıq və həmin hissləri usta-
lıqla başqalarının qəlbinə təlqin edən bir güc gərəkdir”. Demək, şair ətraf 
aləmin təsirilə doğulan hiss-duyğularını başqa insanların qəlbinə yeritmək 
üçün şeirə müraciət edir ki, bu prosesdə o, sənətkaranə tapılmış sözlərdən 
istifadə  edir.  Bu  yaradıcılıq  prosesini  Fitrət  həmin  illərdə  yazdığı  “Şair” 
şeirində  belə  ifadə  etmişdi:  “Şair  təbiətdən  sirli,  dərin  mənaları...  inadla 
axtarar  –  tapar,  özü  üçün  saxlamaz.  Onları  yaz  gülünün  yarpağından 
tökülən  sözlərə  büküb  bizə  ərməğan  edər”.  Şair  öz  duyğularını  başqa-
larının qəlbinə köçürmə əsnasında isə “vəzn” və “qafiyə” əsas məqsəd ola 
bilməz,  əksinə,  şeirin  mənəvi  qüdrətini  və  enerjisini  daşıyan  vasitə  kimi 
dəyərləndirilə  bilər.  Şeirdə  məqsəd  “vəzn”  və  “qafiyə”  kimi  formal  va-
hidlər  yox,  şeir  mahiyyətindəki  həqiqətin  oxucuya  çatdırılmasıdır.  Buna 
görə də şeiriyyət sultanı həzrət Nəvai demişkən “Sözki fəsahət zivərindən 
müzəyyən deyildir, ona çinlik zivəri tamam bəsdir”. Yəni sözün şeirə çev-
rilməsi onun fəsahət zinəti ilə bəzənməsində deyil, bəlkə, daha çox çinlik 
zivəri  (əlaməti)nin  mövcudluğu  onunçün  əsasdır.  Amma  alim  bu  izahla 
məhdudlaşmır,  yəni  “şeir  duyğular  axınını  sözlər  vasitəsilə  əks  etdir-


______________________________________________________ Poetika.izm 
  
 
222 
məkdir” tərifi ilə kifayətlənməyin ifrat nəticələrə gətirib çıxara biləcəyini 
vurğulayır: “Bu cür yanaşma bir qədər ifratdır. Şeirin bir sənət olduğunu 
dərindən anlayanlar bu nəticə ilə kifayətlənə bilməz. Ağlımıza gələn hər 
bir  sözü  ürəyimizdəki  “duyğu  dalğaları”nın  ifadəsi  hesab  etsək,  Tanrı 
göstərməsin, oxucularımız nə hala düşərlər!” Demək, ürəkdə tüğyan edən 
hər cür hissiyyat da şeir kimi reallaşa bilməz. Şairin öz duyğularını şeirə 
çevirmə  əsnasında  “rəssam  kimi  görmə,  mütribanə  ifa,  arifanə  dərk  et-
mək” qabiliyyətlərini özündə cəmləşdirməsi zəruridir.  
Şeir həqiqətini hərtərəfli izah edəndən sonra Fitrət onun ifadə üsul-
ları  –  şəkil,  vəzn,  qafiyə  kimi  istilahları  təhlil  etməyə  başlayır:  “Şeir  iki 
növdür:  mənzum  şeirlər  (düzüm  şeirlər),  mənsur  şeirlər  (saçma  şeirlər). 
Mənzum  şeir  söyləmək  mümkün  olduğu  kimi,  mənsur  şeirlər  də  qəbul 
edilir. Mənsur şeirlər üçün “vəzn” və “qafiyə”nin olmağı zəruri deyil, ək-
sinə, sözlərin sənətkaranə seçilməsi və işlədilməsi mühümdür” .  
Fitrət daha sonra yazır ki, “ürəyimizdəki duyğuları təsvir etmək is-
təsək, qafiyəsiz, vəznsiz bir şeir meydana gələr. Şeirimizi bəzəmək istəsək
vəznli,  qafiyəli  şeir  (mənzum  şeir)  yazmalıyıq”,  –  deməklə  vəznsiz  şeir 
deyə  mənsur  şeirləri  nəzərdə  tutur.  Fitrətin  ifadə  etdiyi  “vəznsiz  şeir” 
istilahı həm də “erkin”, “sərbəst”, “verlibr” kimi terminlərin mahiyyət və 
məzmununu  da  özündə  ümumiləşdirir.  30-cu  illər  poeziyasında  bu  cür 
şeirlər “saçma” (mənsur) şeir adıyla adlanması məlumatlı oxuculara yaxşı 
məlumdur.  
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  “Şeir  və  şairlik”  məqaləsi  türk 
şeiriyyətində  ərəb-İran  şeir  texnikasından  yoluxmuş  təqlidçiliyə  qarşı 
inkar  pafosu  ilə  başlanır.  “Biz  müsəlmanlığı  qəbul  etdikdən  sonra  ədə-
biyyat sahəsində təqlidçilikdən yaxa qurtara bilməmişik, ədəbiyyat sahə-
sində  ən  böyük  xidmətimiz  də  iranlıları,  ondan  sonra  ərəbləri  təqlid  et-
məkdən  ibarət  olub”,  –  deyərkən  bu  təqlidçiliyin  mühüm  səbəbləri  və 
cəhətlərindən biri kimi vəzn və  qafiyəyə diqqəti  yönəltmişdi. “Vəzn” və 
“qafiyə” barəsində mübahisənin sonunda da alim aşağıdakı fikirləri vur-
ğulayır:  “Dünya  səhnəsində  təqlidçilik  rolunu  heç  bir  millət  biz  türklər 
kimi  oynaya  bilməyib.  Biz  hansı  bir  millətin  hansı  bir  cəhətini  təqlid 
etmək istəsək, öz milli ruhumuza fikir vermədən təqlid edərik... Halbuki 
İran  vəzni  ilə  türkcə  şeir  yazıb  türk  ulusuna  oxutmaq  mümkün  deyildir. 
Fars dili dünyanın oynaq və nazlı dillərindəndir. “Vəzn” məsələsində teatr 
səhnəsindəki  qızlar  kimi  cazibədar  oynaya  bilir.  Türk  sözü  isə  ağır, 
vüqarlı,  möhtəşəmdir...  İran  vəznində  türkcə  şeir  yazanlar  iki  zərərli  işi 
görməyə məcbur olurlar. Birincisi, şeirin arasına  daha  çox ərəbcə sözlər 
daxil edirlər. İkincisi, “vəzn”ə riayət etmək üçün türkcə sözlərin kökünü, 
qamətini  pozurlar.  İran  vəznində  şeir  deyən  bütün  türk  şairləri  bu  iki 
xəstəliyə  tutulmuşlar,  heç  biri  bu  dərddən  xilas  ola  bilməmişdir.  Türkcə 
sözlərin gövdəsini, qamətini təhrif etməməyə ən çox çalışan şair Nəvaidir. 


______________________________________________________ Poetika.izm 
  
 
223 
Nəvainin  şeirlərində  zorakılığa  məruz  qalan  söz  azdır.  Demək,  Nəvai 
həzrətləri  də  bu  işin  səmərəsizliyini  anlamış,  amma  özünü  bu  taledən 
tamamilə qurtara bilməmişdir”.  
Fitrət  bu  məsələ  ilə  bağlı  fikir  və  mülahizələrini  özünün  sonrakı 
elmi  tədqiqat  əsərlərində  də  davam  etdirir.  Böyük  alimin  və  sənətkarın 
“Türk şeirinin milli vəznimiz olan barmaq vəzni” (“Ədəbiyyat qaydaları”) 
və ərəb-İran əruzunun türk şeirində tətbiqi sirləri (“Əruz haqqında”) ba-
rəsindəki dərin və ardıcıl fikirləri bu gün də elmi dəyərini və aktuallığını 
qoruyub saxlamaqdadır. “Şeir və şairlik” məqaləsi ilə isə böyük mütəfək-
kir  sənətkar  poeziyanın  ümumbəşəri  mənəvi-estetik  keyfiyyətləri  ilə  bir 
sırada,  həm  də  milli  poetika  və  vəzn  kontekstində  tarixi  nailiyyətlər  qa-
zana biləcəyini vurğulayır. Eyni zamanda, əsl şair öz milli mədəniyyəti və 
xalqının  həyatından  qidalanıb,  öz  millətinin  zövqünə,  qəlbinə  və  dilinə 
uyğun əsərlər yaratdığı təqdirdə onun əsərləri millət mənəviyyatının üzvi 
hissəsinə çevrilə bilər. Fitrət bir çox əsərlərində ehtirasla ifadə və müdafiə 
etdiyi  bu  görüşləri  Türküstanın  dahi  sənətkarları  Xoca  Əhməd  Yəsəvi, 
Mövlana Lütfi, Zahiriddin Məhəmməd Babur və Babarəhim Məşrəb haq-
qındakı  traktat  və  tədqiqatlarında  da  məharətlə  əks  etdirmişdir.  Fitrətin 
“Şeir  və  şairlik”  adlanan  yığcam  məqaləsi  həm  də  onun  nəzəri-estetik 
səviyyəsini – şeir nəzəriyyəsini nə qədər dərindən bildiyini də parlaq şə-
kildə nümayiş etdirir.  
 
Özbəkcədən çevirəni:  
Yaşar QASIMBƏYLİ, 
Azərbaycan Yazıçılar Birliyinin və  
Özbəkistan Yazıçılar İttifaqının üzvü,  
filologiya üzrə fəlsəfə doktoru  
yashargasimov@mail.ru 
   


______________________________________________________ Poetika.izm 
  
 
224 
 
BƏLƏDÇİ 
 
İsa  Həbibbəyli.  Ədəbi  əlaqələrdən  müqayisəli  ədəbiyyatşünas-
lığa .................................................................................................. 
 
ƏDƏBİ TƏHLİL. MƏTN POETİKASI 
 
Aslan  Salmanov.  Mühit-müəllif-mətn  əlaqələri  və  mətnin  anla-
şılması problemi (Səməd Vurğunun əsərləri əsasında) .................. 
Иван  Голубничий.  Особенности  авторского  мифотвор-
чества в романе Камала Абдуллы «Неполная рукопись» ........ 
Şəfa Cəbiyeva. Bədii qəhrəmanın estetik obyektivliyi: dünən və 
bu gün ............................................................................................. 
Xəyalə  Əliyeva.  Kamal  Abdullanın  “Yarımçıq  əlyazma”  post-
modern romanında mistifikasiya .................................................... 
Təyyar Salamoğlu. Satira dialoji münasibətlər kontekstində ....... 
Salidə Şərifova. Azərbaycan postmodern romanının obrazları .... 
Cavanşir Yusifli. Su poeziyası – başgicəlləndirici məkan ........... 
Yaşar Qasımbəyli. Lirika və poetik “biz” kultu ........................... 
Elnarə  Qaragözova.  Kamal Abdullanın və  Lion Feyxtvangerin 
yaradıcılığında “kölgə” arxetipi ..................................................... 
Şükufə
 
Vəliyeva.  Amerika  ideyası,  təzahürü,  formalaşması  və 
ədəbiyyatda inikası ......................................................................... 
Leyla Əliyeva. Yusif Səmədoğlu hekayələrində mətn yaddaşı ..... 
 
İZM 
 
Tahirə  Məmməd.  Maarifçilik  və  onun  XX  əsr  Azərbaycan 
ədəbiyyatında təzahür xüsusiyyətləri ............................................. 
Pərvanə  Bəkirqızı  (İsayeva).  Postmodernizm  və  Azərbaycan 
ədəbiyyatı ....................................................................................... 
 
JANR, STRUKTUR, FORMA 
 
Məmməd Əliyev. Şeirin bənd quruluşunun riyazi yazılışı ........... 
Şəhanə  Əliyeva.  Dram  əsərlərində  informasiyanın  ötürülməsi 
mərhələləri ..................................................................................... 
Leyla  Allahverdiyeva.  Müasir  dramaturji  strukturda  zaman-
məkan həlli ..................................................................................... 
Nərmin Cahangirova. XX yüzilliyin əvvəli Azərbaycan poema-
sının janr-struktur xüsusiyyətləri ................................................... 
 
 
 

 
 
 
 

 
18 
 
21 
 
30 
36 
48 
59 
70 
 
82 
 
90 
98 
 
 
 
 
109 
 
117 
 
 
 
126 
 
132 
 
139 
 
151 


______________________________________________________ Poetika.izm 
  
 
225 
Вафа  Гаджиева.  Повтор  как  один  из  главных  принципов 
лексико-семантической организации поэтического текста (на 
основе  анализа  поэтической  лексики  поэмы  «Хосров  и 
Ширин» Низами Гянджеви) ........................................................ 
 
TARİXİ POETİKA 
 
Zəhra Allahverdiyeva. Sufi-simvolik poeziyada metafora .......... 
Təhminə Bədəlova. Məhcur Şirvani lirikasında söz sənətkarlığı . 
Tahir  Nəsib.  Dastanlar  və  uligerlər  arasında  poetika  və  şifahi 
təqdimat yaxınlığı .......................................................................... 
Fəridə Vəliyeva. Yunus Əmrə yaradıcılığında şeir şəkilləri ......... 
 
DÜNYA ƏDƏBİYYAT NƏZƏRİYYƏSİNDƏN  
TƏRCÜMƏLƏR 
 
Həmidulla Baltabayev. Əbdürauf Fitrətin “Şeir və şairlik” əsəri 
 
 
 
162 
 
 
 
179 
188 
 
200 
210 
 
 
 
 
218 
 
 


______________________________________________________ Poetika.izm 
  
 
226 
 
 
 
 
 
 
 
  
POETİKA.İZM 
 
 
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Əsərləri 
The Scientific works of the Institute of Literature named after Nizami 
 
 
 
 
 
 
Nəşriyyat redaktoru: Töhfə Talıbova 
Publishing editor: Tohfa Talibova 
 
 
Texniki redaktor: Rəşid Kərimli 
Make up editor: Rashid Karimli 
 
 
 


______________________________________________________ Poetika.izm 
  
 
227 
 
 
 
 
«Elm və təhsil» nəşriyyatının direktoru: 
Professor Nadir MƏMMƏDLİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
www.literature.az 
direclit@yahoo.com 
Çapa imzalanıb: 04.07.2016.  Formatı: 70x108  1/16 
Approved to the print: 04.07.2016.  Format: 70x108  1/16 
Tirajı 300 nüsxə. Həcmi: 14 ç.v. 
Edition 300 copy. Size: 14 p.p. 
 
Nizami adına Ədəbiyyat İnstitutunun elmi nəşrlərində – “Ədəbi əlaqələr”,  
“Ədəbiyyat məcmuəsi”, “Poetika.izm” jurnallarında məqalələr pulsuz çap olunur. 
In the Institute of Literature named after Nizami, in scientific publications – “Literary 
relations”, “Poetics.izm” and “Literature collection” the articles are published free. 
========================================== 
Jurnal “QAYA” nəşriyyatının sifarişi ilə  
“Elm və təhsil” nəşriyyatında çap olunub. 
The journal has been published by the order of “GAYA”  
publishing in the “Elm ve Tehsil” publishing house. 
 
e-mail: 
nurlan1959@gmail.com
 
Tel: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev dongəsi 8/4.
 
 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə