Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə89/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   85   86   87   88   89   90   91   92   93

______________________________________________________ Poetika.izm 
  
 
211 
muşdur.  
Yunus Əmrə  yaradıcılığı dil-üslub və janr baxımından xalq şeirinə 
çox  yaxın  olduğundan  geniş  yayılmış  və  onun  inkişafına  böyük  təkan 
vermişdir. “O, alınma ünsürləri belə türkcənin sirri-sehri içərisində görün-
məz  edib  yad  olduqlarını  az  qala  unutduracaq  qədər  onları  milli  ahəngə 
uyğunlaşdırmışdır” [1, s. 4]. Onun əsasən xalq şeiri ölçüsündə, heca vəz-
ninin ayrı-ayrı şəkillərində yazdığı şeirlər bunun əyani təzahürüdür.  
Aşıq  Yunus,  Yunus  Əmrəm,  Yunus  Əmrə,  Miskin  Yunus,  Dərviş 
Yunus,  Qoca  Yunus,  Yunus,  Qul  Yunus  ünvanları  ilə  yazıb-yaradan  tə-
səvvüf  şairinin  ədəbiyyatşünaslıq  elminə  məlum  olan  irsi  heca  və  əruz 
vəznində  yazılmış  “Divan”dan,  məsnəvi  şəklində  yazılmış  “Risalətün-
Nushiyyə”  (“Nəsihətnamə”)  adlı  didaktik  əsərdən  ibarətdir.  Belə  bir 
ehtimal da var ki, Yunus Əmrənin iki min beyt şeiri itmiş, bu günümüzə 
gəlib çatmamışdır. 
Ön Asiyada türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi 
olan  Yunus  Əmrə  divanının  bir  neçə  nüsxəsi  mövcud  olsa  da,  onun  ən 
əski və ən doğru variantları “Fateh”, “Qaraman”, “Bursa” nüsxələri hesab 
olunur. Yunus Əmrə yaradıcılığında xüsusi yer tutan, onun dünyagörüşü, 
fəlsəfi  baxışları  haqqında  aydın  təsəvvür  yaradan  ilkin  mənbə,  heç  şüb-
həsiz ki, şairin “Divan”ıdır. Elman Quliyev qeyd edir ki, “Qəzəl, məsnəvi, 
ilahi,  nəfəs  və  s.  şeir  şəkillərinin  yer  aldığı  Y.Əmrə  divanı  heca  və  əruz 
vəznində yazılmışdır” [2, s. 101]. Lakin elə buradaca qeyd edək ki, şairin 
irsi  daha  çox  xalq  şeiri  ölçüsündə  –  heca  vəznində  yazılsa  da,  Yunus 
Əmrə divanını “Fateh” nüsxəsi əsasında nəfis şəkildə nəşr etdirən C.Bəy-
dilinin ozanın “bu vəznin, demək olar, hər şəklində” [3, s. 4] şeir yazması 
fikri real gerçəkliyə tam uyğun deyil. Belə ki, tədqiqatçıların hesablama-
larına görə, Yunusun divanında 25 qoşma, daha doğrusu, onbirlik, 156 on 
altı, 137 on dörd hecalı şeir vardır [4, s. 131]. Hətta cəsarətlə demək olar 
ki, əruz vəznində  yazılmış şeirlər belə, dilinin sadəliyi, canlı xalq nitqin-
dən  əxz  edilmiş  ifadə  və  sözlərlə  o  qədər  zəngindir  ki,  bəzən  ilk  baxşda 
bizə  daha  doğma  sayılan  “barmaqhesabı”  ölçüsündən  fərqlənmir.  Xura-
man Hümmətova bu barədə qeyd edir ki, Yunus Əmrənin “əruzda yazdığı 
şeirləri on birliyi, on ikiliyi xatırladır. Bunları əruzla heca arasında yazıl-
mış şeirlər də adlandırmaq olar” [4, s. 130]. Şairin irsinin araşdırılması və 
öyrənilməsi  də  aydın  şəkildə  göstərir  ki,  Yunus  Əmrə  şeirlərində  əruzla 
hecanı eyni ustalıq və məharətlə işlətmişdir. 
Əruzla  hecanın  qovuşuğundan  yaranan  şeir. Yunus Əmrə yara-
dıcılığında  şeir  şəkillərinin  araşdırılması  zamanı  diqqətimizi  çəkən  bir 
maraqlı  faktı  burada  qeyd  etməyi  lazım  bildik.  Son  illər  böyük  ozanın 
yaradıcılığı  nə  qədər  geniş  təhlil  olunsa  da,  ayrı-ayrı  monoqrafiya  və 
kitabların tədqiqat obyektinə çevrilsə də, onun ən az toxunulan və ən az 
bəhs  edilən  sahəsi  məhz  Yunus  şeirlərinin  janr,  forma,  şəkil  xüsusiyyət-


______________________________________________________ Poetika.izm 
  
 
212 
lərinin  öyrənilməsidir.  Bunun  səbəbləri  isə  göz  qabağındadır:  Yunus 
Əmrə yaradıcılığı klassik şeirlə xalq şeirinin çulğalaşıb qovuşduğu elə bir 
ümmandır ki, burada bəzən forma, şəkil məsələləri arasında dəqiq sərhəd-
ləri  müəyyənləşdirmək  olduqca  çətin  və  məsuliyyətli  bir  işə  çevrilir.  Elə 
şairin həyat və yaradıcılığına həsr olunmuş “Yaşayan Yunus Əmrə” bey-
nəlxalq  elmi  konfransın  materiallarında  da  bu  məsələyə  aid  bir  dənə  də 
olsa,  məruzənin  olmaması  dediklərimizi  bir  daha  təsdiqləyir  [5].  Bunu 
Yunus  Əmrə  şeirinin  texniki  özəlliklərindən  bəhs  edən  tədqiqatçılar  da 
mütləq hiss etmişlər. Tofiq Hacıyevin bu barədəki fikirləri dediklərimizə 
bir  daha  qüvvət  verir:  “Yunus  Əmrə,  ümumən  heca  vəznində  xalq  şeiri 
janrlarında  yazıb.  Ancaq  qafiyələnmə  sistemində,  misraların  takt-bölgü-
lərində sabitlik yoxdur. Hələ nəsə başqa vəznin, arxaikləşmiş başqa qədim 
türk şeir formasının izləri hiss olunur” [6, s. 8].  
Yunus Əmrənin divanındakı qəzəllərin əksəriyyəti şəkli xüsusiyyət-
ləri, yəni qafiyələnmə quruluşu, beytlərin sayı (əsasən 5, 7, 9 və s.), məqtə 
beytdə  müəllif  adının  (və  ya  təxəllüsün)  işlədilməsi  baxımından  bu  şeir 
şəklinin  klassik  nümunələrindən, demək olar ki,  fərqlənmir.  Tofiq  Hacı-
yev  yazır  ki,  “qəzəldə  və  ümumiyyətlə,  beyt  üzərində  qurulan  şeirlərdə 
hər beyt müstəqil semantik vahid təşkil edir” [6, s. 9]. Bu baxımdan Yu-
nus Əmrə qəzəllərində də bu prinsip gözlənilir. 
 
Sənsüz yola girürisəm çarem yok adım atmaga, 
Gevdemde kuvvetüm sensin başum götürüp gitmege. 
Gönlüm, canum, `aklum, bilüm sənünle karar ider
Pervaz ururlar dem-be-dem uçuban dosta gitmege. 
...Tutulmadı Yunus canı, geçdi Tamu`dan Uçmak`dan, 
Yola düşüp dosta gider gine aslın ulaşmaga [7, s. 18].  
 
Qeyd  edək  ki,  Yunus  Əmrənin  divanını  1990-cı  ildə  nəfis  şəkildə 
nəşr  etdirən  Dr.  Mustafa  Tatçı  əksər  şeirlərin  bəhrini,  ölçünü  də  müəy-
yənləşdirərək  şeirin  ilk  misrasından  öncə  göstərmişdir.  Bu  kitabın  yarat-
dığı  mənzərədən  belə  aydın  olur  ki,  Yunus  Əmrə  əruzun  daha  çox 
“Müstef`ilün Müstef`ilün Müstef`ilün Müstef`ilün”, “Məfa`ilün Məfa`ilün 
Məfa`ilün Məfa`ilün” və  “Məfa`ilün Məfa`ilün  Fe`ulün” və  s. ölçüsündə 
yazmışdır.  
Yunus  Əmrə  yaradıcılığında  ilahilər  xüsusi  yer  tutur.  Bu  şeirlərdə 
şair  əsasən  özünün  irfani  təlimini  şərh  etmiş,  ilahi  eşqin  məziyyətlərini 
açıqlamış, Tanrı eşqinin, Tanrıya qovuşmaq həvəsinin bütün sevgilərdən 
daha uca və ülvi olduğunu göstərmişdir. X.Hümmətova yazır ki, “Yunus 
Əmrə yaradıcılığının təsəvvüfi axarında ölümlə bağlı yazdığı ilahilər xü-
susi yer tutur. Öz sələf və xələflərindən fərqli olaraq, şair bu ilahilərdə hə-
yatın  mənasını  insanlara  ölüm  vasitəsilə  izah  etməyə  çalışmışdır”  [8, 
s.222].  Yunus  Əmrə  ilahilərinin  böyük  bir  qismi  qədim  türk  şeirinin  ən 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə