Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   85   86   87   88   89   90   91   92   93

______________________________________________________ Poetika.izm 
  
 
218 
  
DÜNYA ƏDƏBİYYAT NƏZƏRİYYƏSİNDƏN TƏRCÜMƏLƏR 
 
Bakı Humanitar forumunun qonaqları:
 
 
Həmidulla BALTABAYEV 
Filologiya elmləri doktoru, professor 
Daşkənd Universiteti 
 
H.Baltabayev  1954-cü  ildə  Əndican  şəhərində  anadan  olmuşdur. 
1972-1977-ci  illərdə  Daşkənd  Dövlət  Universitetinin  filologiya  fakültə-
sində  təhsil  alıb.  1983-cü  ildə  “Müasir  özbək  nəsrində  üslub  axtarışları” 
mövzusunda  namizədlik,  1996-cı  ildə  “XX  əsr  özbək  ədəbiyyatşünaslığı 
və  Fitrətin  elmi  irsi”  mövzusunda  doktorluq  dissertasiyasını  müdafiə 
etmişdir, professordur.  
Çağdaş  ədəbiyyat  problemlərindən  bəhs  edən  “İstedad  və  üslub” 
(1982), “Öz sözünü və yolunu axtarıb” (1986), “Fitrət və cədidlər” (2007) 
kitablarının, “Nəsr və üslub” (1992) monoqrafiyasının və yüzlərlə məqa-
lənin müəllifidir.  
Əbdürauf Fitrət yaradıcılığı professor Həmidulla Baltabayevin elmi 
fəaliyyətində  əsas  yer  tutur.  Çünki  ensiklopedik  biliyə  malik  bu  böyük 
sənətkar XX yüzil özbək mədəniyyətinin və ədəbiyyatının ən qüdrətli nü-
mayəndələrindən  biridir.  1937-ci  ildə  repressiyaya  məruz  qalmış  Əbdül-
həmid  Süleyman  oğlu  Çolpan,  Abdulla  Qədiri,  Osman  Nasir  və  onlarla 
başqa görkəmli sənətkarlar kimi Əbdürauf Fitrətin də (1886-1937) coşğun 
və türk xalqları mədəniyyəti üçün son dərəcə qiymətli olan yaradıcılığına 
son qoyulmuşdur. 
Fitrət  və  cədid  hərəkatı  mövzusunda  “Qadağan  olunmuş  elm”, 
“Fitrət – ədəbiyyatşünas”, “Fitrətin elmi irsi” və b. monoqrafiyaları müx-
təlif  illərdə  işıq  üzü  görmüşdür.  Böyük  özbək  şairi,  dramaturqu,  ədəbiy-
yatşünası,  nasiri  və  publisisti  Əbdürauf  Fitrətin  dörd  cildlik  “Seçilmiş 
əsərləri” (2000-2006), “Ədəbiyyat qaydaları” (1995), “Bedil. Bir məclis-
də” (1996), “Əruz haqqında” (1997) kimi bir çox kitablarını və 50-ə yaxın 
əsərini  nəşrə  hazırlamışdır.  Əbdürauf  Fitrətin  “Müxtəsər  islam  tarixi”, 
“Mübahisə”, “Hind səyyahının bəyanatı” kimi bir sıra risalələrini isə fars 
dilindən özbəkcəyə çevirmişdir.  
Həmidulla  Baltabayevin  bir  çox  əsəri  xarici  ölkələrdə  çap  edilmiş-
dir. “Nəsr və üslub” monoqrafiyası 2006-cı ildə Türkiyədə işıq üzü gör-
müşdür.  Bir  sıra  elmi  məqalələri  ABŞ,  Yaponiya,  Almaniya,  Niderland, 
Türkiyə, Azərbaycan və  Rusiyanın  mötəbər  elmi  jurnallarında  çap olun-
muşdur.  Hal-hazırda  Mirzə  Uluğbəy  adına  Özbəkistan  Milli  Universi-


______________________________________________________ Poetika.izm 
  
 
219 
tetinin “Ədəbiyyat nəzəriyyəsi və klassik özbək ədəbiyyatı” kafedrasının 
müdiridir. Ailəlidir, səkkiz övladı var.  
Azərbaycan ədəbiyyatı və mədəniyyəti də prof. Həmidulla Baltaba-
yevin  yaradıcılığında  mühüm  yer  tutur.  O,  “Mümtaz  söz”  nəşriyyatının 
direktoru  kimi  XX  əsr  Azərbaycan  ədəbiyyatının  özbək  dilinə  tərcümə 
edilib  nəşr  olunmasında  öz  əməyini  əsirgəmir,  qardaş  Özbəkistan  və 
Azərbaycan  respublikaları  arasında  çoxəsrlik  mənəvi  və  ədəbi-mədəni 
əlaqələrin inkişafında fəal iştirak edir.  
Tanınmış  alimin  Əbdürauf  Fitrət  yaradıcılığına  həsr  olunmuş  bir 
məqaləsini sizə təqdim edirik. 
 
Tərcüməçidən  
  
Həmidulla BALTABAYEV 
Filologiya elmləri doktoru, professor 
 
ƏBDÜRAUF FİTRƏTİN “ŞEİR VƏ ŞAİRLİK” ƏSƏRİ 
 
Əbdürauf Fitrətin şeiriyyət nəzəriyyəsi problemləri ilə bağlı bir çox 
elmi  fikirləri  onun  ədəbi-bədii  əsərlərində  ardıcıl  şəkildə  əks  edilib. 
Böyük sənətkarın nəzəri məsələlərdən bəhs edən birinci məqaləsi “Şeir və 
şairlik”  (1919)  adlanır.  Bu  məqalənin  yazıldığı  dövrdə  hələ  dərin  nəzəri 
ümumiləşmələrə malik elmi əsərlər yaranmamışdı, təzəcə yeni tipli mək-
təblər  üçün  ədəbiyyat  fənnindən  dərsliklər  və  dərs  vəsaitləri  meydana 
çıxmağa başlamışdı. Sonralar, 20-ci illərin əvvəllərində Əbdülhəmid Sü-
leyman oğlu Çolpanın “Şura hökuməti və nəfis sənət”lər (1920), Əbdür-
rəhman  Sədinin  “Gözəl  sənət  dünyasında”  (1922)  tədqiqatları,  Vədud 
Mahmudun  “Bugünkü  şeirlərimiz  və  sənətkarlarımız”  (1925)  silsilə  mə-
qalələri meydana gəldi. Amma bütün bunlar Fitrətdən sonra yazılmışdı və 
nəzəri  məsələlərin  təhlilində  Fitrətin  məqaləsində  parlaq  şəkildə  nəzərə 
çarpan  yüksək  zövq,  dərin  mülahizələr,  gözəl  dil  və  təkrarsız  üslub  on-
larda yox idi.  
“Şeir və şairlik” məqaləsi  Fitrət  tərəfindən 1918-ci  ildə  yaradılmış 
“Cığatay  məclisi”  təşkilatının  mənəvi-estetik  ehtiyac  və  tələblərindən 
çıxış edərək yazılmışdı. Qeyd etmək lazımdır ki, “Cığatay məclisi” (“Cı-
ğatay  gurungi”)  Mərkəzi  Asiyadakı  türk  xalqlarının  mədəniyyəti,  ədə-
biyyatı, tarixi, dil və imla məsələlərini ətraflı öyrənməyi qarşısına məqsəd 
qoymuş  ilk  elmi  cəmiyyət  və  qurum  idi.  Bu  mədəni  təşkilatın  qısa  və 
səmərəli fəaliyyəti haqqında Əbdülhəmid Çolpan 1924-cü ildə yazırdı: “O 
illərdə  “Cığatay  məclisi”  adlı  bir  qurum  yaradılmışdı.  “Cığatay  məclisi” 
üzvləri məsələyə doğru-düzgün yanaşdıqlarına görə, qısa bir dövr ərzində 
fəaliyyət göstərdiklərinə baxmayaraq, yeni özbək ədəbiyyatında təzə par-


______________________________________________________ Poetika.izm 
  
 
220 
laq, şərəfli səhifələr açdılar və açmaqda davam edirlər”. Görkəmli  yapon 
türkoloqu  Xisao  Kömətsu  “Cığatay  məclisi”nin  fəaliyyətindən  söz  açar-
kən  Fitrətin  məqaləsindən  misal  gətirib,  ondakı  ən  mühüm  tezisin  (“hər 
kəs  inanır ki,  türk ulusunun varlığı  və  mədəniliyi  ərəblər  gələndən sonra 
başlanmayıb”) elmi cəmiyyətin əsas ədəbi siyasətini ifadə etdiyini vurğu-
layır. 
Demək,  hər  bir  hadisəyə  onun  yaranması  tarixindən,  yəni  tarixilik 
prinsipindən  çıxış  edərək  qiymət  verməyə  çalışan  Fitrət  bu  məqalədə  də 
şeir nəzəriyyəsindən bəhs etməzdən əvvəl türk xalqlarında şeirin meydana 
gəlməsi və onların şeir deyə hansı sənəti anladıqlarından söz açır: “Şeir və 
şairlik sözləri bizdə yeni şey deyil. Türk ulusu öz varlığını dünyaya gös-
tərəndən bəri şeiri və şairliyi yaxşı bilmişlər”. Dünyadakı ən qədim xalq-
lardan  sayılan  türklərin  ərəb  istilasına  qədər  şeirdən  uzaq  olmasından 
danışmaq  –  onu  bir  mədəniyyətsiz,  mədəni  keçmişi  olmayan  xalq  kimi 
dəyərləndirmək deməkdir. Buna görə Fitrət dəlil-sübutlar əsasında: “Mə-
dəni  bir  ulusun  şeirsizliyini  söyləmək  isə  ehtirasdan  qaynayıb  coşan  bir 
insanın cansızlığını iddia etmək kimi gülüncdür”, deyə adi həqiqəti bəyan 
etməklə  “türklər  müsəlmançılıqdan  əvvəl  də  böyük  mədəni  və  şanlı  bir 
sivilizasiya yaşamışlar”, “türklərin islamdan əvvəl də öz şeirləri, şairləri, 
ədəbiyyatları vardı” xülasəsini əsaslandırdıqdan sonra, şeirə verilən möv-
cud  tərif  və  təyinləri  özünəməxsus  şəkildə  “təftiş”  edir:  “Sonuncu  ərəb 
ədibləri şeiri “kəlami məvzuni müqəffən” – deyə tərif edirdilər ki, bu da 
vəznli, qafiyəli cümlə deməkdir. Yeddi-səkkiz sözü müəyyən bir “vəzn” 
əsasında düzüb, axırında müəyyən bir sözü “qafiyə” etməklə şeir arasında 
yerdən  göyə  qədər  fərq  vardır.  Beləliklə,  Fitrət  şeir  haqqında  doğru  tə-
səvvür  yaratmağa  can  atır,  onu  ötəri  və  yersiz  təriflərdən  xilas  etmək 
istəyir.  Buna  nail  olmaq  üçün  isə  Fitrət  təqlidçilikdən  qorunmağı  zəruri 
hesab  edir.  Alimin  təbiri  ilə  söyləsək,  “təqlidçilikdən  türk  şeirini  xilas 
etmək  lazımdır”.  Çünki  “Bedil.  Bir  məclisdə”  (1923)  estetik  essesində 
Fitrət  yazırdı:  “İnsanların  təbiətindəki  bir-birinə  təqlid  həvəsi  onları 
həqiqət  yolundan  azdırır.  İnsanlıq  dünyasındakı  çox  istedadlar  məhz  bu 
təqlidçilik  (Fitrət  bu  istilahı  “uyarlıq”  adlandırır  –  Tərc.)  nəticəsində  öz 
məqsədlərinə  çata  bilmədilər...  Vaxtlarını  və  öz  ömürlərini  təqlidə  sərf 
etdiklərinə  görə  onlarla  həqiqət  arasında  elə  bir  qalın  divar  yarandı  ki, 
həqiqət  yolları  onlara  əbədi  görünməz  oldu”.  Beləliklə,  alimin  söylədik-
lərindən belə nəticə çıxarmaq olar; şeirin tərifi elə olmalıdır ki, o heç bir 
şəraitdə təqlidə yer verməsin. Onun fikrincə, vəzn və qafiyəyə əsaslanan 
təriflər  isə  müəyyən  mənada  təqlidə  güzəştə  getməkdir.  “Halbuki,  şeir 
başqa, “qafiyə” ilə “vəzn” başqadır. Onda şeir nədir?” – deyə sual verən 
Fitrət ona aşağıdakı kimi cavab verir: “Şeirdə insanların qanını qaynadan, 
sinirlərini  oynadan,  beynini  titrədən,  duyğularını  coşduran  bir  güc, 
mənəvi  bir  qüdrət  var.  Belə  bir  gücü  olmayan  söz  “vəzn”  və  “qafiyə”si 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə