Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
204 
ranmış  yaşayış  məskəni,  dağ,  çay  adları  çox  idi.  Burada  4-5  Bayandur, 
Cələb, Cəbəci, Qazançı, Qaraxan, Sınıx (Şınıx-şena, börü), Ələyəz (eleqes 
monqol tayfası), Kaltaxçı (kaltatay türk (tatar) tayfası; Mumuxan (Mamay 
xan), Ciloyxan (“Manas”da kalmık-mancur ordusunun başçısı) [8, s.183] 
Çoros (monqol-buryat tayfası) və s. adlar məlum idi. Çox güman ki, bun-
lar hülakilərin tarixi yayılışlarından sonra əbədiləşən toponimlərdir. Ümu-
miyyətlə, bölgədə monqol-tatar görünüşlü əhali də çox idi. 
Q.D.Sanjeyev  monqol-buryat  mifologiyasında  göy  kultunu  (tək 
tanrı)  və  şamançılığın  yuxarıda  yerləşən  hami  ruhlarını  dini  mahiyyətli 
inanc kimi qəbul edir. Bu cəhətdən “göyün çağrılması” (müraciət, sitayiş) 
mənası verən “tenqeri dundax” mərasimini (ayin) həmin kultla əlaqələndi-
rir [9]. “Seq daralqa”da da qeyd edildiyi kimi, dinləyicilər çorçiyə, ulige-
rin özünün ruhuna, qəhrəmanın savaşlarda qalib gəlməsinə yönəlik istək-
lər diləyirdilər. Şübhəsiz ki, bu məqsəd üçün ancaq yüksək ruh halıyla uca 
göyə,  tanrıya  dua  edib  güvənmək  olardı.  Buradan  da  “tenqeri  duudax”, 
göyü çağırmaq ayini ilə “ay-duun-ey!” “seq daralqa” nəqəratının eyni ruh 
halını  ifadə  etməsi  aydınlaşır.  Həmin  qədim  yüksək  ruh  halı  özünü  za-
manın təsiri ilə zəifləmiş səviyyədə, adi həyati məzmunda “Ay duy-duy, 
can  duy-duy”  nanay  nəqəratında  da  qoruyub  saxlayıb.  Muğamlarımızın 
zəngulələrindəki “ey dad ey..”in də çox güman ki, “ay-duun-ey!”lə gene-
tik əlaqəsi var. 
Ağbaba dağının (3142 m) zirvəsində Ağbaba ziyarətgahının yerləş-
məsinin  də  həm  müqəddəs  dağ  kultu,  həm  şamançılıq  inanclarında  əc-
dadların ruhunun ağ işıq olub dağın zirvəsində, göydə süd gölü yaratması 
təsəvvürü, həm də “tenqeri duudax” anlayışı ilə birbaşa inanc, ruh əlaqəsi 
var.  Çox  güman  ki,  Ağbaba  adının  özü  də  şaman  inanclarında  xeyirxah 
ruhların göydə təbəqələşməsində 6-cı qatda oturan Apa Ak (Ak Ata)ın tə-
sirindən yaranıb. 
“Seq  daralqa”da  dinləyicilər  dastan  qəhrəmanlarını  hərbi  yürüşlərə 
yola salanda “ureer!” nidası səsləndirirlər [2, s.34]. Buradan da türklərdə 
və  onların  təsirinə  düşmüş  slavyanlarda  döyüşçülərin  ruhlandırılması 
üçün  işlədilən  “uraa!..”  nida  sözünün  yaranması  səbəbi  aydınlaşır.  Çox 
yəqin ki, “Ay-duueey!”, “tenqeri duudax” çağırışlarındakı “duu...”, “uu...” 
hissəsi şenadan (börü) törəmə  əcdad əfsanəsinə  görə, hami, xeyirxah ruh 
sayılan boz qurdun ulaması və onun şamançılıqda çağrılması qavrayışı ilə 
yaradılıb.  
D.S.Duqarov  buryat  uligerlərində  fərqli  ifa  tərzlərini,  havaları  üç 
hissəyə  bölür.  Tədqiqatçı  bunları  əsasən  sakit,  orta  səviyyəli  söyləmə  və 
get-gedə  azalan  hərəkətlər  cəhətdən  üstünlük  təşkil  edən  ifa  üsullarına 


______________________________________________________ Poetika.izm 
  
 
205 
ayırır  [10].  O,  həm  də  təkcə  buryat  ifaçılıq  sənətinə  aid  olmayıb  bütün-
lüklə  monqol-türk  söyləmə  ənənəsinə  köklü  surətdə  xas  olan  təkrarsız 
“tuureelqe”  havası  haqda  da  məlumat  verir.  D.S.Duqarov  “tuureelqe” 
(turelqe)nin yaranmasını şamançılığın qədim şəbih səhnələri ilə əlaqələn-
dirir [10]. S.J.Jamsaranodan fərqli olaraq, D.S.Duqarov xorin-buryat epik 
ənənəsində  əsas  xətt  sayılan  xüsusiyyətə  –  dinləyicilərin  də  ifa  zamanı 
iştirakına, sonradan təkmilləşmə kimi yox, ən qədim üsulun davamı kimi 
baxır  [10].  M.N.Namjilova  “turelqe”ni  sabit  poetik  ifa  tərzi  kimi  qəbul 
edir.  Onun  fikirlərinə  görə  də  “turelqe”  qədim  dövrlərdə  şəkillənib.  Ya-
ranmasına  səbəb  olan  kimi  də  güclü,  cəsur  ovçuların  mədhini,  tərənnü-
münü, eyni zamanda da, quşların, heyvanların təqlidini göstərir [10]. Bu-
radan da “turelqe” ilə “seq daralqa”nın yaxın mahiyyətli olması görünür. 
Quşların  sevilməsi,  yamsılanması  cəhətdən  “turelqe”  ilə  türk  (Azərbay-
can) folklorunda ovçuluqla əlaqəli əmək nəğmələri arasında da yaxınlıqlar 
var .  
“Turelqe”ni “seq daralqa”dan fərqləndirən əsas cəhət çorçinin özü-
nə  köməkdən  çox  (“seq  daralqa”  söyləyiciyə  kömək  üçündür)  dastanın 
mətnindəki  iştirakçı  surətlərə,  köməkçi  vasitələrə  yardım,  ruhlandırma 
məqsədi  güdməsidir.  Qəhrəmanlara,  onun  köməkçilərinə,  düşmənlərinə, 
döyüş atlarına, silahlarına, oxlarına (şamançılıqla xüsusi rəmzlərinə görə) 
yönəlmiş  ifadır.  “Turelqe”lər  həm  də  iki,  dörd  misradan  ibarət  olmaqla 
tərcümələri mümkün olmayan nida səsləri, sözləridir: 
Altan xoon exinjoo, 
Altan deeree nexinjoo! 
Altan joo nexinjoo! 
Altan deeree nexinjoo! [2, s.57]. 
S.Y.Neklyudov  və  J.Tumurseren  “Qeser”in  yeni  monqol  mətnini 
xurçi-çorçilər  Çoynxor,  Sambudaşdan  yazıya  aldıqları  qədim  şeir  üslu-
bunda  olduğu  kimi  veriblər.  Qədim  monqol  şeirində  hecalar,  qafiyələr, 
söz  düzümü  sərbəstdir.  Uyğurlara  aid  VIII-IX  əsrlərdə  yazıya  alınmış 
şeirlərdə də eyni üsul özünü göstərir. Yəqin ki, sərbəst şeirin yaradıcıları 
da  qədim  monqol-uyğur  şeirindən  gələn  ənənədən  bəhrələnmişlər.  Göy-
türk daş yazılı abidələrin də qədim şeir üsulunda yazılması haqda fikirlər 
mövcuddur. 
Qədim  monqol  şeir  üslubuna  xas  olan  digər  əsas  xüsusiyyətlərdən 
biri də misraların başındakı sözlərin ilk hecalarının çox zaman eyni səslə 
başlanmasındadır.  
“Monqolların  gizli  tarixi”ndən  bir  parçaya  nümunə  üçün  nəzər  sa-
laq: 


______________________________________________________ Poetika.izm 
  
 
206 
Hodutay Tenkeri 
Horgiju bulee 
Oloan ulus bulqa bulee 
Oroan durieen ulu oroan 
Oljalaldun bulee 
Xorisutay Etuqen 
Xorbeju bulee 
Bəzən ulduzlu göy 
Çevrilirdi. 
Bax, beləcə xalqlar mübarizəsi 
Gedirdi. 
Burada yatağa uzanmırdılar. 
Burada geniş ana torpaq da 
Diksinirdi [5, s.59]. 
VIII-IX əsrlər uyğur (mani) ədəbiyyatına aid “Tanq Tenqri” şeirin-
də  nəinki  misrabaşı,  hətta  misradaxili  səs  təkrarları  ilə  də  ritmiklik  güc-
ləndirilir: 
Tanq Tenri kelti, 
Tanq Tenri özü kelti
Tanq Tenri kelti, 
Tanq Tenri özü kelti. ... [11, s.89] 
 Müasir dövrün özündə də  qədim şeir,  qafiyə  (daxili, xarici), təsvir 
üsulları özünü qoruyub saxlamışdır. Bu, Ağbaba, İrəvan tırınqılarında, na-
naylarında,  aşıq  yaradıcılığında  və  xalq  ədəbiyyat  ənənələrindən  təsirlə-
nən yazılı ədəbiyyat nümunələrində açıq hiss olunur. Aşağıdakı tırınqı nü-
munələrinə nəzər salaq: 
Ağbaba 
Seçkin oldum qohum-qardaş içinnən
Yola düşdüm, gəldim oba köçünnən. 
Yurd həsrəti od tək keçdi içimnən, 
O dağlardan bu dağlara gəlmişəm. 
Seçkin oldum vətənimnən, elimnən, 
                    İrəvan 
Bir quşa dönəydim uçaydım geri, 
Bir də dolanaydım o doğma yeri. 
İrəvan deyilən bəridir, bəri 
Tanrı, özün yetir o yurda məni. 
Bir quşa dönəydim, ötəydim ora
Aşıq  poeziyasında  bu  üsuldan  geniş  istifadə  olunur.  Misal  üçün, 
Aşıq Kamandarın söylədiyi bayatı kimi: 
...Aşıq, arxa bağladım, 
Arxı arxa bağladım, 
Nə namərdə sirr verdim, 
Nə də arxa bağladım [12, s.53]. 
Aşıq İslamın “Dünya” rədifli gəraylısı da bu cəhətdən mükəmməldir:  
Gələnləri qonaq olan, 
Gedənləri yola salan, 
Yazı yazıb, yazı pozan, 
Yalın qalan yalan dünya [13, s.43]. 
“Turelqe” ilə tırınqının həm məna, həm də sözün səs tərkibi cəhət-
dən yaxın səslənmələri də təsadüfi sayılmamalıdır. 
Ural-Altayların  qədim  şeir  növünün  birliyi  sahəsinə  həm  də 
yaponların dörd misralıq bəndlərdən ibarət “tanki”ləri də aid edilməlidir. 
Ural-Altay  xalqlarının  mifoloji  görüşlərində,  epik  ənənəsində  “gö-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə