______________________________________________________ Poetika.izm
199
9.
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu. Cüng Б-2228/3147.
10.
Araslı Nüşabə. Nizaminin poetikası (ədəbi qaynaqlar və bədii təsvir vasitələri).
Bakı, “Elm”, 2004.
11.
Adilov Musa. Alliterasiya. Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər).
Bakı, “Elm”, 1970.
12.
Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Tərtib edəni Əziz Mirəhmədov. Bakı,
“Azərbaycan Ensiklopediyası” NPB, 1998.
13.
Qabusnamə. Tərcümə edən, qeyd və şərhlərin müəllifi Rəhim Sultanov. Bakı,
“Şərq-Qərb”, 2006.
14.
Dadaşzadə Məmməd Arif. Dil və üslub. Seçilmiş əsərləri. 3 cilddə, I c. Tərtib
edəni və qeydlərin müəllifi Məryəm Axundova. Bakı, Azərbaycan SSR EA
nəşriyyatı, 1967..
15.
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu. Cüng Б-1812/3737.
16.
Xəlilov R.Y. Təkrir. // Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər). Bakı,
“Elm”, 1970.
Təhminə Bədəlova
MƏHCUR ŞİRVANİ LİRİKASINDA SÖZ SƏNƏTKARLIĞI
XÜLASƏ
Məqalədə M.Şirvani poeziyasında işlənən poetik fiqurlar – bədii ifadə vasitələri
araşdırılır. Məhcur lirikasında işlənən poetik fiqurlar içərisində şeirin “söz gözəlliyini”
zənginləşdirən, ahəng uyarlığını təmin edən vasitələr maraq doğura biləcək məsələ-
lərdəndir. Şair lirik yaradıcılığında bədii xitab, bədii sual, bədii təzad, təkrir, alliterasiya
və onun ayrı-ayrı növləri kimi şeirin ifadəliliyini artıran vasitələrdən daha çox istifadə
etmişdir.
Məhcurun dilindəki obrazlılıq və bədiilik, təşbih və metaforik zənginlik, sözün
rəngarəng məna çalarlarından istifadə bacarığı şairin obrazlı təfəkkürünün qüdrətindən,
şair xəyalının fantaziyasından xəbər verir. Onun yaradıcılığının əlimizdə olan çox az bir
hissəsi üzərində araşdırılan bu bədii fiqurlar şairin lirikasına özünəməxsus çalar və rəng
vermişdir. Şair sözün məzmun əlvanlığını və məna dəyərini incələyən poetik
kateqoriyalarla yanaşı onun zahiri, tələffüz gözəlliyinə xidmət edən ifadə vasitələrini də
sənətkarlıqla işlətmişdir.
Məhcur Şirvani lirikasının poetik xüsusiyyətlərinin araşdırılması, təhlili və müqa-
yisəli şəkildə öyrənilməsi bir daha göstərir ki, şair dövrünün poetika elminin incəlik-
lərinə bələd olmuş, istedadı və qabiliyyəti çərçivəsində bu qiymətli xəzinənin gövhərlə-
rindən bəhrələnmişdir.
Məhcur Şirvani lirikasının bədii sənətkarlığının öyrənilməsi təkcə şairin fərdi
yaradıcılığı
üçün deyil, ümumən XVIII əsr Azərbaycan ədəbiyyatının bədiiyyat problem-
lərinin öyrənilməsi baxımından da əhəmiyyətlidir.
Tahmina Badalova
WORD ART IN THE LYRICS OF MAHCUR SHIRVANI
SUMMARY
In the article is studied the artistic expression, poetic figures which used in M.
Shirvani poetry.
Methods among poetic figures which used in M. Shirvani lyrics and
______________________________________________________ Poetika.izm
200
riching word beauty of the poem, ensuring harmony compianve are the tasks which can
get interest. Poet in his lyrical creativity used more methods which rising the meaning of
the poem such as literary solutation, literary question, literary contrast, repetition,
alliteration and its various kinds.
Expressiveness and figurativeness, tashbih and methophorical richness, ability for
using many meanings of the word of the Mahcur give information about power of the
poet's thinking and his fantacy. These artistic figures which analysed on his less part of
creativity which known by us give specific tind and color to poet's lyric. Poet used
expression figures which analysed colourfull theme and meaning value of the word, as
well as serving its beauty of appearance and pronouncation.
Analysing, studying as comporatively of Mahcur Shirvani's poetic characteristics
again showed that he knew exactly poetic science of his period and used it by his talent
and ability in his creativity.
Learning of the literary mastery of Mahcur Shirvani's lyric is not only useful for
his creativity, but also in terms of same time learning of the Azerbaijan literature
problems of XVIII century.
Tahir NƏSİB
Filologiya üzrə fəlsəfə doktoru
Folklor İnstitutu
DASTANLAR VƏ ULİGERLƏR ARASINDA POETİKA
VƏ ŞİFAHİ TƏQDİMAT YAXINLIĞI
Açar sözlər: Ural-Altay, türk, monqol, uliger, dastan, turelqe, tırınqı, seq-daralqa
Key words: Ural-Altai, Turkish, mongol, uliger, saga, turelge, tiringi, seg-daralga
Müqayisələr göstərir ki, qədim mifopoetik yaradıcılıq dövründə
monqol, türk xalqları arasında ortaq dünyabaxışları, inanclarla bərabər,
həm də yaxın dastançılıq (oğuznamə, uliger) ənənəsi olmuşdur.
Türk mədəniyyət tarixinin, mifologiyasının şah əsəri sayılan oğuz-
namələrə orta əsr salnamələrində əfsanə, uydurma, onları təbliğ edən
ozanlara isə uzun-uzadı danışanlar kimi haqsız münasibət bəslənilib [1,
s.471]. Oxşar dəyərləndirmələr Avropa-rus folklor toplayıcıları, tədqiqat-
çıları tərəfindən monqol, Tibet, türk xalqlarının dastanları, uligerlərinə
münasibətdə də irəli sürülüb. Fransalı səyyah, tədqiqatçı A.David-Neel
Tibet dastan söyləmə ənənəsinə görə “Qeser”də hər bir hissənin (boy)
başlanğıcında qəhrəmanı qorumaq məqsədi ilə göyə, tanrıya, hami ruhlara
oxunan təkrar çağırışları, alqışları yorucu, bezikdirici hesab etmişdir [2,