______________________________________________________ Poetika.izm
191
Qalmışam giryan qəmin küncündə zarü binəva,
Nola qılsan dərdi-hicranə vüsalından dəva! [2, s. 370]
Aşiqi qəm küncündə “zarü binəva” qoyan da, hicran dərdinə salan
da, vüsalından dəva qılan də eyni obyektdir. Şeirin birinci misrasında
işlənən “
zarü binəva” (nalan, çarəsiz, dərmansız) və ikinci misradakı
“
dəva” sözlərinin əksliyi mənanı daha da qüvvətləndirmişdir.
...Hər tərəf güllər açılmış, lalə kakil bağlamış,
Hər şükufə göz açıb, hər ləhzə bir dil bağlamış... [2, s. 381]
Məhcur bir-birini tamamlayan, mətləbi daha anlaşıqlı və eyni za-
manda poetik əks etdirən zidd mənalı sözlərdən məharətlə istifadə edərək
maraqlı bədii nümunələr yaratmışdır.
...Nə sitəm canıma qıldınsa nihan, bəsdir, bəs!
Etmə əhvalımı xəlq içrə əyan, bəsdir, bəs!.. [4, V. 36
б
]
Yarının cövrü cəfalarını da çox vaxt bir zövq sayan aşiq bəzən bu
sitəmlərdən usanır, etiraz edir, məşuqəni “insafə gəlməyə“ çağırır, aşiqinə
gizlicə sitəm etsə də, barı əhvalını xəlqə əyan etməməyi təvəqqə edir.
Sübhi-səfayə, şami-cəfamuz mübəddə et,
Həccaclar sükunət edən şam xətriçün [5, V. 72
б
].
Şair təkcə “sübh” və “şam” (axşam) sözlərinin antonimliyindən isti-
fadə etməklə kifayətlənmir, onlara qoşulan epitetləri də əks mənalı seçə-
rək həm təsviri canlandırmış, həm də əsərin şeiriyyətini artırmışdır. Məh-
cur beytdə eyni misrada işlənən “səfa” və “cəfa” sözlərinin bir hərf dəyiş-
məsilə tamam fərqli – əks mənalar kəsb etməsi yolu ilə yaranan bədii
incəlikləri də məharətlə işlədə bilmişdir.
Şair bəzən Azərbaycan xalq dilində geniş işlənən idiomatik ifadə-
lərdən də istifadə edərək maraqlı, oxucunu düşündürən, ona estetik zövq
aşılayan bədii təzadlar yaratmışdır.
...Döndərib yüzün dəxi anınla pərxaş qılmışam,
Şimdi könlüm almaq üçün yar gəlmiş yengidən [4, V. 36
б
].
“Pərxaş qılmaq” (dalaşmaq) və “könül almaq” canlı dildən – xalq
poeziyasından gələn lakonik ifadələr vasitəsilə yaradılan bədii təzad şeirin
bədiiliyini artırmış və axıcılığını, ifadəliliyini təmin etmişdir.
Şəfqət ilə xəstə dillər könlümü şad etməgə,
______________________________________________________ Poetika.izm
192
Mübtəlayi-dərdü qeydi-ğəmdən azad etməgə,
...Şükr kim, bir məhvəşi-memar gəlmiş yengidən [2, V. 36
б
].
Bu bədii parçada da şair “şəfqət-xəstə”, “mübtəla-azad” sözlərini
mətndə qarşılaşdıraraq uğurlu təzad yarada bilmişdir. Belə bədii fiqurlar
sözü zahirən bəzədiyi kimi ideyanın da daha dolğun ifadəsinə xidmət edir.
Kimi gülgün cam tutmuş saqiyi-məstanədir,
Kiminin nazik əli üzrə müzəyyən şanədir,
Kiminin şəhla gözü xunab ilə peymanədir,
Kimi aqil bənd elər, kimi dəli-divanədir... [2, V. 374]
Anaforaların xüsusi ahəng verdiyi bu bədii parçada şair gözəllərin
əhvali-ruhiyyələrini, mənəvi psixoloji vəziyyətlərini daha aydın nəzərə
çatdırmaq üçün digər poetik fiqurlarla yanaşı, bədii təzaddan – “aqil və
dəli-divanə” sözlərinin antonimliyindən də faydalanmışdır.
Vəfayə talib olmaq əqlə nöqsanlıq vəfasızdan,
Dirilməkdürü müşkül yari-biiqrar dövründə [4, V. 61
a
].
Bədii əsərin emosionallığını artıran vasitələrdən biri də
təkrirdir.
Məhcurun lirikasında işlənən təkrirlərdən bəzilərinə diqqət yetirək.
Könlüm arzumənd, gözüm yollarda,
Neyçün bu gülzara canan gəlməyir?
Bağrım kabab etdi, cigərim büryan,
Neyçün canan bizə mehman gəlməyir?
***
...Neyçün bağa güli-xəndan gəlməyir? [2, s. 365]
Göstərilən şeir parçasında “Neyçün?” sual əvəzliyinin bir neçə dəfə
təkrarlanması aşiqin narahatlığından, nigarançılığından, səbrinin tükəndi-
yindən xəbər verir. Şeirdə işlənən belə təkrirlər həm lirik parçanın məna
tutumunu, həm də şeiriyyəti gözəlləşdirir.
Şair bəzən sözü məqsədəuyğun şəkildə bir bənd, hətta bir misra
daxilində bir neçə dəfə işlədərək bədii təkririn gözəl nümunələrini yarat-
mışdır.
Bu nə qaşdır, bu nə göz, ey təbi pakizə xisal!
Nə gözəl qamətü bala, nə əcəb hüsnü camal!
Bu nə şimin təni-mövzun, qədi bir tazə nihal!
Bu nə dişdir, nə gülüşdür, bu nə rüxsareyi-al!
Bu nə ləbdir, bu nə ağız, bu nə xətdir, bu nə xal! [2, s. 371]
______________________________________________________ Poetika.izm
193
Hər dəfə gözəlin ayrı-ayrı cizgilərinin təsvirini fərqləndirməyə xid-
mət edən, bir-birini tamamlayan, daha doğrusu təsdiq edən bu təkrirlər
şeirə xüsusi bir
məntiq gətirmiş, bədii gözəlliyini daha da artırmışdır.
Şairin bəzi şeirlərində hər bəndin sonunda eyni misranın təkrarlan-
ması yolu ilə yaradılan bədii təkrirlər şeirə xüsusi bir məna verdiyi kimi
təsvirlərə də bir canlılıq gətirmişdir. Bu üsulla bədii təkrir yaradarkən şair
bəzən, yuxarıda da qeyd etdiyimiz kimi, eyni misranı şeirin bütün bənd-
lərinin sonunda təkrarlayır (məs; “Bəs ki, ol sərvin ayağına gözüm tökdü
yaş...” misrası ilə başlayan müxəmməsi), bəzən isə birinci bəndin misra-
larını növbə ilə digər bəndlərin sonunda eynilə işlədir (məs; “Çıxdılar
seyr etməyə...” müxəmməsi, “Gəl vəqtdir” müəşşəri).
Bədii təkririn ən təsirli və ahəngdar növü
anaforadır – misraların
əvvəlində işlənən təkrirdir. Məhcurun da əsərlərində bəzən bir neçə mis-
ranın eyni sözlə başladığını, yəni misraların əvvəlindəki sözlərin təkrarını
da görürük.
Məqbuldur o kuy, o kuyə gedən dəxi,
Məqbullar duayi-muhibban əmanəti! [4, V. 73
a
]
Bunun ən gözəl nümunəsi şairin “Gəl vəqtdir” rədifli müəşşərində
özünü göstərir. Şair müxtəlif təşbih və istiarələrlə üz tutduğu həbibinə
müraciətinə daha emosional, daha təsirli və daha təkidli çalar qatmaq
üçün misraları eyni nida ilə başlayır:
Ey həbibim, həsrətindən çıxdı can, gəl vəqtdir,
Ey büti-növrəstə, şuxü mehriban, gəl vəqtdir,
Ey yüzü gül, kakili ənbərfəşan, gəl vəqtdir,
Ey müəttər qönçeyi-baği-cinan, gəl vəqtdir...
Ey gözəllik mülkünün təxtinə xan, gəl vəqtdir [2, s. 377].
Şair bədii təkrirlər vasitəsilə şeirdə izlədiyi fikri, ideyanı daha qa-
barıq vermək məqsədini güdmüş, seçdiyi hər hansı bir sözü daha aydın
nəzərə çarpdırmaqla ahəngi də gözəlləşdirmişdir.
Təkririn çoxsaylı növlərindən biri də “uc-uca calanma, calaqlanma,
düyünlənmə” adlanan təkrirdir. “Şeirdə əvvəlinci misranın sonunda gələn
nitq vahidi... sonrakı misranın əvvəlində təkrar olunur” [6, s. 320]. Onu da
qeyd edək ki, əgər bu qayda şeir boyunca təkrar edilərsə, klassik poeti-
kada
rəddüləcz ələssədr sənəti adlanır və nəzəriyyəçilərin də qeyd etdiyi
kimi, “bu sənətin öhdəsindən ancaq böyük və müqtədir şairlər gələ bil-
mişlər” [7, s. 41]. Belə təkrirlər daha çox ayrı-ayrı misralar arasında əlaqə
yaratmaq, əvvəldə deyilən fikri müəyyən cəhətdən izah etmək üçün bədii
priyom kimi istifadə edilir. Məhcurun ayrıca bu sənətlə yazılmış əsəri