______________________________________________________ Poetika.izm
182
şəkildə istifadə olunmuşdur. Bu terminlərlə Nizami çox ehtiyatla, lakin
səlist davranır” [13, s. 151].
Nizami Gəncəvi yaradıcılığında ən mükəmməl metaforalar ilk öncə
İslami ideyalara – İslamın əsas təməli olan tövhid fəlsəfəsinə – Allahın
vahidliyinin təsdiq və təbliğinə aiddir.
Sufi fəlsəfi ədəbiyyatdan məlumdur ki, alimlər tövhidi üç hissədən
ibarət hesab edirlər: rububiyə (Allahın vahid hökmə malik olması), ila-
hiyyə (Allahın ilahi birliyə malik olması), əl-əsmaül-sifət (Allahın ad və
atributlarında onun birliyinin təzahür etməsi) [14].
Nizami ilk öncə islamın təməl ideyasına sadiqdir – Allahın bənzəri
yoxdur.
İxlas surəsi:
( ٌدَحَأ ُ هاللَّ َوُه ْلُق
۱
( ُدَمهصلا ُ هاللَّ)
۲
( ْدَلوُي ْمَلَو ْدِلَي ْمَل)
۵
ٌدَحَأ اًوُفُك ُهَل ْنُكَي ْمَلَو)
De: O Allah birdir. Allah ehtiyacsızdır. Törəməyib. Törənməyib. Və
ona tay olası bir əhəd yoxdur [15, s. 604].
Allahı onun ad və atributları vasitəsilə dərk etmək mümkündür. Əsli
Qurana bağlı olan və Allahın camal sifətlərini bildirən adların metaforik
ifadə olunması orta əsrlərin poetik üslubunda mühüm yer tutur.
Təsadüfi deyildir ki, Nizami hələ ilk məsnəvi əsəri “Sirlər xəzinə-
si”də “əsmaül-hüsna”dan istifadə etməklə, Allaha aid Quranda 94 dəfə
yer alan “Həkim” adını metaforik ifadə olaraq işlədir. “Əl-Həkim” –
Əsmaül-hüsnanın iyirmincisidir. Mənası öz işlərini hikmətlə yerinə yeti-
rən deməkdir” [16, s. 78].
Nizami öz əsərinə aşağıdakı məşhur beytlə başlamışdı:
مسب
ميحرلا نمحرلا اللَّ
ميکح جنگ رد ديلک تسه [17, s. 1]
Bismilləh-Rəhmanir-Rəhim,
Həkim xəzinəsinin qapısının açarıdır.
Allaha aid ilkin atributların işlənməsi tipoloji olaraq Nizamidən
sonrakı “Xəmsə”lərdə müşayiət olunur. Allaha aid ad və atributlar Əmir
Xosrov Dəhləvi, Xacu Kirmani, Cami, Nəvai və başqa “Xəmsə” müəllif-
lərinin əsərlərində mütəmadi şəkildə işlənmişdir.
Artıq qeyd edildiyi kimi, Nizami Gəncəvi yaradıcılığına xas meta-
foralarda diqqəti cəlb edən əsas xüsusiyyət müqayisə obyektlərinə alter-
nativ olan mükəmməl obrazların tapılmasıdır. “Sirlər xəzinəsi” əsərində:
دوب رود رکش ز ین لگ ز راخ دوب رون قتت رد شمرک ات [17, s. 2]
Onun kərəmi nur tutuğunda idi,
Tikan güldən, ney şəkərdən uzaq idi.
______________________________________________________ Poetika.izm
183
Burada metaforik təcəssüm – çoxqatlı mərhələlərdən keçərək, əsas
vahidi – Allahı bildirən batini mənaya söykənir. “Nur tutuğu” – Allahın
zatına işarədir. Sufi termini olaraq, “Nurul-ənvar” – “Haqqın zatı” şək-
lində [18, s. 175] lüğətlərdə yer almışdır. Nizaminin metaforik ifadəsində
– Allahın kərəmi – gizli simvolik işarə ilə nur tutuğu olan “Günəş”lə qar-
şılaşdırılır. Allahın kərəminə alternativ olan “nur tutuğu” – günəşi təcəs-
süm etdirən metaforik ifadədir.
Günəş – həm də Allahın mərifət xəzinəsinə alternativ müqayisə
üsuludur.
Xacu Kirmani “Gül və Novruz” məsnəvisində:
یناکم یب ناکم رد نک نطو
یناشن یب ناشن دوخ زا یوجب
ديشروخ لعل ماج ز شک رد یيم
ديهان گنچ گناب ز ونشب یهر [19, s. 574]
Vətən tut məkansız məkanda.
Axtar özünü nişansız nişanda.
Mey iç, Günəşin ləl camından,
Nahidin çəng sədasından bir yol (eşit) tap.
“Xəmsə” davamçıları bu terminlərin istifadə olunmasında çox za-
man Nizami obrazlarından faydalanmışlar. Anadilli poeziyada Həqiri
Təbrizi yaradıcılığında da sufi terminlərninin semantik genişlənməsi və
metafora poetik fiqurunun yaradılması diqqəti cəlb edir. Həqiri “Leyli və
Məcnun”əsərində:
Yarəba! Rəf olamı böylə hicab,
Aşikar ola gözümə afitab?!
Afitabım tar olubdur hicr ilən,
Canü dil bimar olubdur hicr ilən [20, s. 104].
Burada 1-ci beytdə metafora məcaz növündə Leylinin gözəllik və
eşqinin müqayisə obyekti olaraq “afitab” – obrazı seçilmişdir. Sufizmə
görə, “afitab-günəş” əhədiyyəti, vahidi bildirməklə, Allahın hüsn gözəl-
liklərini təcəssüm etdirir. Hicab-dedikdə, sufizmdə “qəlbin hicabı” anla-
mında günəşin üzünü tutan “əbr” – bulud nəzərdə tutulur. Hicab (əbr)
qaranlığı, zülməti bildirir ki, aşiqə afitabı görməyə – “Allahın gözəl zat və
sifətlərini müşahidə etməyə mane olur” [18, s. 127].
Ümumiyyətlə, zahiri və funksional cəhətlər metaforanın daim dəyi-
şən, həm də tipoloji silsilə yaradan xüsusiyyətlərində özünü göstərir. Bu
sahəni araşdıran Donald Devidson yazır: «Я покажу, что бесполезно
______________________________________________________ Poetika.izm
184
объяснять, как функционируют слова, когда они создают метафори-
ческие и образные значения или как они выражают особую
поэтическую или метафорическую истину. Эти идеи не объясняют
метафоры – метафора сама объясняет их. Когда мы понимаем
метафору, мы можем назвать то, что мы поняли, «метафорической
истиной» (metaphorical truth) и в какой-то мере объяснить, в чем
состоит ее «метафорическое значение» [12, s. 175].
2. Metafora obyektinin substantiv hallandırılması və təhlili.
Metaforanın təbiət hadisələrinin, yaxud subyektlərinin hallandırıl-
ması və təhlili əsasında yaranması ən qədim və sadə, lakin zəngin inkişaf
formasıdır ki, bu ənənə mütəmadi olaraq, orta əsrlər ədəbiyyatında izlə-
nilmişdir. Bu növ metaforalarda məna reallığa yönəldilir. Gizli, batini an-
lam arxa plana keçir.
Xacu Kirmani “Rövzətül-ənvar” əsərində:
ًهداب ديشکرب ملع وچ قرشم ورسخ
ديشک رز حدق زا لعل
[19, s. 114]
Şərqin şahı bayraq qaldıran kimi,
Qızıl qədəhdən ləl badəsini tökdü.
– burada yenə də “Şərqin şahı” – Günəş-metaforik-substantiv
hallandırılır. Günəş orbiti – qızıl qədəhlə müqayisə olunur və onun
şəfəqləri ləl badəsi ilə eyniləşdirilir. Metaforik düşüncə sırf təbiət
hadisəsinə yönəldilir.
Xacu Kirmani “Gül və Novruz” əsərində:
غاد نآ فرط رب نايشآ درک هش وچ
غاز هيس نوچ نوگبش ديد یبقع [19, s. 575]
Elə ki, şah o dağ tərəfdə yuva saldı,
Qara qarğa kimi qaranlıq gecədə bir qartal gördü.
Burada metaforik təcəssüm “qartal” obrazında cəmlənmişdir. Şair
qəhrəmanın igidlik və cəsurluq keyfiyyətlərini bildirmək üçün onu qartal-
la eyniləşdirir.
Beləliklə, metafora obyektinin hallandırılması zamanı şəxsləndirmə
mühüm vasitələrdən biridir. Nizami “Sirlər xəzinəsi”ndə:
یيزاب بش هتخاس بش یزاب یيزاٌنط رس زا یسفن ره
درک زير مرد هرهز فد هاگ درک زيمآ لگ هام بصق هگ [17, s. 50]
Hər nəfəsi başdan-başa naz oldu.
Oyunbaz gecə gecə oyunu qurdu.
Gah Ayın (gümüş) köynəyi gül səpdi,
Gah Zöhrənin dəfi pul səpdi.
Dostları ilə paylaş: |