______________________________________________________ Poetika.izm
179
TARİXİ POETİKA
Zəhra ALLAHVERDİYEVA
Filologiya üzrə fəlsəfə doktoru
Nizami adına Ədəbiyyat İnstitutu
zahra.allahverdiyeva@mail.ru
SUFİ-SİMVOLİK POEZİYADA METAFORA
Açar sözlər: sufi-simvolik poeziya, metafora, Nizami Gəncəvi, Xacu Kirmani,
Həqiri
Təbrizi
Key words: Sufi-symbolic poetry, metaphor, Nizami
Ganjavi, Khadju Kirmani, Hagiri Tabrizi
Məlum olduğu kimi, qədim və orta əsrlər ədəbiyyatında sufi
simvol-
larının formalaşması və yayılması fəlsəfi-estetik fikrin tarixi inkişafı ilə
bağlıdır və bu dövrün poeziyasında sufi terminologiyası və məcaz sis-
temilə sıx vəhdətdə inkişaf edir.
Ədəbiyyatda islami ideyaların ekvivalent ifadəsinə yönəldilmiş sufi
simvolları həm də poetikada silsilə məcaz tipologiyasının yaranması ilə
müşayiət olunur və bu simvollar poetik fiqurların zənginləşməsində mü-
hüm rol oynayır. Bu baxımdan, sufi simvolları metaforaya çevrilməkdə
aktiv xüsusiyyətə malikdir.
Məlumdur ki, metafora – Şərq xalqları ədəbiyyatının poetika tari-
xində mürəkkəb və geniş kateqoriyalı məcaz növü olmaqla, bədii təfək-
kürün müəyyən fundamental məsələlərinin ifadəsinə yönəldilən mürəkkəb
funksiyalı fiqurdur.
Rusiyada İ.Y.Kraçkovski, İ.M.Filiştinski, M.N.Osmanov, A.B.Ku-
delin, A.R.Musulmankulov, eləcə də Azərbaycan ədəbiyyatşünaslığında
X.Yusifli, R.Azadə, Ə.Səfərli, N.Araslı, M.Quliyeva və başqalarının
klassik poetikaya, o cümlədən metaforaya aid qiymətli tədqiqatları möv-
cuddur [1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10].
______________________________________________________ Poetika.izm
180
Bu işdə məqsəd, metafora məcaz növünün sufi simvollarına bağlı
xüsusiyyətlərinin araşdırılmasıdır.
XIII əsrin əvvəllərində Şəmsəddin Məhəmməd ibn Qeys
ər-Razi mükəmməl Şərq poetika mənbələri, o cümlədən İbn
Qüteybə, Cahiz, İbn-əl-Mutazz, Kudama bin-Cəfər kimi ərəb
poeziya nəzəriyyəçiləri və Azərbaycan filologiya məktəbinin
nümayəndəsi Xətib Təbrizinin [11, s. 24] əsərlərinə söykənərək
yazdığı “Əl-möcəm fi məəyyir əşar əl-Əcəm” (Əcəm şeirinin
qaydaları lüğəti) əsərində “istiarə” – metafora anlayışını
aşağıdakı şəkildə izah etmişdir: “Bu məcazi ifadə növlərindən
biridir, lakin məcazi ifadə həqiqinin qarşılığıdır. Həqiqi (ifadə)
odur ki, dil quraşdırıcısı
sözü onun ilkin mənasının güc və
davamlılığından almışdır [11, s.239].
Ş.Qeys ər-Raziyə görə, metaforanın hərfi mənası “isti-aram-borc
(vermə)”dir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hər hansı adın mə-
nası o adın həqiqi mənası ilə ümumi atributla üst-üstə düşür. Məsələn,
igidi cəsurluq və qorxmazlıq xüsusiyyətinə görə, “şir” adlandırırlar [11,
s.239].
Şəmsəddin Qeys ər-Razi metaforanı bəyan elminə daxil edir və
poetikanın əsas kateqoriyalarından biri olan bəlağətin tərkib hissəsi olaraq
öyrənir [11, s. 240]. Bəlağət və onun tərkib hissələri haqqında əhəmiyyətli
tədqiqat aparmış Azərbaycan alimi Mahirə Quliyevanın araşdırmasına
əsasən, “Bəlağətin
məzmunu yetkinlik, yetişmək deməkdir...
Söz bütöv və
yetkin olmaqla yanaşı öz ünvanına dəqiq çatmalıdır. Bəlağətli nitq yetkin,
bütöv, dinləyiciyə tam şəkildə forma və məna gözəlliyi ilə yetişən, çatan
bir nitqdir” [10, s. 20].
Beləliklə, metafora tarixən fəlsəfə və ədəbiyyatın ideya və estetik
baxımdan qoşa inkişafını tənzimləyən obrazlı ifadə formasıdır.
Klassik Azərbaycan ədəbiyyatında metafora poetik üslub və dil se-
mantikası zənginliyinin göstəricisi olmaqla, özünəməxsus yer tutur.