Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   85   86   87   88   89   90   91   92   93

______________________________________________________ Poetika.izm 
  
 
213 
çox  işlədilən  ölçüsündə  –  yeddilikdə  qələmə  alınmışdır.  Məlumdur  ki, 
yeddihecalı şeir türk şeirinin ana vəzni sayılan hecanın ən geniş yayılmış 
şəklidir. Heç təsadüfi deyildir ki, xalqın dərin psixoloji durumu, yaşantı-
ları  haqqında  tükənməz  xəzinə  hesab  olunan  bayatılarımız  da  məhz  bu 
ölçüdə  yaranmışdır.  Yeddihecalı  şeir  aşıq  poeziyasında  da  geniş  yayıl-
mışdır.  Yunus  Əmrə  də  bu  ölçünün  oynaqlığını,  tez  mənimsənilməsini 
dəyərləndirərək  yaradıcılığında  ondan  yetərincə  istifadə  etmişdir.  Şair-
ozanın  Məhəmməd  Peyğəmbərin  meracına  həsr  etdiyi  yeddiliyi  bu  şeir 
şəklinin  müəllifin  çatdırmaq  istədiyi  ilahi  möcüzənin  təsvirini  verməkdə 
ona necə yardımçı olduğunu bir daha sübut edir. 
 
Məhəmmədə bir gecə 
Allah`dan endi Buraq. 
Cəbrayıl dedi: Xocam, 
Mə`raca çağırdı Haq. 
 
Tələs cənnət döşünə, 
Bəhiştin görüşünə
Sübhanın alqışına 
Nə yatırsan qıl yaraq [9, s. 32]. 
 
Ancaq  yenə  qeyd  etmək  lazımdır  ki,  Yunus  Əmrə  yaradıcılığında 
bəzən eyni şeirin istər qafiyə, istərsə də heca sayı sistemində müəyyən bir 
sabitlik  olmur.  Belə  demək  mümkünsə,  fikir,  mövzu,  ideya  sanki  forma 
çərçivələrini  dağıdır.  Zənnimizcə,  bu,  daha  çox  ondan  irəli  gəlirdi  ki, 
sənətkarın,  təsəvvüf  filosofunun  əsas  qayəsi  düşündüklərini  daha  sadə, 
daha anlaşıqlı  tərzdə  çatdırmaq olduğundan o,  forma, şəkil xüsusiyyətlə-
rini davamlı izləməmişdir.  
Aşıq şeirinin gəraylı adlanan şəklində – səkkizlik ölçüsündə  yazıl-
mış  şeirləri  də  xüsusi  qeyd  etmək  lazımdır.  Bu  şeirlərində  Yunus  Əmrə 
dərin  fəlsəfi  fikir  axını  olan  təsəvvüfün  ən  incə  mətləblərinin  xalq  şeiri 
üslubunda da məharət və ustalıqla çatdırılmasının mümkünlüyünü və türk 
dilinin  bu  baxımdan  sonsuz  imkan  və  üstünlüklərə  malik  olduğunu  bir 
daha sübut etmişdir. 
 
Dərviş Yunus söylər sözü 
Yaş dolmuşdur iki gözü 
Bilməyən nə bilsin bizi 
Bilənlərə səlam olsun [10]. 
 
Göründüyü kimi, bu səkkizhecalı şeirdə 4-4 ölçüsü gözlənilmişdir. 
Ümumiyyətlə,  Yunus  Əmrə  səkkizhecalı  şeirdə  daha  çox  məhz  bu  sin-
taqma  kəsiyindən  istifadə  edir.  Bununla  yanaşı,  3-5,  5-3,  2-6,  6-2  quru-


______________________________________________________ Poetika.izm 
  
 
214 
luşlarına da rast gəlinir.  
Yunus Əmrənin istifadə etdiyi şeir şəkillərindən biri də onbirhecalı 
nəzm  örnəkləridir.  Xuraman  Hümmətova  yazır  ki,  “əldə  olan  şeirlərinin 
əksəriyyəti heca vəzninə bənzəyən Yunus on birliyinin çoxu əslində əruz 
vəznindədir”  [4,  s.  130].  Qeyd  edək  ki,  həqiqətən  də  şairin  onbirhecalı 
şeirləri vardır ki, hecanın 6-5 təqtinə tam uyğun gəlsə də, əslində əruzun 
“Məfa`ilün Məfa`ilün Fa`ülün” ölçüsündə yazılmışdır. Məsələn: 
 
Benem sahib-kıran /devran benümdür 
Benem key pehlevan / meydan benümdür.  
Haramiden benüm / korkum kayum yok 
Bu zor u bu kuvet / Hak`dan benümdür [7, s. 47]. 
 
Göründüyü kimi,  bu şeirdəki  6-5 sintaqma kəsiyi açıq-aydın  görü-
nür. Əslində isə Mustafa Tatçının da göstərdiyi kimi, bu nəzm nümunəsi 
əruzun “Məfa`ilün Məfa`ilün Fa`ülün” ölçüsündədir.  
Yunus Əmrənin onbirhecalı şeirlərinin əksəriyyəti heca vəzninə də 
uyğun gəldiyindən xalq şeirinin qoşma janrının da tələblərinə cavab verir. 
Lakin bu ölçüdə yazılmış şeirlər arasında qafiyə sistemi qoşmanınkından 
fərqlənən şeirlərə də rast gəlirik. Məsələn: 
 
Netəligüm soran, eşit hekayət: 
Su vü topraq, odü yel oldı surət. 
Dört müxalif nəsnədən dört divarun 
Sazkar eylədi verdi kəramət.  
Yel ilə toprağı qıldı müelleq, 
Su içində odı dutdı selamət. 
Rizqi ömri təmam eylədi hənuz,  
Şeş cəhər olmadın tutduğu kisvət [11]. 
 
Göründüyü  kimi,  bu  şeirin  ölçüsü,  qafiyə  sistemi  klassik  şeirin 
qəzəl  janrına  uyğun  gəlir  (Məfa`ilün  Məfa`ilün  Fa`ilün).  Tofiq  Hacıyev 
də  bu  məqamı  belə  qeyd  etmişdir:  “...maraqlıdır  ki,  Yunusun  beytlərlə 
verilən  onbirhecalı  şeiri  bütünlükdə  qəzəlin  poetexniki  tələblərinə  cavab 
verir: birinci beytdə misralar qafiyələnir, sonrakı beytlərin ikinci misraları 
həmin qafiyə ilə uzlaşır” [6, s. 10]. 
Eyni sözləri on dörd hecalı şeirlər haqqında da demək olar. Yəni bir 
sıra nəşrlərdə həmin şeirlər əruzun ölçüləri ilə uyğunlaşdırılmış və qəzəl 
kimi  təqdim edilmiş,  bəzi  mənbələrdə isə  heca vəzninin nümunəsi  hesab 
olunmuşdur. Xuraman Hümmətova yazır ki, “Yunus Əmrənin ondördlük-
də yazılmış şeirlərin bəziləri iki hissəyə bölünməklə yeddilik yaradır. An-
caq bu şeirlərdən çoxunu bu şəkildə bölmək mümkün deyildir və bunlar 
hecanın ondördlüyündə yazılmışdır” [4, s. 131].  


______________________________________________________ Poetika.izm 
  
 
215 
 
Ölümden ne korkarsın, / korkma ebedi varsın 
Çünkim işe yararsın / bu söz fasid da`vidür. 
Nazar kıl bu gevhere / ya bu bir gizlü nura 
Nur kaçan yavı vara / çün Hak nazar-gahıdır [7, s. 49]. 
 Bu mənzərəni Yunus Əmrənin bunu on altı hecalı şeirləri haqqında 
da demək mümkündür.  
Ger vuslata irdünise / bu derdile firak nedür 
Dostı yakın gördünise / bu bakdugun ırak nedür. 
Vuslat eri olan kişi / gerek varlıkdan mahv ola 
İş bu yola girmeklige / bir görelüm yarag nedür [7, s. 53]. 
Bu baxımdan tədqiqatçılar tam haqlıdırlar ki, “Yunus Əmrə şeirində 
əruzla heca arasında dəqiq sərhəd qoymaq mümkün deyildir. Əruzda olan 
şeirləri heca ilə oxuduqda heca vəznli şeir, sözləri əruz bəhrlərinin qəli-
binə uyğun oxuduqda əruz alınır. Bunun səbəbi bəlkə də şairin divan ədə-
biyyatı ilə xalq şeiri arasında ortaq bir mövqe tutmasındadır” [4, s. 131]. 
Çox maraqlıdır ki, bunu bəzən əruzla heca arasında orta bir vəzn də ad-
landırmışlar.  
Şairin  məsnəvi  örnəyi.  Yunus  Əmrə  yaradıcılığında  şairin 
“Risalətun-nushiyyə”  (“Nəsihətnamə”)  adlı  məsnəvisi  xüsusi  yer  tutur. 
Türk  ədəbiyyatı  tarixində  ilk  əxlaqi-didaktik  məsnəvi  hesab  olunan 
“Risalətun-nushiyyə”  hicri  707-ci  ildə  (miladi  1307-1308)  yazılmışdır. 
Əsər  562  (bəzən  563  göstərirlər)  beytdən  və  “Ağlın  tərifi”  (“Fi  tərifil 
əql”)  adlı  nəsrlə  yazılmış  kiçik  bir  hissədən  ibarətdir.  “Risalətun-
nushiyyə”nin  “ilk  13  beyti  bir  (Fa`ilatün,  failatün,  fa`ilün),  550  beyti  isə 
başqa (Məfa`ilün, məfa`ilün, fa`ilün) bəhrdə yazılmışdır” [2, s. 106]. 
Məsnəvini Azərbaycan dilinə uyğunlaşdıraraq nəşr etdirən X.Hüm-
mətovanın  da  qeyd  etdiyi  kimi,  bu  əsərdə  klassik  məsnəvilərin  xüsusiy-
yətlərinə rast  gəlinmir. “Bildiyimiz kimi, məsnəviləri başqa şeir örnəklə-
rindən  fərqləndirən  əsas  əlamətlərdən  biri  də  oradakı  əhvalatların  plan 
üzrə  baş  verməsidir.  Belə  olan  halda  məsnəvilərdə  giriş,  əsas  hissə  və 
nəticə olmaq üzrə hadisələr izlənilir” [12, s. 17]. 
Klassik məsnəvilərdən fərqli olaraq, “Risalətun-nushiyyə”də ənənə-
vi başlıqlar – tövhid, minacat, nət, mədhiyyə və fəxriyyə və s. yoxdur. Bu 
ənənənin  türkdilli  poeziyada  yer  alması  ərəb  və  fars  təsirlərindən  gəlmə 
bir haldır ki, Yunus Əmrə zamanında bu ənənə hələ poeziyada bir o qədər 
möhkəmlənməmişdi.  
“Risalətun-nushiyyə”  məsnəvisində  könül  cahanında  hökm  sürən 
rəhmani  və  şeytani  qüvvətlərdən,  qənaət  və  səbrin  əhəmiyyətindən  bəhs 
olunur.  Əxlaqi  mahiyyətli  bu  əsərdə  İran  təsəvvüf  ənənəsinin  də  təsiri 
görünür. Həmin uzun məsnəvidən sonra isə Yunusu Yunus olaraq tanıdan 
ilahilər, Bəktaşi təbiri ilə deyilərsə, nəfəslər gəlir. Vəhdəti-vücud fəlsəfə-
sinə  aid,  təsəvvüf  rəmzlərilə  zəngin  olan  bu  coşqulu,  mənaca  dərin  hik-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə