Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
140 
sualın  məntiqi  əsası  odur  ki,  hadisənin  məzmununda  zaman  və  məkan 
faktoru  əhəmiyyətli  dərəcədə  iştirak  edir.  Baş  verənlərin  mahiyyətinin 
qavranılması üçün onların harada və nə vaxt baş verməsi əsasdır. Odur ki, 
bədii  əsərdə  yazıçı  zaman  və  məkan  anlayışlarını  dəqiq  konturlarla  gös-
tərməsə  də,  hansısa  məzmun  komponentləri  vasitəsi  ilə  oxucuda  onunla 
bağlı  təsəvvür  yaratmağa  çalışır.  Elə  əsərlər  vardır  ki,  hadisələrin  baş 
verdiyi  tarixi  dövr  haqqında  təsəvvür  olmazsa,  ideyanın  mənimsənil-
məsində,  mahiyyətin  qavranılmasında  anlaşılmazlıq  yarana  bilər.  Məsə-
lən,  C.Cabbarlının  “Oqtay  Eloğlu”  əsərində  Oqtayın  mübarizəsinin,  Fi-
rəngizin faciəsinin mahiyyəti sıx şəkildə tarixi dövrlə bağlanır.  
Ancaq  dram  əsərlərində  hansı  tarixi  dövrdən  danışılmasından  asılı 
olmayaraq  həmin  hadisələr  əsərdə  indiki  zaman  kimi  görünür.  Çünki  bu 
əsərlərdə hadisələr göz önündədir və onlar danışılmır, hərəkət vasitəsi ilə 
çatdırılır. Böyük alman dramaturqu Şiller deyirdi: “Epopeya, roman, sadə 
hekayə  öz  forması  ilə  zamanı  uzaqlaşdırır.  Çünki  oxucu  ilə  iştirakçılar 
arasında təhkiyəçi dayanır. Bütün təhkiyə formaları indiki zamanı keçmiş 
zamana  keçirir.  Dram  əsərləri  isə  keçmişi  bu  günə  gətirir”  [3,  s.  58]. 
Yaxud  belə  bir  deyim  var  ki,  “dramaturgiya  indinin,  epik  əsər  keçmişin, 
lirika isə gələcəyin ifadəsidir”. Ancaq bu o demək deyildir ki, dramaturji 
əsərlərdə keçmiş və indiki zaman iştirak etmir. Bədii təxəyyül üçün dram 
əsərlərində  zaman  məhdudiyyəti  yoxdur,  digər  ədəbi  növlərdə  olduğu 
kimi bu növdə də təxəyyül keçmişə dönüş, gələcəyə səfər edir. Müxtəlif 
zamanların  dram  əsərlərinin  bədii  quruluşunda  həlli  şəklini  professor 
A.Dadaşov belə izah edir: “Dramaturgiyanın mövzu həlli bədii təsvir ob-
yektinin  müəyyən  zaman  və  məkan  çərçivəsində  üzləşdiyi  həyat  hadisə-
lərinin toplusudur. Bu hadisələr daxilindəki əsas dramaturji hadisə indiki 
zamanı əks etdirən strukturda zaman-xatirə kimi keçmiş zamana, mövzu-
fantaziya  kimi  gələcək  zamana  aid  ola  bilir”  [4,  s.  18].  A.Dadaşovun  bu 
fikrində dəqiq elmi-nəzəri ifadə vardır.  
Zaman, məkan faktorlarının bədii strukturda iştirakı müxtəlif ədəbi 
mərhələlərdə müxtəlif cür olmuşdur. Rus tədqiqatçısı S.Qonçarova yazır: 
“Müasir  dram  poetikasında  zaman-məkan  xüsusi  maraq  kəsb  edir.  Mə-
lumdur  ki,  realist  dramda  başlıca  yeri  məkan,  modernist  dramda  zaman, 
postmodernist dramda isə vahid zaman-məkan tutur. XX əsrin sonu XXI 
əsrin əvvəllərində vacib struktur formalaşdırıcı faktorlar öz aksentini də-
yişdi.  Əgər  XIX  əsrdə  klassik  dramda  zaman  xüsusi  əhəmiyyət  kəsb  et-
mirdisə,  məkan  daha  vacib  hesab  olunurdusa,  belə  ki,  “qəhrəmanlar  za-
mandan yox, məkandan asılı olaraq darıxırdılarsa”, müasir mərhələdə hər 
şeydən çox bura və indi vacib olmuşdur ki, məkan strukturunu ev, mənzil, 
şəhər bağ evlərində lokallaşdıraraq müəyyənləşdirir” [5, s. 35]. Qonçaro-
vanın müşahidələri fikrimizcə, vəziyyəti doğru əks etdirir. Doğrudan da, 
M.F.Axundzadənin, Mirzə Cəlilin və digər realistlərin pyeslərində hadisə-


______________________________________________________ Poetika.izm 
  
 
141 
lər məkanla sıx əlaqələnir. Cadu ilə Parisi dağıtmaq, yaxud Şeyx Nəsrul-
lahın ölü diriltmək fırıldağına inanmaq hər yerdə baş verə bilməz. H.Ca-
vidin  pyeslərində  isə  məkan  səhnə  dekorasiyaları  üçün  nəzərdə  tutulub, 
hadisələrin məzmununda o qədər də önəmli rol oynamır. Belə ki, Arif ki-
mi vicdanı unudub, nəfsin dalınca düşənlərin, Ana kimi oğlunun qatilini 
xilas  edənlərin  yaxud  Şeyx  Sənan  kimi  sevgisi  uğruna  dini  sərhədləri 
adlayıb  keçənlər  xüsusi  məkan  şərtləri  altında  mövcud  deyillər,  onlara 
Yer kürəsinin hər yerində rast gəlmək olar. Demək, bədii təfəkkür realist 
təsvirdən uzaqlaşdıqca, məkanın da hadisələrin məzmununda iştirakı get-
dikcə zəifləməyə başlayır. 
Müasir  Azərbaycan  dramaturgiyasının  tanınmış  simalarından  biri 
olan Afaq Məsud deyir: “İçi əşya və insanla dolu bütün bu məkan, eləcə 
də  Zaman  öz  əbədiliyi  və  sirləriylə  məndən  ötrü  əvvəli-axırı  olmayan 
möhtəşəm bir Yazıdır” [6, s. 213]. 
Bu  yazını  oxumaq  üçün  bədii  ədəbiyyat  bu  zamanla  məkanın  mo-
dellərini  yaradır.  Bu  modellərdə  zaman  məhdudlaşıb,  məkan  daralsa  da, 
məna  dərinləşir.  Çünki  məhdudlaşmış  zaman  əslində  bütöv  bir  tarixi  şə-
raitin, daralmış məkansa daha geniş məkanın simvolikası kimi bədii mət-
nə  daxil  olur.  Bu  simvolikanın  yaranmasında  zaman  mütləq,  məkansa 
tabe tərəf kimi çıxış edir. Diqqət edək ki, bədii əsərin ən ümdə keyfiyyəti 
onun  müasirliyi  hesab  olunur,  hətta  tarixi  mövzuda  yazılmış  əsərlərdə 
belə bu keyfiyyət aparıcı tələbə çevrilir. Müasirlik kateqoriyası isə özündə 
zaman  anlayışını  ifadə  edir.  Demək,  məkan  bədii  mətnə  zamanın  ifadə 
vasitəsi kimi daxil olur. Bədii təfəkkür, adətən, zamanın simvolizəsini ya-
ratmaq üçün elə məkan seçir ki, o, öz dar çərçivəsinə daha geniş məkanın 
aurasını  yerləşdirə bilsin.  Odur ki,  məkanın  bədii mətndə simvolik  yükü 
daha  çoxdur  və  adətən,  yazar  onun  seçimində  elə  obyekt  axtarır  ki,  bu 
yükün  ağırlığını  daşıya  bilsin.  Ancaq  təbii  ki,  yalnız  doğru  məkanın  se-
çimi  yox,  həm  də  onun  bədii  strukturda  uğurlu  həlli  simvolikanı  yarada 
bilər.  Böyük  rus  ədibi  Çexovun  “Altı  nömrəli  palata”  hekayəsində  mə-
kanın  bədii  mətndə  yaratdığı  simvolikanın  gücündən  idi  ki,  əsər  icti-
maiyyətdə  belə  bir  fikir  formalaşdırmışdı  ki,  “Bütün  Rusiya  altı  nömrəli 
palatadır”.  
Klassik  Azərbaycan  dramaturgiyasında  elə  məkan  detallar  var  ki, 
onlar az qala, bir obraz qədər oxucu yaddaşında yer tuta bilmişdir. Məsə-
lən, C.Məmmədquluzadənin “Ölülər” pyesində qəbiristanlıq, M.F.Axund-
zadənin “Hekayəti-mərdi xəsis” əsərində Ağcabədi bazarı belə məkanlar-
dandır.  Sovet  dramaturgiyasında  isə  məkanın  simvolik  yükü  nisbətən 
zəifləyir,  yaddaşda  yeri  daralır.  Bu  dönəmdə  pyeslərə  məkan  kimi  daha 
çox ictimai  obyektlər daxil olurdu. Müstəqillik dövrü dramaturgiyasında 
isə  bu  üstünlüyü  yaşayış  yerləri  götürdü.  Sovet  dövrünün  simvolik  yü-
künü  idarə,  müəssisə,  təşkilat  kimi  obyektlər  daşıyırdısa,  müstəqillik 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə