Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə56/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   52   53   54   55   56   57   58   59   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
133 
edə bilər. Mərhələli şəkildə  ötürülən informasiya oxucuya hadisələr zən-
cirini  izləməyə,  səbəb-nəticə  əlaqəsini  üzə  çıxarmağa  imkan  verir.  Xü-
susilə,  dram  əsərləri  quruluşca  akt,  səhnə,  pərdə  kimi  hissələrə  ayrılaraq 
ümumi informasiya yükünü qruplaşdırır. 
Y.M.Lotmanın  fikrincə,  istənilən  düzgün  qurulmuş  mətndə  infor-
masiya  yükü  əvvəldən  sona  getdikcə  azalır,  hadisələrin  baş  vermə  ardı-
cıllığını əvvəlcədən təxminetmə ehtimalı isə artır [2, s. 133]. Təbii ki, bu 
müddəa  bütün  mətnlərə  istisnasız  olaraq  aid  edilə  bilməz.  Xüsusilə  mo-
dernizmin ortaya çıxardığı eksperimental mətnlərdə informasiya yükünün 
qeyri-taraz paylanmasının şahidi oluruq. Ancaq predmetimiz olan mətnlər 
klassik dram nəzəriyyəsinin tələblərini ödədiyindən Lotmanın  yuxarıdakı 
fikrini istinad nöqtəsi kimi qəbul edir və araşdırmanı məhz bu istiqamətdə 
aparırıq.  
Freytaq  piramidasının  məlum  strukturu  da  informasiya  ötürülmə-
sinin mərhələlərini nəzəri şəkildə ümumiləşdirir. Qüstav Freytaqın ekspo-
zisiya, zavyazka, kulminasiya, razvyazka, finaldan ibarət məşhur təhkiyə 
strukturu – kompozisiya nəzəriyyəsi informasiya mübadiləsinin ilkin ciz-
gilərini  cızır. Təbii ki, hər bir təhkiyə strukturu bu ardıcıllığa uyğun gəl-
məyə bilər. Amma geniş rakursdan baxdıqda istənilən mətndə bu zəncirin 
halqaları  müxtəlif  birikmələrdə  olsa  da,  ümumən  qorunub  saxlanılıb. 
Əgər  ekspozisiyanın  informasiya  yükünü  5  ballıq  sistemdə  5-lə  qiymət-
ləndirsək, növbəti mərhələlərdə  getdikcə  bu bal  azalmağa başlayır. Təbii 
ki, zavyazka, kulminasiya, razvyazkanın oxucunu daha çox məlumatlan-
dırdığı fikri də irəli sürülə bilər. Lakin düşünürük ki, sonrakı mərhələlərdə 
informasiyanın  işlənmə  tezliyi  və  sürəti  daha  dinamik  olduğundan  çaş-
qınlıq yarana bilər. Yeni və ilkin informasiya məhz ekspozisiyada verilir, 
nəticədə  ekspozisiya  çıxış  nöqtəsi  rolunu  oynayaraq  daha  tutumlu  infor-
masiyanı özündə ehtiva edir.  
Standart  süjetli  dram  əsərlərində  bəzən  zavyazkada,  çox  vaxt  isə 
kulminasiyada daha öncəki mərhələlərdə verilən informasiyaya  əsaslana-
raq hadisələrin gedişini təyin etmək olur.  
Dram  əsərlərində  hadisələr  təhkiyə  yox,  hərəkət  əsasında  quruldu-
ğundan  yuxarıda adıçəkilən kompozisiya elementləri də məhz obrazların 
davranışında  üzə  çıxır.  Müəllif-təhkiyəçi  iştirak  etmədiyindən  piramida-
nın  qurulması,  informasiyanın  kompozisiya  elementləri  üzrə  paylanması 
da təhkiyə axını yox, birbaşa olaraq obrazların danışığı, hərəkətləri hesa-
bına həyata keçir.  
Dram  əsərlərində  ilkin  informasiya  digər  janrlarda  olduğu  kimi, 
müəllifin  və  mətnin  adında  ötürülür.  Ancaq  tədqiqatçı  N.S.Olizkonun 
qeyd  etdiyi  kimi,  “mətnin  adı  paratekstin  mətnöncəsi  vahidi  kimi  nisbi 
muxtariyyətə  malikdir” [3]. Sırf dram  əsərlərinə  xas mətndaxili informa-
siya  isə  “iştirak  edənlər”  başlığı  altında  verilir.  Məhz  bu  hissədə  oxucu 


______________________________________________________ Poetika.izm 
  
 
134 
mətndə qarşısına çıxacaq obrazlarla tanış olur. “İştirak edənlər”, “Məclis 
əhalisi”,  ”Məclisdə  olanlar”,  “Məclis  adamları”,  “Əşxas”,  “Əhli-məclis” 
və  s.  adı  altında verilən hissədə  oxucu mətnə  giriş  edir, alacağı  informa-
siyanın  bazasını  formalaşdırır.  Bu  hissə  ilkin  kodlaşdırmaya  aid  edilə 
bilər.  Y.Lotmanın  da  göstərdiyi  kimi,  oxucu  ən  çox  yeni  informasiyanı 
məhz bu hissədə alır. Getdikcə bu yeni informasiya kompozisiya element-
ləri üzrə paylanılır. Fikrimizcə, dram əsərlərində  “iştirak edənlər” hissəsi 
də  ekspozisiyaya  daxildir  və  şərti  olaraq  “ilkin  ekspozisiya”  adlandırıla 
bilər. Çünki informasiyanın qəbulu məhz bu hissədən başlayır.  
Bəzən müəllif obrazları özü qruplaşdırmır, sonradan mətnin üzü kö-
çürülərkən həmin hissə əlavə edilir. Cəlil Məmmədquluzadənin “Ər” ko-
mediyasında “İştirak edirlər” hissəsi sonradan artırılıb [4, s. 555]. H.Cavi-
din “Peyğəmbər”, C.Məmmədquluzadənin “Lənət” dramlarında da bu his-
səyə rast gəlmək olmur.  
“İştirak  edənlər”  hissəsi  də  informasiya  tutumuna  görə  müxtəlif 
olur. Modern dramaturgiyada artıq iştirak edənlər konkretlikdən uzaqlaşır, 
daha  ümumi  xarakter  kəsb  edir.  Minimum  informasiyalı  olaraq  Kamal 
Abdullanın  “Bir,  iki  bizimki”  pyesini  göstərmək  olar.  “Kişi”,  “Qadın”, 
“Oğlan səsi”, “Qız səsi”ndən ibarət obrazlar əlavə təqdimata ehtiyac duy-
mur  və  beləliklə  təqdim  edilmiş  situasiyanın  daha  geniş  kontekstdə  qav-
ranmasına şərait yaradır. Pyesin daxilində qadının adı sırf məlum qafiyəni 
tamamlamaq xatirinə (yeddi-səkkiz – Firəngiz) çəkilir.  
Dram  əsərlərində,  əsasən,  iştirak  edən  obrazların  siyahısı  təqdim 
edildikdən sonra remarka verilir ki, bu da dramda baş verəcək əhvalatların 
məkanını, zamanını, dekorasiyanı təsvir edir. Bəzi mətnlərdə iştirak edən 
obrazlar  ilkin  remarkada  sadalanır.  Məsələn,  Cəlil  Məmmədquluzadənin 
“Kişmiş oyunu” pyesində iştirak edən obrazların təsviri ilk remarkada ve-
rilir:  “Əhvalat  vaqe  olur....  kəndin  ağsaqqalı  və  mötəbər  sakini  Vəlisol-
tanın töylə otağında. Bir səmtdən oturub Vəlisoltan, papiros çəkir. O biri 
tərəfdən oturublar altı kəndli: Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseynqulu 
və  Mustafa.  Bunlardan  sinndə  böyük  Nurəlidir  ki,  otuz  yaşı  ancaq  olar” 
[4,  s.371].  Belə  məlum  olur  ki,  obrazlar  kütləvi  xarakter  daşıdıqda,  yəni 
xüsusi  olaraq  müəyyən  bir  şəxsin  nəzərə  çarpdırılmasına  ehtiyac  qalma-
dıqda iştirak edənlər remarka hissəsində sadalana bilir. Eyni halı müəllifin 
“Yığıncaq” pyesində də görmək olar.  
İştirak edənlər sabitliyə  meyilli,  remarka isə hərəkətə  girişdir.  İşti-
rak  edənlər  hissəsinə  oxu  zamanı  obrazların  kimliyini  yada  salmaqdan 
ötrü yenidən qayıtmaq mümkündür. Nəsr əsərlərində bu təqdimetmə təh-
kiyədə  gerçəkləşsə  də,  dramlarda  hazır  siyahı  şəklində  verilir  ki,  bu  da 
həmin hissəni müstəqil bir hissə kimi mətndən ayırmağa imkan yaradır.  
Bir maraqlı məqama da diqqət yetirək. Bildiyimiz kimi, dram əsər-
lərini  remarkalarsız  təsvir  etmək  mümkün  deyil.  Remarkalar  da  özünə-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə