Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə53/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
124 
və  postmodernizmin  sintezi  deyəndə  ənənənin  xarici  forması  və  müasir-
liyin məzmunu nəzərdə tutulur. 
Postmodern  ədəbiyyatın  dilində  sintaktik  qanun  pozulur  semantik 
uyğunsuzluq, cümlə quruluşunun düzümündəki qeyri-dəqiqlik diqqəti çə-
kir. Fikirlər tam olaraq çatdırılmır. Nitqdə fraqmentarlıq, rabitəsizlik tez-
tez  özünü  göstərir.  Bu  kimi  əlamət  və  hadisələr  yuxarıda  adları  çəkilən 
əsərlərin süjet xəttində, obrazların danışıq tərzində sıx-sıx müşahidə olu-
nan əlamətlərdir.  
Postmodernizmin  nəzəriyyəçilərdən  biri  olan  M.Fuko  sərsəmlikdə, 
dəlilik  və  divanəliyin  özündə  "həqiqət"  işartısı  görür.  Fukoya  görə,  biz 
"normal  insanlar"  anlamalıyıq  ki,  şüurlu  dediyimizlə  dəli  və  ağılsız  ad-
landırdığımız adamlar arasında izah oluna bilməyən, açıqlanması imkan-
sız olan bir bağlılıq var. 
Müasir bədii mətnlərdə ağılsızlıq, sərsəmlik beyin fəaliyyətinin qü-
surları ilə və  ya  genetik  kodun pozulmasın  nəticəsi  olaraq deyil, insanın 
ətraf  aləmlə  çətin  uyuşmasının  əlaməti  kimi  özünü  göstərir.  Bu,  əslində 
özünü  patoloji  qoruma  instinktidir.  "Narahatlıq"  –  daxili  aləmin  affektiv 
dəyişməsi ilə izah olunur. 
Azərbaycan ədəbiyyatının müasir ədəbi cərəyan və meyillərin təsiri 
altında olduğu son illərdə yazılan əsərlərin timsalında dramaturgiyamızda 
həmin  təsirin  özünü  necə  göstərdiyini  izləməyə  çalışdıq.  Bu  proseslərin 
ədəbiyyatımıza  mənfi  və  ya  müsbət  təsir  göstərəcəyindən  danışmaq  in-
dilik bəlkə də tezdir. Lakin burada üzdə olan bir gerçəklik də ondan iba-
rətdir ki, müasir Azərbaycan ədəbiyyatında qələmə alınan dramaturji əsər-
lərdə, ümumilikdə oxucunu düşündürmə qabiliyyəti bir o dərəcədə yüksək 
olmadığı kimi həmin əsərlərin vizual xarakteri də çox güclüdür. 
Bəlkə  postmodernizmin  özünün  də  hələ  ki  tam  mənada  nə  olduğu 
bilinmədiyindən,  yuxarıda adları çəkilən dram əsərlərini bütünlüklə post-
modernist  ədəbiyyat  nümunəsi,  postmodernist  düşüncənin  məhsulu  kimi 
yarandığına qəti qərar vermək olmur. Bununla belə postmodernizmin ar-
tıq  qəbul  olunmuş  əlamətləri  və  ümumi  meylləri  var  ki,  haqqında  danı-
şılan həmin əsərlərdə bu və ya digər dərəcədə öz əksini tapa bilər. 
 
ƏDƏBİYYAT 
  
1.
 
Деррида Ж. Структура, знак и игра в ракурсе гуманитарных наук. Вестник 
МГУ, 1995, № 5. 
2.
 
Затонский  Д.В.  Постмодернизм:  Гипотезы  возникновения.  Иностранная 
литература, 1996, № 2. 
3.
 
Лиотар  Ж-Ф.  Заметка  о  смыслах  «пост».  Иностранная  литература,  1994, 
№1. 
4.
 
Кристева Ю. Бахтин, слова, диалог и роман. Вестник МГУ, 1995, № 1 сер. 
Филология. 


______________________________________________________ Poetika.izm 
  
 
125 
5.
 
Ильин И. Постмодернизм от истоков до конца столетия. Москва, 1998. 
6.
 
Иванова И.Н. Георгий Иванов: От модернизма к постмодернизму. Русский 
постмодернизм: предварительные итоги. Ставрополь, 1998. 
7.
 
Липовецкий М.Н. Русский постмодернизм. Очерки исторической поэтики. 
Екатеринбург, 1984. 
 
Pərvanə Bəkirqızı (İsayeva) 
 
POSTMODERNIZM VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI 
 
XÜLASƏ 
 
Postmodenizm ədəbiyyatda, incəsənətdə, sosiologiyada, fəlsəfədə, iqtisadiyyatda, 
siyasətdə "zamanın ruhunun" göstəricisidir. O, müxtəlif bədii üslubların qarşılıqlı müna-
sibətindən  yaranır.  Üslubların  dinamik  toqquşması  çoxsaylı  intellektual  forma  və  məz-
munlu  əsərlərin  meydana  çıxmasına  şərait  yaradır.  Müasir  dövrün  aparıcı  istiqamətlə-
rindən olan postmodernizm poststukturalizm və dekonstruktivizmin nəzəriyyəsi və prak-
tikasına əsaslanır. Ədəbiyyatda postmodernist estetikanın ən cox işlənən forması kollaj, 
parodiya,  kiçik  janrlar,  metaroman,  tarixi  povestlər,  keçmiş  və  müasirliyin  birgələk 
allyuziyasıdır. Xaos, epstemoloji qeyri-müəyyənlik, intertekstuallıq, avtoritetlərin böhra-
nı,  pastiş,  fraqmentarlıq  və  s.  postmodernistlərin  ən  çox  işlənən  anlayışlarıdı.  Postmo-
dernist  ədəbiyyat  nümunələrində  metanarrativlərə  yer  yoxdur,  kiçik  hekayə  yaradıcılıq 
üçün  daha  ənənəvi  formaya  çevrilir,  təsadüf,  qeyri-müəyyənlik,  ikili  məna,  ehtimal, 
mədəni-psixoloji  ənənənin  sərhədlərinin  pozulması,  ondan  sıyrılmaq  bu  cərəyanın  apa-
rıcı xəttini təşkil edir. 
 
Pervane Bekirgizi (Isayeva) 
 
POSTMODERNISM AND AZERBAIJANI LITERATURE 
 
SUMMARY 
 
Postmodernism  is  indicator  of  the  “spirit  of  time”  in  literature,  arts,  sociology, 
philosophy, economy and policy. It is created as a result of mutual interaction of various 
literary  styles.  It  is  known  that  the  dynamic  collission  of  styles  create  conditions  for 
occurrence  of  works  with  numerous  forms  and  contents.  Postmodernism,  one  of  the 
leading  directions  of  the  modern  time  is  based  on  the  theory  and  practice  of  post-
structuralism  and  deconstructivism.  The  most  common  form  of  the  posmodernist 
aesthetics  in  the  literature  includes  the  collage,  parody,  smaller  genres,  metaroman, 
historical  narratives,  the  togetherness  allusion  of  the  past  and  the  present.  Chaos, 
epistemology  uncertainty,  inter-textuality,  crisis  of  authorities,  pastiche,  fragmental 
principle  and  other  concepts  are  used  frequently  by  the  postmodernist  authors.  In  the 
samples  of  the  postmodernist  literature  there  is  no  place  for  meta-narration,  and  the  a 
story  appears  as  most  traditional  form  for  the  writers:  uncertainty,  fortuity,  double 
meaning,  violation  of  the  cultural  and  psychological  borders  and  so  on  include  the 
leading line to this movement. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə