Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə51/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   47   48   49   50   51   52   53   54   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
120 
Postmodernist  ədəbiyyat  nümunələrində  metanarrativlərə  yer  yox-
dur, kiçik hekayə yaradıcılıq üçün daha ənənəvi formaya çevrilir, təsadüf, 
qeyri-müəyyənlik, ikili məna, ehtimal, mədəni-psixoloji ənənənin sərhəd-
lərinin pozulması, ondan sıyrılmaq bu cərəyanın aparıcı xəttini təşkil edir. 
Mahiyyətcə  postmodernizm  qərb  sivilizasiyasının  incəsənət  və  fəl-
səfə  sferasına  gətirdiyi  mənəvi  çevrilişdir.  Mövcud  olduğu  bütün  sahə-
lərdə,  keçmiş  nəsillərin  təcrübəsini  qavrayaraq,  postmodernizm  dünənə 
baxmaqla  bugünkü  dərkə  can  atır.  Müasir  incəsənətin  proqressiv  cəhəti 
odur  ki,  o  psixoloji  və  mədəni  ənənənin  sərhədlərindən  azad  olmağa 
çalışır. Postmodernist təfəkkür insanın dünyaya qarşı konkret münasibəti 
və fəaliyyətinin göstəricisidir [5]. 
X.Kyunq postmodernizm termininin yalnız ədəbiyyatşünaslıq və sə-
nətşünaslıqla  bağlı  deyil,  eyni  zamanda  tarixi  proseslə  əlaqədar  işlədil-
məsini  məqsədəuyğun  hesab  edir.  Modernizmi  yaradan  Avropa  tarixinin 
yeni dövrü, XVII əsrdə təbiətşünaslıq, texnika, sənayeləşdirmənin inkişafı 
ilə əlaqədar idisə, onun  çökməsi  Birinci  Dünya  müharibəsinin dünya xə-
ritəsində  yaratdığı  dəyişikliklə  sona  çatdı.  Modernizmdən  postmoderniz-
mə  keçid  də  bilavasitə  tarixi  proseslə  bağlıdır  [6].  Müasir  dünyanın  qlo-
ballaşması  və  qaçılmaz  olan  mədəni-siyasi  böhran,  ənənədə  və  əxlaqda 
özünü  göstərən  dəyişiklik  isə  postmodernizmin  yaranmasını  şərtləndirən 
amillərdir.  Hər  bir  tarixi  proses  cəmiyyətin  düşüncəsində  dəyişikliklərlə 
yadda qalır. Bir neçə il bundan əvvəl insanlar punktuallığı, asayişi qoru-
maq  istəyi  ilə  seçilirdilərsə,  bu  gün  o,  daha  çox  emosionallıq,  mənəvi-
fiziki rahatlığa can atır, özünü realizə etmək istəyi daha qabarıq görünür. 
Sosial  problemlər,  ətraf  mühitin  qorunması  günün  ən  ümdə  məsələlərinə 
çevrilir. Beləliklə, insanlığı narahat edən problemlər dəyişir.  
Modernizmdən  postmodernizmə  keçid  ilk  növbədə  dini  mədəniy-
yətə  qayıdış  şəklində  özünü  göstərir.  Bunun  tipik  nümunəsini  postsovet 
məkanında son illərdə dinə olan münasibətdə izləmək olar [7]. 
N.B.Mankovskayanın  qənaətinə  görə,  mədəniyyətdə  və  dindəki 
postmodernizm nə antimodernizm, nə də ultramodernizm deyil. Bu sadə-
cə olaraq mədəniyyət və dinin çarpazlaşmasıdır. Y.Xabermas, Z.Bauman 
və  D.Bellə  görə,  postmodernizm  neokonservatizmin  mədəni  nəticəsi, 
postindustrial cəmiyyətin simvoludur. Postindustrial mədəniyyətin forma-
laşması  prosesi  XX  əsrin son illərində  daha konkret  forma  alır. Onun  ən 
çox görünən əlaməti isə informasiya istehsalıdır.  
Qərb  dünyasının  bir  çox  tanınmış  nümayəndələri  postmodernizmin 
siyasət, incəsənət, pop-mədəniyyətinə təsirini müsbət qarşılamırlar. D.Da-
ton  postmodernizmi  iqtisadi  və  sosial  gücün  yan  təsirləri  kimi  dəyər-
ləndirir.  Postmodernizmin  təşəkkül  və  ekspansiyasına  şərait  yaradan  isə 
ABŞ  və  Qərbi  Avropa  ölkələrində  kütləvi  şəkildə  artan  aviaturizmin 
inkişafı, kommunikasiya vasitələrinin sürətli irəliləyişi, hətta təhsilin  de-


______________________________________________________ Poetika.izm 
  
 
121 
mokratikləşməsi  olmuşdur.  Odur  ki,  psixoloqlar  postmodernizm  simpto-
munu cəmiyyətdəki panik vəziyyət, sənətşünaslar isə yeni ədəbi stil kimi 
qiymətləndirirlər. 
Postmodernist  mədəniyyət  maddi və  mənəvi  həyatın geniş  sahəsini 
əhatə  edir.  Mədəniyyətin  və  incəsənətin  müxtəlif  sferalarına  təsiri  baxı-
mından postmodernizmi romantizmlə eyniləşdirmək olar. Belə ki, roman-
tizm də  eyni  şəkildə  fəlsəfə, teologiya, elm, incəsənətin bütün  sahələrinə 
təsiri və fərdi cizgiləri ilə seçilirdi. 
Postmodernizmin bir başqa yönü onun immanentliyi, mədəni fəaliy-
yətin  intellektual  oyuna  çevrilməsi,  başqa  sözlə,  mədəniyyətin  fövqündə 
olması və epistomoloji marağın ontoloji problemlə əvəz edilməsidir. 
Amerikalı tədqiqatçı İxab Xasan postmodernist estetikanı etinasızlıq 
estetikası adlandırır. 
Modernist sənətkar özünü kifayət qədər realizə edə bilirdi, postmo-
dernizmin subyektiv ətraf aləmin qeyri-şəffaflığını, texnokratiya ilə əhatə 
olunan dünya xaotikliyini  dərk  edən individ  daha çox başqalarının bədii 
kodları ilə manipulyasiya edir. Bu zamanda geniş təhkiyədən qaçır, əgər 
postmodernist yazar metanarrativə müraciət edirsə, demək burada parodi-
yadan  söhbət  gedir.  (M.Köhnə  Qala  "Şair  Qabilin  "Nəsimi"  poeması", 
"Gilas  və  səbət",  R.Qaraca  "Əşyalar"  silsiləsindən  şeirlərini,  H.Herisçi 
"Nekroloq" ). 
Müasir Azərbaycan ədəbiyyatında postmodern yazı üslubunu H.He-
risçi,  R.Qaraca,  M.Köhnə  Qala,  A.Dadaşov,  E.Hüseynbəyli,  Ş.Ağayar, 
A.Yaşar və b. yaradıcılığı timsalında izləmək olar. Bu müəlliflərin müra-
ciət etdikləri mövzu və qaldırdıqları problemlər ilk baxışda qarmaqarışıq, 
qeyri-ciddi də görünə bilir, amma mahiyyət etibarı ilə burada ədəbiyyatın 
predmeti dəyişməz qalır: insan və cəmiyyət. Həyatda olduğu kimi, "düzü 
düz", "əyrini əyri" göstərmək, əxlaqda, məişətdə, siyasətdə özünü büruzə 
verən  yeniliyi  əks  etdirmək  bu  ədəbiyyatın  da  əsas  prinsipidir.  Nəsildə 
metanarrativləri  kiçik  hekayələr  sıxışdırır.  A.Dadaşov,  E.Hüseynbəyli, 
M.Köhnə Qalanın hekayələri yeni postmodenist nəsrin nümunələridir. Bu 
əsərlərdə  mükəmməl  olan  deyil,  estetik  mahiyyət  daşıyır.  Ümumiyyətlə, 
postmodernist sənətkarın varlığı dərketmə və dəyərləndirmə yolları qəbul 
olunmuş nəzəriyyələrlə üst-üstə düşmür. Başqa sözlə mövcud nizamı po-
zulur, xaos yaranır. Unutmamalıyıq ki, hər bir nizam da daxilində yaran-
dığı  xaosda  parçalar  saxlayır.  Xaos  heç  də  mütləq  dağıdıcı  və  ya  şər 
başlanğıcı  deyil,  o,  özünü  tənzimləmə,  özü  özünü  təşkiletmə  prosesinin 
gərəkli bir yönüdür. Xaosun mahiyyəti ikilik ilə postmodernist təfəkkürün 
əsasında dayanır. 
Postmodernizm  mahiyyətcə  Qərb  sivilizasiyasının  incəsənət  və 
fəlsəfə  sferasına  gətirdiyi  çevrilişdir.  Mövcud  olduğu  bütün  sahələrdə 
keçmiş  nəsillərin  təcrübəsini  qavrayaraq,  postmodernizm  dünənə  özünə-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə