Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə54/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
126 
 
JANR, STRUKTUR, FORMA 
 
Məmməd ƏLİYEV 
Filologiya üzrə elmlər doktoru, professor 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
ŞEİRİN BƏND QURULUŞUNUN RİYAZİ YAZILIŞI 
 
Açar sözlər: bənd quruluşu, poetik forma, qafiyə sistemi, misra, durğular, riyazi 
yazılış 
Key  words:  item  structure,  poetic  form,  rhyme  system,  hemistich,  pauses, 
mathematical writing 
 
Müdriklər,  elmi  ilə  dünyada  tanınmış  şəxsiyyətlər  ən  qədim  dövr-
lərdə əsərlərini nəzmlə yazmış, şeirlə riyaziyyat, fizika, astronomiyaya və 
s. həsr etdikləri əsərlərini sonrakı nəsillərə çatdırmışlar. 
Vaxtilə  Q.Qaliley  şeirlə  riyaziyyatın,  fizikanın  əlaqəsindən  danışa-
raq  yazırdı  ki,  bizi  əhatə  edən  maddi  aləm  simvol  və  riyazi  işarələrdən 
ibarətdir.  Odur  ki,  müdriklər  şeirlə  riyaziyyat  arasında  bağlılıq  axtarmış, 
onlarda  ümumi  cəhətlər  görmüş,  qanunauyğunluqları,  düsturları  üzə  çı-
xarmağa  çalışmışlar.  Rusiyada  M.Y.Lomonosov,  A.N.Kolmoqorov, 
A.M.Kondratev  və  b.  bu  problemlə  bağlı  xeyli  məqalə  və  kitab  çap 
etdirmişlər [1, 2, 3, 4]. 
Lakin ən yaxşı riyaziyyatçı alim poeziyanı, onun poetik qanunlarını, 
ritm yaradan elementlərin qanunauyğunluqlarını bilmədikləri kimi, ən is-
tedadlı şair də riyazi qanunlara dərindən bələd olmadığı üçün problemin 
həlli qənaətləndirici olmamışdır. 
Digər  tərəfdən  dünya  şeir  sistemləri  müxtəlif  vəzn  və  dil  qanun-
larına  əsaslandığından,  şeirin  ritm  və  ahəng  qanunlarına  bələd  olmamaq 
bu işin həllini daha da çətinləşdirmişdir. 
Əslində  zahirən  poeziya,  şeir  sənəti  ilə  riyaziyyat  arasında  elə  bir 
ümumi cəhət, yaxınlıq görmürük.  
Hər  şeydən  qabaq  belə  bir  cəhəti  xatırlatmalıyıq  ki,  şeirlə  riyaziy-
yatı  birləşdirən  bir  cəhət  vardır  ki,  o  da  onlara  xas  olan  dəqiqlik  və  da-
vamlı məntiqdir…. 
Əgər onların arasında bu cəhətdən yaxınlıq varsa, deməli, şeir sənə-
tinin, bütövlükdə poetik forma kimi çıxış edən şeirin bənd quruluşunun da 
riyazi  əsasları  vardır.  Bu  mənada  götürsək,  şeirin  poetik  forması  misra, 
heca  və  qafiyə  sayından  ibarət  çoxluqdur  ki,  onu  müəyyən  bir  riyazi 
düsturda – yazılışda vermək mümkündür. Şeirin bənd quruluşu – bu riyazi 
çoxluq (m, n şəklində, m – misraların sayı, n isə hər misradakı durğuların 
göstəricisidir)  özü  bir  sistemdə,  şeirin  qafiyə  düzülüşü  sistemində  möv-


______________________________________________________ Poetika.izm 
  
 
127 
cuddur. Burada qafiyə (Q ilə işarə etsək ) poetik formanın (p
f
, ilə işarə 
etsək) əsas təşkiledici əlaməti kimi çıxış edir. Deməli, poetik formanın 
– bəndin ümumi riyazi yazılışını aşağıdakı şəkildə qeyd etmək olar: 
 
P

= m(n)+Q. 
 
Lakin bu yazılışda bizə çox şey naməlum qalır. Şeirin qafiyə sis-
teminin  müxtəlif  variantları,  bundan  asılı  olan  misraların  sayı  və 
nəhayət,  misranın  həcmini  təşkil  edən  durğuların  sayı  və  şəkilləridir. 
Daha  doğrusu,  bu  yazılış  elə  bir  ümumilik  üçün  çıxarılmışdır  ki,  bu-
rada konkret bu və ya digər poetik formadan danışmaq mümkün deyil-
dir.  Bunu  nəzərə  alıb,  həmin  riyazi  yazılışda  bəzi  dəqiqləşdirmələr 
aparmaq və izahat vermək lazımdır. 
Məlumdur  ki,  poetik  formanın  əsas  göstəricilərindən  biri 
misraların sayıdır ki, bu qeyd etdiyimiz kimi, qafiyə sistemində özünü 
göstərir.  Məsələn,  dördlükdə  misraların  sayını  qafiyə  düzülüşündən 
aydın  bilmək  olar  (yəni  m=q).  Lakin  dördlüyün  hələlik  bizə  məlum 
olan 
aşağıdakı 8 qafiyə sistemi vardır: l. a a a a; 2. a a a b; 3. a a 
b a;
 4. a b a b; 5. a b c b; 6. a a b b; 7. a b c ç; 8. a b b a .  
Odur  ki,  (Q)  işarəsində  qafiyə  variantlarını  görmək  çətindir. 
Bunu  nəzərə  alıb,  dördmisralı  şeirin  qafiyə  quruluşunu  Q
4
-lə  işarə 
edirik. Lakin burada ayrı-ayrı qafiyə sistemləri də görünmür. Ona görə 
də dördlüyün hər bir qafiyə sistemini sıra ilə işarə etmək lazımdır. Bu 
vaxt dördlüyün qafiyə sistemi aşağıdakı şəkildə yazılır: Q
4
/l. 
Belə  olduqda  bənddə  misraların  sayı  da  (m)  4-ə  bərabər  olur. 
Bununla  yanaşı,  hər  misranın  durğu  sayı  və  növləri  bizim  üçün 
naməlum  qalır.  Məlumdur  ki,  heca  vəzninin  bizə  məlum  olan  3-4 
hecalıqdan tutmuş 16 hecalığa qədər şəkli və bundan asılı olan durğu 
variantları vardır. Bunlar aşağıdakılardır. 
 
3-hecalı: 1+2      4-hecalı: 2+2      5-hecalı: 3+2        6-hecalı: 3+3 
               2+1                     3+1   
        2+3   
             4+2 
                   3                     1+3                     4+1   
             2+4 
   
 
 
 
 
 
 
             5+1 
                    2+2+2. 
7-hecalı: 4+3 
   8-hecalı: 4+4     9-hecalı: 5+4 (4+5)     10-hecalı: 
              3+4                                                 3+3+3             5+5 
              5+2                       5+3                    6+3                6+2+2 
                                
 
                                          6+4 
       4+3+3 
11-hecalı: 
 
12 -hecalı: 
 
13-hecalı: 5+5+3 
6+5(5+6)                 
3+3+3+3 
 
 
     4+4+5 


______________________________________________________ Poetika.izm 
  
 
128 
4+4+3    
 
4+4+4  
 
 
    (4+5+4) 
4+3+4    
 
7+5  
14-hecalı: 7+7    
15-hecalı: 8+7  
 
16-hecalı: 8+8 
                5+5+4                           5+5+5 
           
          9+7 
             
 
 
 
 
 
4+4+4+4 
 
Gördüyümüz kimi, misradakı hecaların sayından asılı olaraq (n)-nin 
də  durğu  növləri,  qiymətləri  müxtəlifdir.  Əgər  4  misradakı  (a  a  b  a)  11-
hecalı şeirdən söhbət gedirsə, bunu aşağıdakı kimi riyazi şəkildə yazmaq 
olar: 
 
P

= {m, (n) = 4; n= 11= 4+4+3} 
 
Sual  oluna  bilər,  şeir  misralarında  eyni  durğu  növündən  istifadə 
olunduğu kimi, bəzən müxtəlif durğu variantlarından istifadə edilir. Belə 
olduqda  isə  (n)  bizim  üçün  naməlum  qalmırmı?  Bu  suala  müsbət  cavab 
verməliyik. 
Odur  ki,  n-də  durğular  müxtəlifdirsə,  yəni  şeir  ipostasa  səciyyəli-
dirsə, onda onu (n
i
) ilə işarə etməliyik, yox əgər sabitdirsə o, (n
s
 ) ilə işarə 
edilməlidir.  Bununla  əlaqədar  yuxarıda  dördlük  üçün  çıxartdığımız  düs-
turda bəzi  dəqiqləşmələr aparmaq lazım  gəlir.  Belə  ki,  durğular sabit ol-
duqda, həmin yazılış : 
 
P

– Q
4/3
 =  {m,(n)m =4; n
s
 =11= 4+4+3} 
 
şəklində olur. 
 
Əgər şeir ipostasa səciyyəlidirsə, onda: 
 
P
f
 –Q
4/3
 ={(m, n); m = 4, n

=11={      П
ı
=4+4+3 
П
2
 = 4+4+3 
П
3
 = 6+5 
П
4
 = 4+4+3  
 
Aydın  görmək  olar  ki,  (П
ı
,  П
2, 
П
3-
  П
4
)  dördlükdəki  hər  misranın 
sırasını  göstərir.  Bu  yazılışda  durğu  növü  müxtəlif  olan  misranı  ayrıca 
yazmaq olar. Məsələn: П
ı
, П
2, 
П
3-
 П
4
=6+ 5 
Bunun üçün şeirimizdə mövcud olan bəzi poetik formaların qafiyə 
sistemlərinə nəzər salaq: 
 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə