Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə50/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
118 
XX əsrdə modernizm və postmodernizm kimi ədəbi düşüncə yarat-
mış olan bir sivilizasiya bunun ardınca bir də "hamburgerlərin, pepsilərin" 
vətəninə  çevrildi.  Bu  gün  həmin  mədəniyyətin  maddəsi  –  materialist  tə-
biətindən gələn bir "koka-kolonizasiya" bir "madonaldizm" var. Düşüncə-
nin, ruhun bir də bu yolla əsarəti standartlarla yaşamağa daha çox məcbur 
etməkdədir. Başqa sözlə, kütlə psixologiyası belə bir zamanda fərdi, hətta 
qüvvətli  ola  bilən  "mən"ini  üstələyə  bilir.  İndivid  təklənməkdən  sadəcə 
çəkinmir, ondan dəhşətli dərəcədə qorxur da. Bu cəmiyyətdə qəbul olunan 
ölçülərlə  yaşaya  bilməmək,  qəbul  etməmək  və  qəbul  olunmamaq  ölümü 
gözə almağa bərabərdi. Belə bir ölüm cismani olmaya da bilir. Səbəb bu 
cəmiyyətdə  bəlkə  məcnunluğa  yer  qalmamasıdır.  Belə  bir  yerdə  hər  şey 
mənfəətə söykəndiyindən hər nə varsa hərfi mənada qəbul edilir. İnsanın 
özü-özündən  usanıb  dəliyə  döndüyü  bu  yerdə  məcnunluq  ariflik  demək 
deyil. Buradakı divanəlik sadəcə olaraq, dəlilikdir və kimsə üçün maraqlı 
deyil.  Hər  kəsin  hər  kəsə  yad  olduğu  bir  yerdə  qüvvətli  fərdiyyətilə  se-
çilən  şəxsiyyətin  qarşı  dayanacağı  kütlə  və  mürəkkəblik  dolu  mühit  də 
yoxdur. 
İnsanı  bu  şərtlər  daxilində  yaşadan  cəmiyyət  postindustrial,  bu  cə-
miyyətin yetişdirdiyi mədəniyyət və incəsənət postmodern adlanır.  
Ədəbiyyatda  postmodernizmin  yaranması  ilk  növbədə  Avropa  və 
Amerika  kimi  inkişaf  etmiş  ölkələrdə  mövcud  şəraitə  qarşı  antoqonist 
reaksiyada özünü göstərir [1]. Postmodernizm  məfhumu ilk dəfə Arnold 
Toynbi tərəfindən 1946-cı ildə irəli sürülür. A.Toynbi 1875-ci ildən Qərbi 
Avropa  mədəniyyətində  baş  verən  əsaslı  dəyişikliyi  beynəlxalq  münasi-
bətlərin qlobal xarakteri ilə izah edir. 
1917-ci  ildə  Rudolf  Pannvitsa  "Avropa  mədəniyyətinin  böhranı" 
adlı  kitabında  "postmodern  insan"dan  bəhs  edir.  Ədəbiyyatda  isə  Lesli 
Fidlerin  "Sərhədləri  dağıdın"  məqaləsi  böyük  dəyişikliklərdən  xəbər  ve-
rirdi.  L.Fidler  Coys,  Prust  və  Eliotun  yaradıcılığındakı  modernist  "eli-
tarlığı" ruhi-mənəvi zənginlik kimi deyil, yoxsulluq kimi qiymətləndirirdi. 
"Sərhədlərin  pozulması"  kütlə  ilə  elitar  təbəqə  arasındakı  fərqi  aradan 
götürə bilər. Bu isə, Filderə görə, tamaşaçı və sənətkarın bütövlüyü, bir-
liyi,  ikincisi,  ədəbiyyatın  geniş  imkanları  deməkdir.  Çünki  kütlədə  elitar 
olanı,  elitarlıqda  kütləni  təmsil  etmək  sənətkarın  dünyagörüşündə  ikilik, 
haçalama yaradır. 
Müasir dövrün aparıcı  istiqamətlərindən olan postmodernizm  post-
stukturalizm və dekonstruktivizmin nəzəriyyəsi və praktikasına əsaslanır. 
Postmodernizmin bədii təzahürü ilk dəfə ABŞ-da incəsənətin vizual 
formalarından  –  arxitektura,  heykəltəraşlıq,  rəngkarlıq,  videoklip  və  di-
zaynda  özünü  büruzə  verir.  Nəzəriyyənin  postmodernizm  məfhumuna 
münasibəti  və  dəyərləndirməsi  isə  bir  qədər  gec  baş  verir.  Bəzi  tədqi-
qatçılar  bunun  səbəbini  estetikada  mövcud  olan  "balkançılıq"  tendensi-


______________________________________________________ Poetika.izm 
  
 
119 
yaları ilə əlaqələndirir [2]. 
Postmodernizm ətrafında gedən diskussiyalar XX əsrin 80-ci illərin-
dən  daha  geniş  vüsət  alır.  Duqlas  Devisin  "Bədii  sənət:  Postmodernizm 
haqqında esse" (1977), Akill Benito Olivinin "Müasir avanqard haqqında 
esse"  (1982),  O.Steyner  "Ritorikanın  rəngləri".  "Müasir  ədəbiyyat  və 
rəngkarlıq arasındakı əlaqələr" (1982) bu illərin məhsuludur. 
Postmodernizmin  estetik  mahiyyəti  İ.Xassan,  D.Lodiya,  K.Batler, 
D.Fokkemu, U.Xabermas, Y.Liotar [3] və s. ədəbiyyatşünas və filosoflar 
tərəfindən tədqiq olunur. 
Postmodernizm  və  onun  nəzəri  dərki  modernizmlə  "epistomoloji 
ayrılması" sayəsində təşəkkül tapdı. Müasir Qərb alimləri postmodernizm 
və  modernizm  nisbətinin  aydın  təsəvvürünü  yarada  bilmirlər.  Qerxard 
Xopman,  Alfred  Xornunq  və  R.Kunov  modernist  və  postmodernist  ədə-
biyyat  arasındakı  radikal  uyğunsuzluğun  olmasını  iddia  edirlər.  Syuzan 
Süleyman  isə  modernizm  və  postmodernizm  arasında  hər  hansı  ciddi 
qarşıdurma olmasını inkar edir. 
Postmodernizm  ədəbiyyatda,  incəsənətdə,  sosiologiyada,  fəlsəfədə, 
iqtisadiyyatda,  siyasətdə  "zamanın  ruhunun"  göstəricisidir.  O,  müxtəlif 
bədii  üslubların  qarşılıqlı  münasibətindən  yaranır.  Üslubların  dinamik 
toqquşması  çoxsaylı  intellektual  forma  və  məzmunlu  əsərlərin  meydana 
çıxmasına şərait yaradır [4]. 
Ədəbiyyatda postmodernist estetikanın ən çox işlənən forması kol-
laj, parodiya, kiçik janrlar, metaroman, tarixi povestlər, keçmiş və müasir-
liyin  birgələk  allyuziyasıdır.  Xaos,  epstemoloji  qeyri-müəyyənlik,  inter-
tekstuallıq,  avtoritetlərin  böhranı,  pastiş,  fraqmentarlıq  və  s.  postmoder-
nistlərin ən çox işlənən anlayışlarıdı. 
İxab  Xasan  modernizm  və  postmodernizmdə  işlədilən  anlayışların 
qarşılıqlı sxemini bele cızır: 
 
MODERNİZM 
POSTMODERNİZM 
romantizm/simvolizm 
qapalı/bağlı 
parafizika/dadaizm 
açıq antiforma  
Məqsəd 
oyun 
iyerarxiya 
anarxiya 
distansiya 
iştirak 
yaradıcılıq/totallıq 
dekonstruksiya 
Mərkəzləşmə 
haçalanma 
janr/sərhədlər 
mətn/intermətn 
 
 
Bu  sxemdən  də  aydın  olur  ki,  postmodernizm  XX  əsrin  tarix  və 
sivilizasiyasının aspekti olaraq, yeni, müasir baxış formalaşdırır. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə