Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
122 
məxsus  baxışı  ilə  bu  günü  dərkə  can  atır.  Müasir  incəsənətin  proqressiv 
cəhəti  odur  ki,  o,  psixoloji  və  mədəni  ənənənin  sərhədlərindən  azad  ol-
mağa  çalışır.  Postmodernist  təfəkkür  insanın  ətraf  aləmin  konkret  mü-
nasibəti və fəaliyyətinin göstəricisidir. 
Son  illər  mədəniyyətin  bütün  sahələrində  arxaik  və  klassik  miflərə 
qarşı maraq olduqca aktuallıq qazanıbdır. XX  əsrdə ümumən mifopoetik 
düşüncəyə psixo-analitik (Z.Freyd), ritual-mifoloji (V.Malinovski, C.Fre-
zer),  simvolik  (E.Kassiver,  M.Eliade),  poststruktural  (R.Barat,  M.Fuko) 
və b. yanaşmalar muşahidə olunmuşdur. 1920-ci illərdən başlayaraq, bədii 
mətnlərdə  birbaşa  və  ya  dolayı  yollarla  miflərdən  bəhrələnmə  var  idi. 
Azərbaycan  ədəbiyyatında  Ə.Haqverdiyev  "Pəri  cadu",  H.Cavid  "İblis", 
"Şeyx Sənan" əsərlərini nümunə göstərmək olar. 
Müasir  ədəbiyyatda  əksərən  tarixi  rəvayət,  mif  süjetləri  mifoloji 
süjet kimi olan mətnlər illüziyalar və reminissensiyalar ilə ətə-cana gəlir. 
Beləliklə, XX əsrin bədii mətni öz strukturuna görə mifə bənzəməyə 
başlayır. Bu strukturun başlıca göstəriciləri zamanın dövrəviliyi,  illüziya 
və reallığın qovuşuğundakı oyundur. 
Mifoloji  bənzərlər,  əlaqələndirici  obrazlar,  allahlar  və  qəhrəmanlar 
ədəbiyyatda adi obrazlar kimi çox işlədilir. 
Mifoloji  düşüncənin  bir  çox  xüsusiyyətləri  kütlə  şüurunda,  siyasi-
ideoloji sistemlərdə, bədii-poetik fantaziyalardan mühafizə olunur. R.Bart 
müasir  dünyanı  mifoloji  süjet  üçün  geniş  sahə  adlandırır.  İbtidai  təfək-
kürün silahına çevrilmiş mif müasir şəraitdə siyasi demonologiyanın alə-
tinə  çevrilir.  M.Eliade  sosializmi  yeni  dövrün  mifi  adlandırır.  J.Sorel, 
R.Nibur, C.Merkus, A.Sovi siyasi miflər haqqında yazıların müəllifidirlər.  
XVIII  əsrə  qədər  Avropada  Bibliya,  Quran,  buddizmdən  götürül-
müş  süjetlərdən  bədii  əsərlərdə  çox  istifadə  edilirdi.  Bu  süjetlər  yeni 
transformasiyalara  və  interpretasiyaya  məruz  qalırdı.  XIX  əsrdə  realizm 
cərəyanı  bədii  ədəbiyyatda  eləcədə  incəsənətin  bütün  sahələrində  aparıcı 
cərəyan  idi.  Realist  əsərlərin  bədii  strukturu  sosial-tarixi  şəraitin  inter-
pretasiyası  idi.  XX  əsrin  son  onilliklərində  baş  verən  məyusluq,  ümid-
sizlik sosiologiyadan imtinaya səbəb oldu. Proses kimi bunu mifologiya-
nın reabilitasiya dövrü adlandırmaq olar.  
Beləliklə, tarixi şərait və konkret obrazlar yaratmaqdan imtina edən 
ədəbiyyat  ilk  öncə  romanın  təhkiyə  strukturunda  mifologiyaya  üz  tutur. 
XX  əsrin  yalnız,  atılmış,  təklənmiş,  cəmiyyətdən  uzaqlaşdırılan  fərdinin 
düşdüyü  vəziyyəti  işıqlandırmaq  üçün  müəlliflər  artıq  mifoloji  süjetlərə 
üz tutur. 
XX  əsrdə  mifoloji  təfəkkür  poeziyada  Eliot,  Yets,  dramaturgiyada 
Anuy,  Klodel,  Kokdo,  Jirodu,  Onil,  povest  və  romanda  T.Mann,  Mora-
viya,  Kirş,  Brox,  Friş,  Bulqakov,  Markes  müəlliflərin  yaradıcılığında  öz 
əksini tapır. 


______________________________________________________ Poetika.izm 
  
 
123 
Yaşadığımız  dövrün  ən  çox  tanınan  yazarları  ya  Latın  Amerikası 
ölkələrinin  müəllifləri,  ya  da  onların  davamçılarıdır.  Bu,  o  müəlliflərdir 
ki,  hələ  də  ənənəvi  cəmiyyətlə  və  ya  folklor  mədəniyyəti  ilə  təmasda 
yaşayırlar.  Həmin  müəlliflərin  yaradıcılığında  bu  harmoniya  gözlənildi-
yindən  əsərləri  də  bədii  təsir  gücünə  görə  seçilir,  həm  də  müasirliyi  ilə 
uğur qazanır.  
Azərbaycan ədəbiyyatında mifoloji strukturların əlamətlərini K.Ab-
dullanın  pyeslərində  izləmək  olur.  Müəllifin  2002-ci  ildə  işıq  üzü  görən 
"Kədərli seçmələr" kitabındakı "Şah İsmayıl və yaxud Hamı səni sevənlər 
burdadı...", "Casus" və "Beyrək" pyeslərində neomifoloji düşüncə üstün-
lük təşkil edir. 
"Şah İsmayıl..." pyesində illüziya və reallıq iç-içə verilir, tarixi şəx-
siyyət  –  Şah  İsmayıl  Xətainin  obrazı  əsərdə  şair  və  hökmdar  olaraq  iki 
qola bölünür. Yuxarıda  söylədiyimiz kimi, neomifoloji düşüncə mifoloji 
oxşarları  qarşılaşdırır.  Pyesdə  təkcə  Şah  İsmayıl  obrazı  deyil,  digər  ob-
razların  da  dünəni  və  bu  günü  var.  Professor-Lələ,  professorun  qızı  – 
Taclı xanım, həkim-vəzir, usta-qorçu qarşılığı əsər boyu davam edir. 
Mif  üçün  xarakterik  cəhətlərdən  biri  də  subyekt  və  obyektin  eyni-
ləşdirilməsidir.  Mifoloji  obrazda  substansionallıq  payı  olsa  da,  o,  real 
varlıq  kimi  qavranılır.  İnsan  onu  əhatə  edən  ətraf  aləmin  psixoloji  ma-
hiyyəti  və  dəyərini  onun  obyektiv  məziyyətindən  ayırd  edə  bilməyəndə, 
təbiət hadisələrini canlı varlıqlar kimi təsəvvür edir. "Elə bil qorxa-qorxa" 
pyesində  karvanbaşının  ətrafında  baş  verən  hadisələr  də  neomifoloji  dü-
şüncənin məhsuludur. 
Mifik  düşüncə  mistik  mahiyyətlidir.  O  özündə  diaxronik  (keçmiş 
haqqında rəvayət) və sinxronik (bu gün gələcəyə münasibət) aspektlərini 
birləşdirir. Beləliklə də mifin köməyi ilə keçmiş bu gün və gələcəklə qo-
vuşur. Bu isə nəsillər arasındakı mənəvi əlaqənin qorunmasını təmin edir. 
Ənənəvi dünyagörüşünün əsasında mifoloji dünyaduyumu dayanır. 
Milli ədəbiyyatın təməlində milli mifoloji sistem durur. Müasir ədəbiyyat 
da ənənə və postmodernizmin sintezindən yaranır. Ənənə fərd və kollek-
tiv arasındakı mümkün fərqi aradan qaldırır. Canlı ənənə şəxsiyyətin tam-
lığı və bütövlüyünü təmin edən şərtlərdəndir. Odur ki, ənənənin itirilməsi 
(və  ya  pozulması)  dedikdə  sadəcə  hansısa  mərasim,  ya  da  ayinin  icra 
olunmaması nəzərdə tutulmur. Əsas məsələ şəxsiyyət problemidir. 
Müasir cəmiyyətin ənənəyə münasibəti formal xarakter daşıyır, çün-
ki burada birinci sırada ənənənin formasına, üslubuna və estetikasına ma-
raq  üstünlük  təşkil  edir.  Bu  təmayüllər  daha  çox  kütlə  mədəniyyəti  tim-
salında, keçmiş irsə münasibətdə özünü göstərir. Bu isə əksərən dizayn və 
rekvizit  şəklində  çatdırılır.  Belə  olan  halda  ənənənin  yerini  onun  kari-
katurası alır, həqiqi və canlı ənənə isə ikinci dərəcəli detal kimi görülür. 
Son nəticədə isə ənənənin stilistikası pozulur. Yaşadığımız dövrdə ənənə 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə