Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
115 
kayzen.az/blog/masonluq/.../masonluğun-əmələ-gəlməsi-və-inkişafı.html 
3.
 
MEŞHUR “TÜRK” MASONLAR | SionVadisi 
sionvadisi.net/meshur-turk-masonlar 
4.
 
Нигматуллина  Ю.Г.  О  соотношение  реализма  с  другими  творческими 
методами  в  татарской  литературе  конца  ХIX  начала  ХХ  века.  Проблемы 
реализма в литературах народов Советского Востока, Материалы совеща-
ния 16-19 октября 1972 г. Баку, «Элм». 
5.
 
Джафаров М.Дж. Романтизм и его связи с реализмом в Азербайджанской 
литературе  ХХ  века,  Проблемы  реализма  в  литературах  народов  Совет-
ского Востока, Материалы совещания 16-19 октября 1972 г. Баку, «Элм» 
6.
 
Həbibbəyli İsa. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri (təkmilləşdirilmiş 
ikinci nəşri) Naxçıvan, “Əcəmi”, 2009. 
7.
 
Fikret Tevfik. Halukun amentusu. haluk un amentüsü - instela 
https://tr.instela.com/haluk-un-amentusu--620248 
8.
 
Nəcəf bəy Vəzirov. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. 
  
Tahirə Məmməd 
 
MAARİFÇİLİK VƏ ONUN XX ƏSR AZƏRBAYCAN  
ƏDƏBİYYATINDA TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ 
 
XÜLASƏ 
 
XX  əsrin  Azərbaycan  maarifçiliyində  bir  ədəbi  cərəyan  kimi  maarifçi  realizmin 
xüsusi  yeri  olsa  da,  o,  maarifçiliyin  tək  təmsilçisi  deyildi.  Artıq  maarifçi  realizmin 
özündə  də  əsaslı  dəyişmələr  yaşanmaqda  idi.  Azərbaycan  romantizminin  özündə  belə 
maarifçi idealların üstünlüyü müşahidə olunur. Tənqidi realizm öz sərt və dərinə nüfuz 
edən mövqeyi, romantizm qlobal problemləri ədəbiyyatımıza gətirməsi ilə cəlbedici olsa 
da, maarifçi realizm yeni bir mərhələdə azadlıq və səadət idealına milli şüuru aşılaması 
ilə diqqəti cəlb edirdi. Elə burada da bir-birinin müasiri olan ədəbi cərəyanlar eyni müs-
təviyə gəlirdi. Artıq bu dövrdə realizm Qərbi Şərqə gətirməkdən daha çox öz  ənənələri 
üstündə  dünya  ilə  əlaqə  quran  Şərqi  Qərbə  çıxarma  probleminin  həllinə  yönəlmişdi. 
Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Əmin, C.Məmmədquluzadə, H.Cavid (adıçəkilən son iki 
şəxsiyyət  yazıçı  olduqları  qədər  də  böyük  ideoloqlar  idilər)  kimi  ideoloqların  görüş-
lərinin intellektual  mühitə təsiri, Ə.Haqverdiyev, N.Vəzirov, S.S.Axundov, Ü.Hacıbəyli 
kimi  böyük  sənətkarların  yaradıcılıq  konsepsiyaları  dövrün  ümumi  ədəbi  ab-havasına 
olduğu  kimi,  maarifçi  realizmin  yeni  mərhələsinə  də  əsaslı  keyfiyyət  dəyişikliyi  gətir-
mişdi. Maarifçi realizm yaşadığı keyfiyyət dəyişikliyi ilə bərabər, öz texnologiyasından 
başqa  cərəyanlara  da  aşılamaqda  idi.  Belə  ki,  yeni  idealların,  azadlıq,  səadət  və  hüquq 
bərabərliyinin  təbliği  üçün  tənqidi  realistlər,  eləcə  də  romantiklər  öz  fəaliyyətlərində 
maarifçilik texnologiyasından da istifadə edərək cəmiyyətə nüfuz etməyə çalışırdılar.  
 
 
 
 
 
 
 
 


______________________________________________________ Poetika.izm 
  
 
116 
Tahira Mammad 
 
ENLIGHTENMENT AND ITS APPEARANCE CHARACTERISTICS  
IN AZERBAIJANI LITERATURE OF XX CENTURY 
 
SUMMARY 
 
In  spite  of  the  fact  that  the  enlightened  realism  had  a  special  place  as  a  literary 
movement in Azerbaijani enlightenment of XX century, it was not only representative of  
enlightenment.  There  was  already  substantial  changes  in  the  enlightened  realizm.  The 
superiority  of  enlightened  ideals  have  observed  even  in  Azerbaijani  romanticism. 
Despite the critical realism was attractive by carrying hard and deep position and global 
problems of romanticism  to our literature enlightened realism took attention by tanning 
the national conscience to the ideal of freedom and happiness in the new stage . In here, 
literary movements which were contemporary with each others arrived at the same level. 
In  this  period  realism  changed  its  duty  from  bringing  West  to  East  to  solving  the 
problem of bringing East to West which make relations with the world by its traditions. 
Influence  to  the  intellectual  environment  of  the  thoughts  of  the  ideologists  such  as 
A.Aghaoglu,  A.Huseynzadeh,  M.Amin,  C.Mammadguluzadeh,  H.Javid  (craftsmen 
whose name said last  were not only  writer but also ideologists.), creativity conceptions 
of the craftsmen such as A.Hagverdiyev, S.S.Akhundov, N.Vazirov, U.Hajibayli brought 
quality changes to the new level of enlightened realism, also to the liteary climate of the 
period. Enlightened realism was tanning its technology to other movements same time it 
changed its quality. So, critical realists and romantics tried penetrating to the society by 
using  their  enlightenment  technology  for  promoting  of  new  ideals,  freedom,  happines 
and law equality. 


______________________________________________________ Poetika.izm 
  
 
117 
  
Pərvanə BƏKİRQIZI (İSAYEVA) 
Filologiya üzrə elmlər doktoru, professor 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
POSTMODERNİZM VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI 
 
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında 
Elmin  İnkişafı  Fondunun  maliyyə  yardımı  ilə  yerinə 
yetirilmişdir. Qrant № EİF-2013-9 (15)-46/35/5) 
 
Açar sözlər: postmodernizm, metanarrativ, intertekstuallıq, nəsr, dram 
Key words: postmodernism, meta-narration, inter-textuality, prose, drama 
 
Sivilizasiyanın texnoloji baxımdan inkişafı sayəsində mədəniyyətlər 
arasındakı sərhədləri yıxaraq onları milli dəyərlərindən uzaqlaşdırmaq və 
vahid  standarta  uyğunlaşdırmaq  istəyi  özünü  qabarıq  şəkildə  göstərir. 
Elmi-texniki inqilabın insan həyatına, insan şüuruna təsiri nəticəsində tex-
nikanın  ruha,  düşüncəyə  hakim  kəsilmək  arzusundan  proqramlaşdırılmış 
insan  modeli  yaranır.  Bu  modeldə  artıq  ətrafındakılara  laqeydləşən  tə-
biətdən, dünyadan ayrı düşüb yalqızlaşan fərdin, “mən”i toplunun istəkləri 
ilə bərabərləşir. Artıq cəmiyyətə qarşı üsyan, təklənmə müşahidə olunmur. 
Müasir kommunikasiya imkanlarının genişliyi və informasiya bollu-
ğunun göstərdiyi təsirdən uzaqlaşa bilməyən fərd hamı kimi görünməyə, 
danışmağa, ən nəhayət, hamı kimi düşünməyə, başqalarının dərdlərinə bi-
ganə olmağa sövq edilir.  
Avropada, onun ardınca isə Amerikada sürətlə irəliləyən materialist 
ruhlu mədəniyyət sivilizasiyanın inkişafı deyil,  əksinə, onu məhvə doğru 
sürükləyən  başlıca  amildir.  Keçən  əsrin  böyük  fransız  metafiziki  Rene 
Geonun  sözləri  ilə  deyilsə,  çağdaş  sivilizasiya  anormaldır  və  öz  həqiqi 
yolundan azmış bir sivilizasiyadır. Çünki qlobal kapitalizm başqa xalqla-
rın  fəlakəti  üzərində  öz  rahatlığını  təmin  etmək,  milli-etnik  dəyərlərin 
silinib  aradan  qaldırılması  müasiri  olduğumuz  bir  sivilizasiyanın  başlıca 
səciyyəsidir.  Öz  tarixinə,  ənənəvi  mədəniyyətinə,  milli-mənəvi  simasına 
bağlı qalan cəmiyyətlərin bütövlükdə bu sivilizasiyanın hazırladığı qəlib-
lərə uyğunlaşması olduqca çətin və ağrılı prosesdir. Lakin bu sivilizasiya 
gözqamaşdırıcı sərvətləri ilə qarşısıalınmaz sel kimi gəlir və yolunda ona 
qarşı  dayana  biləcək  bir  qüvvə  tanımır.  Ona  tam  uyğunlaşmayan  və  ya 
uyğunlaşmağa  gücü  çatmayanlar  II  və  III  dərəcəlilərə  çevrilirlər.  Həmin 
dövlətlərə  və  onun  vətəndaşlarına  da  münasibət  bu  baxış  bucağı  altında 
formalaşır. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə