Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə45/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
107 
onun  əsərləri  xalqın  ürəyinə  yol  tapmış  və  bu  əsərlər  onun  görkəmli 
Azərbaycan  yazıçısı  kimi  tanınmasına  və  xalq  tərəfindən  sevilməsinə 
gətirib  çıxarmışdır.  O,  əsərlərində  Azərbaycan  həyatının  mənəvi-ictimai-
əxlaqi  problemlərini  açıb  göstərmiş,  milli  keyfiyyətlərimizi  nümayiş 
etdirmiş,  əsas bir ideyanı  ortaya qoymuşdur  – bu da Azərbaycana, onun 
mənəvi  dünyasına,  mədəni  sərvətlərinə  sevgidir.  Bütün  bu  ictimai-siyasi 
hadisələr  yazıçı  üçün  bədii  materiala  çevrilirdi.  Yazıçı  "Deyilənlər  gəldi 
başa" adlı yarımçıq qalmış romanında son illərin hadisələrini əks etdirmək 
istəyirdi,  lakin  əcəl  buna  macal  vermədi.  Y.Səmədoğlu  xalqın  tarixi 
yaddaşını, mənəviyyatını uca tutaraq, əsərlərində milli və bəşəri dəyərləri 
məharətlə əks etdirmişdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
 http://www.memmedaraz.az/ 
2.
 
İsmayılov F. XX əsr Qərb fəlsəfəsinin tarixi, I cild. Bakı, “Təhsil”, 1999. 
3.
 
Qafarov R.O. Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obraz-
ları, genezisi, evolyusiyası və poetikası) 10.01.09 – Folklorşünaslıq ixtisası üzrə 
filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  disser-
tasiyanın avtoreferatı, Bakı, 2010. 
4.
 
Гейбуллаева  Р.М.  http://62.212.230.87/cgi-bin/irbis64r_91/cgiirbis_64.exe? 
Z21ID=&I21DBN=IBIS&P21DBN=IBIS&S21STN=1&S21REF=&S21FMT=f
ullwebr&C21COM=S&S21CNR=20&S21P01=0&S21P02=0&S21P03=M=&S
21STR= Сравнительная типология прозы и литературные типы / Р.М.Гей-
буллаева;  ред.  А.Гусейнов,  Т.Мамед;  АН  Азербайджана.  Институт  лите-
ратуры им. Низами. Баку, «Элм», 2000. 
5.
 
Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, “Yazıçı”, 1983. 
6.
 
Səmədoğlu Y. Qətl günü. Roman. Bakı, “Yazıçı”, 1987. 
7.
 
Bəydili C. Türk mifoloji sözlüyü. Bakı, “Elm”, 2003.  
8.
 
Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı, “Sabah”, 1993. 
9.
 
Yusifoğlu  Rafiq.  Müasir  ədəbi  proses  və  ədəbi  tənqid.  Ali  məktəb  tələbələri 
üçün dərs vəsaiti. Bakı, “Çaşıoğlu”, 2004. 
10.
 
Kazımov Qəzənfər. Humanist ideallar romanı. 
www.qkazimov.gen.az/arxiv/m23.htm 
11.
 
Səmədoğlu Yusif. İncə dərəsində yaz çağı .Hekayə.  
http://www.azadliq.org/content/article/24767537.html 
12.
 
Cəfərov Nizami Şairin yurd yeri və ya Yurd yerinin şairi. 
 http://525.az/site/name=xeber&news_id=19601
  
 
Leyla Əliyeva 
 
YUSİF SƏMƏDOĞLUNUN ƏSƏRLƏRİNDƏ  
ƏDƏBİ MƏTN YADDAŞI 
 
XÜLASƏ 
 
Yusif  Səmədoğlunun  bədii  yaradıcılığının  özünəməxsusluğunu  və  təkrarsızlığını 
şərtləndirən  amillərdən  biri  də  məhz  yaddaş  məsələsinə  dayanır.  Yusif  Səmədoğlunun 


______________________________________________________ Poetika.izm 
  
 
108 
roman və hekayələri fərqli ideya və kompozisiya xüsusiyyətləri, fərdi yaradıcılıq üslubu, 
özünəməxsus  sənətkarlıq  məziyyətləri,  nəsr  poetikasının  mürəkkəbliyi  və  qeyri-adiliyi 
ilə seçilir. Milli-mədəni, tarixi-ictimai, mifopoetik yaddaş onun əsərlərində ayrı-ayrı qat-
lar şəklində  təzahür edir. Yusif Səmədoğlunun  müxtəlif  əsərlərinin bir-biri ilə  mətnlər-
arası münasibətlərdə olmasını təmin edən məqamlardan biri də, onun roman və hekayə-
lərində sənətə bağlılıq, ictimai nöqsanların tənqidi, milli tarixi yaddaşa sadiqliyin, azər-
baycançılıq düşüncəsinin fəal yazıçı  mövqeyindən bədii təcəssümünün güclü olmasıdır. 
Bu fikir yazıçının romanları, “220 nömrəli otaq” (1960), “Qalaktika” (1973) kitabların-
dakı hekayələri, bir qədər sonra çap etdirdiyi “Astana”, “İncə dərəsində yaz çağı” heka-
yələri haqqında da keçərlidir. Mövzuları, əsərlərinin quruluşu, mənzərə və obrazyaratma 
ustalığı, hadisələrin simvolik-məna yükünü qabartmaq bacarığı, vətənpərvərlik və insana 
məhəbbət duyğularının birbaşa ifadəsi  şüuraltı qata enməklə, təsvir orijinallığı  nümayiş 
etdirən  Y.Səmədoğlunun  dil  və  üslub  xüsusiyyətləri,  fərdi  yaradıcılıq  keyfiyyətləri  ilə 
seçilən  bir  nasir  kimi  yetişdiyini  sübut  edir.  Yusif  Səmədoğlunun  müxtəlif  əsərləri  ara-
sında  mətn  bağlantılarının  mövqeyinin  müəyyənləşdirilməsi,  yazıçının  bütöv  yaradıcı-
lığının mahiyyətini bir daha dərindən tanımağımıza kömək edə bilər. 
 
Leyla Aliyeva 
 
MEMORY OF LITERARY TEXT IN  
YUSIF SAMEDOGLU’S LITERARY WORKS 
 
SUMMARY 
 
One of the factors stipulating the identity and originality of the literary creativity 
of Yusif Samedoglu is related to the matter of memory. The novels and stories of Yusif 
Samedoglu  are  notable  by  their  different  idea  and  composition  features,  individual 
creative  style,  original  mastery  characteristics,  the  complexity  and  uniqueness  of  the 
poetics  of  prose.  The  national,  spiritual,  historical  and  social,  as  well  as  mytho-poetic 
memory  come  into  sight  in  his  works  in  the  form  of  the  separate  layers.  One  of  the 
moments  securing  the  interaction  of  Yusif  Samedoglu’s  different  works  from  the 
standpoint  of  relations  between  the  texts  is  that  the  artistic  incarnation  of  the 
commitment  to  the  art,  criticism  of  the  social  shortcomings,  adherence  to  national  and 
historical  memory  is  very  strong  in  his  novels  and  stories  from  the  active  writer 
standpoint.  This  idea  is  effective  about  the  novels  of  this  original  writer,  his  stories 
contained  in  his  books  “Room  No:  220”  (1960),  “Galaxy”  (1973)  and  the  stories 
published  by  him  later  “Doorsteps”  and  “Spring  at  the  valley  Inje”. The  language  and 
style  features  of  Yusif  Samedoglu  demonstrating  mastery  of  creating  landscape  and 
images,  ability  of  stressing  the  symbolic  meaning  of  events  by  themes  and  structure  of 
the works, originality of description of patriotic and the love for human kind descending 
to the subconscious layer prove that he is a writer notable by his own individual creative 
features. Determination of the position of the text links between different works of Yusif 
Samedoglu  may  assist  us  to  recognize  profoundly  the  essence  of  Yusif  Samedoglu’s 
works once again. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə