Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə41/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   37   38   39   40   41   42   43   44   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
99 
qismən pozmuş olur. Mifopoetik qat bu romanın əsas məğzini təşkil edir, 
əsasən  arxetip  və  motivlərlə  gerçəkləşir.  Məhz  bu  arxetip  və  motivlər 
vasitəsilə başqa müəllif mətnləri ilə əlaqələr qurulur. 
Yusif  Səmədoğlu  yaradıcılığında  ədəbi  mətn  yaddaşının  digər  bir 
forması  isə  müəllifin  öz  mətnləri  arasındakı  münasibətlərdə  özünü  gös-
tərir.  Müəllifin  roman  və  hekayələri  arasında  qəribə  bir  bağlantı  var,  bu 
mətnlərin  demək  olar  ki,  böyük  qismi  biri  digərinin  əvvəli  və  sonu  kimi 
çıxış etmək qabiliyyətinə malikdir. Bu bağlantı bəzən bir mətnin personaj 
və  obrazlarının  digər  mətndə  qarşımıza  çıxması  ilə  xarakterizə  olunur. 
Məsələn, feldşer Mahmud həm “Qətl günü” romanının, həm də “İncə də-
rəsində yaz çağı” hekayəsinin əsas personajlarından biridir.  
Yazıçının  hekayələri  öz  yığcam  təhkiyəsi,  lakonik  bədii  təsvir  va-
sitəsi  ilə  zamanın  tələblərinə  cavab  verir,  sosial  gerçəkliyi,  həyat  tərzini, 
mənəvi  dünyanı,  insanların duyğu və  düşüncələrini  özünəməxsus  şəkildə 
inikas  etdirir.  Həcm  etibarilə  kiçik  olmasına  baxmayaraq,  yaxşı  hekayə 
çox vaxt ifadə etdiyi fikirlərə, təsvir etdiyi hadisələrə və toxunduğu bədii 
mətləblərə  görə  romanlarla  müqayisə  edilə  bilir.  Yusif  Səmədoğlunun 
hekayələri  onun  sonrakı  qeyri-adi  roman  yaradıcılığının  başlanğıcı  kimi 
olduqca dəyərlidir. “Soyuq daş”ın lirik təhkiyəsi, “Foto-fantaziya”nın sərt 
realizmi, həzin və kədərli poetik əhval-ruhiyyəsi ilə seçilən “Bayatı-Şiraz, 
“İncə dərəsində  yaz çağı” hekayələri, psixoloji-ictimai ovqata köklənmiş 
“Astana” və başqa hekayələri, Azərbaycan nəsrində xüsusi çəkisi və yeri 
olan “Qətl günü”, bitirməyə ölümünün imkan vermədiyi “Deyilənlər gəldi 
başa...”  romanlarının  bədii  kamilliyini,  Yusif  Səmədoğlu  yaradıcılığının 
rəngarəngliyini,  poetik  çəkisinin  ağırlığını  anlamaq  üçün  yetərli  mənbə-
lərdir. Müəllifin yaradıcılığında bədii fantaziya, kifayət qədər geniş yara-
dıcı təxəyyüllə yanaşı, eyni zamanda real həyatda gördüklərinin, yaşadıq-
larının, duyduqlarının, real təəssüratlarının da xüsusi yeri və önəmli payı 
vardır.  Yaddaş –  informasiyanın  toplanması,  saxlanması  və  yenilənməsi 
üçün beynin  funksiyalarından və fəaliyyət  növlərindən biridir. Bu, orqa-
nizmin  ətraf  mühitə  operativ  reaksiyası  və  perspektiv  (gələcəklə  bağlı) 
planlaşdırılması  üçün  lazımdır.  Psixoloji  ədəbiyyatda  qazanılmış  bilik 
ehtiyatlarını  və  həyat  təcrübəsini  beyində  saxlamaq  və  lazım  gəldikdə 
ondan istifadə etmək qabiliyyətinə yaddaş deyilir. Yaddaş insanın, fərdin, 
eyni  zamanda  hər  hansı  bir  cəmiyyətin.  sosial-ictimai  statusa  malik  küt-
lənin  zamanda  və  məkanda  var  olmasının  əsasıdır.  Yaddaş  bəşər  övla-
dının  öz  şəxsi  keçmişindən  tutmuş,  bir  parçası  olduğu  millətin,  tarixin, 
bütövlükdə bəşəriyyətin keçmişini də əhatə edəcək məlumat, xatirə, anlar 
və biliklərin toplandığı dərin bir quyu kimidir. “Millət – genetik səviyyə-
də,  yaddaş  –  ağrı  səviyyəsində  dərk  olunmuş  vəhdətdən  və  bütövlükdən 
başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nə-
sillər  və  əsrlər,  ilahi  və  bəşəri  dəyərlər  və  sərvətlər  arasında  əlaqə  və 


______________________________________________________ Poetika.izm 
  
 
100 
estafet var.... Artıq gör neçənci əsrdir ki,  İsa da və Məhəmməd də, Qor-
qud da və Şekspir də bir haqqın, bir də yaddaşın dərgahında yaşayır. Daha 
doğrusu, tarix, zaman hər yerdən axıb, sürüşüb gedir, bir yaddaşa ilişəndə 
iz  qoyur,  qeyrətdə  əbədiləşir  və  abidələşir”  [1].  Yaddaş  fenomeni  bədii 
yaradıcılıqda həm bədii predmet, poetik kateqoriya, bütövlükdə bir əsərin 
əsas  strukturunu  müəyyənləşdirən  vasitə,  bədii  düşüncə  tipi,  yazıçının 
dünyayabaxış  üsulu  kimi  öz  əksini  tapa  bilər.  Yaddaşın  canlı  obrazları 
söz-işarələr vasitəsilə bədii mətnə çevrilir. Yaddaş mifin bədii ədəbiyyatla 
sintezində  əsas  vasitəçidir.  Belə  ki,  insanların  öz  ətrafında  baş  verənləri 
“mif”  olaraq  dərk  etdikləri  və  səciyyələndirdikləri  arxaik  mədəniyyətin 
izləri,  mifyaratma  dövrünün  qalıqları  sivilizasiyanın  son  həddinə  çatmış, 
informasiya-kommunikasiya cəmiyyətini  yaratmış bəşəriyyətin  yaddaşın-
da  hələ  də  yaşamaqdadır.  İnsanın  ömrünün  həyatı  xarakter  daşıyan  mə-
qamlarında (doğum, ölüm, nikah, dəfn və s. ilə bağlı mərasimlərdə) dün-
yanı  ilkin  dərketmə  formaları,  fövqəlqüvvələrə  inam,  mərasim  adətləri, 
simvollaşdırma, qədim psixoloji  davranış  tərzləri müəyyən  əlamət  və  şə-
killərdə hələ də öz yaşamını sürdürməkdədir. Bəşəriyyət yaddaşının dərin 
qatlarında öz başlanğıcına sadiqdir və bu başlanğıcın sakrallığını (müqəd-
dəsliyini)  qorumağa  meyllidir.  Mif  təkcə  yaddaşda  yaşamır,  o  həm  də 
təhtəl-şüurda  möhkəm  yerləşmiş,  istədiyi  vaxt  təxəyyülə  çevrilmək  qa-
biliyyətinə malik potensial qüvvədir. Bu gün gerçəklik dediyimiz dünyaya 
alternativ bədii dünya modelləri yaratmaq prosesində təhrikedici, cəlbedi-
ci,  nağılvari,  fantastik,  realist  və  s.  istəkləri  gerçəkləşdirmək  əslində  qə-
dim insanın mifyaratma prosesinin bir variantıdır. XX əsr filosoflarından 
Beneddito  Kroçe  poeziyanı,  ədəbiyyatı,  incəsənəti  mifologiya  hesab 
edirdi,  tarixin  özünün  miftörətmə  prosesindən  başqa  bir  şey  olmadığını 
vurğulayırdı  [2,  s.  101].  Mifopoetik  təfəkkürün  əsas  prinsipi  və  ümumi 
məntiqi  mifin  bəşər  sivilizasiyasının  müəyyən  mərhələsində  sərt  və  zid-
diyyətli  görünən  tərəflərini,  həmin  mərhələnin  öz  şərtlərinə  uyğunlaş-
dırmaq, irreallığı reallıqla ört-basdır etmək qabiliyyətinə əsaslanır. Yusif 
Səmədoğlu  nəsrinin  unikal  əlamətlərindən  biri  də  məhz  bu  əsərlərdə 
mifopoetik yaddaşın müxtəlif mənşəli (dini, tarixi, ədəbi, mədəni) arxetip-
lərlə  təzahür  etməsidir.  Mifin  müasir  dövrdə  bədii  mətndə  təzahür  şəkil-
lərinin  əhatə  dairəsi  kifayət  qədər  genişdir.  Ədəbiyyat  mifə  münasibətdə 
ikili  davranır.  O,  bir  yandan  mifi  bərpa  edir,  digər  yandan  mifi  dağıdır. 
Mif  bəşərin  dünyaya  ilkin  baxış  formasıdır.  “Mif  çağında  ulu  əcdad,  ilk 
növbədə,  yaşayış  tərzi  ilə  təbiət  hadisələri  və  heyvanlar  aləmi  arasında 
oxşarlıq görmüş (qidalanmada, doğumda, hərəkət və davranışda, eləcə də 
digər  zahiri  əlamətlərdə),  həmin  aləmlərlə  özü  arasındakı  qeyri-adi  əla-
qəyə təsir göstərməyə çalışmış, bununla da nəhəng vəhşi canlılar tərəfin-
dən  gələn  təhlükələrə  qarşı  nikbinliklərini  qoruya  bilmişdir.  Onların  ya-
şamaq uğrunda mübarizəsindən və topladıqları təcrübədən doğan inanışlar 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə