Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə38/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
92 
Buddhism,  modern  jazz,  free  sexuality,  and  recreational  drugs.  Among 
writers  associated  with  the  movement  were  Jack  Kerouac  and  Allen 
Ginsberg)  adlanan  nəslin  ideologiya  və  estetikasının  əsasında  dayanırdı. 
Keçən  əsrin  50-ci  illərində  San-Fransiskoda  özlərini  “məğlub  edilmiş 
nəsil”  adlandıran  gənc  ziyalılardan  ibarət  qrup  formalaşmışdı.  Bu  nəslin 
nümayəndələri, yəni “məğlublar” müharibədən sonrakı depressiyanı, “so-
yuq müharibəni”, atom faciəsini tənqid edirdilər. Onlar insan şəxsiyyəti-
nin özgələşməsi vəziyyətini əsərlərində təsvir edirdilər. Bu gənc hərəkatın 
nümayəndələri  belə  bir  fikri  təkrarlayırdılar  ki,  müasir  amerikanlılar 
müxtəlif sivilizasiyalarda yaşayırlar [4, s.300]. Məğlub yazıçılar arasında 
ən çox tanınan yazıçı Cek Keruak (1922-1969) idi. Onun yaradıcılıq kre-
dosu  birbaşa  bədii  mətnlərdə  ifadə  edilirdi.  Keruak  on  roman  yazmışdı. 
Onun “Qəsəbə və şəhər” romanı bu nəslin manifesti sayıla bilərdi. Keruak 
özünün bütün nəsr yaradıcılığını Prustun “İtmiş zamanın sorağında” epo-
peyası  ilə  müqayisə  edirdi.  Prust  kimi  Keruak  da  məxsusi,  yalnız  onun 
özünə xas olan metodla işləyirdi, “spontan” adlanan bu metodun mahiy-
yəti  bundan  ibarət  idi  ki,  yazıçı  ağlına  nə  gəldisə,  dərhal  yazmalıdır. 
Keruakın  qəhrəmanı  cəmiyyətdən  qaçır,  onun  içində  yaşaya  bilmir.  Ke-
ruak üçün tənhalıq insanı  cəmiyyətdən qovan  yeganə  və  əsaslı səbəbdir. 
Məhz  içində  yaşadığın  tənhalığın  dərinliyindəki  hisslər  əsasında  ətraf 
dünyanı qiymətləndirmək olar. 
Keruakın  əsərlərində  əhəmiyyətli  dərəcədə,  yəni  süjet  anlamında 
heç nə baş verməsə də qəhrəmanlar daimi hərəkətdədirlər. Təhkiyəçi qəh-
rəman  müəllifin  özüdür.  Ancaq  Keruakın  əsərlərində  həmişə  bir  ikinci 
təhkiyəçi də var ki, onun fikirləri mətn altından təsir edir. 
60-cı  illər  nəsli  üçün  əlamətdar  əsər  kimi  “Amerikan  arzusu”  ro-
manı  sayıla  bilər  (1965).  Əsas  qəhrəman  Stiven  Rodjek  prezident  Ken-
nedinin sinif yoldaşıdır, müharibə qəhrəmanıdır. O, gözəl psixoloq və TV 
aparıcısıdır. Ancaq Stivenin  həyatı heç  cürə  alınmır. Ailə həyatı ona se-
vinc gətirmir, çünki arvadının pul ehtirası sərhəd tanımır. 
“Amerikan  arzusu”  romanının  əsas  motivi  qəhrəmanın  daxili  zəv-
varlığıdır,  o,  şüuraltının  ən  gizlin  nöqtələrinə  nüfuz  etməyə  çalışır.  Bu 
məqsədlə  qəhrəman Nyu-Yorkun lap dibinə çökür. Ancaq onun instinkt-
lərin qadağa zonasına girməsi daxili parçalanmaya səbəb olur. Qəhrəman 
qətl, intihar, orgiya və orqazm kimi hisslərin ən dib hissəsinə enib, onların 
mənasını  mənimsəməyə  çalışır.  Beləliklə,  aydın  olur  ki,  qəhrəmanın  bü-
tün  kitab  və  fəlsəfi  təcrübəsi  ona  psixoloji  planda  kömək  edə  bilmir. 
Qəhrəmanın  öz  daxilinə  səfərinin  dinamikası  yazıçıda  yuxugörmənin 
nəbz kimi döyünən dinamikasını yaradır [4, s.301].  
Burada fəlsəfə, ədəbiyyat... ümumən düşüncə tərzi ilə həyatın digər 
aspektləri arasında əlaqələrdən bəhs edildi, müxtəlif zamanlarda ayrı-ayrı 
elm və sənət  adamlarının Amerika haqqında təəssüratlarının  xülasəsi  ve-


______________________________________________________ Poetika.izm 
  
 
93 
rildi. Bütün bu faktların tədqiqat kontekstində daha uyarlı şəkildə əsaslan-
dırıla  bilməsi  üçün  praqmatizm  fəlsəfəsinin  mühüm  nüanslarından  bəhs 
etmək yerinə düşərdi. 
Praqmatizm fəlsəfəsi ABŞ-da ümumi mədəni prosesin ayrılmaz tər-
kib  hissəsidir. Praqmatizm  fəlsəfəsi  ilə memarlıq  praktikası  arasında  əla-
qələr  hələ  XIX  əsrin  sonlarından  etibarən  qərarlaşmağa  başlamışdı.  Bu 
dövrdə ictimai həyat normaları, münasibətlər və mədəni kanonlar dəyişi-
lirdi.  Bununla  eyni  zamanda  gözəllik  haqqında  Avropada  qərarlaşdığın-
dan fərqli və yeni təsəvvürlər formalaşırdı. Baxılan aspektdə praqmatizm 
ideyaları  amerikan  memarlığına  və  digər  düşüncə  sahələrinə  Avropanın 
klassisizm ənənələrindən xilas olmaqda yardım etdi. Məhz amerikan var-
lığını  sübuta  yetirmək  üçün  yeni  tendensiyalar  ziddiyyətli  idi  və  bir  çox 
təsadüflərdə  eklektik  xarakter  daşıyırdı.  Onlar  amerikan  ədəbiyyatında, 
eyni  zamanda  memarlığında  yeni  əlamətlərin  meydana  gəlməsinə  təkan 
verdi, bütün bunların özülündə 1870-ci illərdə Çikaqoda yaranan və “Çi-
kaqo məktəbi” ilə tanınmış yeni istiqamət dayanırdı. 
Bu  şəxslər  1870-1890-cı  illərdə  1871-ci  ildə  Çikaqoda  baş  vermiş 
yanğından sonra onun bərpası üstündə əlləşən bir qrup memar və mühən-
dislərdən  ibarət  idi.  Bu  məktəbin  təmsilçiləri  arasında  bir  sıra  çox  tanın-
mış  amerikan  memarları,  o  cümlədən  Luis  Salliven,  Uilyam  le  Baron 
Cenni,  Uilyam  Holaberd,  Martin  Roş,  Con  Rut,  Corc  Etvud,  Deniel 
Bernem var idi. 
Bu  dövrün  ictimai  şüuru  üçün  çox  səciyyəvi  olan  nizamlılıq  və 
rasionalizmə  cəhd  etməklə  arxitektura  estetikasının  yeni  təmayüllərinin 
axtarışı davam edirdi. Bu estetik kontekstdə əsas cəhət məqsədyönlülüyün 
zahirən  meydana  gəlməsi  idi.  Çikaqo  memarlarının  işgüzar  praqmatizmi 
ruhuna  proqres  və  demokratiya  ideyasının  hopduğu  cəsarətli  novatorluq 
sayılırdı. Rus tarixçisi və memarlıq nəzəriyyəçisi A.V.İkonnikov bu dövrü 
üslub kontekstində protofunksionalizm adlandırırdı.  
Tədqiqatçıların  yekdilliklə  təsdiq  etdiklərinə  görə,  postmodernizm 
və onun nəzəri baxımdan qavranılması mövcud dünyagörüşü konsepsiya-
larında  müvafiq  “epistemoloji  partlayışın”  təsiri  altında  formalaşmışdır. 
Postmodernizm  nəzəriyyəçilərinin  hamısı  J.F.Liotarın  “Postmodern  və-
ziyyət”  adlı  əsərinin  böyük  əhəmiyyətindən  bəhs  edirlər  (1979),  burada 
“postmodernizm” anlayışı metatəhkiyəyə inamsızlığı bildirir. Fransız nə-
zəriyyəçisi  üçün  müasirlik  bütövlükdə  “böyük  metatəhkiyəyə”  inamın 
eroziyaya  uğraması  deməkdir.  Postmodern  erasının  mədəniyyətinin  əsas 
əlaməti eklektizmdir və bu da öz növbəsində “mədəniyyətin sıfır dərəcə-
sidir”.  
Məsələn,  Pol  Osterin  “İllüziyalar  kitabı”  romanının  süjetini  nəzər-
dən  keçirək.  Professor  Devid  Zimmer  təyyarə  qəzasında  arvadını  və  iki 
uşağını itirir. Yarım il ərzində cəhənnəmin bütün künc-bucaqlarını gəzib 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə