Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə34/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
84 
Bonford tapılır, lakin onun səhhəti ağır olduğundan Lorenso seçkilərdə də 
onun  oxşarı  rolunu  davam  etdirməli  olur.  Partiya  seçkilərdə  qalib  gəl-
dikdən  dərhal  sonra  Bonford  vəfat  edir.  Ölən  siyasətçinin  həmkarlarının 
dəstəyini qazanan və əsl Bonfordun siyasi ideyalarına yiyələnmiş Lorenso 
siyasi istedadda da Bonforddan geri qalmır və onun vəzifəsini tutur. 
A.N.Tolstoyun  “Mühəndis  Qarinin  hiperbeloidi”  romanında  isə 
Qari qatillərdən gizlənmək üçün öz oxşarlarından istifadə edir və nəticədə 
sağ qalır.  
Biz  siyasi  oxşarların  ədəbiyyatda  əksini  K.Abdullanın  “Yarımçıq 
əlyazma” və L.Feyxtvangerin “Yalançı Neron” əsərlərinin müqayisəli təh-
lili əsasında araşdırmağa çalışacağıq. Azərbaycan ədəbiyyatında Səfəvilər 
dövlətinin  banisi, hökmdar-şair Şah  İsmayıl Xətainin bədii obrazı  Ə.Cə-
fərzadənin “Bakı-1501”, F.Kərimzadənin “Xudafərin körpüsü”, “Çaldıran 
döyüşü”,  Ə.Nicatın  “Qızılbaşlar”  romanlarında  və  digər  əsərlərdə  məha-
rətlə  yaradılmışdır.  Maraqlıdır  ki,  tarixdə  Şah  İsmayılın  oxşarının  olma-
sının və bu faktın Çaldıran döyüşündə üzə çıxdığı qeyd olunur. “Bu mə-
qamda  Şah  İsmayılın  atı  büdrədi  və  sahibi  ilə  birgə  yerə  yıxıldı.  Türk 
əsgərləri  İsmayıla  doğru  atıldılar.  Ancaq  şahın  həyatı  üçün  bu  təhlükəli 
məqamda  o  həm  xarici  görünüşü,  həm  də  geyimindən  şaha  çox  oxşayan 
Sultanəli  Mirzə  Əfşar  tərəfindən  xilas  edildi.  O,  “Şah  mənəm”  deyərək 
qabağa  çıxdı  və  düşmən  əsgərlərini  öz  ardınca  apara  bildi.  Həmin  vaxt 
Xızır ağa Ustaclı İsmayılı başqa ata mindirdi və şah döyüşün qızğın  ye-
rinə çapdı” [5, s. 61]. 
K.Abdullanın “Yarımçıq əlyazma” əsərindəki süjet xətlərindən biri 
Şah İsmayıl Xətai ilə bağlıdır. “Yarımçıq əlyazma”da Şah İsmayılın lələsi 
(tərbiyəçisi) Hüseyn bəy Lələ şahın tapşırığı ilə onun Xızır adlı oxşarını 
tapıb  gətirir.  Şah  bu  oxşarlıqdan  məmnun  qalır  və  məqsədini  açıqlayır: 
”Əsas məqsədimiz mənim eyni zamanda iki başqa-başqa yerdə olmağıma 
camaatı,  saray  əhlini,  uşaqdan  böyüyə  hamını  inandırmaqdı.  Biz  səninlə 
belə  danışdıq.  Di  hazırla  bunu,  yaxşı-yaxşı  yerişimi,  ədalarımı  öyrən-
sin...” [6, s. 105] Şahın tapşırığı ilə Lələ Xızıra şahın hər jestini, mimika-
sını,  o  cümlədən  şətrənc  (şahmat)  oynamağı  da  öyrədir  və  onu  gizli  şə-
kildə  saxlayır.  Xızırın  şahdan  yeganə  fərqi  onun  Xətai  təxəllüsü  ilə  çox 
gözəl şeirlər yazması idi. Şahın özü də bu şeirləri olduqca bəyənir.  
Qeyd  edək  ki,  Fərman  Kərimzadənin  “Çaldıran  döyüşü” 
əsərində  də  Şah  İsmayılın  və  onun  oxşarının  obrazı 
yaradılmışdır [7]. Lakin F.Kərimzadənin yaratdığı Şah İsmayıl 
və  onun  oxşarı  daha  realist  tonlarda  təsvir  olunmuşdur. 
K.Abdullanın yaratdığı obrazlar isə daha ekspressiv, emosional 
çalarlara  malikdir.  Oxucu  sanki  Şah  İsmayılı  canlı  şəkildə 


______________________________________________________ Poetika.izm 
  
 
85 
görür,  onun  nitqini  eşidir.  Əsərin  dilini,  obrazların  nitqindəki 
üslubi çalarların özünəməxsusluğunu da qeyd etməliyik. Oxucu 
əsəri  oxuduqda  inanır  ki,  əsl  Şah  İsmayıl,  Dədə  Qorqud, 
Bayandur  xan  və  digər  obrazlar  öz  fikrini  məhz  bu  cür  ifadə 
edə bilər. Romanın özünün də dilində müəyyən qədər “Kitabi-
Dədə Qorqud”dakı qafiyəli nəsr formasının effekti hiss olunur 
və  bu  effekt  dastanın  görkəmli  tədqiqatçılarından  olan 
müəllifin  əsərinin  daha 
inandırıcı  olmasına  səbəb  olmuş,  hətta  bu 
əlyazmanın  həqiqətən  mövcudluğuna  dair  fikirlərin  yaranmasına  rəvac 
vermişdir.  
Roma imperatoru Neron Roma tarixində  ən maraqlı və  yaddaqalan 
şəxsiyyətlərdən biri olub. İmperator Neron İncəsənətə böyük maraq gös-
tərir,  mahnılar  ifa  edir,  pyeslər  və  şeirlər  yazır,  şairlərin  müsabiqəsində 
iştirak edirdi. İmperator uzun müddət Troyanın məhvi barədə epik poema 
üzərində işləmişdi [8]. Neron Yuli Klavdi nəslinin son nümayəndəsi idi. 
Son iki yüz il ərzində Roma tarixinin bütün vacib hadisələri onların işti-
rakı ilə baş vermişdi. Təbii olaraq, Neronun öz villasında sirli ölümü Ro-
ma əhalisində güclü təəssürat doğurmuşdu. Xalq arasında dolaşan əfsanə-
lərə  görə  sülalə  sona  çatmayıb  və  Neron  ölməyib,  o  Şərq  vilayətlərinə 
qaçıb,  imkan  tapan  kimi  yenə  də  hakimiyyətə  qayıdacaq.  Neronun  ölü-
mündən  sonra  onun  oxşarları  meydana  çıxaraq  ölümdən  qaçaraq  gizlən-
miş  imperator  olduqlarını  iddia  etmiş  və  özlərinə  tərəfdar  toplamışdılar. 
Qədim  Roma  tarixçisi  Qay  Svetoniy  Trankvill  “On  iki  Sezarın  həyatı” 
əsərində yazır: “Hələ 20 il əvvəl mən yeniyetmə olanda naməlum bir şəxs 
özünü  Neron  kimi  qələmə  vermişdi  və  parfiyalılar  onu  o  qədər  dəstək-
ləyirdilər ki, çox çətinliklə hakimiyyəti verməyə razılaşdılar” [9, s. 57]. 
L.Feyxtvangerin  “Yalançı  Neron”  əsərində  imperator  Neronun  ox-
şarı Terensini Senator Varron tapıb gətirir ki, imperator onunla əylənsin. 
Neronun  ölümündən  sonra  Varron  paytaxtdan  uzaqlaşır,  uzaq  Suriyada 
yaşamağa  başlayır.  Qəflətən  bu  vilayətə  qubernator  təyin  edilən  Tseyon 
onu sıxışdırır, külli miqdarda vergi  verməyə məcbur edir. Varron qərara 
gəlir  ki,  vilayətdə  qarışıqlıq  salsın.  Bu  məqsədlə  də  Terensini  yalançı 
Neron kimi siyasi səhnəyə çıxarır.  
K.Abdullanın  “Yarımçıq  əlyazma”  əsərində  Şah  İsmayıl  öz  oxşarı 
ilə hörmət və qayğı ilə rəftar edir, onunla şahmat oynayır, ailəsi haqqında 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə