Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
72 
subyekti müstəqim şəkildə anlatması  başa düşülməməlidir. Poetik “biz”, 
eyni  zamanda,  ən çox kütlənin,  əhalinin,  toplumun və  nəhayət,  o dövrün 
ədəbi  gedişatında  vurğulandığı  kimi,  xalqın  ovqatının  inikasını  nəzərdə 
tuturdu.  Şeirdəki  hər  bir  “mən”  əslində  “biz”  kimi  oxunmalı  və  qəbul 
olunmalıydı. Şairin “mən” və ya “biz” kimi çıxış etməsinin əslində o qə-
dər əhəmiyyəti də  yox idi; o həmişə “biz”i ifadə edirdi. Poetik subyektin 
cəm  halında,  yəni  şəklən  də  öz  məzmununa  uyğun  ifadəsi,  təbii  ki,  çox 
idi:  
 
Çabuq işçilərin hərəkətindən
Dönmüş bir dalğalı dənizə mədən  [2, s. 114]. 
 
Burada estetik gerçəklik də, poetik “biz” də (yəni subyektin özü də) 
cəm  halındadır.  Ümumən,  lirik  subyektin  və  bədii  gerçəkliyin  daha  çox 
cəm  halında  çıxış  etməsi  o  illərdə  poeziyanın  əsas  inikas  formaları  və 
təzahür şəkilləri idi: 
 
Çapay keçir hücuma,  
Yel kimi cuma-cuma. 
Çap çaylardan Çapayım, 
Doğsun günəşim, ayım  [3, s. 10]. 
 
Poeziya  ictimai  gerçəkliyə  münasibətini  ifadə  edərkən,  özünün 
“biz” amalına necə sadiq idisə, başqa mövzu və mətləblərdən söz açarkən, 
intim  və  dəruni  duyğuları,  subyektiv  hiss-həyəcanların  inikasında  da  ey-
nən o cür ardıcıl və sabit idi: “Odur ki, bu gün gəlib mən də belə həvəsə 
deyirəm:  nəşə,  sevgi  bizimkidir,  sevgilim!  Bu  ağ  günləri  sev  ki,  bizim-
kidir, sevgilim!” [4, s. 26]. 
Poetik “biz”  əsasında qurulan şeir sisteminin tipik xüsusiyyətlərini 
və  onu  müəyyənləşdirən  bədii  element  və  özəllikləri  aşağıdakı  şəkildə 
təsnif etmək məqsədəmüvafiqdir; 1. Poetik subyektin cəm və ya tək halın-
da  ifadə  olunmasından  asılı  olmayaraq,  həmişə  ümuminin,  cəmin  mü-
nasibətini  əks  etdirməsi.  2.  Lirik  obyektin  –  zaman  və  məkanın  həmişə 
ümumi, mücərrəd səciyyə daşıması və lirik subyektə tabe olması. 3. Lirik 
subyektin əzəmətli və möhtəşəm,  yenilməz və qalib obrazı. 4. Lirik kon-
fliktin həmişə yenilməz və qeyri-müəyyən poetik “biz”lə ümumi, mücər-
rəd  gerçəkliklə,  qeyri-real  qüvvələr  arasında  baş  verməsi.  5.  Lirikada 
realist, həyati ovqatın və yaşantının itməsi, lirik poeziyada müəyyənliyin 
ümumiliklə,  estetik-emosional  təsir  gücünü  məhv  edən  qeyri-müəyyən-
liklə əvəz olunması.  6. Optimist inikas üsulunun  əsas və birbaşa nəticəsi 
kimi  mövzu  və  mündəricəsindən  asılı  olmayaraq  bütün  poetik  əsərlərdə 
optimistik ovqatın və sonun hakim mövqe tutması.  
Təxminən yüz il öncə, 20-ci illərdən etibarən sovet lirikasında tarix-


______________________________________________________ Poetika.izm 
  
 
73 
də  görünməmiş  estetik  inikas  sisteminin  –  lirik  subyekt  və  obyekt  ara-
sında yeni keyfiyyətli münasibətin formalaşması min illik ənənənin qırıl-
masından xəbər verirdi. “Mən” dünyaya yeni baxış bucağından, daha doğ-
rusu,  özünəməxsus  olmayan,  ümumi  baxış  nöqtəsindən  baxırdı.  Məlum 
həqiqətdir ki, öz mövqeyindən yanaşa bilmədiyinə görə, özü kimi düşünə 
bilmədiyinə  görə,  onun  ovqatı  da,  duyğu  və  təəssüratları  da  ümumi  təsir 
bağışlamalı idi. Dünyaya “biz”in baxış nöqtəsindən baxanda, artıq Füzuli 
“mən”inin heyrətamiz sualları doğula bilməzdi:  
 
Məni candan usandırdı, cəfadan yar usanmazmı, 
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?  
 
Süleyman Rüstəmin lirik “biz”i isə Füzulinin lirik “mən”indən yer-
dən-göyə qədər uzaqdır:  
 
Doğsun günəşim, ayım...  
 
Bu  mətnlərdəki  lirik  “mən”lər  arasında  poetik  məsafə,  ayrılıq  və 
uzaqlıqlar  elə  yerdən  günəşə  qədərdir.  İki  şairin  lirik  qəhrəmanları  ara-
sındakı  fərqlər  yalnız  poetik  məsafənin  həcmi  ilə  səciyyələnmir;  onların 
mənəviyyatı  və  mahiyyəti  də  özgədir.  Ahı  ilə  göyləri  yandıran,  amma 
məqsəd-muradının şamını yandırmaqda aciz olan məhzun və məzlum aşiq 
insanla səmada ayı da, günəşi də yandırmağa özündə qüdrət hiss edən və 
ya  tale  günəşinin  doğduğuna  inanan  insan  tam  başqa  təfəkkür  sahibləri, 
tamam fərqli estetik vahidlərdir. 
Zatən,  poetik  prosesdə  ən  başlıca  göstərici,  ən  obyektiv  estetik  va-
hid  lirik  qəhrəmandır.  Lirik  qəhrəman  dəyişməyincə,  poeziyanın  keyfiy-
yətində  təzəlik  yarana  bilməz.  Təzə  estetik  dünyagörüşü  yaranmayınca, 
poetik gedişatda baş verən yeniliklər bədii təsvir vasitələrindəki fərdi özü-
nəxaslıqdan, xoşagəlimli və gözoxşayan poetik dəst-xətt təravətliliyindən 
o  yana  keçə  bilməz.  Poeziya  inqilablarına  isə  yalnız  lirik  “mən”in  dün-
yaya və insana yanaşmasının köklü surətdə dəyişməsi yol aça bilir.  
Şeiriyyətdə inqilablar isə hər beş-on ildən bir baş vermir. Bəzən bir 
neçə yüzilliklər mövcud olan daşlaşmış bədii kanonları pozub-dağıdacaq 
o gənc dahinin həsrətində  yaşayır. Bəzən isə bir əsrdə bir və  ya bir neçə 
üslub  islahatları  yaşana  bilir.  Burada  heç  bir  dövrilik  və  ya  magik  ar-
dıcıllıq  yoxdur.  Şərq  və  Azərbaycan  poetikasına  nəzər  salsaq,  həqiqətən 
bədii  ənənələrin  dinamikasında  müəyyən  dövriliyin  olmadığını  görürük. 
Bütün Şərq poetikası üçün möhtəşəm estetik meyar və vahid səviyyəsinə 
yüksəlmiş  Nizami,  Nəsimi,  Nəvai,  Füzuli  və  Vaqifin  lirik  qəhrəmanları 
yalnız öz zamanları üçün deyil, çox-çox sonrakı dövrlər üçün də keçilməz 
zirvələr idi. Əksinə, XX yüzildə isə Azərbaycan poeziyası ardıcıl olaraq, 


______________________________________________________ Poetika.izm 
  
 
74 
bir  neçə  böyük  poetik  inqilabları  yaşamalı  oldu.  Xüsusən,  20-ci  illərdə 
poeziyanın  üfüqlərində  “Biz”  bütünün  boy  göstərməsi  indiyə  kimi  söz 
sənətinin  yaşadığı  çevrilişlərdən  ən  kəskini  idi.  Məsələ  bundadır  ki,  min 
illər ərzində mövcud olmuş poetik inikas sistemi köklü dəyişikliyə məruz 
qalmışdı; ənənəvi gerçəklik – “mən” – poeziya ardıcıllığı zaman – “biz” – 
sənət  mexanizmi  ilə  əvəz  olunmuşdu.  Son  nəticənin  –  sistemin  üçüncü 
elementinin, yəni şeirin dəyişərək özgə bir daşıyıcısına çevrilməsi təbii idi. 
Çünki  bu  mexanizmin  əsas  elementi  –  əsas  halqası  tamamilə  başqa  bir 
xassə və əlamətlərə malik idi. Eyni zamanda, “mən”i əvəz edən “biz” real 
həyata üz tutmamışdı,  o daha çox “Zaman”a üz tutur, ondan təsirlənirdi. 
Zaman  isə  heç  vaxt  tam  obyektiv  gerçəklik  ola  bilmir.  Xüsusən,  qeyri-
demokratik və avtoritar cəmiyyətlərdə “Zaman” varlığın subyektiv təlqini 
və inikas şəkli kimi reallaşır. Təsadüfi deyil ki, sovet dövrünün, ələlxüsus 
da 30-50-ci illərin estetik fikri söz sənətinin həyatla münasibətini məhz bu 
şəkildə – Zaman – Sənətkar – Ədəbiyyat formulu ilə ümumiləşdirirdi. Ha-
kim  sistem  söz  sənətindən  fövqəladə  sədaqətlilik  və  adilik  tələb  edirdi. 
Həyatı  heç  bir  subyektivizmə  yol  vermədən  əks  etdirməyi  ədəbiyyatın 
qarşısına  əsas  məqsəd  kimi  qoymuşdu.  Məhz  şəxsi  ovqat  və  subyektiv 
baxış bucağı bu obyektivliyə kölgə salmasın deyə “mən” bədii təfəkkür-
dən həmişəlik qovulmuşdu. Əslində isə poetik “biz” və “zaman” dialoqu 
ən  amansız  subyektivizmə  yol  açırdı.  Zaman  haqqındakı  yalanlar  poetik 
“biz”in  zamana  yanaşmasından  doğurdu.  Gerçəkliyin  eybəcər  və  qeyri-
real  təzahürləri  də  lirik  “biz”in  şikəst  və  istedadsız  inikas  imkanlarını 
kobud şəkildə nümayiş etdirirdi. Qəribədir, obyektivlik və həqiqətpərəst-
lik iddiası ilə uydurulan “biz” həyat həqiqətlərini təhrif etməkdən və bə-
zəyib, şişirdib göstərməkdən savayı heç nəyə yaramır, ciddi estetik dəyər 
daşıya bilmirdi.  
Poetik  “biz”  yeni  epoxanın  poeziyadakı  işarəsi  idi.  “Biz”  çoxluğu 
təmsil etmək üçün və onun səsi kimi doğulmuşdu. Poetik biz həqiqətən də 
toplumun əhvali-ruhiyyəsini və inamını ifadə edirdi:  
 
Oxuyun, öyrənin o dühayi siz
Odur quranımız, odur ayəmiz. 
Gənclər! Alovlardan xəlq olunduq biz,  
Yaşamaq, yaşamaq, budur qayəmiz [5, s. 56]. 
 
Cəmi  dörd  misralıq  bir  mətndə  “biz”  və  “biz”in  varlığı,  əlamətləri 
(cəm  halı  və  cəm  şəkilçiləri)  azı  on  dəfə  vurğulanmışdır.  Səməd  Vurğu-
nun  “Bayramqabağı”  şeirindəki  bu  ovqat  Rəsul  Rzanın  “Bizim  bayram” 
şeirində  də  aparıcı  əhvali-ruhiyyədir  və  eynən  “biz”in  nöqteyi-nəzərini 
əks etdirir:  
 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə