Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
61 
mağı,  heyran  qalmamağı  təlqin  edir,  səni  özündən  itələyir,  get  güzgüyə 
bax, güzgünün səthindəki min illərin yuxusu ləpələnsin, güzgü dəniz kimi 
daşsın... Mirzə Ələkbər Sabir bu nəhrin, suyun istiqamətini heç kəsin is-
təmədiyi  yöndə  və  şəkildə  dəyişdirdi,  az qala belə:  axar sular bulanmaz-
mı... 
Bir də: söz candır, əgər bilirsə insan. Bu barədə bir az sonra. 
Paralel  hadisə  fransız  poeziyasında  da  baş  vermişdi,  Viktor  Hüqo-
nun timsalında. Hər iki şairi başqa dillərə tərcümədə olmazın problemlər 
yaranır, çünki biz onlara yaddaşımızdakı metaforalar bucağından yanaşı-
rıq, halbuki bu şeirlərdə ənənəvi  metafora  güzgüsü artıq çilik-çilik  olub. 
Sabirin poeziyasında olduğu kimi, Viktor Hüqonun mətnləri də aid oldu-
ğu milli ədəbiyyatın tən ortasında qərar tutub – özündən əvvəlki və son-
rakı ədəbi mətnləri baş-başa gətirmək, mənalandırmaq üçün, eynən suqo-
vuşan kimi.  
Yadıma gəlir, orta məktəbdə oxuyurdum və o zaman Qədir Rüstə-
movun çox sevilən vaxtlarıydı. Bir bayatı yaranmışdı:  
 
Su atdım yara dəydi,  
Əlim divara dəydi, 
O nə hüzndü belə, 
Yarama yara dəydi... [1, s. 109] 
 
Son iki misra Qədirin oxuduğu mahnıda yox idi. 
El arasında, inanclarda aydınlıq kimi çözülən, anlam verilən su şeir-
lərdə,  xüsusən  bayatılarda  ayrılıq  rəmzidir,  rəmz  bir  yana,  həm  də  ən 
dəhşətlisi,  ayrılığı,  ölümü,  həsrəti  yoğurub-yapan,  dünyaya  gətirən  bir 
nəsnədir. 
Milli poeziyada “su” bədii mətnin poetik sistemində mühüm kom-
ponent  kimi  iştirak  edir.  Bayatılardan  tutmuş  çağdaş  şeirimizin  ən  son 
nümayəndələrinin  mətnlərinə  qədər  bu  metafora  ümumən  şeir  adlı  siste-
min qurulmasının  vacib  elementidir. “Arazı  ayırdılar, zülmnən doyurdu-
lar,  mən  səndən  ayrılmazdım...”  bu  sırada  “su”  sözü  işlədilməsə  də  çay 
adının çəkilməsi həmin metaforanın  ayrılıq, ölüm anlamlarını simvollaş-
dırması aydın görünür.  
Nüsrət Kəsəmənlinin “analar su səpdi siz gedən yola, bəlkə izləriniz 
göyərdi deyə” misralarında açıq-aşkar ümidsizlik, onun “sümüyə dirənən 
son həddi” mükəmməl şəkildə ifadə olunub. Nüsrətin şeirində söhbət mü-
haribədən  gedir,  müharibə  isə  ölüm,  qan,  həsrət,  ayrılıq  deməkdir,  mis-
radan  süzülən  assosiasiya  selinin  “istiqamətini”  tuta  bilsək,  onun,  yəni 
metaforanın  cızdığı hərəkət trayektoriyasını, buradan hasil olan təxəyyül 
mənzərələrini  təsəvvür  edə  bilərik.  Ayaq  izlərinin  göyərməsi  həm  də 
əlacsızlığı, olmayacaq şeyin xəyal gücünə dirildilməsini şərtləndirir, ayaq 


______________________________________________________ Poetika.izm 
  
 
62 
izləri isə onlara olmazın  həsrətlə dikilən anaların gözlərindən su içməklə 
“güllənir”, bu halda, yəni təxəyyülün bu qatında atılan güllələrin anaların 
gözlərini də dəlib keçməsi, hər yeri viran qoyması ... sırası gəlir.  
 
Analar su səpdi siz gedən yola
Bəlkə izləriniz göyərdi deyə... [2, s. 76] 
 
İkicə  misradan  bu  qədər  mənanın  “ayrılması”,  baş-başa  gəlməsi, 
aşıb-daşması həm də “su metaforasının” altdan-altdan yaddaşımızdakı mi-
fologemlərlə üzvi şəkildə birləşib çulğaşmasının sayəsində meydana gəlir. 
Səməd Vurğunun ilk gənclik, həm də məlum terminologiya ilə ifadə 
etməli  olsaq  “dəlilik”  çağlarında  qələmə  aldığı  şeirlərdə  “su”  metaforası 
dünyanın müxtəlif cisimlərinə, nəsnələrinə qarışır. 
 
Qarayazı meşəsində anadil adlı bir quş var, 
Mənim sevdalı könlüm tək asılmışdır ayağından, 
Yolum düşə o yerlərə, o qəbrə diz çöküm bir də
Anam Məhbubi yad ilə öpüm solğun yanağından... [3, s. 92] 
 
Burada, bu nümunədə adıçəkilən metafora artıq son dərəcə mürək-
kəb və  belə  demək olarsa, qəliz konstruksiyada özünü büruzə  verir. Sol-
ğun yanaqdan süzülən su – göz yaşları iki dünyanın sərhəddində həsrətin, 
ayrılığın biz bilmədiyimiz çalarlarını canlandırır. Hiss edirik ki, meşədəki 
ağaclar  dibinə  qədər  quruyub,  dünyaya  ayrılıq  gəlib,  ölüm  təşrif  gətirib. 
Həyat bir su damcısı kimi axıb gedib, qurtarıb və bu sonuncu damcı həyat 
deyil, ölümdür.  
İndi  yaradıcılığı  keçən  əsrin  60-cı  illərinə  təsadüf  edən  İran  şairi 
Sipehrinin “Dua” şeirindən bir fraqmentə diqqət yetirək: 
 
Nuru keçdik,  
qızıl düzənlikdən ötdük.  
Əfsanəni dərdik və solan kimi atdıq.  
Qumluğun kənarında kölgəli bir Günəş bizi əzizlədi. 
Ayaq saxladıq. 
Geniş rəmz çayının sahilində xəyalların başını kəsdik.  
Bir bulud gəldi və biz gözümüzü yumduq.  
Zülmət yarıldı, dan ulduzunu gördük və zirvəyə qalxdıq. 
Bir şimşək çaxdı və bizi dua edən gördü.  
Titrəyib ağladıq.  
Gülüb ağladıq.  
Leysan tökdü: ürəyimiz bir idi [4, s. 14].  
(Sipehrinin  şeirlərini  farscadan  Azərbaycan  dilinə  Məsiağa  Məhəmmədi 
tərcümə etmişdir.) 
 


______________________________________________________ Poetika.izm 
  
 
63 
Bu  şeir  təkcə  poetik  mətndə  anlamın  abstrakt  portretinin  cızılması 
ilə  əlamətdar  deyildir,  bu,  olsa-olsa  görünən  tərəfdir.  Şeiri  oxuduqca 
“dua”  kəlməsinin  içindəki  mistik,  insanın  bəzən  heç  özünün  də  xəbəri 
olmadığı  çalarların  bir  kətan  üzərində  düzülməsinin  şahidi  oluruq.  Yenə 
də, təkcə ona görə yox ki, Sipehri həm də rəssam olub. Bu şeir parçasında 
üslubi baxımdan, poetik sistemin xarakterizəsi yönündən ən maraqlı cəhət 
– “başgicəlləndirici məkan” elementidir. Anlamı yaradan elementlər (ixti-
yari  elementlər)  elə  bir  cərgədə  sıralanır  ki,  zaman  boyu  əvvəldən  axıra, 
yaxud əksinə çevrilməli, fırlanmalı... olursan, məkan fırlandıqca yer kürə-
sinin  bütün  künc-bucağını  gəzirsən,  bunları  yuxuda  görürmüş  kimi,  əllə-
rin göylərdən üzülür və “itirdiyini” sanki asıldığın boşluqdan tapırsan...  
Fransız  ədəbiyyatşünası  Jerar  Jenet  “Fiqurlar”  kitabında  barokko 
üslubu  ilə  bağlı  “başgicəlləndirici  məkan”  ifadəsini  işlətmişdi.  “Dünya 
teatrdır:  bu  fərziyyənin  dalınca  istər-istəməz  reallığın  digər  sərhədi  ilə 
münasibətdə  “həyat  yuxudur”  ifadəsi  gəlir.  Oyaqlıq  və  yuxu,  real  və  tə-
xəyyül, ağıl və dəliliyin həyəcanlı dialektikası bütün barokko düşüncəsini 
sarıb  keçir.  Reallıq  kimi  qəbul  etdiyimiz  ola  bilər  ki,  illüziyadır,  ancaq 
kim  bilir,  həmişə  illüziya  kimi  qəbul  etdiklərimiz  bəlkə  elə  gerçəkliyin 
özüdür?  Ola  bilər  ki,  dəlilik  “müdrikliyin  başqa  bir  tərəfidir”,  yuxu  isə 
“həyatın özüdür?” 
“Başgicəlləndirici  məkan”  bədii  mətndə  mənaların  savaşının,  təbii 
dillə metadilin münasibətlərinin ani olaraq dəyişməsi, təbii dilin ifadə et-
diyi adi məntiqə qarşı “başqa gerçəklik” anlayışının qoyulmasını bildirir. 
Sipehrinin  yuxarıdakı  şeirindən  göründüyü  kimi  “başgicəlləndirici 
məkan” həm də üslubi xüsusiyyətə malikdir, belə ki, o, müxtəlif hadisələ-
rin, hadisə fraqmentlərinin bütöv yox, məhz qırıqları şəklində təxəyyüldə 
oyanması, cinas tapması, müqayisəsi və... hərəsi bir qütbdən olan bu pa-
ramparça nəsnələrin qəribə şəkildə birləşməsi və qeyri-adi aura yaratması, 
sözün,  şeir  başlığının  semantikasını,  mənalar  yuvasını  bir  başqa  tərzdə 
açır. Gözümüzü açdıqca əllərin duaya açıldığını görürük. Sipehrinin tərzi 
–  üslubu  hardasa,  özünün  vurğuladığı  kimi  “bir  yarpağın  sudakı  kölgə-
sini”nin rəsmini çəkmək niyyətindən doğub.  
 
Hər şey bir təbəssümün arxasında gizlənib. 
Zaman divarında bir yarıq var,  
ordan mənim üzüm görünür.  
Elə şeylər var ki, bilmirəm.  
Bilirəm, bir otu yolsam, ölərəm [4, s. 71].  
 
Başqa bir şeirindən: 
 
Mən dilənçi gördüm ki,  
qapı-qapı gəzib, qaranquş nəğməsi istəyirdi


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə