Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
64 
bir qovun qabığı önündə namaz qılırdı bir süpürgəçi – gördüm.  
Bir quzu gördüm, çərpələng yeyirdi,  
Bir ulaq gördüm ki, yoncanı başa düşürdü.  
“Nəsihət” otlağında tox bir inək gördüm. 
Bir şair gördüm ki, zanbağa “siz” deyə müraciət edirdi. 
Mən kitab gördüm, bütün sözləri büllurdan.  
Kağız gördüm, bahardan.  
Muzey gördüm, yaşıllıqdan uzaq,  
Məscid gördüm, sudan uzaq.  
Bir fəqihin balışı yanında kuzə gördüm, sualla dolu [4, s. 19]. 
 
Əslində  poeziya  həm  də  budur  –  içi  sualla  dolu  kuzə...  İspanların 
barokko ədəbiyyatında olduğu kimi. 
Dünya poeziyasında suyun... mənbəyi nədir, yaxud bu sular hardan 
axıb, hara baş alır?  
Bu  geniş  məsələni  müəyyən  nəticə  hasil  etmək  üçün  təhlilə  cəlb 
etməyin yollarından biri də poeziyanın arxetip arsenalına müraciət etmək-
dir.  Tədqiqatçıların  fikrincə,  məsələn,  Anna  Axmatovanın  poeziyasında 
bu  arxetip  (su)  neytraldır,  yəni  konkret  mifoloji  süjetlə  məhdudlaşmır, 
əksinə, son dərəcə universal kateqoriyalarla təqdim edilir. Onların müla-
hizələrinə görə, “su” arxetipinin aşağıdakı simvolik mənalarını təqdim et-
mək mümkündür: 
1.
 
Başlanğıc, bütün yer kürəsinin ilkin vəziyyəti, ibtidai xaosun ekvi-
valenti; 
2.
 
Həyatın  androgen  başlanğıcı,  kişi  və  ya  qadın  kimi  yaradıcı  qüv-
vələrin təcəssümü; 
3.
 
İnsanın bütün həyat enerjisinin ekvivalenti
4.
 
Ölüm, təhlükə, yox olma, bəzən – yadırğama metaforası; 
5.
 
Bütün nəsnələrin başlanğıcı və sonu; 
6.
 
Sonsuz, hüdudsuz müdrikliyin simvolu. 
Axmatovanın  şeirlərində  yuva  quran  mifologemlər  yalnız  implisit 
formada və  yalnız müvafiq kontekstdə iştirak edə bilər. Məhz kontekstin 
tipi  arxetip  simvolikasını  nişan  verə  bilər.  Axmatovanın  lirikasında  bu 
kimi  ilk  tip  qəhrəmanın  məhəbbət  dramından  bəhs  edən  şeirlərdir.  Bu 
şeirlərdə su ölüm, təhlükə, məhv olma, parçalanma... metaforasıdır.  
 
Сколько просьб у любимой всегда! 
У разлюбленной просьб не бывает. 
Как я рада, что нынче вода 
Под бесцветным ледком замирает. 
И я стану – Христос помоги! 
На покров этот, светлый и ломкий, 
А ты письма мои береги


______________________________________________________ Poetika.izm 
  
 
65 
Чтобы нас рассудили потомки…[5, s. 71] 
 
Axmatovanın  lirikasında  məhəbbət  hissi  qəsdən  sakitliyin,  rahatlı-
ğın başı üstündən asılı qılınc təhlükəsinin daşıyıcısına çevrilir. Buna görə 
də su vaxtaşırı olaraq hətta faciənin qoxusu belə gəlmədikdə fon rolunda 
çıxış edir. Məhz elə bu psixoloji səbəbdən, məhəbbət  görüşləri də su ilə 
sıx bağlı olur.  
 
В последний раз мы встретились тогда 
На набережной, где всегда встречались. 
Была в Неве высокая вода, 
И наводненья в городе боялись... [5, s. 90] 
 
Suyun  ölüm  təhlükəsi  doğuran  arxetipik  mənası  ilə  bağlı  olan  “su 
pərisi”  motivi  Axmatovanın  şeirlərində  təkcə  avtomatik  olaraq  meydana 
gələn assosiasiya deyil, həm də şüurlu müəllif oyunudur. 
Uğursuz  məhəbbət  ucundan  xəyali  intihar  dramının  oynanılması 
klassik su pərisi motivi ilə bağlıdır. Folklor-mifoloji ənənələrə uyğun ola-
raq, suda boğulmuş qızlar, eşq qurbanları, yaxud ətraf mühitin qurbanına 
çevrilmiş qızlar su pərisinə çevrilirlər. Ümumi şəkildə götürdükdə poetik 
mətndə metafora ilə mifoloji obraz genetik bağlılığa malikdir. 
“Bibliya  poeziyasında  su  və  atəş”  adlı  məqaləsində  İ.Q.Frank-
Kamenski poetik metafora ilə mifoloji obrazın genetik əlaqələri ilə bağlı 
mülahizələrini belə əsaslandırır ki, Yəhyanın su stixiyası ilə mübarizəsin-
dən bəhs edən mifin reminisensiyası od, işıq və su metaforalarında əksini 
tapır.  Bu  metaforik  keyfiyyətlər  biri  digəri  ilə  sıx  bağlıdır,  çünki  həmin 
müstəvidə mübarizə silahı göy gurultusu və ildırımdır, bunun nəticəsi isə 
“işığın” “zülmət” üzərində qələbəsidir. Bibliya poeziyasında da məhz od, 
işıq və su mənaları üzrə kosmik ahəng əldə edilir. “Yəhya qəsrini suların 
üstündə inşa edir, buludlar onun arabası, alov saçan yanğın qulluqçuları-
dır”, zabitəli səsindən sular çəkilir… Bu kontekstdə “göy/səma” iki mər-
təbəlidir – yuxarı və aşağı – işıq və zülmət kimi. Frank-Kamenski ilahinin 
poetik  təsvirində  od,  işıq  və  suyun  nə  kimi  rol  oynadığını  təfərrüatı  ilə 
açır., məsələn, onun fikrincə, “cənnət çayı” ilahi olanı təcəssüm etməklə 
həyat  mənbəyi  anlamını  bildirir.  Bu  mətnlərdə  cənnət  çayı  həm  göylər-
dən,  həm  də  yerdən  axır.  «Xeyir-dua»  göydən  suyun  dammasına  cinas 
edilir (dua yağışı), su isə həqiqətin təcəssümü kimi “ilahi kəlamın” sino-
nimidir («пусть польется учение мое, как дождь, пусть закаплет речь 
моя, как роса, как ливень на зелень и как дождь на траву»). Kamenski 
yazır:  “İlahi  kəlamın  yaradıcı  gücü  ilkin  olaraq  allahdan  gələn  “yaşın  – 
rütubətin” (vlaqa) artan gücü kimi təsəvvür edilir. Allah kəlamı təkcə hə-


______________________________________________________ Poetika.izm 
  
 
66 
qiqətin təcəssümü deyil, o həm də göylərdən gələn “nəmlə” müqayisədə 
ədalətin də təcəssümüdür.” 
Qeyd edək ki, mifoloji təfəkkürdə “rütubət” həyatın mənbəyi hesab 
edilirdi. Suda təcəssüm edilən ilahi kəlam yaradıcı prinsipə çevrilir – yə-
ni, yeni varlığın doğuluşunu şərtləndirən nəsnəyə çevrilir. Bu kimi çevril-
mələrə  mifoloji  naturalizmin  arxetipik  formalarında  da  rast  gəlmək 
mümkündür.  Bibliya  poeziyası  “rütubəti”  toxumla  eyniləşdirir  və  onu 
“ilahi  kəlam”  simvolunda  yağışa  bərabər  tutur.  Beləliklə,  sözün  cismə 
poetik çevrilməsi “söz candır” metaforasını doğurur.  
Dünya poeziyasında, xüsusən fransızların poetik mətnlərində başqa, 
fərqli  variantlara  da  rast  gəlirik.  Bu  halda  arxetip  içindəki  mifoloji  xa-
rakteri  ortaya  qoyur.  Pol  Elüar  və  Artur  Rembonun  şeirlərində,  habelə 
digər poetik nümunələrdə (xüsusən müasir fransız poeziyasında) arxetipin 
içindəki mifoloji qatın tam şəkildə açılması üçün “su” kəlmə, söz olaraq 
tam şəkildə ortadan qaldırılır, mətndə onun,  yəni yerin dərin qatlarından 
axan çayın şırıltısı hiss edilir. Mənalar ikiləşir, artan, çoxalan sürətlə bü-
tün assosiasiya məkanını zəbt edir. Məsələn, Pyer Emmanuelin bir adsız 
şeirində dar ağacından asılan insanların göy üzünə çarmıxa çəkilməsi mo-
tivi bir neçə misrada mükəmməl şəkildə verilib. Asılan adam ağrısını içi-
nə  gömməklə  məşğuldur,  ayağının  altında,  göylərin  ən  mübhəm,  dərin 
nöqtələrindən  daşdanmağa  hazır  qəzəb  çayını  susdurmaq  üçün  qəfildən 
dırnaqlarını üfüqə sancır.  
N.D.Tamarçenko  Anna  Axmatovanın  bir  şeiri  haqqında  belə  yaz-
mışdı:  “Dalımca  qu  quşunu  göndərməyin  ("Не  прислал  ли  лебедя  за 
мною…") şeirində su məkanı  xatırlanmır, adı çəkilmir, bu məkanın  heç 
bir nöqtəsinə su damcısı belə düşmür, ancaq ciddi şəkildə nəzərdə tutulur 
(bu  məkanı  keçmək  üçün  sal,  qayıq,  yaxud  qu  quşu...  lazımdır).  Qəbul 
eləsək  ki,  bu  şeir  B.Anrepin  adına  yazılıb  (o  zaman  adı  çəkilən  şəxs 
İngiltərəyə köçmüşdü), demək şeirdə nəzərdə tutulan məkan – su məkanı 
La Manşdır. Yox, əgər belə bir mülahizə ilə razılaşsaq ki, şeir N.Nedovro-
vaya həsr  edilmişdi  (şeir  yazılanda o,  artıq 16 il idi ki,  dünyasını dəyiş-
mişdi), aydın olur ki, həmin su məkanı ölkələri ayıran dəniz deyil, yeraltı 
çayların  suyudur  (Xaron  ölənləri  bu  çaydan  keçirərək  ölüm  səltənətinə 
daşıyırdı). Şairə də sevgilisinin olduğu qəbrə can atır...” 
Pol Verlenin “Ürəyimə yağış yağır” (bəlkə də damır...) şeirində me-
taforanın daha incə məqamları hifz edilib: 
 
Il pleure dans mon coeur 
Comme il pleut sur la ville
Quelle est cette langueur 
Qui pénètre mon coeur? 
 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə