Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
86 
sorğu-sual edir. L.Feyxtvangerin “Yalançı Neron” əsərində isə imperator 
öz oxşarına insan kimi yox, meymun kimi baxır, əylənir.  
Xızırın  keçmişi  haqqında  bizə  aşağıdakı  məlumat  verilir:  “Xızırın 
əsli paytaxtdan uzaqdakı bir dağ kəndindən idi. Atası sağ idi, bir də bacı-
ları qalmışdı. Anası ölmüşdü, dağ seli aparmışdı anasını. Evin bütün işini 
böyük  bacısı  Pərnisə  vardı,  o  görərdi.  Atası  da  artıq  yavaş-yavaş  qocal-
mışdı. Şah qulluğuna getməmişdi. Bir dəfə yüzbaşılar kəndbəkənd adam 
yığanda Şahın Dağıstan səfəri zamanı qızılbaşlara qoşulmuşdu, amma ki, 
sonra geri döndüyündə nə üçünsə onlardan aralanmışdı. Əkər, biçər, məh-
sulunu yığar, Ərdəbilə, yaxud Təbrizə gələr, malını satar, geri dönər, ailə-
sini  yarıac,  yarıtox  birtəhər  dolandırardı.  O  biri  bacısı  Pərnisə  kiçik  idi” 
[6, s. 107]. Xızırın ailəsinə onun saraydakı fəaliyyətinin mahiyyəti barədə 
heç bir məlumat verilməsə də, xüsusi qayğı və maddi yardım göstərilir.  
Terensinin də keçmişi haqqında geniş məlumat verilir: “Onun atası 
Varronun  ailəsində  qul  olmuşdu.  Qoca  Varron  bu  ustanı  azadlığa  burax-
mış və ona dulusçu dükanı açmışdı. Ancaq onun oğlu Terensi dulusçuluğa 
maraq  göstərmirdi,  onu  daha  çox  teatr  və  siyasət  maraqlandırırdı.  O, 
dövlət  işləri və  yaxud incəsənət  haqqında danışanda dostları  onun ağlını 
və  hadisələrə  dərin  nöqteyi-nəzərini  yüksək  qiymətləndirir,  hesab  edirdi-
lər  ki,  o  sadə  dulusçu  olmaq  üçün  çox  ağıllıdır. Beləliklə,  atasının  sağlı-
ğında  dükanın  işləri  ilə  az  maraqlanan  Terensi  onun  ölümündən  sonra 
dükanı ümumiyyətlə atdı” [10, s. 9]. 
Neronun əyləncəsinə çevrilən Terensinin qazancı kiçik emalatxana-
sının sarayın sifarişlərini yerinə yetirmək şərəfinə nail olması olur.  
Hər  iki  əsərdə  bu  oxşarlıq  dövlət  sirri  kimi  gizli  saxlanılır.  Lakin 
L.Feyxtvangerin “Yalançı Neron” əsərində Terensinin arvadı onun saray-
da nə işlə məşğul olduğunu bilir və bunu əri üçün təhqir hesab edir.  
Maraqlıdır  ki,  xaricən  heç  nə  ilə  bir-birindən  seçilməyən  və  eyni 
funksiyanı icra edən oxşarların xasiyyətində kəskin fərqlər də özünü gös-
tərir.  K.Abdullanın  “Yarımçıq  əlyazma”  əsərində  iki  oxşarın  xasiyyət 
fərqi  bu  cür  göstərilir:  “Şah  nə  qədər  kəskin,  cəsarətli,  heç  kimin  güna-
hından  keçməyən,  hamı  ətrafına  öz  şahlıq  və  mürşidlik  mərtəbəsindən 
baxan bir sahibəzzəman, bir şəxsi-müqəddəs idisə və özü də buna sonsuz 
inanırdısa,  Xətai  bir  o  qədər  həlim,  xoşxasiyyət,  sülhməramlı  insan  idi” 
[6, s. 141]. 
L.Feyxtvangerin  “Yalançı  Neron”  əsərində  Terensi  də  imperator 
Neron  kimi  incəsənətə  maraq  göstərir.  Lakin  Nerondan  fərqli  olaraq,  o 
həm  qorxaqdır,  həm  də  yalançı  şöhrət  xətrinə  öz  mənliyinin  alçalmasına 
razı olur. Onun hərəkətləri və xarici görünüşü imperatora su damlası kimi 
oxşasa da, ləyaqətsizliyi dərhal hiss olunur: “Varron bilirdi ki, əsl Neron 
bu  cür  şəraitdə  belə  hərəkət  etməzdi.  O,  hansısa  bir  yunan  dilində  sitatı 
dilə  gətirər  və  bu  kəlmələri  həmsöhbətinin  sözlərini  rədd  edən  bir  jestlə 


______________________________________________________ Poetika.izm 
  
 
87 
müşayiət edərdi” [10, s. 12]. 
Qeyd  edək  ki,  hər  iki  əsərdə  həm  Xızır,  həm  də  Terensi  çox  ağır 
mənəvi-ruhi imtahandan keçməli olurlar. Belə ki, onlar hökmdarın oxşarı 
– kölgəsi olmaq üçün seçilmişlər. Eyni zamanda onların öz daxillərindəki 
kölgə arxetipinin də fəaliyyəti intensivləşir. İndi onlar yeni şəraitdə necə 
deyərlər, tamamilə yenidən, oxşar statusunda olsa belə, başqa bir şəxs ki-
mi doğulurlar.  Həm  Xızır, həm  də Terensi  başqasının kölgəsi  rolunu ifa 
edərkən, həm də öz kölgələri ilə mübarizə aparmalı olurlar.  
 
Feyxtvangerin əsərində Terensi öz-özünü inkar edir və kölgəyə tabe 
olur.  Personanı  rədd  edərək  daxilindəki  kölgənin  istədiyi  şəklə  –  impe-
rator Neron obrazına bürünür. Xızır isə Şah İsmayılın yalnız xarici oxşarı 
olmaqla  kifayətlənir.  Xızırda  Şah  İsmayıla  qarşı  heyranlıq  və  məhəbbət 
olsa da, heç zaman tamamilə Şah İsmayılın oxşarı olmaq istəmir. Teren-
sidən fərqli olaraq, o, daxilən Xızır olaraq qalır, kölgəyə tabe olaraq baş-
qasının  tam  surəti  olmaq  kimi  fanatik  arzuya  qapılmır.  Bu  baxımdan, 
Xızır  Terensidən  şəxsi  keyfiyyətlərinə  görə  daha  yüksəkdə  dayanır,  o, 
Aristotelin “qızıl orta” prinsipinə əsaslanaraq kölgə ilə personanı tarazlaş-
dıra bilir.  
Oxşarların  öz  talelərinə  və  yeni  statuslarına  münasibətləri  də  fərq-
lidir.  K.Abdullanın  “Yarımçıq  əlyazma”  əsərində  Şah  İsmayılın  oxşarı 
Xızır  öz  taleyinə  münasibəti  haqqında  geniş  məlumat  verilmir.  Yalnız 
əsərin  bir  yerində  “şaha  xüsusi  vurğun  olduğu”  bildirilən  Xızırın  öz 
taleyinə münasibəti bir cümlə ilə qeyd olunur: “Zavallının təsəllisi yeganə 
o  idi  ki,  Saraya  gələli,  atasıgilin,  bacılarının  Lələnin  himayəsilə  dolanı-
şıqları  yaxşılaşmışdı.  Doğrudur, Xızır barədə  Lələ onların  özünə heç bir 
kəlmə  də  deməmişdi,  bu  sirri  əzəm  gizli  bir  dövlət  sirri  idi,  amma  oğlu 
adından  həmişə  atasına  pay-püş  göndərir,  hər  bir  müşküllərini  izləyir, 
sonra  da  həll  edirdi.  Xızır  bununçün  Lələyə  qəlbində  hədsiz  məhəbbət 
bəsləyib durmuşdu” [6, s. 142]. 
K.Abdullanın  “Yarımçıq  əlyazma”  əsərində  Şah  İsmayıl  Çaldıran 
döyüşündə  uduzacağını  gördüyü  zaman  öləcəyini  bilə-bilə  özü  döyüşə 
girir. Lakin döyüşə girmədən öncə son tapşırıqlarını verərək oxşarı Xızırı 
öz yerinə qoyur. Bildirir ki, onu Şahi-Mərdan yanına çağırır və mütləq bu 
dünyanı tərk etməlidir: “Sən indi artıq mənsiz, Lələsiz, özün, ancaq özün 
çıxırsan meydana. Nə mən varam, nə Hüseyn bəy Lələ. Heç bir şəxsin də 
Xızırdan xəbəri yoxdur. Başa düş, Şah ölə bilməz. Heç bilməz. Mən isə 
ölməliyəm....  Mən  sənə  bu  boyda  məmləkət  qoyub  gedirəm.  Hamıdan 
gizli.  Bir  şəxs  bunu  bilməyəcəkdir.  Sən  dönüb  olursan  mən.  Bütün  son-
rakı  zamanlarda da  əslində sənsən, zahirdə isə ...  yenə də mənəm  ki  va-
ram” [6, s. 145].  
Beləliklə, şahın oxşarı tam hüquqlu Şaha çevrilir. Bu sirri ancaq özü 
və  vəzir  bilir.  Hətta  Şahın  həyat  yoldaşı  Taclı  xanım  belə  bilmir.  Lakin 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə